Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

 51
Bu düşmәnlәr onu da bildirirlәr ki, Allah Quranı qoru-
yacağını bizә  zәmanәt verdiyi halda, Sünnәni hifz edәcәyinә 
zamin durmayıb. 
Onlara  cavabımız:  Şübhә yoxdur ki, Sünnә Quranın 
açıqlamasıdır. O, Qurandakı bütövün tәfsilatını verir, ümumini 
xüsusilәşdirir, geniş olanı da çәrçivәyә salır. Sünnә olmasaydı, 
namaza, oruca, zәkat vә  hәccә dair tәfsilatlı  mәlumatları hara-
dan öyrәnәrdik?! Allah tәala buyurur:  
“...Sәnә dә Quranı nazil etdik ki, insanlara onlara göndә-
rilәni (hökmlәri, halal-haramı) izah edәsәn vә  bәlkә, onlar da 
düşünüb dәrk edәlәr!” (әn-Nәhl, 44).  
Bununla yanaşı, Quranın özü bizә  әmr edir ki, Allaha 
olduğu kimi, Onun rәsuluna da itaәt edәk: 
- “De: “Allaha itaәt edin, Peyğәmbәrә itaәt edin...” (әn-
Nur, 54); 
- “Ey iman gәtirәnlәr! Allaha, Peyğәmbәrә vә özünüzdәn 
olan ixtiyar (әmr) sahiblәrinә itaәt edin! Әgәr bir iş barәsindә 
mübahisә etsәniz, Allaha vә qiyamәt gününә inanırsınızsa, onu 
Allaha vә Peyğәmbәrә hәvalә edin!..” (әn-Nisa, 59). 
İslam alimlәri hәmrәydirlәr ki, bir işin Allaha vә pey-
ğәmbәrinә hәvalә edilmәsi dedikdә Qurana vә Sünnәyә hәvalә 
başa düşülür.  
Uca Allah buyurur: 
“...Onun (Peyğәmbәrin)  әmrinә qarşı  çıxanlar başlarına 
gәlәcәk bir bәladan, yaxud düçar olacaqları şiddәtli bir әzabdan 
hәzәr etsinlәr!” (әn-Nur, 63). 
Allahın Quranı qoruyacağına zәmanәt verdiyi halda, 
Sünnәni hifz edәcәyinә zamin durmadığı iddiasına gәlincә, 
İmam  Şatibi bu iddiaya tutarlı cavab verib. O, “әl-Müvafәqat” 
әsәrindә yazır ki, Quranı qorumaq Sünnәni dә hifz etmәkdir. 
Çünki Sünnә Quranın açıqlanmasıdır. Elә isә açıqlanmışın qo-
runması açıqlayanın da qorunmasını labüd edir.  
 


 52
 
Hədislərin səhv fəhm  
səbəbi ilə rədd edilməsi 
 
Bu mәqamda bir mәsәlәyә diqqәti cәlb etmәk istәyirik. 
İşin  әhli olmayan, mütәxәssis sayılmayan kәslәr çox vaxt sәhv 
fәhm üzündәn Sünnәni vә  sәhih hәdislәri rәdd edәrlәr. Bu isә 
zәruri edir ki, tәlәsmәyәk, öyrәnәk, Sünnәni dәqiq başa düşәk
mәnbәlәrinә vә alimlәrinә müraciәt edәk. Bu haqda növbәti sә-
hifәlәrdә danışacağıq.  
 
Səhv fəhm və səhih  
hədislərin rədd edilməsi 
 
 Sünnәnin düçar olduğu bәlalardan biri dә budur ki, bәzi 
tәlәskәn insanlar bu vә ya digәr hәdisi oxuyub mәnasını başa 
düşmәdiklәri vaxt ona istәdiklәri mәnanı verirlәr. Doğru-dü-
rüst başa düşmәdiklәri üçün hәdisin mәnası onlara mәqbul gö-
rünmür vә belә qeyri-mәqbul mәnanı ifadә  etdiyi  üçün  onlar 
hәdisi rәdd etmәyә tәlәsirlәr.  
Әgәr bu insanlar insaflı hәrәkәt edib, bir qәdәr düşünüb 
araşdırsaydılar, görәrdilәr ki, hәmin hәdisin mәnası heç dә başa 
düşdüklәri kimi deyil. Halbuki onlar hәdisә elә  mәna veriblәr 
ki, nә Qurana, Sünnәyә uyğundur, nә dilçilik (әrәb dili nәzәrdә 
tutulur) baxımından düzdür, nә dә heç bir alim indiyәdәk belә 
şey söylәmәyib.  
 
 
 
 
 
 


 53
1. Həzrəti Aişənin “Mən aybaşı ikən  
Allahın rəsulu mənə əmr edir, mən də önlüyümü  
bağlayır, o da mənə toxunurdu” hədisi 
 
Bu cür hәdislәrdәn biri Möminlәrin anası Hәzrәti Aişәyә 
(Allah ondan razı qalsın!) istinadәn İmam Buxari vә başqaları-
nın rәvayәt etdiklәri aşağıdakı  hәdisdir: “Mәn aybaşı ikәn Al-
lahın rәsulu (Ona Allahın xeyir-duası  vә salamı olsun!) mәnә 
әmr edir, mәn dә önlüyümü bağlayır, o da mәnә toxunurdu”.  
Bundan tәxminәn 30 il әvvәl Küveytin “әl-Әrәbi” jurna-
lının müәlliflәrindәn biri әlaqәdar olaraq qәlәmә aldığı mәqalә-
sindә yuxarıdakı  hәdisi rәdd etmişdi. Hәmin  şәxs iddia edirdi 
ki, hәdis Qurana ziddir. Axı Allah Quranda belә buyurur: “(Ya 
Rәsulum!) Sәndәn heyz (aybaşı) barәsindә sual edәnlәrә söylә: 
“Heyz  әziyyәtli bir haldır. Heyz zamanı qadınlardan kәnar 
olun, (heyzdәn) tәmizlәnmәyәnә  qәdәr onlarla yaxınlıq etmә-
yin, tәmizlәndikdәn sonra isә Allahın sizә  әmr etdiyi yerdәn 
(buyurduğu qayda üzrә) onlara yaxınlaşın!..” (әl-Bәqәrә, 222). 
Müәllif yazır: “Quran әmr edir ki, aybaşı qadınlara ya-
xınlaşmaq olmaz. Hәdisdә isә deyilir ki, Peyğәmbәr Hәzrәti Ai-
şәyә aybaşı olmağına rәğmәn, önlüyü üzәrindәn toxunurmuş”.  
O vaxt biz hәmin müәllifә tәfsilatlı cavab yazmışdıq. Ya-
zımız bir çox jurnal vә qәzetlәrdә çap olunmuşdu. Hәtta bu ya-
zını “Müasir fitvalar” çoxcildliyinin birinci cildindә  dәrc etmi-
şik. Qısası, hәmin şәxsә bildirmişdik ki, onun başa düşdüyünün 
әksinә olaraq Quranla Sünnә arasında heç bir ziddiyyәt yoxdur. 
Bu hәdis Quran ayәsini izah edir, ayәdәki “kәnar olun” ifa-
dәsini açıqlayır. Bu, o demәk deyil ki, qadından tamamilә uzaq 
olmaq lazımdır. Necә ki, yәhudilәr bu cür hәrәkәt edәrmişlәr; 
aybaşı olan arvadları ilә ümumiyyәtlә bir evdә qalmazdılar. 
“Kәnar olun” әmri cinsi әlaqәni qadağan edir. Cinsi әlaqәyә gir-


 54
mәdәn qadınla әylәnib mazaqlaşmaq ayәdәki “kәnar olun” әm-
rini pozmur
1
.   
 
2. “Allahım, məni miskin yaşat” hədisi 
 
Bәzilәri  Әbu Sәid  әl-Xudriyә istinadәn  İbn Macәnin, 
Übadә ibn әs-Samitә istinadәn dә  Tәbәraninin rәvayәt etdiyi 
“Allahım, mәni miskin yaşat, miskin öldür, miskinlәr zümrә-
sindә dә dirilt!” hәdisini
2
 oxuduqdan sonra elә başa düşmüşlәr 
ki, hәdisdәki miskinlik “kasıblıq” vә “insanlara möhtaclıq” mә-
nalarına gәlir.  
Ancaq hәdisi bu cür başa düşmәk a) kasıblığın fitnә-
sindәn Peyğәmbәrin Allaha sığınması ilә
3
; b) Allahdan iffәt vә 
zәnginlik istәmәsi ilә
4
; v) Sә`dә “Hәqiqәtәn, Allah ibadәtlәrini 
gizli edәn tәqvalı vә dövlәtli qulu sevәr”
5
, Әmr ibn Asa da “Sa-
leh kәsin saleh varı nә gözәldir!” – demәyi ilә
6
 ziddiyyәt әmәlә 
gәtirir. 
Bu ziddiyyәt üzündәn bәzi  şәxslәr yuxarıdakı  hәdisi 
rәdd etmişlәr.  Әslindә, hәdisdәki “miskinlik” sözü “kasıblığı” 
                                                 
1
 Bax: Yusif әl-Qәrdavi. Müasir fitvalar, cild I, “Sәhih әl-Buxari”ni müdafiә” 
fitvası. 
2
 Bax:  Әlbani. Sәhih  әl-Came  әs-Sәğir (1261). Bәzilәri iddia etmişlәr ki, bu 
hәdis “zәif”dir. Qeyd edәk ki, hәdisin Hәzrәti Aişә istinadı  zәifdir. Yuxa-
rıdakı iki istinad isә zәif deyildir.   
3
 Hәdisi Hәzrәti Aişәyә istinadәn  İmam Buxari vә  İmam Müslim rәvayәt 
etmişlәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir (1288). 
4
 Hәdisi  İbn Mәsuda istinadәn  İmam Müslim, Tirmizi vә  İbn Macә  rәvayәt 
etmişlәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir (1275). 
5
 Hәdisi Sә`d ibn әbu Vәqqasa istinadәn İmam Әhmәd vә İmam Müslim rә-
vayәt etmişlәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir (1882). 
6
 Hәdisi  İmam  Әhmәd vә Hakim rәvayәt etmişlәr. Hakim hәdisin sәhih 
olduğunu bildirmiş, Zәhәbi dә onunla razılaşmışdır.  Әlavә  mәlumat üçün 
bax: Yusif әl-Qәrdavi. Kasıblıq problemi vә islamın onu hәll etmәyi, hәdis 
№ 1. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə