TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə164/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   160   161   162   163   164   165   166   167   ...   186

349 

 

Dəfn  adəti  din  ilə  bağlıdır.  Strabon  yazır  ki,  "albanlar  yalnız  valideynlərinin 



deyil, başqa [adamların] da qocalığına hədsiz hörmət bəsləyirlər. Nə ölənlər haqqında 

fikirləşmək,  nə  də  onları  xatırlamaq  lazım  bilinmir.  Lakin  (onlar)  ölənlərlə  birlikdə 

var-dövləti  də  basdırırlar.  Buna  görə  də  albanlar  kasıb  dolanırlar,  atadanqalma  heç 

nələri  olmur".  Sonralar  aparılan  və  albanların  dəfn  adətlərini  bütün  rəngarəngliyi  ilə 

aşkara çıxaran arxeoloji qazıntılar Strabonun bu təsvirini tamamlayır. Nisbətən kiçik 

ərazidə  başlıca  olaraq  həm  torpaq  qəbirlər,  həm  də  üfüqi  vəziyyətdə  qoyulan 

küplərdən  ibarət  qəbirlər  vardı.  O  dövrün  digər  qəbir  növləri  katakomba  qəbirləri, 

taxta  qəbirlər,  təknə  və  çiy  kərpic  qəbirlərdir.  Əksər  hallarda  mərhumu  geyimdə, 

bəzək  şeyləri  ilə  birlikdə  dəfn  edirdilər.  Qazıntılar  zamanı  kauri  çanaqları,  üstündə 

dairəcik  şəkilləri  və  sxematik  göz  təsviri  olan  cürbəcür  muncuqlar,  paltarın  altından 

taxılan  bir  sıra  bəzək  şeyləri  tapılmışdır.  Belə  bəzək  şeyləri  qonşu  Gürcüstanın, 

Ermənistanın  və  Dağıstanın  antik  dövr  təbəqələrində  də  çoxlu  miqdarda  aşkar 

edilmişdir.  Bu  həmaillərin  köməyi  ilə  uşaqlardan  və  böyüklərdən  azar-bezar,  dərd-

bəla  guya  uzaqlaşdırılır,  həmçinin  onları  sehr-cadudan  hifz  edirdilər.  Bədnəzərdən 

qorunmaq üçün gözmuncuğu və ya həmaillər taxmaq ənənəsi Azərbaycanda və onun 

hüdudlarından  uzaqlarda  indi  də  vardır.  Qəbirə  mərhumla  birlikdə  əmək  alətləri  və 

bəzən  silah  qoyurdular.  Ayrı-ayrı  qəbirlərdə qırxılıqlar  aşkar  edilmişdir.  Demək  olar 

ki,  həmişə  qəbirə  heyvan  və  quş  əti  ilə,  həmçinin  meyvə,  süd  və  məstedici  içki  ilə 

dolu  gil  qablar  qoyulurdu.  Yaşlılar  basdırılanda  ənənəvi  dəfn  adətləri    gözlənilirdi;   

uşaqlar basdırılanda  ənənə  pozulurdu. Təsəvvürlərə görə, mərhum axirətdə həyatını 

davam  etdirir,  işıqlı  dünyadakı  həyatını  xatırladan bir  həyat  sürürdü.  Ehtimal  ki,  buna 

görə  mərhumun paltara,  ərzağa ehtiyacı  vardı, axirətdə  ona sikkələr  də  lazım  ola bilərdi. 

Güman etmək olar ki, dəfn məqamında küplərdə açılan kiçik deşiklər mərhumun ruhunun 

qəbirdən sərbəst çıxmasına imkan yaratmaq üçün imiş. 

Qəbirdə  ölünün  başının  hansı  tərəfə  qoyulması  dini  xüsusiyyətlər  məsələsinin 

həllində  müəyyən  əhəmiyyət  kəsb  edir.  Məlumdur  ki,  torpaq  qəbirlər  mədəniyyətinin 

daşıyıcıları qadınları sol, kişiləri sağ böyürləri üstdə dəfn edirdilər, qadınların başlarını 

qərbə,  ayaqlarını  şərqə  tərəf,  kişilərin  başlarını  cənub-şərqə,  ayaqlarını  şimal-qərbə 

tərəf qoyurdular, həm də bütün hallarda ölünün üzünü günəşin ən gur işıq saldığı səmtə 

çevirirdilər.  Ölünün  əsasən  baş  tərəfində  çoxlu  gil  qablar  olması  mərasimin 

mürəkkəbliyini göstərir. Yarıbayarı doldurulmuş quyuda çox vaxt tonqal qalayır, qurbanlıq 

heyvanın şaqqalanmış ətini və kəsilmiş başını oraya atırdılar. Beləliklə, bəzi əlamətlər 

sübut  edir  ki,  torpaq  qəbirlər  mədəniyyətinin  daşıyıcıları  günəşə  ibadət  edir,  oda 

tapınırdılar. Başqa bir böyük mədəniyyətin nümayəndələri ölüləri iri gil küplərdə dəfn 

edir,  mərhumu  küpə  sağ  və  ya  sol  böyrü  üstə,  bükülü  vəziyyətdə  qoyurdular.  Bəzən 

belə izah edirlər ki, skeletin bükülü halda qoyulması mərhuma ana bətnindəki vəziyyəti 

vermək arzusundan irəli gəlmişdir. Əgər küp qəbirlərdə ayaqları uzadılmış skeletlərə 

rast  gəlinməsəydi,  bu  yozum  inandırıcı  olardı.  Görünür,  ənənə  ölənin  şəxsi 



350 

 

əşyalarından faydalanmağı yasaq edirdi: qəbirdə  mərhumun  geyimi əynində qalırdı. İri 



dəfn  küpünün  ətrafında  çox  vaxt  qida  və  içki  ilə  dolu  kiçik  keramik  qablar  düzülürdü. 

İnanırdılar ki, ruh kip bağlanmış küpün içindən çıxa bilməz. Buna görə də böyrü üstə 

qoyulmuş dəfn küpünün yuxarı tərəfində kiçik deşik açır və onu keramika qəlpəsi ilə 

qapayırdılar.  Kömür  və  kül  qalıqlarından  göründüyü  kimi,  tonqal  adətən  dəfn 

küplərinin  ağzına  yaxın  yerdə  qalanırdı.  Çiy  kərpic  qəbirlər  məhəlli  səciyyəli  din 

haqqında müəyyən məlumat verir. Meyiti torpaqdan seçmək üçün çox vaxt qəbirin yerinə 

ağ əhəng çəkilir, habelə çiy kərpic və  ya taxta döşənirdi. Mərhumun geyimi əynində 

qalırdı;  qabların  sayı  lap  azaldılmışdı;  qablar  demək  olar  həmişə  mərhumun  ayaq 

tərəfinə  qoyulurdu.  Bunlar  əksər  hallarda  səhəng  və  cam  idi.  Biz  hər  dəfə  qədim 

əhalinin  səcdəgahlarından  danışanda  səmtin  müəyyən  edilməsində  sistemsizliklə  üz-

üzə  gəlirik,  lakin  bəzən  sabitlik  də  görmək  olur.  Məsələn,  Mingəçevir  və  Torpaqqala 

qəbirlərinin  istiqaməti  qədim  alban  ibadətgahının  yeri  haqqında  fərziyyə  söyləməyə 

imkan  vermişdir.  Çiy  kərpic  türbələrin  istiqaməti  qərbdən  şərqədir  (başı  şərqə tərəfdir). 

Bu,  sübut  edir  ki,  səmt  Şərqə  götürülürmüş.  Güman  etmək  olar  ki,  həmin  sabit  səmt 

gündoğan tərəfdir. 

Dinin  parlaq  əlamətlərindən  biri  ornamentdir.  Torpaq  qəbirlərdən  tapılmış 

keramik  əşyalar  üçün  çökək,  qismən  də  qabarıq  ornament  səciyyəvidir,  bu  ornament 

paralel üfüqi və ya şaquli çökək xətlərdən, bir sıra kərtiklərdən, qabarıq düymələrdən 

və  ya  ayabənzər  təsvirlərdən  ibarətdir.  Demək  olar  bütün  hallarda  qabın  yuxarı  hissəsi 

paralel xətlərlə, həmçinin sağa və ya sola meylli kərtiklərlə haşiyələnir, üçdən on birə 

qədər çökək xətlərə toxunan paralel qanovcuqlar halqa əmələ gətirir. Torpaq qəbirdən 

tapılmış  qabın  gövdəsində  düz  və  dalğavari  xətdən  əlavə,  çökək  çevrələrdən  və 

onların  ətrafında,  yaxud  içərisində  yerləşdirilən  çökək  nöqtələrdən  ibarət  ornament 

vurulmuşdur.  Nöqtələrin  sayı  əsasən  ya  yeddi,  ya  da  doqquzdur.  Nöqtələrdən  ibarət 

batıq  ornamenti  olan  dairəciklər  üç-üç  yerləşdirilir  və  on  birə  qədər  kompozisiya  ünsürü 

əmələ  gətirir;  ornament  bir  çox  hallarda  əhalinin  dünyagörüşünü  kifayət  qədər  dəqiq 

əks  etdirir.  Məsələn,  qablarda  ay  ayininin  mövcudluğunu  təsdiqləyən  ayabənzər 

qabarıq təsvirə rast gəlinir. Qabların qulpunda və ağzında çəkilmiş xətlər aydın sübut edir 

ki,  "üç"  və  "yeddi"  ədədləri  kimi,  "on  bir"  ədədinin  də  xüsusi  dini  mənası  varmış. 

Ornamentin  tədqiqi  göstərir  ki,  torpaq  qəbirlərdən  çıxarılmış  qablarda  qırmızı  boyalı 

rəsmlər  yoxdur.  Torpaq  qəbirlər  mədəniyyətinə  Kürdən  şimaldakı  ərazilərdə  (buraya 

küp  qəbirləri  mədəniyyətinin  nüfuz  etməsinə  qədər)  yayılmış  ornament  elementləri 

xasdır. Küp qəbirlər mədəniyyəti üçün həm çökək və qabarıq ornament, həm də qabın 

üst yarısını tutan qırmızı boyalı rəsmlər səciyyəvidir. Hər rəsm bir neçə paralel xətdən, 

rənglənmiş və rənglənməmiş üçbucaqlardan, sınıq, dalğavarı xətlərdən ibarət olan ayrı-

ayrı ünsürlərə parçalanır. Məsələn, gil ağızlı və iki qulplu (cizgilər bir qulpda doqquz, 

o  biri  qulpda  yeddidir)  qabın  üzərində  üç  cərgə  qırmızı  boyalı  ornament  vardır: 

əvvəlcə  bir  cərgə  çəpəki  cizgilər,  sonra  üçbucaq  mötərizələr  düzülmüşdür  -  bunlar 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə