TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə116/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   112   113   114   115   116   117   118   119   ...   186

249 

 

ağlasığmaz  dərəcədə  uzanırdı;  təkcə  araba  karvanının  mühafizəsi  üçün  qoyulmuş 



dəstənin  uzunluğu  10-12  kilometrə  bərabər  idi  ki,  bu  da  bir  çox  çətinliklər  törədirdi. 

İkincisi, Fraaspanın hasarı yaxınlığında, o yerdə ki, torpaq töküb bənd düzəltmək lazım 

gəldi,  ordu  əslində  fəaliyyətsiz  idi.  Yeri  gəlmişkən  deyək  ki,  Antoninin  gözləmədiyi 

halda  Fraaspa  uzunmüddətli  müdafiəyə  hazır  idi.  Hər  şeydən  göründüyü  kimi,  orada 

çox sanballı bir qarnizon və böyük  ərzaq ehtiyatı varmış. Üçüncüsü, Roma ordusunun 

əsas  kütləsindən  ayrı  düşmüş  dəstələrə  -  Oppi  Statianın  dəstələri  və  Antoninin 

müttəfiqlərinin dəstələri üçün bilavasitə təhlükə yaradırdı. 

Mühasirəyə  alınmış  Fraaspanın  köməyinə  gələn  IV  Fraat  bundan  istifadə  etdi. 

Çevik  Parfiya  ordusu  təqribən  40-50  min  süvaridən,  o  cümlədən  Atropatena 

süvarilərindən  ibarət  idi.  Oppi  Statianın  dəstələrindən  xəbər  tutcaq  Fraat,  Plutarxın 

yazdığına  görə,  "güclü  süvari  dəstəsi  göndərdi  və  bu  dəstə  Statianı  dövrəyə  alıb  10 

min  Roma  əsgərini  qırdı.  Statian  özü  də  həlak  oldu.  Barbarlar  maşınları  sındırdılar  və 

dağıtdılar.  Onların  əlinə  maşınlardan  əlavə,  çoxlu  əsir  də  keçdi,  əsirlər  arasında  çar 

Polemon da vardı" 

Antoni köməyə  gəldikdə, Dion Kassinin dediyinə  görə, "meyitlərdən başqa  heç 

nə  tapmadı".  Ermənistan  çarı  Artavazd  öz  dəstəsi  ilə  birlikdə  döyüş  meydanını  tərk 

etmişdi. 

Aryerqardın  məhv  edilməsi  və  Ermənistan  çarının  qaçması  əslində 

kampaniyanın  müqəddəratını  həll  etdi.  Lakin  Antoni  Fraaspanın  mühasirəsini 

dayandırmadı.  Bu  vaxt  Parfiya-Atropatena  süvari  qoşunu  romalıların  geriyə  yolunu 

tamamilə  kəsərək  əslində  onları  bütünlüklə  mühasirəyə  almışdı.  Romalıların 

düşərgəsində aclıq başlanmışdı. 

Öz  qoşunlarını  təhlükə  altında  qoymaq  istəməyən  Parfiya-Atropatena 

komandanlığı  Antoninin  qoşunları  ilə  ciddi  döyüşlərə  bilə-bilə  girməməyə  çalışırdı. 

Müttəfiqlərin  dəstələri  "gah  bir,  gah  digər  tərəfdən  basqın  edərək"    [  P  l  u  t  a  r  x]  

romalıları taqətdən salırdılar. 

Fraaspanın  uzunmüddətli  mühasirəsi,  mühasirəyə  alınmışların  inadlı 

müqaviməti,  yem  tapmaq  üçün  göndərilən  dəstələrin  məhv  edilməsi,  aclıq  və  bir  çox 

başqa amillər Antoninin qoşunlarına pozğunluq salırdı. 

Antoni  legionerlərin  döyüş  əhvali-ruhiyyəsini  qaldırmağa  və  qış  düşənədək 

uzanarsa,  romalılar  üçün  hökmən  faciəyə  çevrilə  biləcək  kampaniyanı  tez  başa 

çatdırmağa çalışaraq... on legion

6

, üç pretor koqortası



7

 və bütün süvari qoşunu

8

 ilə birlikdə 



                                                           

6

 



Legionda 4000 əsgər olurdu.

 

7



 

Pretor koqortası-komandanın şəxsən mühafizə dəstəsi

8

 



Antoninin 10000 nəfərdən ibarət ispan və qallardan ibarət süvari qoşunu vardı. 

 



250 

 

qoşun  üçün  ərzaq  və  atlar  üçün  yem  tədarükünə  yola  düşdü  -  ümid  edirdi  ki,  bu  yolla 



düşmənləri açıq döyüşə atılmağa vadar edər [P l u t a r x]. 

Romalılar  müttəfiqlərlə  üz-üzə  gəldikdə  dərhal  həmlə  etdilər,  lakin  çevik 

süvarilər tez gizləndilər; onlardan cəmi 80 adam öldürüldü, 30 adam əsir tutuldu. 

Plutarxın  verdiyi  məlumata  görə,  romalıları  "acizlik  və  ümidsizlik  hissləri 

bürümüşdü,  belə  bir  dəhşətli  fikir  hamısına  əzab  verirdi  ki,  qələbə  onlara  çox  cüzi 

üstünlük  qazandırır,  məğlubiyyət  isə  onları  yenidən  arabaların  yanında  baş  vermiş 

döyüşün uğradığı qədər tələfata uğrada bilərdi"

9



Ertəsi gün romalılar Fraaspa yaxınlığındakı düşərgəyə qayıdanda müttəfiqlərin 

qoşunları düşmənlərlə, necə deyərlər, "əsəblər müharibəsi" apararaq ona bir neçə dəfə 

basqın  etdilər,  "belə  ki,  romalılar  öz  düşərgələrinə  güc-bəla  ilə  gəlib  çatdılar" 

[Plutarx]. 

Bu  arada  "Fraaspada  mühasirəyə  alınmış  midiyalılar  (yəni  atropatenalılar  - 

məsul  red.)  düşərgə  istehkamlarına  basqın  edərək,  ön  xətdə  dayanan  döyüşçüləri 

hürküdüb  geri  oturtdular..."  [P  l  u  t  a  r  x].  Plutarxın  və  Dion  Kassinin  dediklərinə 

əsaslanaraq,  belə  güman  etmək  olar  ki,  mühasirəyə  alınanlar  Antoni  olmayanda 

cəsarətli  bir  çıxış  etmişdilər  və  Antoni  qayıdan  kimi  öz  qoşunlarının  düşməni 

düşərgəyə  buraxmış  hissələrini  "desimasiya"  yolu  ilə  bərk  cəzalandırmışdı.  Plutarx 

yazır  ki,  Antoni  "...onları  (müəllifin  təbirincə,  "ürəksizlik"  göstərmiş  döyüşçüləri  - 



məsul  red.)  on-on  bölmüş  və  hər  on  nəfərdən  birini  -  püşk  hansının  bəxtinə  çıxsa  - 

ölümə məhkum etmiş, qalanlarına isə buğda əvəzinə arpa verilməsini əmr etmişdi". 

Qışın  yaxınlaşması  həm  romalıları,  həm  də  Atropatenanın  müdafiəçilərini  – 

parfiyalıları və madalıları eyni dərəcədə narahat edirdi. Antoni yaxşı başa düşürdü ki, 

əhalisi romalılara düşmən kəsilmiş bir ölkədə qış mənzillərinə çəkilmək əsla mümkün 

deyildir.  IV  Fraat  və  onun  müttəfiqi  Atropatenalı  Artavazd  da  başa  düşürdülər  ki, 

əsasən  süvarilərdən  ibarət  (40-50  min)  olan  nəhəng  bir  ordunu  qışda  çöl  şəraitində 

saxlamaq  qeyri-mümkündür.  Plutarx  əsla  mübaliğə  etmədən  yazır:  "...müharibə  iki 

tərəfin heç biri üçün asan deyildi, gələcək isə daha dəhşətli görünürdü". 

Dözməyib ilk addım atan Antoni oldu  - o, IV Fraatın yanına elçilər göndərib 

köhnə  və  onun  yürüşü  zamanı  ələ  keçirdiyi  bayraqların  və  əsirlərin  qaytarılmasını 

tələb  etdi.  Parfiya  çarı  romalıları  qəbul  edərkən  özünü  çox  təkəbbürlü  apardı  (bu 

səhnəni  Dion  Kassi  təsvir  etmişdir),  onların  tələbini  rədd  etdi,  lakin  bildirdi  ki, 

mühasirəni  dayandırıb  ölkəni  dərhal  tərk  etsələr,  onun  qoşunları  maneçilik 

törətməyəcək və romalıların arxayınlıqla vətənə qayıtmasına imkan verəcəklər. 

                                                           

9

 

Oppi Statianın aryerqardının tələf edilməsi nəzərdə tutulur. 



 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə