Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

 30
Bu üç xәstәliyin hәr biri peyğәmbәr mirası  vә metodu 
üçün böyük tәhlükәdir.  
 
İfratçıların təhrifi 
 
 
Fanatizm vә ifratçılıq, demәli, islamın  mötədilliyindən
müsәlman ümmәtinin  tolerantlığından,  şәriәt öhdәliklәrinin 
asanlığından uzaqlaşmaq – bütün bunlar tәhrif demәkdir.  
 
İfratçılıq elә bir xәstәlikdir ki, bizdәn qabaq Kitab әhli 
mәnsublarının  әksәriyyәtini mәhv edib. Onlar әqidәdә, ibadәt 
vә davranışlarda ifrata varmış, dini çәtinlәşdirmiş, Allahın izn 
vermәdiyi şeylәri qanun halına salmış, halalları haram, haram-
ları da halal etmiş, Onun fәrz buyurmadığı әmәllәrdә insanlara 
öhdәlik yüklәmişlәr. Qurani-Kәrimdә bu haqda deyilir: 
 
“De: “Ey kitab әhli! Dininizdә haqsız yerә ifrata varma-
yın. Әvvәlcә yolunu azmış, bir çoxlarını da azdırmış vә doğru 
yoldan çıxmış bir tayfanın nәfsinin istәklәrinә uymayın!” (әl-
Maidә, 77).  
 
İbn Abbas (Allah ondan razı qalsın!) rәvayәt edir ki, Al-
lahın rәsulu (Ona Allahın xeyir-duası  vә salamı olsun!) deyib: 
“Nә badә dindә ifrata varasınız. Çünki sizdәn әvvәlkilәr dindә 
ifrata varmaqla cәhәnnәmlik oldular”
1

 
İbn Mәsud (Allah ondan razı qalsın!) rәvayәt edir ki, 
Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) aşağı-
dakı hәdisi üç dәfә tәkrarlayıb: “İfrat әhli cәhәnnәmlik oldu”
2

 
Göründüyü kimi, hәdisdә ifratçılıq dinin tәhrifi kimi 
göstәrilib. Çünki ifratçılıq dinin mötәdil vә asanlaşdırıcı  tәbiә-
                                                                                                                   
Basim fi zәbb  әn Sünnә  Әbu  әl-Qasim, cild I, Beyrut: “Dar әl-Mәrifәt” 
nәşriyyatı, sәh. 21-23; Әlbani. әr-Rövz әl-Bәssam fi Tәxric әt-Tәmmam.  
1
 Hәdisi  İbn Abbasa istinadәn  İmam  Әhmәd, Nәsai,  İbn Macә, Hakim, İbn 
Xüzeymә  vә  İbn Hibban rәvayәt etmişlәr. Habelә, bax: Әlbani. Sәhih  әl-
Came әs-Sәğir vә Ziyadәtuh, hәdis № 2680. 
2
 Müslim. Came әs-Sәhih, “Elm” fәsli, hәdis № 2670. 


 31
tinә  xәlәl gәtirir, yüngüllәşdirmәk  әvәzinә, insanların işini çә-
tinliyә salır, onları yorur.  
 
Batil əhlinin uydurmaları 
 
 Uydurma 

demәkdir ki, batil әhli Peyğәmbәrin (Ona 
Allahın xeyir-duası  vә salamı olsun!) metoduna kәnardan  әla-
vәlәr etmәyә çalışır. Onlar hәm Peyğәmbәrin, islam әqidәsi vә 
şәriәtinin rәdd etdiyi, hәm dә dinin ana vә ikinci dәrәcәli prin-
siplәrinә zidd “yeniliklәri” Sünnәyә sırımaq istәyirlәr.  
 
Bu insanlar sinәlәrdә  әzbәrә  hәkk olunan vә yazıya kö-
çürülüb davamlı oxunan Qurana nәyisә  әlavә etmәyin qeyri-
mümkünlüyünü gördükdә elә  zәnn etdilәr ki, Sünnәyә asan-
lıqla  әlavә  şeylәr “soxuşdurub” Peyğәmbәrin adından hәdis 
uydura bilәcәklәr.  
 Ancaq 
ümmәtin cәfakeşlәri vә Sünnәnin keşikçilәri bu 
mәnfur niyyәti onların ürәklәrindә qoydular; elә etdilәr ki, uy-
durmalar Pak Sünnәyә sırınmadı.  
 Sünnәnin layiqli övladları istinadsız hәdisi qәbul etmә-
diklәri kimi, istinadlardakı ravilәri bir-bir öyrәnmәdәn hәmin 
istinadları  mәqbul saymadılar. Onlar ravilәri, ömür yollarını, 
müәllimlәrini, yoldaşları  vә  şagirdlәrini diqqәtlә öyrәndilәr. 
Hәmçinin, ravilәrin nә dәrәcәdә imanlı, tәqvalı şәxslәr olduğu-
nu araşdırdılar. Rәvayәtçilәrin  әzbәrlәmә qabiliyyәtini, dәqiq 
olub-olmadıqlarını, mәşhur mötәbәr ravilәrlә münasibәtlәrini, 
“qәrib” hәdis rәvayәtçilәrindәn sayılıb-sayılmadıqlarını müәy-
yәnlәşdirdilәr.  
 Bu 
sәbәbdәn dedilәr: “İstinad dindәndir. Әgәr istinad ol-
masaydı, hәrә  ağzına gәlәni danışardı; istinadsız elm öyrәnәn 
qaranlıqda odun yığana bәnzәyәr (yәni, gözü görmәz, odunla 
yanaşı, ilan da toplayar)”.  
 Onlar 
әdalәtli, mötәbәr vә diqqәtli ravilәrlә  tәmsil olu-
nan, gizli vә ya aşkar “qırıqlığın” yer almadığı istinadlara malik 


 32
hәdislәri qәbul etdilәr. Habelә, onlar hәdislәrin “şazz”
1
 olmayıb 
“illәt”
2
 baxımından sağlamlığını şәrt kimi irәli sürdülәr.  
   
Qaydaları vә şәrtlәri çәrçivәsindә istinadları diqqәtlә öy-
rәnmәk müsәlman ümmәtinin keyfiyyәtlәrindәndir. Müsәl-
manlar elmi-tarixi metodun әsasını qoymaqla digәr millәtlәri 
qabaqlamışlar.  
 Ancaq 
çox 
tәәssüf ki, müsәlmanların arasında әsli vә isti-
nadı namәlum puç hәdislәr yayılıb. Düzdür, ümmәtin başbilәn 
alimlәri onların uydurma vә yalan olduğunu bildirmişlәr. An-
caq avam insanların ağzının ipini yığmaq çox çәtindir. Odur ki, 
xalq arasında uydurma hәdislәr özünә daha çox yer edib. Mә-
sәlәn, qadınlarla bağlı aşağıdakı uydurma hәdislәr mövcuddur: 
 - 
“Qız uşaqlarının diri-diri gömülmәsi tәrifәlayiq  әmәl-
lәrdәndir”; 
 - 
“Qadınlarla mәslәhәtlәşin, amma dediklәri ilә razılaş-
mayın”; 
 - 
“Qadınların otaqlarda yaşamalarına icazә vermәyin
onlara yazı-pozunu da öyrәtmәyin” vә sair.  
 Bu 
qәbil hәdislәrin bәzisi açıq-aydın  şәkildә tövhid әqi-
dәsinә ziddir: 
 
“Әgәr biriniz daşa etiqad bәslәyәrsә, daş ona fayda ve-
rәr”. 
 
Bәzi hәdislәr dә başdan-ayağa xurafatdır:  
 “Qızılgül Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә sala-
mı olsun!) tәrindәn yaradılıb”.  
 Öyüd-nәsihәt,  әxlaq, sufilik vә  hәtta hәdis kitabları bu 
cür uydurma hәdislәrlә “doldurulduğu” zaman ümmәtin bö-
yük alimlәri mәcbur oldular ki, uydurma hәdislәr haqda әsәrlәr 
                                                 
1
 “Şazz”  (әrәb. “anormal”): “Zәif” hәdis növüdür. Bu vә ya digәr hәdisin 
mötәbәr ravisi hәmin hәdisin digәr mötәbәr ravilәrinә müxalif davranarsa, 
belә hәdis “şazz” adlanır – tərcüməçinin qeydi.  
2
 “İllət” (әrәb. “sәbәb”, “zәif cәhәt”, “qüsur”):  Zahirәn sağlam görünәn, әs-
lindә isә hәdisin sәhihliyinә xәlәl gәtirәn gizli qüsur – tərcüməçinin qeydi.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə