Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə19/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

 64
hın rәsulu deyib: “Bir pişiyi ölәnәdәk bağlı yerdә saxlayan qa-
dın әzab yiyәsi oldu; etdiyi әmәl üzündәn cәhәnnәmә atıldı. Al-
lah ona buyurdu: “Pişiyi bağlı saxladığın zaman ona nә yemәk, 
nә dә su verdin. Barı buraxsaydın hәşәratlardan yeyәr, (bunun-
la da ölmәzdi)”
1

Cabirә istinadәn İmam Әhmәd rәvayәt edir ki, Peyğәm-
bәr deyib: “Ölәnәdәk bağlı saxladığı pişik üzündәn bir qadın 
әzab yiyәsi oldu. Hәşәratlardan yemәsi üçün onu heç açıb bu-
raxmadı da”
2

Göründüyü kimi, hәdisi tәkcә  Әbu Hüreyrә  rәvayәt et-
mәyib. Bu da onu göstәrir ki, Әbu Hüreyrә (Allah ondan razı 
qalsın!) hәdisi dәqiq rәvayәt edib. Hәtta, o, bu hәdisin yeganә 
rәvayәtçisi olsaydı belә hәdisә heç bir xәlәl gәlmәzdi.  
    
 
 
                                                 
1
 Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir vә Ziyadәtuh, (3995). 
2
 Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir vә Ziyadәtuh, (3996). 


 65
 
 
İkinci fәsil 
 
FƏQİH VƏ DƏVƏTÇİLƏRİN  
BİLİK MƏNBƏYİ – SÜNNƏ  
 
 
 
 
 

 
Fiqh və qanunvericilikdə Sünnə 
 

 
Dəvət və təşviqatda Sünnə 
 

 
Həvəsləndirmə  və  çəkindirmə  mövzulu  “zəif”  hədis‐
lərin rəvayəti məsələsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 66
 
Fiqh və qanunvericilikdə Sünnə
 
 
 Sünnә Allah tәalanın kitabından sonra fiqh vә qanunve-
riciliyin ikinci mәnbәyidir. Bu sәbәbdәn görürük ki, dini hökm-
lәrin  әsli vә  dәlili olmaq baxımından Sünnәyә bütün mәzhәb-
lәrin fiqh üsulu kitablarında geniş yer ayrılıb.  
Hәtta  İmam Övzai deyib: “Quranın Sünnәyә ehtiyacı 
Sünnәnin Qurana ehtiyacından daha çoxdur”
1
. Çünki Sünnә 
Quranın açıqlayıcısıdır; ondakı bütövün tәfsilatını verәr, ümu-
mini xüsusilәşdirәr, genişi dә çәrçivәyә salar. 
Bu sәbәbdәn bәzilәri belә demişlәr: “Sünnә Quranın qa-
zısıdır”
2
. Yәni, Sünnә Quranda nәzәrdә tutulan şeylәri açıq-
layır.  
Ancaq  İmam  Әhmәd ibn Hәnbәl bu sözdәn narahat 
olmuş vә demişdir: “Bu cür demәyә dilim gәlmir. Odur ki, de-
yirәm: “Sünnә Quranı açıqlayandır”
3
. Bu, İmam  Әhmәdin fәh-
mi vә tәqvasının böyüklüyünü göstәrir.  
Әn doğru görüş dә mәhz budur. Sünnә hәm Quranı izah 
edir, hәm dә onun hәndәvәrindә dolanır, ondan uzaqlaşmır.  
Sünnә ibadәt vә davranışların, elәcә  dә  fәrdlәrin, ailә-
lәrin, cәmiyyәt vә dövlәtlәrin, beynәlxalq münasibәtlәrin qa-
nunvericilik mәnbәyidir, – buna heç kәsin şübhәsi olmasın! 
İmam Şövkani yazır: 
                                                 
1
 İmam Şövkani. İrşad әl-Fәhul. “Mustafa әl-Hәlәbi” nәşriyyatı, tarixsiz, sәh. 
33. 
2
 Yenә orada. Şövkaniyә görә, bu sözlәrin müәllifi Yәhya ibn әbu Kәsirdir. 
Hәmçinin, bax: İbn  Әbdülbәrr. Ca`me Bәyan  әl-Elm vә  Fәzlih, cild II, sәh. 
192.   
3
 Bax: İbn Әbdülbәrr. Ca`me Bәyan әl-Elm vә Fәzlih, cild II, Beyrut, tarixsiz, 
sәh. 191-192.  


 67
“Hasil olan son nәticә budur ki, Sünnәnin qanuni gücü 
(legitimliyi), hökm çıxarma müstәqilliyi dini zәrurәtdir. Bunu 
yalnız vә yalnız islamdan nәsibi olmayanlar inkar edәr”
1

Hәr bir mәzhәbә aid fiqh kitablarını oxuyanlar görürlәr 
ki, hәmin kitablarda Sünnәdәn bol-bol dәlil gәtirilir.  
İslam tarixinin iki mәşhur mәktәbi – Rәy vә Hәdis mәk-
tәblәrindә dә Sünnәnin legitimliyi birmәnalı şәkildә qәbul edil-
mişdi.  
Bu iki mәktәb arasındakı  fәrq hәdisin qәbulu vә  tәtbiqi 
şәrtlәrindә özünü göstәrmişdir. Özü dә bu fәrq tәfsilat vә  tәt-
biqlә әlaqәli idi. 
Rәy mәktәbini tәmsil edәn hәnәfilik mәzhәbinә dair ki-
tabları oxuyan şәxslәr hәnәfi alimlәrinin mәqbul bildiklәri hә-
dislәrә rast gәlәcәklәr.  
Mәsәlәn, hәnәfi alimlәrindәn İbn Mövdud әl-Mövsulinin 
“әl-İxtiyar fi Şәrh  әl-Muxtar” kitabındakı  hәdislәr dediyimizi 
tәsdiqlәyir. Hәmçinin, Mәrğinaninin “әl-Hidayә”, hәnәfi alimi 
Kәmalәddin ibn Hümamın da ona şәrh yazdığı “Fәth әl-Qәdir” 
kitabları bu cür hәdislәrlә doludur. Hәm Mövsulinin, hәm dә 
Mәrğinaninin kitabları Әzhәri-Şәrifә tabe institutlarda dәrs vә-
saitidir. Bu kitabların hәdislәrlә zәnginliyi onu göstәrir ki, Hә-
dis mәktәbi kimi, Rәy mәktәbi dә Sünnәyә böyük әhәmiyyәt 
vermişdir. 
Buna rәğmәn, dövrümüzdә bәzilәri alәmә car çәkirlәr ki
Әbu Hәnifәyә görә cәmi 17 hәdis sәhihdir!!! 
Tәbii ki, bu iddianı  hәmin dövrün elm mәrkәzlәrindәn, 
alimlәrin yetişdiyi mühitdәn baş  çıxaran  şәxs heç bir vәchlә 
mәqbul saymaz. Qeyd edәk ki, Әbu Hәnifә mәşhur Kufә mәk-
tәbinin yetirmәsidir. O Kufә mәktәbinin ki, yaradıcısı böyük sә-
habә Abdullah ibn Mәsuddan (Allah ondan razı qalsın!) eti-
                                                 
1
 İmam Şövkani. İrşad әl-Fәhul. “Mustafa әl-Hәlәbi” nәşriyyatı, tarixsiz, sәh. 
33. 


 68
barәn özündә fiqh vә hәdis elmlәrini birlәşdirmişdi. Әmirәlmö-
minin Әli ibn әbu Talibin Kufәyә gәlişindәn sonra bu mәktәbin 
elmi vә  şöhrәti daha da artmışdı. “Allah İbn Ümmi-Әbdә  (İbn 
Mәsuda) rәhmәt etsin! Bu şәhәri elmlә doldurdu!” – deyәn dә 
mәhz Hәzrәti Әlidir.  
Tәәccüblüdür ki, bәzi insanlar Әbu Hәnifәnin barәsindә 
yuxarıda deyilәnlәri (17 hәdis mәsәlәsini) böyük alim İbn Xәl-
dunun ayağına yazırlar. Hәr hansı bir mövzuya dair bütün de-
yilәnlәri nәql etmәdәn mәtn içәrisindәn müәyyәn sözlәri “qay-
çılayıb” götürmәk çoxlarının mübtәla olduğu xәstәlikdir.  
İbn Xәldunun dediklәrinә  nәzәr salsaq görәrik ki, o, 
yuxarıdakı fikri qayğıkeşliklә söylәmiş, onunla razılaşmamış-
dır. Hәtta nә üçün razılaşmadığını da sanballı  şәkildә izah et-
mişdir. Görәk, İbn Xәldun nә yazıb:  
“Bil ki, müctәhid imamların bәzisi çox, bәzisi dә az hәdis 
rәvayәt edib. Әbu Hәnifә (Allah ondan razı qalsın!) haqda de-
yirlәr ki, o, on yeddi, yaxud da bu qәdәr (әlli) hәdis rәvayәt 
edib. Malikin (Allah ona rәhmәt etsin!) “Müvәtta” kitabında isә 
üç yüz sәhih hәdis vardır. Mәrhum  İmam  Әhmәd isә “Müs-
nәd” kitabında otuz min hәdis toplayıb. Onlar şәxsi ictihadla-
rına görә belә etmişlәr.   
İnsafdan binәsib tәәssübkeşlәr deyirlәr ki: “Onların 
(imamların) bәzisinin hәdis ehtiyatı (sәrmayәsi) cüzidir. Odur 
ki, az sayda hәdis rәvayәt etmişlәr. Böyük imamlar haqqında 
bu cür düşünmәk yolverilmәzdir. Çünki din Kitab vә Sünnәdәn 
әxz olunar. Hәdis ehtiyatı az olan şәxs onu öyrәnib rәvayәt et-
mәli, bu işdә ciddiyyәt göstәrmәlidir. Ciddiyyәt göstәrmәlidir 
ki, dini doğru-dürüst әsaslardan öyrәnsin, Allahın adından da-
nışan Peyğәmbәrdәn dә hökmlәri tәhsil etsin. Az sayda hәdis 
rәvayәt etmiş imamlar heç dә çox deyil. Onların az sayda hәdis 
rәvayәt etmәlәrinin sәbәbi hәdislәrdәki zәdәlәyici qüsurlardır, 
istinadlardakı “illәt”lәrdir, әksәriyyәtә görә hәdislәrin tәtbiqinә 
mane olan “cәrh”dir. Bu halda müctәhid belә hәdis vә istinad-


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə