Sünnəyə münasibətimiz necə olmalıdır?


Mənası aydın olmayan səhih hədisləri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə18/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

 61
 
Mənası aydın olmayan səhih hədisləri  
tələsik rədd etmək böyük riskdir 
 
Sәhih olsa da, mәnası başa düşülmәyәn hәdislәri tәlәm-
tәlәsik rәdd etmәk hәqiqi elm sahiblәrinin girişmәdiyi bir risk-
dir. Çünki onlar ümmәtin sәlәflәri sayılan alimlәrә hüsn-zәnn 
bәslәyәrlәr. Әgәr hәr hansı bir hәdis bu alimlәr tәrәfindәn sәhih 
qәbul olunubsa, heç bir mötәbәr imam da onu tәkzib etmәyib-
sә, demәli, onlar hәmin hәdisdә  sәhihliyә  xәlәl gәtirәcәk zid-
diyyәt vә “illәt” tapmayıblar.   
İnsaflı alimin borcudur ki, hәdisә ötәri nәzәr salmasın, 
onu münasib formada izah etsin.  
Bu mәsәlәdә  Әhli-Sünnә alimlәrini mötәzililәrdәn fәrq-
lәndirәn cәhәt dә elә budur.  
Mötәzililәr özlәrinin rasional-dini tәlimlәrinә (rasional-
dini mötәzili zehniyyәtinә) zidd hәdislәrin rәddinә  tәşәbbüs 
göstәrdiklәri halda Sünni alimlәri bu cür hәdislәri tә`vil edir-
dilәr; onlar ixtilaflı hәdislәri bir-biri ilә “barışdırır”, zahirәn zid-
diyyәtli görünәnlәrini dә münasib formada uzlaşdırırdılar.  
Bu sәbәbdәn  İmam  Әbu Mәhәmmәd ibn Qüteybә 
“Tә`vil Müxtәlәf әl-Hәdis” adlı kitab yazaraq mötәzililәrin bәzi 
hәdislәrlә bağlı  әsassız ittihamlarına tutarlı cavab vermişdi. 
Mötәzililәr hesab edirdilәr ki, hәmin hәdislәr Qurana vә  ağla 
ziddir; müşahidә dә onları tәkzib edir, digәr hәdislәrlә onların 
әksliyi mövcuddur.  
Sonralar hәnәfi hәdis alimi İmam  Әbu Cәfәr  әt-Tәhavi 
dördcildlik “Şәrh Müşkil  әl-Asar” kitabını
1
 yazmaqla bu qәbil 
hәdislәri mәqbul vә  ağlabatan formada izah etmәyә  cәhd 
göstәrәcәkdi.  
                                                 
1
 Nәhayәt ki, Şüeyb әl-Әrnaut tәrәfindәn çapa hazırlanmış bu qiymәtli әsәr 
“Müәssәsә әr-Risalәt” mәtbәәsindә 8 cilddә nәşr olunub.  


 62
Demәli, Peyğәmbәrә aidliyi isbatlanmış  hәdisin mәna-
sını başa düşmәk üçün onu hәrtәrәfli öyrәnmәk lazımdır; ağla 
zidd görünür deyә, sәhih hәdislәri rәdd etmәk doğru deyildir. 
Problem hәdisdә deyil, onu qavramaqda çәtinlik çәkәn zeh-
niyyәtdә ola bilәr.  
 
Bəzi hədislərə Həzrəti Aişənin baxışı 
 
Barәsindә danışdığımız problemә misal üçün Mömin-
lәrin anası  Hәzrәti Aişәnin (Allah ondan razı qalsın!) bәzi hә-
dislәrә münasibәtini göstәrә bilәrik.  
Belә ki, Hәzrәti Aişә Qurana vә islamın  әsaslarına zidd 
olduğu gümanına düşәrәk bәzi hәdislәri rәdd etmişdir. Halbu-
ki hәmin hәdislәr sәhihdir. Onları mötәbәr vә diqqәtli sәhabә-
lәr rәvayәt etmişlәr.  
Misal üçün “pişik” hәdisini götürәk. İmam Әhmәd yazır 
ki, Әlqәmә belә deyib: “Aişәnin yanında idik. Hәmin vaxt Әbu 
Hüreyrә dә içәri girdi. Aişә ondan soruşdu: “Bağlı saxlayıb son-
ra da çörәk vә su vermәdiyi bir pişiyә görә qadına Allah әzab 
verdi” – deyә hәdis danışan sәnsәnmi?” Әbu Hüreyrә dillәndi: 
“Onu Allahın rәsulundan eşitmişәm.” Aişә dedi: “Heç bilirsәn-
mi hәmin qadın kimdir? O, bu әmәli işlәyәrkәn kafir idi. Bir 
mömin Böyük vә Qüdrәtli Allahın nәzәrindә bir pişiyә görә 
әzab verilmәyәcәk qәdәr hörmәtlidir! Elә isә Peyğәmbәrin 
adından bir şeyi söylәyәndә bax gör nә danışırsan!”
1
 
                                                 
1
 Hәdisi Heysәmi “Mәcmә  әz-Zәvaid” kitabında (cild X, sәh. 190) rәvayәt 
etmiş  vә demişdir: “Hәdisi  İmam  Әhmәd rәvayәt edib, ravilәri dә  İmam 
Buxarinin “Came әs-Sәhih” kitabındakı mötәbәr şәxslәrdir”. Pişiyi bağlı yer-
dә saxladığı üçün qadının cәhәnnәmә girmәsi әhvalatına gәlincә, bu hәdisi 
Әbu Hüreyrәyә istinadәn  İmam Buxari, İmam Müslim vә digәrlәri rәvayәt 
ediblәr. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, (3374). 


 63
Möminlәrin anası Hәzrәti Aişә bu hәdisin Әbu Hüreyrә 
variantını  rәdd etmiş  vә düşünmüşdür ki, o, hәdisi Peyğәm-
bәrdәn düzgün eşitmәyib.  
Möminlәrin anasının dәlili bu idi ki, bir pişik üzündәn 
mömin insana әzab verilmәz. Çünki Allahın nәzәrindә mömin 
şәxs dilsiz-ağızsız bir heyvan üzündәn cәhәnnәmә atılmayacaq 
qәdәr hörmәtlidir.  
Allah Hәzrәti Aişәni bağışlasın! Çünki o, bu mәqamda 
olduqca mühüm mәsәlәni diqqәtdәn qaçırıb. Bu da işlәnmiş hә-
min әmәlin nәyә dәlalәt etmәsidir. Axı ölәnәdәk bir pişiyi bağlı 
saxlamaq hәmin qadının daşqәlbli olmağından açıq-aşkar xәbәr 
verir; Allahın yaratdığı zәif mәxluqlara qarşı onun qәddarlığını 
göstәrir; qәlbinә mәrhәmәt nurunun hakim kәsilmәdiyinә dәla-
lәt edir. Cәnnәtә isә yalnız mәrhәmәt sahiblәri girәrlәr. Allah 
da mәrhәmәtlilәrә rәhm göstәrәr. Әgәr hәmin qadın yerdәkinә 
mәrhәmәt göstәrsәydi, Göydәki dә ona rәhm edәrdi.  
Şübhә yoxdur ki, bu vә bu qәbil hәdislәr insanlıq dәyәr-
lәri baxımından islam üçün fәxr mәnbәyidir. Belә  hәdislәr 
göstәrir ki, islama görә hәr bir canlıya qayğı göstәrmәk lazım-
dır vә bu üzdәn insana savab yazılır.  
İmam Buxarinin rәvayәt etdiyi hәdis dә dediklәrimizi 
tәsdiqlәyir: “Bir kişi bәrk susamış köpәyә su verdi. Allah da (bu 
әmәli müqabilindә) onu bağışladı”
1
.  
“Zina etmiş bir qadın susamış köpәyә su verdi. Allah da 
(bu әmәli müqabilindә) onu bağışladı”
2
.  
Bu bir yana, hәm dә hәmin hәdisi tәkcә Әbu Hüreyrә rә-
vayәt etmәyib ki, hafizәsindәn  şübhә olunsun?! Bir dә ki axı 
Әbu Hüreyrә sәhabәlәr arasında әn iti hafizәsi olan şәxs idi.  
Bu hәdisi başqa sәhabәlәr dә rәvayәt ediblәr. İbn Ömәrә 
istinadәn İmam Әhmәd, Buxari vә Müslim bildirmişlәr ki, Alla-
                                                 
1
 Hәdisi Buxari, Müslim vә Әhmәd ibn Hәnbәl rәvayәt ediblәr.  
2
 Hәdisi Buxari, Müslim vә Әhmәd ibn Hәnbәl rәvayәt ediblәr. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə