Sünnəyə münasibətimiz necə olmalıdır?


 Sünnəni doğru‐dürüst başa düşmək



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə12/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

 39
 
2. Sünnəni doğru‐dürüst başa düşmək 
 
 Sünnәni doğru-dürüst başa düşmәk üçün lazımdır: 
 a) 
Hәdislәrdәki sözlәrin, birlәşmәlәrin linqvistik mәnala-
rına bәlәd olmaq; 
 b) 
Hәdisin kontekstinә diqqәt yetirmәk; 
 v) 
Hәdisin varid olma sәbәbini araşdırmaq; 
 q) 
Hәdisi Quran ayәlәri vә digәr hәdislәr çәrçivәsindә 
nәzәrdәn keçirmәk;  
 
ğ) İslamın başlıca vә universal prinsiplәrini, mәqsәdlәri-
ni nәzәrә almaq; 
 d) 
Peyğәmbәrliyin tәbliğinә xidmәt edәn hәdislәri digәr-
lәrindәn fәrqlәndirmәk
1
. Vә ya mәrhum ustadımız  Şeyx Mah-
mud Şәltutun dediyi kimi, qanunverici (şәriәtqoyan) Sünnә vә 
qanunverici olmayan (şәriәtqoymayan) Sünnә arasında fәrq 
qoymaq; 
 e) 
Ümumi 
vә davamlı hökm ifadә edәn qanunverici hә-
dislәri xüsusi vә müvәqqәti hökm ifadә edәn qanunvericilik hә-
dislәri ilә sәhv salmamaq. 
 Qeyd 
edәk ki, Sünnәyә münasibәtdә müşahidә edilәn әn 
böyük xәta göstәrilәn növlәrin bir-biri ilә dolaşıq salınmasıdır
2

 
Bәzәn bәla başqa yerdәn gәlir. Hәdis sәhih olsa da, onu 
sәhv başa düşürlәr. Sәhv başadüşmә köhnә xәstәlikdir. Quranı 
sәhv anlayanlar kimi, Sünnәni dә sәhv başa düşәnlәr olmuşdur. 
Bu sәbәbdәn alimlәr xәbәrdar etmişlәr ki, Allahın vә Peyğәm-
                                                 
1
 Bu tәsnifat Hindistanlı böyük islam alimi Әhmәd ibn Әbdürrәhim Şah Vә-
liyullah Dәhlәvinin adı ilә bağlıdır.  
2
 Qeyd  edәk ki, Şeyx Yusif әl-Qәrdavi bu problemә “Sünnә bilik vә  mәdә-
niyyәtin mәnbәyi kimi” kitabında ayrıca fәsil ayırmış, mәsәlәni tәfәrrüatı ilә 
araşdırmışdır. Bax: adı çәkilmiş әsәr, Qahirә, 2002, sәh. 12-81 – tərcüməçinin 
qeydi.   


 40
bәrin adından söylәnmiş  hәr bir şeyi doğru-dürüst başa düş-
mәk lazımdır.  
 
3. Hədisin əleyhinə daha güclü  
əks arqumentin (hədis, quran ayəsi  
və s.) olub‐olmamağı məsələsi 
 
 
Dәqiqlәşdirmәk lazımdır ki, dini mәtnin  әleyhinә daha 
güclü, tutarlı әks arqument mövcuddur ya yox. Bu arqument ya 
ayә, ya da sayca daha çox, daha sәhih, dinin ana prinsiplәrinә 
daha uyğun, dini qanunvericilik qaydasına daha yatqın digәr 
hәdislәr, ya da ki dinin qәti mәqsәdlәri ola bilәr. Çünki bir vә 
ya iki dini mәtnә  әsaslanaraq hökm çıxarmaq doğru deyildir. 
Әksinә, hökmü, qәtilik vә  yәqinlik ifadә edәn dini mәtnlәrә 
kompleks yanaşmaqla çıxarmaq lazımdır.    
 
Bu, Fiqh üsulu vә Hәdis üsulu elminin mühüm problem-
lәrindәn biridir. Söhbәt “әkslik vә seçim” (təarüz  və  tərcih
problemindәn gedir. Çünki bәzәn dini mәtnlәr zahiri baxımdan 
bir-birinә  әks olur. Әslindә isә onların arasında heç bir әkslik 
yoxdur. Bu sәbәbdәn fәqih vә  ya  alim  dini  mәtnlәri mümkün 
qәdәr bir araya cәm etmәklә, münasib olanını seçmәklә bu za-
hiri ziddiyyәti aradan qaldırmalıdır.  İmam Süyuti “Tәdrib  әr-
Ravi” kitabında yüzdәn artıq belә seçim variantından söz aç-
mışdır. 
 


 41
 
Qanunvericilik və təşviqatda Sünnə
 
 
 
 Sünnә qanunvericilik vә  tәşviqatda islamın ikinci әsası-
dır. Hökm çıxarmaq mәqsәdilә Sünnәyә müraciәt edәn fәqihәr 
kimi, dәvәtçilәr dә ona üz tuturlar ki, hәm ilhamverici ideya-
lara, hәm istiqamәtlәndirici dәyәrlәrә, hәm hikmәtlәrә, hәm dә 
ki xeyrә rәğbәt, şәrә dә nifrәt oyadan üsullara sahib olsunlar.  
 Funksiyasını layiqincә yerinә yetirmәsi üçün hәdislәrin 
sәhihliyindәn әmin olmalıyıq. Yәni, hәdis elminә görә, dәlil (ar-
qument) rolunu oynayacaq hәdislәr sәhih ya da “hәsәn” olma-
lıdır.  
 
Sәhih hәdisi universitetlәrdәki “әla” vә ya “olduqca yax-
şı”, “hәsәn” hәdisi isә “yaxşı” vә ya “mәqbul (kafi)” kimi qiy-
mәtlәndirmәk olar. “Hәsәn” hәdisin әn yaxşısı sәhih hәdisә, әn 
pisi isә “zәif” hәdisә oxşardır.  
 
Sәhih hәdis – a) istinadı әdalәt vә dәqiqlikdә mәşhur ra-
vilәrlә tәmsil olunan; b) bu ravilәr tәrәfindәn heç bir “kәsilmә” 
olmadan Peyğәmbәrin adından rәvayәt edilәn; v) “illәt” vә 
“şazlıq”dan uzaq hәdis növüdür.  
 
Әgәr: a) rәvayәtçinin ya özü, ya da halı namәlumdursa; 
b) әdalәtliliyi vә dәqiqliyindә şübhә varsa; v) istinad zәncirindә 
“qırılma” özünü göstәrirsә;  q)  ya  da  “şazlıq”dan xali deyilsә
belә hәdislәr mәqbul hesab olunmur.  
 Elmdәn bixәbәrlәr elә zәnn etmәsinlәr ki, ümmәtin alim-
lәri hәr yerindәn duranın, kefi atlayıb vә gәlib “Filan kәs deyib 
ki, Allahın rәsulu belә buyurub” – deyәnin sözlәrini hәdis kimi 
qәbul bilmiş, ona “Çox sağ ol!” – demişlәr. Alimlәr vә imamlar 
hәdisi onlara söylәyәn şәxsdәn soruşardılar ki: a) ravilәri kim-
dir; b) müәllimlәri kim olub; v) tәlәbә yoldaşları kimlәrdir; q) 
şagirdlәri kimdir; ğ) insanlar onların  әmәlisalehliyinә, tәqvalı-
lığına  şahiddirlәrmi; e) hafizәlәri vә peşәkarlıqları necәdir; d) 
ömürlәri boyu bu cür qalıblar, yoxsa sonda dәyişiliblәr; j) yaşlı 


 42
ikәn onlardan kim dәrs alıb; f) dәyişilmәdәn qabaq ondan sa-
vad öyrәn olubmu vә sair vә i.a. 
 “Hәsәn” hәdis dә sәhih hәdisә oxşayır. Ancaq onun ravi-
lәri hafizә vә dәqiqlik baxımından sәhih hәdislәrin ravilәrindәn 
aşağı sәviyyәdә dururlar.  
 Ümmәtin alimlәri hәmrәydirlәr ki, fiqh elminin sütunu, 
haram vә halalın әsası, dinin dә ehkamları sayılan hüquqi-әmә-
li hökmlәrdә  dәlil gәtirilәcәk hәdislәr ya sәhih, ya da “hәsәn” 
olmalıdır. Ancaq onlar әmәllәrin fәzilәti (fəzail  əl‐əmal), zikr 
(əzkar), qәlb mәnәviyyatı  (rəqaiq), yaxşılığa rәğbәt yaradan, 
pislikdәn dә çәkindirәn işlәrlә (tərğib və tərhib) әlaqәli vә açıq-
aşkar qanunvericilik qәbilindәn sayılmayan hәdislәr barәsindә 
ixtilafa düşmüşlәr. Bәzi sәlәf alimlәri bu cür – “zәif” hәdislәrin 
rәvayәtindә yumşaqlıq göstәrmiş, bunda heç bir qәbahәt gör-
mәmişlәr. 
 Bu, 
bәzi ala-babat elm sahiblәrinin zәnn etdiyi kimi, 
mütlәq yumşaqlıq deyildir vә onun öz yeri, öz şәrtlәri vardır. 
Ancaq çoxları bu yumşaqlığı yersiz yerә göstәrmiş, doğru yol-
dan çıxmış, islamın saf çeşmәsini kirlәtmişlәr.  
 Öyüd-nәsihәt, qәlb mәnәviyyatı  vә sufilik kitabları bu 
növ hәdislәrlә doludur. Hәtta görürük ki, bir çox belә kitab-
larda “zәif” hәdislәrlә yanaşı, hәm dә әsli vә istinadı qeyri-mә-
lum, Peyğәmbәrin adından uydurulmuş  hәdislәr nәql edilib. 
Halbuki alimlәr bu cür uydurma hәdislәr barәdә ümmәti xә-
bәrdar etmiş, bu haqda kitablar yazmışlar. Ümmәtin alimlәri 
yalan vә saxta olduğunu bildirmәdәn belә hәdislәri rәvayәt et-
mәyin haram olmağında hәmrәydirlәr.  
 
Tәfsir kitablarının çoxunda da eyni hal müşahidә olunur: 
saxta vә uydurma hәdislәrdәn bol-bol istifadә edilib. Hәtta bәzi 
tәfsir kitablarının müәlliflәri Quran ayәlәrinin fәzilәti barәdә 
mәşhur uydurma hәdislәrә yer ayırmağı  zәruri bilmişlәr. Belә 
hәdislәrin puçluğu vә uydurma olduğunu hafiz-imamlar bәyan 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə