―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə5/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   2   3   4   5   6   7   8   9   ...   231

12 

 

Ġncəsənət  və    memarlıq  -    Əbdülvahab    Salamzadə,    Kərim  Kərimov,  Rasim 



Əfəndiyev. 

Fəlsəfi fıkir - Zümrüd Quluzadə. 

Müəlliflər  və  redaksiya  heyəti  cildin  çapa  hazırlan masında,  nəĢrində  iĢtirak 

edən  EA  Tarix  Ġnstitutu  Orta  əsrlər  tarixi  Ģöbəsinin  əməkdaĢlarına,  nəĢriyyat  və 

mətbəə iĢçilərinə ö z minnətdarlığ ını bildirir. 

 

I FƏSĠL 



AZƏRBAYCANDA MONQOL ƏSARƏTĠ. 

AZƏRBAYCAN XALQININ MONQOLLARA 

QARġI MÜBARĠZƏS Ġ 

 

Azərbaycan  monqol  yürüĢləri ərəfəsində. XIII əsrin əvvəllərində Mərkəzi 

Asiyada güclü hərbi qüdrətə malik olmuĢ Monqol dövlətinin qonĢu  ölkələrə yürüĢü 

bu  ölkələri  təhlükə  qarĢısında  qoydu.  Monqollar  arasında  tatarlar,  nayman lar, 

keraitlər,  merkitlər,  tayciutlar,  onkutlar  adlanan  tayfa  birləĢmələri  vardı.  Çingiz 

xanın  (1206-1227)  baĢçılığ ı  ilə  təĢkil  edilmiĢ  monqol  feodal  dövləti  qonĢu 

vilayətləri  zəbt  et məyə  baĢladı.  TəĢkilati  və  hərbi  cəhətdən  möhkə m  olan  ordu 

hissələri  monqol feodalların qarĢısında geniĢ imkanlar açdı. QonĢu ölkələrdə hökm 

sürən feodal pərakəndəliyi isə Çingiz  xanın iĢğalçı planlarının həyata keçməsi üçün 

əlveriĢli Ģərait yaratdı. 

Monqol yürüĢləri ərəfəsində Azərbaycanın vəziyyəti acınacaqlı  idi.  Ölkən in 

Ģərq  sərhədlərində  mövcud  olan  XarəzmĢahlar  dövləti  daxilən  möhkəm  əsaslar 

üzərində  qurulmadığ ı  üçün  iqtisadi  və  güclü  hərb i  qüdrətə  malik  deyildi.  Xalq  

kütlələrin in  vəziyyətinə  laqeyd  olan,  feodal  qrupların ın  əksəriyyəti  tərəfindən 

müdafiə edilməyən XarəzmĢahlar dövləti monqollara qarĢı mübarizə apara bilməd i. 

Monqol  qoĢunları  bu  dövlətin  ərazisindən  keçərək,  ciddi  müqavimət  görmədən 

irəliləyə bildilər. 

Ġranın,  Orta  Asiyanın,  Azərbaycanın  yerli  köçəri  və  oturaq  feodal  əyanları 

daxili çəkiĢmələrə və  ziddiyyətlərə son qoymadılar, düĢmənə qarĢı birgə  mübarizə 

aparmaq  ə zmi  ilə  vahid  cəbhədə  birləĢə  bilməd ilə r.  Monqol  hücumlarına  məru z 

qalmıĢ hər bir Ģəhər ayrılıqda öz daxili qüvvələri hesabına istilaçılara qarĢı döyüĢür 

və  məğlub  olurdu.  Monqol  qoĢunları  tutduqları  Ģəhərlərdə  görünməmiĢ  dağıntılar 

törətdilər,  əhalini  qırd ılar,  qul  etdilər,  var-dövlətini  talad ılar  və  yerli  əhalin in  yeni 

etira z ç ıxıĢları üçün zə min sa xla mad ıla r. 

Monqol  yürüĢləri  ərəfəsində  Azərbaycan  ərazisində  vahid,  mərkəzləĢ miĢ 

dövlət  yox  idi  və  burada  feodal  pərakəndəliy i  hökm  sürürdü.  Azərbaycanda 




13 

 

Eldənizlər (yaxud Atabəylər) dövləti və ġirvanĢahlar dövləti mövcud idi, Marağada 



isə  Rəvvadilər  nəslindən  olan  yerli  Ağsunqurilər  sülaləsi  (1108-1227)  hökmranlıq 

edirdi. 


XII  əsrin  sonunda  Eldənizlər  dövləti  əzəli  qüdrətini  itirmiĢdi.  Atabəylər 

ailəsin in ayrı-ay rı ü zvləri arasında səltənətə varis olmaq uğrunda Ģiddətli  mübarizə 

gedirdi.  Qızıl  Arslanın  xələfi  o lan  Atabəy  Əbubəkr  (1191-1210)  yalnız 

Azərbaycanda  (ġirvan  və  Marağa  istisna  olunmaqla)  hakimiyyət  sürürd ü.  Ġraq-

Səlcuq sultanlığın ın qalan ərazisi hakimiyyət uğrunda mübarizə aparan  feodalların  

və atabəylərin nü mayəndələri arasında bölüĢdürülmüĢdü. Daxili  feodal çəkiĢmələri 

o  dərəcəyə  çatdı  ki,  bəzi  feodal  qruplar  Əbubəkri  hakimiyyətdən  salmağa  və 

Azərbaycanı  ələ  keçirməyə  cəhd  göstərdilər.  Marağa  hakimi  Əlaəddin  ilə  Ġrbil 

hakimi Müzəffərəddin ittifaq bağlayaraq Əbubəkrin üzərinə yürüĢ etdilər.  Əbubəkr 

daxili  vəziyyəti  nizama  salmaq,  feodalların  cəhdlərin in  qarĢısnı  almaq  üçün  öz 

keçmiĢ  vassalı,  Həmədan  hakimi  AydoğmuĢa  müraciət  etməyə  və  ondan  kömək 

istəməyə  məcbur  oldu.  Hakim  sülalən in  nümayəndələri  arasındakı  mübarizə  də 

Ģiddətləndi. Əbubəkrin qardaĢı Qut luq Ġnanc bir ay müddətində 4 dəfə onun üzərinə 

yürüĢ etdi. 

Atabəylərin  son  nümayəndəsi  olan  Özbək  (1210-1225)  feodal  qrupların  

əlində  oyuncağa  çevrildi.  Bütün  dövlət  iĢləri  onun  iĢtirakı  olmadan  həll  edilirdi. 

Özbəyin  dövlət  ərazisini  geniĢləndirmək  məqsədilə  Ġraqi  Əcəmə  etdiyi  yürüĢlər 

uğursuzluqla nəticələndi və buna görə də daxili feodal çəkiĢmələri daha da artdı.  

QonĢu  ölkələrdə  mövcud  olan  Ģəraitdən  istifadə  edən  Çingiz  xan 

hakimiyyətinin  ilk  illərindən  etibarən  iĢğalçı  müharibələr  aparmağa  baĢladı.  1211-

ci ildə ġima li  Çin,  1215-c i ildə Pekin və ġərqi Türküstan ələ keçirildi.  1219-cu ildə 

monqollar  Xarəzm  dövləti  əra zisinə  basqın  etdilər.  Orta  Asiyanın  Otrar,  Bu xara, 

Səmərqənd  Ģəhərləri  xarabalığa  çevrildi.  Monqol  hücumlarına  ciddi  müqavimət 

göstərə  bilməyən  XarəzmĢah  Məhəmməd  və  onun  oğlu  Cəlaləddin  Ġrana  qaçdılar. 

Çingiz  xanın  əmri  ilə  XarəzmĢahlar  dövlətinə  göndərilmiĢ  monqol  sərkərdələri 

(Cəbə  və  Subutay)  Xorasanı  və  Ġraq-i  Əcəmi  qarət  etdilər,  A zərbaycan  üzərinə 

yürüĢə hazırlaĢdılar. 

Monqolların  ilk  yürüĢü.  Ġstilaçılara  qarĢı  xalq  müqaviməti.  Monqollar 

Azərbaycana  ilk  dəfə  1220-ci  ildə  yürüĢ  etdilər.  Monqol  sərkərdələri  Cəbə  və 

Subutay  Zəncanı,  Ərdəbili,  Sərabı  və  baĢqa  Ģəhərləri  talan  etdilər,  dağıtdılar, 

Təbrizə yaxınlaĢdılar. ġəhər  möhkəm qala  divarları ilə əhatə edilmiĢdi və onu silah 

gücünə  zəbt  etməyin  çətin  olacağını  anlayan  monqollar  danıĢıqlar  aparmağı  lazım 

bildilər.  Eldəniz  hökmdarı  Özbək  Ģəhərin  müdafiəsinə  arxayın  deyildi  və 

monqollarla saziĢə girməy i üstün tutdu. O, Cəbə və Subutayın yanına elçi göndərdi, 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə