Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

 36
lәr vә qaydalar çәrçivәsindә olmalıdır. Bu mәsәlәyә biz bәzi ki-
tablarımızda toxunmuşuq
1
.  
 
Sәhv yozumun müxtәlif sәbәblәri vardır. Bәzәn cahillik, 
dar zehniyyәt,  әqli qәflәt vә  zәnn, başqa sözlә desәk,  әqli tәn-
bәllik vә elmi naqislik, bәzәn dә  nәfsi istәk buna sәbәb olur. 
Mәsәlәn, İmam Әhmәd rәvayәt edir ki, Müaviyәyә Әmmar ibn 
Yasirin hәdisini xatırladırlar. Hәdis belәdir: Allahın rәsulu Әm-
mar ibn Yasirә deyibmiş: “Ey Әmmar, sәni zalım insanlar qәtlә 
yetirәcәklәr”. Müaviyә üzünü Әmr ibn Asa tutur: “O, kimin 
(Hәzrәti Әlini nәzәrdә tuturdu) yanında idisә, onu da onlar öl-
dürüblәr”.  
 
Tәbii ki, bu, әsassız bir yozumdur. Әgәr belәdirsә, onda 
Allahın rәsulu da onunla birlikdә döyüşlәrdә, cihadlarda iştirak 
edib şәhid olanların – Hәzrәti Hәmzәnin, Mus`ab ibn Ümeyr vә 
digәrlәrinin qatilidir
2
.  
 
Şübhә yoxdur ki, bu, nәfsi istәyin diktә etdiyi yozum-
dur! 
 
İlahiyyat vә  kәlam mәktәblәrinin dә yozumları olmuş-
dur. Belә yozumlara mәzhәbçilik vә firqәbazlıq sәbәb olub.  
 Dövrümüzdә elә  şәxslәrә rast gәlirik ki, sәhih 
hәdislәrdәn, hәtta ayәlәrdәn belә ya üz çevirir, ya da ki onları 
olduqca qәribә  tәrzdә, nәfsi istәklәrinә uyaraq tә`vil edirlәr. 
Özü dә gözlәri kor, qulaqları da kar edәn nәfsi istәyә uymaqla! 
Müqәddәs kitabımız belәlәri haqda necә  dә  mәqamında bu-
yurur:  
 
“...onlar öz nәfslәrinә uymuşlar. Allahdan bir dәlil (hi-
dayәt) olmayınca öz nәfsinә uyandan daha çox azmış kim ola 
bilәr?! Allah zalım tayfanı doğru yolda müvәffәq etmәz!” (әl-
Qәsәs, 50). 
                                                 
1
 Bax:  Yusif  әl-Qәrdavi. “İslamın ali mәnbәlәri – Quran vә Sünnә” kitabı, 
“Sәhv yozum” fәsli, sәh. 296-330. 
2
 Yenә orada, sәh. 298-299. 


 37
 
Sünnəyə münasibətin 
əsas prinsipləri 
 
 Sünnәyә sarılmaq, batil әhlinin uydurmalarından, ifrat-
çıların saxtakarlığından, nadanların yozumlarından onu qoru-
maq istәyәn  şәxs bir neçә  mәsәlәyә  dәrindәn bәlәd olmalıdır. 
Bu mәsәlәlәri Sünnәyә münasibәtin  әsas prinsiplәri adlandıra 
bilәrik.   
 
1. Sünnənin (hədislərin) 
 mötəbərliyindən əminlik 
 
 
İstәr qövli, istәr feli, istәrsә dә iqrari olsun, fәrqi yoxdur, 
bütün növ hәdislәrin (Sünnәnin) mәtn vә istinadlarının sәhihli-
yindәn  әmin olmaq lazımdır. Özü dә ümmәtin mötәbәr alim-
lәrinin müәyyәnlәşdirdiyi dәqiq elmi meyarlar әsasında! 
 
Tәdqiqatçı bu mәsәlәdә bilik vә tәcrübә sahiblәrinә mü-
raciәt etmәlidir. Söhbәt ömürlәrini hәdislәri öyrәnmәyә, sәhi-
hini zәifindәn, mәqbulunu da qeyri-mәqbulundan fәrqlәndir-
mәyә  hәsr etmiş Sünnә  sәrraflarından gedir. Allah tәala da bu 
haqda belә buyurur: 
 “Heç 
kәs sәnә hәr şeydәn xәbәrdar olan kimi xәbәr verә 
bilmәz!” (Fatir, 14). 
 
Bu insanlar “möhkәm köklü” vә “geniş budaqlı” hәdis 
elmi sahәsini tәsis etmişlәr. Fiqh üçün “Fiqh üsulu” nәdirsә, hә-
dislәr üçün dә hәmin elm – “Hәdis üsulu” odur. Bu elmin çoxlu 
qolları (sahәlәri) vardır. Әllamә İbn Sәlaha görә bu sahәlәrin sa-
yı 65-dir. İmam Süyuti isә “Tәdrib әr-Ravi әla Tәqrib әn-Nәva-
vi” kitabında bu elmin 93 sahәsindәn söz açır. 
 
Mәlumdur ki, bu elmin – Hәdis üsulu elminin bәzi mә-
sәlәlәri hamı tәrәfindәn qәbul edilib. Bәzi mәsәlәlәri isә müba-


 38
hisәlidir. Bu sәbәbdәn elm әhli ixtilaflı mәsәlәlәri dәrindәn gö-
tür-qoy etmәli, münasib variantlara üstünlük vermәdir.  
 Bu 
mәqamda mәn ümmәtin erkәn dövr alimlәrinin (mü‐
təqəddimun) metodunu sonrakı dövr alimlәrininkindәn (mütə‐
əxxirun) üstün tuturam. Çünki erkәn dövr alimlәri “zәif” hәdis-
lәri hәr mәqamda  әminliklә, açıq-aşkaranә istifadә etmirdilәr. 
Onlar sonrakı dövr alimlәri ilә müqayisәdә ehtiyatlı davranır-
dılar.   
 
Mәsәlәn, belә  mәsәlәlәrә  hәdislәrin mötәbәrliyinin artı-
rılması  (ziyadə  əs‐siqə  fil‐hədis), bir neçә  zәif istinadla hәdis-
lәrin “güclәndirilmәsi” (təqviyə əl‐hədis bi‐təəddüd ət‐turuq əz‐
zəifə) daxildir. Yәni, “zәif” hәdislәrdәn hansı hәddәdәk istifadә 
etmәk mümkündür? Hansı  hәdislәr istinad yollarının çoxluğu 
әsasında güclәndirilә bilәr? Hansı növ “zәif” hәdislәrlә hesab-
laşmaq olar?  
 “Mövquf” 
hәdis
1
 problemi  dә bu qәbil mәsәlәlәrdәndir. 
Belә ki, hökm çıxarmada “mövquf” hәdislәri “mәrfu”
2
 sayanlar 
tapılır. Özü dә hәmin şәxslәr özlәri dә görürlәr ki, bu hәdislәrin 
mövzusu heç bir rәyә, fikrә açıq deyil. Amma nә fayda! Nә çox-
dur belә hәdislәrә әsaslanaraq söz söylәyәn, fikir izhar edәn!
3
 
 Elәlәri dә var ki, hәdislәrin mәzmununa  şәrti (ümumi) 
mәna vә izah çәrçivәsindә yanaşırlar. Bu әnәnәvi izahların әk-
sәriyyәti әvvәlki alimlәrә mәlum biliklәr әsasında irәli sürülüb. 
İndi isә elm inkişaf etdiyindәn hәmin  әnәnәvi izahlardan “ya-
pışmaq” doğru olmazdı. 
 
                                                 
1
 Hәdislәrin “mәrfu”, “mövquf” vә “mәqtu” tәsnifatında “mövquf” hәdislәr 
sәhabәlәrin sözlәri vә  hәrәkәtlәrini ifadә edәn hәdislәrdir – tərcüməçinin 
qeydi
2
 “Mәrfu” hәdislәr Peyğәmbәrә aid hәdislәrdir. Yәni,  әlimizdәn olan bu vә 
ya digәr hәdisin istinad zәnciri Peyğәmbәrәdәk uzanır – tərcüməçinin qeydi
3
 Şeyx Yusif әl-Qәrdavi. Müasir dövrdә müsәlmanlar üçün fiqhin 
asanlaşdırılması, 2 cilddә, Qahirә: “Vәhbә” nәşriyyatı, cild I. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə