TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə119/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   115   116   117   118   119   120   121   122   ...   186

255 

 

atropatenalılar nəzərdə tutulur - məsul red.) padşahı Artabazın (Artabazdın  -  məsul  



red.)  oğlu  çar  Ariobarzanın  ixtiyarına verdim..." [XXVII, 2]. 

Qay  Sezar  tərəfindən  istila  edilmiş  ölkə  e.ə.  I  əsrdə  Atropatena  padşahına 

verildi.  Beləliklə,  erməni  əyanlarının  əvvəlcə  məmnuniyyətlə  qəbul  etdikləri 

Atropatena padşahı Ariobarzan Ermənistanın da çarı oldu. Atropatilərin uzun illərdən 

bəri bəslədikləri ümid və arzular, nəhayət, həqiqətə çevrildi - hər iki padşahlıq bir tac 

altında birləşdirildi. 

Lakin  Ariobarzanın  Ermənistanda  hökmranlığı  sakit  keçmədi.  Görünür, 

parfiyalılar  tərəfindən  qızışdırılan  ermənilər  yadelli  hökmdarın  zülmünə  dözmək 

istəmirdilər.  Eramızın  2-ci  ilində  ermənilər  Romaya  və  Ariobarzana  qarşı  üsyan 

qaldırdılar,  buna  görə  də  Qay  Ermənistana  ikinci  dəfə  soxuldu.  Ermənilər,  güman 

edildiyinə  görə, Araz çayının  vadisində  yerləşən  Artakir qalası  yaxınlığında  xüsusilə 

inadlı  müqavimət  göstərdilər.  Parfiya  sərkərdəsi  Ad[d]o  məhz  burada  Qayı  ölümcül 

yaraladı  və  bir  neçə  ay  sonra  Qay  aldığı  yaradan  öldü.  Bununla  belə,  ermənilər 

darmadağın  edildilər.  Görünür,  bu  müharibənin  gedişində  Atropatena  hökmdarı 

ermənilərdən  iki  ölkə  arasında  nifaq  düşməsinə  səbəb  olmuş  I  Albaka  (Strabonda 

səhvdir: Simbaka. Plinidə: 



'Alavaka) rayonunu geri almışdı. 

Beləliklə, birləşmiş Roma-Atropatena qüvvələri üsyançıları ram edərək həmin 

il (eramızın 2-ci ilində) Ermənistana yiyələndilər. Ariobarzan yenidən Ermənistan çarı 

elan  olundu.  Lakin  onun  hökmranlığı  çox  çəkmədi.  Dion  Kassinin  yazdığına  görə, 

Artakir  alındıqdan  bir  az  sonra  Ariobarzan  vəfat  etdi.  Tasit  təsdiqləyir  ki,  "o 

(Ariobarzan - məsul red.), bədbəxt hadisə nəticəsində öldükdən sonra ermənilər onun 

övladlarının  hökmranlıq  etməsinə  dözmək  istəmirdilər...".  Lakin  "İlahi  Avqustun 

əməlləri"ndən  bizə  yaxşı  məlumdur  ki,  Ariobarzanın  vəfatından  sonra  Avqust 

Ermənistanı  "onun  oğlu  Artabazda"  vermişdi  [XXVII,  2].  Dion  Kassi  həmçinin 

məlumat  verir  ki,  Artabazdı  Ermənistan  taxt-tacına  Avqust  və  Roma  senatı 

qoymuşdu. O, Ermənistanı bir neçə il idarə etmiş və Avqustun vəfatından bir az qabaq 

nə  vaxtsa  öldürülmüşdü.  Onun  prinsiplə  dostluq  münasibətini  bir  üzündə  Avqustun 

şəkli, o biri üzündə yunanca "böyük çar Artavazd" sözləri həkk olunmuş gümüş sikkə 

sübut edir. 

Qayın  közlənilməz  ölümü,  Ariobarzanın  qəflətən  həyatdan  getməsi, 

Artabazdın öldürülməsi Avqustun və onun atropatenalı müttəfiqlərinin planlarına ağır 

zərbə  oldu.  Atropatilərin  Ermənistan  taxt-tacında  bərqərar  olması  üçün  yaranmış 

əlverişli şərait uğursuzluqla nəticələndi. 

Ariobarzanın  oğlu  Ariovast  Atropatenanı idarə  edən  son Atropati oldu. 

Eramızın  20-ci  ilinə  yaxın  Atropatenada  Atropatilar  sülaləsınə  son    qoyuldu.  

Hakimiyyət parfiyalı  Arşakilərin kiçik  qolunun ixtiyarına keçdi. 

Beləliklə, Atropatena tarixində Romaya meyil dövrü başa çatdı, atropatenalılar 

yenidən "Parfiyanın ağuşuna" qayıtdılar. 



256 

 

Atropatilər ölkəni təqribən üç əsr  yarım idarə etdilər.  Atropatilər haqqında  ən 



son  məlumatı  bizə  ikidilli  latın-yunan  yazısı  verir.  Bu  yazıda  Atropatena  padşah 

sülaləsinin son törəməsinin -  Roma tribalarından birində yazılmış Qay Yuli Artabazın 

(məşhur Artabazdın nəvə və ya nəticəsinin) adı çəkilir. 

 

 




257 

 

XIII  F Ə S  İ L 



 

ATROPATENANIN MADDĠ 

MƏDƏNĠYYƏTĠ VƏ DĠNĠ 

 

Atropatenanın  maddi  mədəniyyəti.  Atropatenanın  maddi  mədəniyyət 

abidələri  indiyədək  çox  az,  kifayət  olmayan  dərəcədə  öyrənilmişdir.  Bu,  birincisi, 

yazılı mənbələrin azsaylı və natamam, yarımçıq, qırıq olması və ikincisi, bu bölgənin 

arxeoloji cəhətdən tədqiqinin azhəcmli olması ilə izah edilir. Lakin buna baxmayaraq, 

artıq  indi  Atropatenanın  yaşayış  məskənlərini  və  onların  tiplərini,  memarlıq 

prinsiplərini,  tikinti  texnikasının  üsullarını,  dəfn  adətlərinin  tipləri,  bu  dövlətin  pul 

dövriyyəsinin  səviyyəsini  və  maddi  mədəniyyətin  bəzi  başqa  cəhətlərini  bu  və  ya 

digər dərəcədə səciyyələndirmək olar. 

YaĢayıĢ  yerləri.  Antik  müəlliflər  (Strabon,  Plutarx,  Ptolemey,  Dion  Kassi) 

Atropatenada  kifayət  dərəcədə  inkişaf  etmiş  şəhər  həyatının  olduğunu  təsdiq  edirlər. 

Fraaspa  (Fraata,  Faraspa),  Qazaka  (Qanzaka),  Fanaspa,  Aqanzana  və  b.  Hellinist-

Parfiya  dövrünün  mühüm  şəhərləri sırasında  xatırlanılır. Lakin tədqiqatçı  üçün çətin 

olan  cəhət  ondan  ibarətdir  ki,  həmin  şəhərlərdən  heç  birinin  yeri  indiyədək  qəti 

şəkildə  müəyyənləşdirilməmişdir.  Fraaspanı  uzun  müddət  ərzində  Urmiya  gölündən 

təxminən 160 kilometr cənub-şərqdə  yerləşmiş  müasir Təxti Süleyman şəhər  yeri ilə 

eyniləşdirirdilər. 

Lakin 

son 


vaxtlarda 

Almaniya 

arxeoloji 

İnstitutunun 

ekspedisiyasının  qədim  şəhərin  yerində  apardığı  qazıntılar  zamanı  hələlik  burada 

Parfiya  dövrünün  təbəqələri  aşkara  çıxarılmamışdır.  Bu  isə  bir  çox  tədqiqatçıları 

Fraaspanın müasir Marağa şəhərinin ətraflarında yerləşdiyini bildirən əvvəlki nöqteyi-

nəzəri müdafiə etməyə (və yaxud ən azı nəzərə almağa) vadar etdi. 

Qazakanı  da  ilk  növbədə  Bizans  mənbələrinə  arxalanaraq  Təxti  Süleyman 

qədim  şəhər  yeri  ilə  eyniləşdirirdilər.  Lakin  bu  lokallaşdırma  da  xüsusilə  son 

zamanlar bir sıra tədqiqatçıların kəskin etirazına səbəb olmuşdur. Onlar digər nöqteyi-

nəzəri,  yəni  vaxtilə  Qazakanın  Miyandob  şəhərindən  şərqdə  olan  Leylan  kəndi 

ərazisində  yerləşdiyini  söyləyən  baxışı  müdafiə  etdilər.  Hazırda  bu  eyniləşdirilmə 

hamı tərəfindən qəbul edilmişdir. 

Atropatenanın  digər  iki  şəhərinin  -  Aqanzanın  və  Fraaspanın  yerinin 

müəyyənləşdirilməsi  tədqiqatçılar  arasında  fikir  ayrılıqları  doğurmur.  Qeyd  etmək 

lazımdır  ki,  indiki  Zəncan  şəhəri  ilə  eyniləşdirilən  Aqanzana  ciddi  arxeoloji 

araşdırmalara  məruz  qalmamışdır.  Fanaspaya  gəldikdə  isə  belə  bir  fərziyyə  irəli 

sürülmüşdür ki, Ptolemeydə [VI, 2] qeydə alınmış bu şəhər müasir Marağa və Miyanə 

şəhərləri  arasındakı  ərazidə,  Miyanəyə  daha  yaxın  olan  bir  mövqedəki    Qaleye-

Zöhhak adlı  qədim şəhər yeri ilə eynidir. Qədim şəhər yerində dəfələrlə səyyahlar və 

arxeoloqlar olmuşlar. Onların arasında Almaniya  Arxeoloji  İnstitutunun bir neçə  il 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə