Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə10/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

 33
qәlәmә alıb insanlara xәbәrdarlıq etsinlәr. Sәğani, İbn әl-Cövzi, 
Süyuti, Qari, İbn Әrraq, Şövkani, Lәknәvi vә Әlbani belә alim-
lәrdәndir. Onların әsәrlәrindәn faydalanmaq olduqca zәruridir.  
 
Nadanların yozumları 
 
 Nadan 
yozumların nәticәsindә islamın mahiyyәti saxta-
laşdırılır, dürüst deyimlәr tәhrif edilir, dinin müxtәlif tәrәflәri 
“qayçılanır”, hökm vә  tәlimlәr hәqiqi mәzmunundan uzaqlaş-
dırılır, “ata sümük, itә dә ot verilir”.  
 Qeyd 
edәk ki, belә  sәhv yozum vә qeyri-dürüst yanaş-
malar islamdan bixәbәr cahillәrin işidir. Bu cahillәr dinin ruhu-
na bәlәd olmamaqla yanaşı, onun mahiyyәtinә dә lazımınca va-
ra bilmәyiblәr. Onlar yollarını azmayacaq, zәlalәt girdabına yu-
varlanmayacaq dәrәcәdә elmә sahiblәnmәyiblәr. Sahiblәnmә-
yiblәr ki, fәhmlәri dә doğru-dürüst olsun. Onlar heç hәqiqәtә 
dә lazımınca bәlәd deyillәr. Bu sәbәbdәn möhkәm ayәlәrlә, sә-
hih hәdislәrlә razılaşmaz, “mütәşabeh” (mәnası aydın olma-
yan) dini mәtnlәrin arxasınca qaçarlar; Allahın yolundan uzaq-
laşdıran nәfsi istәyә uymaqla әsassız yozumlara girişәr, fitnә-fә-
sad çıxararlar.  
 
Bu insanlar istәr alim libasına bürünsünlәr, istәrsә dә öz-
lәrini müdrik göstәrsinlәr, fәrqi yoxdur, onsuz da yozumları 
nadanlıqlarından xәbәr verir. 
 Belә yozumlardan ehtiyat edib çәkinmәk lazımdır. Dәqiq 
qaydalar qoymaq lazımdır ki, әsassız yozumlardan qaçmağımız 
mümkün olsun.  
 Ümmәtin bütün sapıq qruplarını, qopuq firqәlәrini,  әqi-
dә vә şәriәtdәn üz çevirmişlәri yalnız vә yalnız әsassız yozum-
lar bu kökә salıb.  
 
İmam İbn әl-Qәyyim Peyğәmbәrdәn (Ona Allahın xeyir-
duası  vә salamı olsun!) nәql olunmuş  xәbәrlәri doğru-dürüst 
başa düşmәyin zәruriliyi haqda “Ruh” kitabında yazır: 


 34
 “Peyğәmbәrdәn (Ona Allahın xeyir-duası  vә salamı ol-
sun!) nәql olunan xәbәrlәrdә  nәyin nәzәrdә tutulduğunu heç 
bir artıq-әskikliyә yol vermәdәn başa düşmәk lazımdır. Zәru-
ridir ki, onun sözlәrinә yanlış mәna verilmәsin, nәzәrdә tutdu-
ğu şeydәn, bәyanı vә yolgöstәrәnliyindәn heç nә әskildilmәsin. 
Yalnız Allaha mәlumdur ki, bu işdәki laqeydlik vә dönüklüyün 
nәticәsindә necә dә çox sapqınlıq meydana çıxıb. Hәtta islamda 
nәşәt etmiş  hәr bir bidәt vә sapqınlığın kökündә Allah vә  rә-
sulundan (Ona Allahın xeyir-duası  vә salamı olsun!) rәvayәt 
olunan xәbәrlәrin sәhv başa düşülmәsi yatır. Dinin ana qay-
daları  (üsul) vә törәmә prinsiplәrindәki (füruat) xәtaların da 
“sәbәbkar”ı bu cür sәhv fәhmdir. Özü dә bu cür sәhv fәhm bәd 
niyyәtlә müşayiәt olunduqda vәziyyәt daha tükürpәrdici olur. 
Tabe etdirilәndәki (mətbu) bәzi  şeylәrin xoş niyyәtә  rәğmәn 
sәhv başa düşülmәsi tabe olandan (tabe) irәli gәlәn pis mәqsәd-
lә bir araya gәlәrsә, dinin vә ümmәtin vay halına! Allah dadı-
nıza çatsın! Qәdәrilik, mürciәlik, xaricilik, mötәzililik, cәhmilik, 
rafizlik vә digәr bidәtçi qrupları bidәt girdabına Allahdan vә 
peyğәmbәrindәn (Ona Allahın xeyir-duası vә salamı olsun!) rә-
vayәt olunmuş xәbәrlәri sәhv başa düşmәlәri yuvarlamadımı?! 
Hәtta din әksәr insanların  әlindә bu mәfhumları  zәruri edәn 
vasitәyә çevrildi. Nәticәdә, sәhabә (Pak vә Uca Allah onlardan 
razı qalsın!) vә tabein nәslinin Allah vә  rәsulundan (Ona Al-
lahın xeyir-duası vә salamı olsun!) başa düşüb әxz etdiyi şeylәr 
bir kәnara atıldı, diqqәtәlayiq hesab olunmadı. Belә ki, hәr han-
sı bir kitaba başdan-ayağa nәzәr salsan görәrsәn ki, müәllifi Al-
lah vә rәsulundan rәvayәt olunmuş xәbәrlәri heç bir mövzuda 
lazımınca başa düşmәyib.  İnsanlara mәlum olanlardan baş  çı-
xarıb bildiyini dә Peyğәmbәrin gәtirdiyi  şeylәrlә müqayisә 
edәn  şәxs bundan xәbәrdardır. Kim ki әksinә davranıb Pey-
ğәmbәrin gәtirdiyi şeylәri şәxsi düşüncә vә әqidәsi әsasında nә-
zәrdәn keçirәrsә, hüsni-zәn bәslәdiyi kәslәri tәqlid edәrsә, artıq 
ona heç bir söz fayda vermәz. Burax onu seçdiyi ilә baş-başa! 


 35
Boşla onu, istәdiyi yerә getsin! Allaha da şükür et ki, onun ba-
şına gәlәn bәladan sәni qoruyub!” 
 Dini 
mәtnlәrin – ayә  vә  hәdislәrin sәhv yozumu köhnә 
xәstәlikdir;  әvvәlki millәtlәr, xalqlar kimi müsәlmanlar da bu 
xәstәliyә mübtәla olmuşlar. Bu xәstәlik onları Allahın haqq di-
nindәn sapdırıb, nurlu ilahi kәlamların tәhrifinә sәbәb olub. İn-
sanları zülmәtdәn işığa çıxarmağı mәqsәd güdәn ilahi kәlamlar 
saxtakarlığa alәt edilib.  
 Müsәlmanların arasındakı müxtәlif qruplar sәhv tә`vil 
(yozum) xәstәliyinә tutulmuşlar. Bu qrupların hәr biri dinin, di-
lin vә  ağlın dәqiq prinsiplәrinә, icbari qaydalarına  әhәmiyyәt 
vermәdәn dini mәtnlәri öz mәnafeyinә uyğunlaşdırmağa çalış-
mışdır. Elә qruplar da tapılıb ki, yozumda ağlagәlmәz ifratçılıq 
nümayiş etdirmәklә hәdd-hüdud tanımayıblar. Mәsәlәn, batini-
lik belә qruplardandır. Batinilәr sözlәrin mәnalarını kәsib-doğ-
ramaqla ağıl vә dinin qәbul etmәdiyi sәhv yolla getmişlәr.  
 Müxtәlif rasional mәktәblәrin nümayәndәlәri dә – mütә-
kәllimlәr, müsәlman filosofları, xüsusilә  dә mötәzililәr tә`vil-
dәn istifadә etmişlәr.  
 Elә  fәqihlәr dә olmuşdur ki, dini mәtnlәri, xüsusilә  dә 
hәdislәri öz mәzhәblәrinin mәnafeyi naminә tә`vil etmiş, mәz-
hәbi  әsas, dini mәtnlәri isә ikinci dәrәcәli tutmuşlar, – bu, ol-
duqca tәhlükәli qaydadır. Zәruridir ki, dini mәtnlәr mәzhәb-
lәrin deyil, mәzhәblәr dini mәtnlәrin әsasında nәzәrdәn keçiril-
sin! Başlıca qayda budur: Qeyri-mәsuma mәsum  әsasında qiy-
mәt verilmәlidir. Allah da bunu әmr edir: 
 “...Әgәr bir iş barәsindә mübahisә etsәniz, Allaha vә qi-
yamәt gününә inanırsınızsa, onu Allaha vә Peyğәmbәrә hәvalә 
edin!..” (әn-Nisa, 59). 
 Düzdür, 
tә`vili bütövlükdә  rәdd etmәk olmaz, ona da 
ehtiyac vardır. Ancaq o, müәyyәn mәqamlarda, müәyyәn şәrt-


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə