Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

 43
etmiş, tәsdiqlәmişlәr. Elә isә bu cür hәdislәri rәvayәt edib kitab-
larının sәhifәlәrini “kirlәdәnlәr”ә heç bir üzrxahlıq düşmür.  
 Ancaq 
Zәmәxşәri, Sәalibi, Beyzavi, İsmayıl Hәqqi vә baş-
qa tәfsirçilәr uydurma hәdislәri öz kitablarında rәvayәt etmәk-
dә israr göstәrmişlәr.  
 
Uydurma hədisləri müdafiə  
etmək yolverilməzdir 
 
 
Әn tәәccüblüsü budur ki, “Ruh әl-Bәyan” tәfsirinin 
müәllifi (İsmayıl Hәqqi Bursalı nәzәrdә tutulur – mütərcim) öz 
kitabında uydurma hәdislәrә yer ayırmaqla yanaşı, әmәlinә bә-
raәt qazandırmağa da çalışmışdır. O, “әt-Tövbә” surәsinin tәfsi-
ri zamanı heyrәtamiz cәsarәtlә yazır:  
 
“Bil ki, bu surәnin sonunda “әl-Kәşşaf” әsәrinin müәllifi 
Zәmәxşәrinin, onun da ardınca Qazı Beyzavi vә  Әbu  әs-Süud 
kimi böyük müfәssirlәrin (Allah onlara rәhmәt etsin!) söz açdığı 
hәdislәr haqda alimlәr çox danışmışlar; bәzilәri onları  mәqbul 
saymış, bәzilәri dә, mәsәlәn,  İmam Sәğani vә qeyrilәri uydur-
ma iddiası ilә onları rәdd etmişlәr...”. 
 
Qadir Allah bu fağır bәndәnin (İsmayıl Hәqqinin – mü‐
tərcim) tәqsirindәn keçsin. Aydındır ki, hәmin hәdislәr ya sәhih 
vә güclü, ya “zәif” vә “illәt”li, ya da ki uydurma (mövzu) vә ya-
landır.  
 
Әgәr bu hәdislәr sәhih vә güclüdürsә, buna bir sözümüz 
yoxdur. Yox әgәr istinadları  zәifdirsә, onda hәdis alimlәri bu 
cür “zәif” hәdislәrin yaxşılığa rәğbәt yaradan, pislikdәn dә çә-
kindirәn işlәrdә  (tərğib  və  tərhib) tәtbiqinin “caizliyi” barәdә 
hәmfikirdirlәr. Belә yanaşmaya  İmam Nәvәvinin “әl-Әzkar”, 
Әli ibn Bürhanәddin әl-Hәlәbinin “İnsan әl-Üyun”, İbn Fәxrәd-
din әr-Ruminin “әl-Әsrar әl-Mühәmmәdiyyә” vә digәr kitablar-
da rast gәlirik.   


 44
 Dediyimiz 
kimi, 
әgәr hәdislәr uydurma (mövzu) çıxarsa, 
bu haqda Hakim vә başqaları aşağıdakı әhvalatı rәvayәt etmiş-
lәr: 
 
“Bir zahid Quran vә surәlәrinin fәzilәti haqda hәdis uy-
durmaqla mәşğul imiş. Ondan bunun sәbәbini soruşduqda belә 
cavab verir: “Gördüm ki, insanlar Qurandan çox uzaqlaşıblar. 
İstәdim ki, onlarda Qurana bir istәk oyadım, onları Quran oxu-
mağa rәğbәtlәndirim”. Ona xatırladanda ki: “Allahın rәsulu: 
“Kim mәnim adımdan yalan danışarsa, cәhәnnәmdәki yerinә 
hazırlaşsın!” – deyib”, özünü belә tәmizә çıxarır: “Mәn ki onun 
әleyhinә deyil, lehinә, xeyrinә yalan söylәyirәm”.  
 (Yәqin, Bursalı) belә demәk istәyib: Peyğәmbәrin  әley-
hinә yalan danışmaq islamın  әsaslarını  yıxıb  şәriәtә  vә hökm-
lәrә xәlәl gәtirdiyi halda onun lehinә (xeyrinә) yalan uydurmaq 
isә әksinә, (insanları) şәriәtә uyub onun yolu ilә getmәyә sövq 
edir.  Şeyx  İzzәddin ibn Abdussalam bu barәdә deyib: “Söz 
mәqsәdә çatmaq vasitәsidir. Dinin gözәl saydığı bir işә hәm ya-
lan, hәm dә doğru danışmaqla nail olmaq mümkündürsә, bu 
mәqamda yalan danışmaq haramdır.  Әgәr doğruluqla deyil, 
yalnız yalan söylәmәklә hәmin iş baş tutarsa, onda yalan danış-
maq “mübah”dır. Ancaq bir şәrtlә ki, hәmin mәqsәdә çatmaq 
da “mübah” olsun! Әgәr bu mәqsәdә çatmaq vacibdirsә, yalan 
danışmaq da vacib sayılır. Bu mәsәlәdә qayda bundan ibarәt-
dir”
1
.  
 Bu 
mәqamda “Lә hәvlә vә lә quvvәtә illә billәhil-Aliyyil-
Azim” vә “İnnә lillәhi vә innә İlәyhi raciun” – demәkdәn
2
 özü-
müzü saxlaya bilmirik! 
                                                 
1
 Lәknәvinin “әl-Әcvibәt  әl-Fazilә” kitabına  şәrh yazan Şeyx  Әbdülfәttah 
әbu Qüddәt bu fikirlә razılaşmayıb. Bax: hәmin kitab, Qahirә, 1984, sәh. 133-
134. 
2
 Tәrcümәsi: Uca vә Qüdrәtli Allahdan başqa güc vә qüdrәt sahibi yoxdur. 
Hәqiqәtәn, biz Allaha mәxsusuq vә Ona da qayıdacağıq!  


 45
 
İnsan dәhşәtә gәlir ki, özünü Allahın kitabını tәfsir edәn 
alimlәr zümrәsindәn sayan, barәsindә bәzilәrinin dә: “O, böyük 
fәqih vә üsul alimidir” – dediyi bu şәxs necә ola bilәr ki, belә 
şeylәr danışsın! Mütәxәssis alimlәrin bilmәsi tәlәb olunan pri-
oritet mәsәlәlәrdәn xәbәrsiz şәxsin harası fәqih ola bilәr axı!? 
 Sufi 
tәriqәtinә mәnsub bu şeyx bilmirmi ki, Allah bizә öz 
dinini vә nemәtini tamamlamışdır. Odur ki, uydurduğu hәdis-
lәrlә kiminsә bizim dinimizi tamamlamağına ehtiyacımız yox-
dur! Sanki bu şәxs Uca Allahın yol verdiyi nöqsanları, çatışmaz-
lıqları aradan qaldırır, Peyğәmbәrә  dә minnәtlә xatırladır ki: 
“Bax ha, mәn sәnin naqis dinini tamamlamaq, ondakı “dәlik-
lәr”i qapamaq üçün uydurduğum hәdislәrlә  sәnin xeyrinә ya-
lan danışıram!”  
 
İmam  İzzәddin ibn Abdussalamın dediklәrinә  gәlincә, 
bu, tamamilә başqa söhbәtin mövzusudur. Söhbәt tәrәflәri ba-
rışdırmaq, günahsız bir şәxsi onu qovlayan zalımın әlindәn xi-
las etmәk, müharibә vә digәr belә mәqamlarda yalan danışma-
ğa icazә verәn hәdislәrdәn gedir.  
 
Bu, bir yana qalsın! İbn Abdussalamın özü dә yuxarıdakı 
iddia ilә razılaşmayıb. Görün o, nә deyir: “Dinin gözәl saydığı 
bir işә hәm yalan, hәm dә doğru danışmaqla nail olmaq müm-
kündürsә, bu mәqamda yalan danışmaq haramdır”. Elә isә belә 
deyә bilәrik: Yalan (uydurma) hәdislәrin rәğbәt oyatdığı bütün 
fәzilәtlәrin, qorxudub çәkindirdiyi hәr bir rәzalәtin ifadә etdiyi 
mәqsәdә sәhih vә “hәsәn” hәdislәr vasitәsilә çatmağımız, şüb-
hәsiz ki, mümkündür. Demәli, bu mәqamda yalan yәqinliklә 
haramdır, böyük günahdır!  
 
 


 46
 
Səhih hədisləri rədd etmək – uydurma 
hədisləri məqbul bilmək deməkdir 
 
   
Uydurma (mövzu) hәdislәri qәbul edib onları Allahın rә-
sulunun adına çıxmaq nә qәdәr sәhv vә tәhlükәlidirsә, nәfsi is-
tәk vә xudbinlik üzündәn, özünü Allah vә peyğәmbәri haqda 
hәr şeyi bilәn alim kimi tanıtmaqla, ümmәtә, üstün alimlәri vә 
imamlarına sui-zәn bәslәmәklә  sәhih hәdislәri rәdd etmәk dә 
bir o qәdәr batil әmәldir.  
 Ötәn  әsrlәrdә müsәlman kütlә (ümmәtin avam kütlәsi) 
uydurma vә yalan hәdislәri mәqbul saydığı halda, dövrümü-
zün kütlәsi dә heç bir biliyә, rәhbәrә, aydınlaşdırıcı kitaba әsas-
lanmadan sәhih hәdislәri rәdd edir. Biz burada kütlә dedikdә 
yazı-pozu bilmәyәnlәri vә bәnzәrlәrini nәzәrdә tutmuruq. Çün-
ki belәlәri bacarmadıqları, başlarının çıxmadığı  şeylәrdә özlә-
rini riskә atmazlar. Әksinә, o kәslәri nәzәrdә tuturuq ki, mәğ-
rurdurlar, özlәri haqda yüksәk fikirdәdirlәr, mәtlәbsiz danışar-
lar.
1
 Belәlәri elm çeşmәsindәn su içmәmişlәr, bildiklәrini – bunu 
elm yox, elmin “qırıntıları” saymaq olar – ikinci dәrәcәli mәn-
bәlәrdәn, şәrqşünaslardan, missionerlәrdәn... “çırpışdırmışlar”.   
 
Nә isә... Sәhih hәdislәri tәkzib – dinin rәdd etdiyi uydur-
ma hәdislәri mәqbul bilmәk kimi şeydir.    
 Uydurma 
hәdislәri qәbul etmәk yad, kәnar  şeylәri dinә 
soxar. Sәhih hәdislәri tәkzib etmәk isә dindәn dinә aid şeylәri 
qoparar. Tәbii ki, hәr iki hal – batilә әl açmaq vә haqqı kәnara 
atmaq qәbuledilmәzdir. 
 
 
 
                                                 
1
 Müәllif burada hәmin  şәxslәr haqqında “evlәrә qapılarından girmәzlәr” 
ifadәsini işlәdir – tərcüməçinin qeydi.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə