TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə112/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   108   109   110   111   112   113   114   115   ...   186

241 

 

Mitridatın  romalılara  yaxınlaşmasına  kömək  edirdi,  lakin  sonrakı  hadisələrin 



göstərdiyi  kimi,  parfiyalılar  Romanın  onları,  eləcə  də  bütün  Şərqi  necə  böyük 

təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər. 

Parfiya  daxili  çəkişmələr  nəticəsində  zəifləyir,  Romada  da  vətəndaş 

müharibəsi  qızışır,  bunlar  II  Tiqranın  əl-qolunu  tamamilə  açır.  O,  ən  əvvəl  təqribən 

90-cı  illə  88-ci  il  arasında  parfiyalılara  basqın  edir  və  ilk  növbədə,  özünün  azad 

edilməsi müqabilində hədiyyə verdiyi yetmiş vadini onlardan alır. 

Strabonun əsərindən göründüyü kimi, II Tiqran atropatenalıların o vilayətini də 

işğal  etmişdi  ki,  coğrafiyaçı  onu  Simbaka  adlandırır,  lakin  bu  ad  təshih  edilib 

"Albaka"  yazılmalıdır  (həmin  yer  indiki  Beşqala  ətrafında  yerləşən  müasir  Böyük 

Axbaq  vilayətidir).  Biz  bilmirik  ki,  Tiqran  o  vaxt  Atropatena  çarı  ilə  artıq  qohum 

olmuşdumu, ya yox. Bizə burası da məlum deyil ki, o zaman Atropatena dövlətini çar 

Mitridatmı idarə edirdi? 

Biz  bilmirik  ki,  Atropatena  doğrudan  da  tabe  edilmişdimi  və  vassal  çarlığa 

çevrilmişdimi,  atropatenalı  Mitridat  sonralar  II  Tiqranın  "sədaqətli  vassalı" 

olmuşdumu, ona bac verirdimi və bəzi tədqiqatçıların hesab etdikləri kimi, müharibə 

zamanı  ona  köməkçi  qoşunlar  göndərməyi  öhdəsinə  almışdımı?  Yalnız  burası 

məlumdur  ki,  Atropatena  padşahı  Mitridat,  yuxarıda  qeyd  edildiyi  kimi,  erməni 

padşahının  qızı  ilə  evlənmişdi.    İki  tacidarın  qarşılıqlı  münasibətlərində  çox  şey 

bununla müəyyən edilirdi və ola bilsin ki, onlar sadəcə müttəfiq idilər. 

II Tiqran öz qəsbkarlıq siyasətini davam etdirirdi. Adiabenanı işğal edib orada 

bütöv rayonları "viran qoymuşdu". 

Qeyd  etmək  yersiz  olmaz  ki,  Qərbdən  Atropatenaya  bitişik  olan  Adiabenanın 

üç  iri  xalqından  biri  Atropatenanın  əsas  əhalisi  olan  madalılar  idi.  Strabon 

Adiabenadan  bəhs  edərək  yazırdı:  "Burada  ən  çoxsaylı  xalqlar  olan  midiyalılar, 

ermənilər  və  babillilər  lap  əvvəldən  öz  aralarında  elə  münasibətlər  yaratmışdılar  ki, 

münasib olduqda hamısı bir-birinə hücum edir və sonra yenidən barışırdılar...". 

Çar  Adiabenadan  cənub-şərqə  hücumu  davam  etdirərək,  Parfiya 

hökmdarlarının  yay  iqamətgahı  olan  Ekbatanaya  çatdı  və  onların  oradakı  qəsrini 

yandırdı. 

Parfiya ilə e.ə. 85-ci ildə başa çatan uğurlu müharibə nəticəsində II Tiqran Ön 

Asiyanın  çox  geniş  rayonlarına  yiyələndi  və  "çarlar  çarı"  titulunu  qəbul  etdi.  83-cü 

ildə erməni padşahı Suriyanı və Finikiyanı tutdu. 

Beləliklə,  Yaxın  Şərqdə  siyasi  vəziyyət  xeyli  dəyişdi  -  Parfiya  iyirmi  il 

müddətinə ikinci dərəcəli dövlət səviyyəsinə endi, II Tiqranın səltənəti isə qüdrətli və 

böyük dövlətə çevrildi. Söz yox ki, II Tiqranın böyük istilaları o zamanın digər iki iri 

dövlətinin zəifliyi nəticəsində mümkün olmuşdu. 




242 

 

Şübhə yoxdur ki, Ermənistan dövlətinin təqribən on beş illik cah-cəlal və şan-



şöhrət  dövrü  onunla  Atropatilər  dövləti  arasında  ittifaq,  dostluq  və  həmrəylik  dövrü 

idi. 


Heç  nədən  xəbəri  olmayan  II  Tiqran  Roma  ilə  müharibəyə  nəinki 

hazırlaşmırdı,  hətta,  əksinə,  sakit-sakit  öz  paytaxtı  Tiqranakertin  inşasını  başa 

çatdırırdı.  E.ə.  70-ci  ildə  II  Tiqranın  qayınatası  Pontlu  Mitridat  Roma  sərkərdəsi 

Lukull tərəfindən darmadağın edildi və Ermənistana qaçıb bir müddət "çarlar çarının" 

məşvərətçisi oldu. Gizlincə müharibəyə hazırlaşan Lukull e.ə. 69-cu ildə Ermənistana 

soxuldu və həmin ilin yazında Tiqranakerti mühasirəyə aldı. O ərəfədə II Tiqran çox 

böyük bir ordu toplamışdı. Plutarxın verdiyi məlumata görə, "ermənilər və korduenlər 

yığma qoşun kimi hamılıqla tökülüşüb onun köməyinə gəldilər, çarlar gəldilər, özləri 

ilə  bütün  medləri  (atropatenalıları  -  məsul  red.)  və  adiabenliləri  yığma  qoşun  kimi 

gətirdilər,  Babildə  olan  dənizin  sahillərindən  çoxlu  ərəb  gəldi,  Kaspi  [sahillərindən] 

çoxlu  alban  gəldi,  albanlarla  qonşu  olan  çoxlu  iber  gəldi,  çarları  olmayan,  Araz 

[sahillərində]  sürülər  otaran  bir  çox  tayfalar  gəldi,  [bəziləri]  yardım  göstərmək, 

[başqaları] ənam almaq arzusu ilə gəldilər". 

Plutarxın  verdiyi  məlumata  görə,  fəlakətli  döyüşdən  qabaq  II Tiqran qoşunun 

orta  hissəsinin  komandanlığını  öz  öhdəsinə  götürmüş,  sol  cinahı  Adiabena  padşahına, 

zirehli süvarilərin əksər hissəsinin ön sıralarda olduğu sağ cinahı isə Mada (Atropatena - 



məsul red.) padşahına etibar etmişdi. 

Süvari  qoşunun  bu  zirehlənmiş  və  nizələrlə  silahlanmış  hissəsi  on  yeddi  min 

süvaridən  ibarət  idi  və  Plutarxın  dediyinə  görə,  II  Tiqran  ona  "xüsusi  ümidlər 

bəsləyirdi".  Plutarx  bu  barədə  məlumat  verərkən  ayrıca  qeyd  edir  ki,  "bu,  Lukullun 

senata  raportunda  göstərilmişdir".  Müttəfiq  qoşunun  məhz  bu  hissəsinə  komandanlıq 

etmək  II  Tiqranın  kürəkəni  Atropatena  çarı  Mitridata  tapşırılmışdı.  Müttəfiq  qoşunun 

madalılardan  ibarət  olması  və  Atropatenadan  gətirilməsi  demək  olar  heç  bir  şübhə 

doğurmur [atropatenalılarda 10.000 süvari olması haqqında Strabonun verdiyi məlumatı, 

yaxud Plutarxın yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlayaq: "padşahlar gəldilər, özləri 

ilə  bütün  medləri  (atropatenalıları  -  məsul  red.)  və  adiabenliləri  yığma  qoşun  kimi 

gətirdilər" və i.a. 

Müttəfiq  qoşunun  sayca  böyük  üstünlüklərinə  baxmayaraq,  çarın  səhvləri 

nəticəsində  e.ə.  69-cu  ilin  payızında  Tiqranakert  yaxınlığındakı  döyüşdə  Lukull 

düşmənlərini darmadağın edərək qələbə çaldı. Romalıların əlinə saya-hesaba gəlməyən 

var-dövlət  keçdi  -  onlar  II  Tiqranın  səkkiz  min  talantdan  ibarət  xəzinəsinə,  otuz 

milyon medimn taxıla və çoxlu miqdarda başqa sərvətlərinə yiyələndilər. II Tiqran istila 

etdiyi  torpaqların demək  olar hamısını  itirdi. Məğlubiyyət çox ağır  nəticələr  verdi. Bu, 

silah zoruna yaradılmış "Böyük Ermənistan" dövləti süqutunun başlanğıcı idi. 

Lakin  müttəfiqlər  məğlubiyyətdən  sonra  da  Roma  əleyhinə  cəbhəni 

gücləndirməyə  çalışırdılar.  Onlar  erməniləri  parfiyalılarla  barışdırmaq  və  ümumi 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə