TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə36/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   32   33   34   35   36   37   38   39   ...   186

79 

 

ucunda  əl  yeri  qoymaqla  qalan  hissədə  novçavari  yarıq  açaraq  oraya  çaxmaq  və  ya 



dəvəgözü  daşından  lövhə  dişlər  düzülürdü.  Dişlər  ağac  oraqlara  qətran  vasitəsilə 

bərkidilirdi.  Başqa  cür  oraqlar  da  məlumdur.  Məsələn,  Şomutəpədə  öküzün  çənə 

sümüyündən,  Naxçıvan  Kültəpəsində  isə  buynuzdan  düzəldilmiş  oraq  tapılmışdır. 

Məlum  olan  ən  qədim  biçin  alətləri  içərisində  Muğanda  Əliköməktəpə  yaşayış 

yerində  öküzün  kürək  sümüyündən  düzəldilmiş  oraqlar  da  vardır.  Onların  mişarvari 

düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir. 

Eneolit  dövrü  yaşayış  yerlərində  əkinçilik  təsərrüfatı  ilə  bağlı  olan  xeyli  daş 

həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm 

də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar. 

Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da 

böyük  rolu  olmuşdur.  Yaşayış  yerlərində  bəzən  topa  şəklində  çoxlu  heyvan 

sümüklərinə  təsadüf  edilmişdir.  Əliköməktəpə  yaşayış  yerində  bir  sümük  topasında 

öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli 

başqa sümükləri var idi. 

Həmin  dövrdə  yerli  əhalinin  heyvan  sürülərində  müxtəlif  cins  öküz  və 

qoyunun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir. 

Ev  heyvanları  içərisində  donuz  da  var  idi.  Bəzi  yaşayış  yerlərinin,  məsələn, 

Çalağantəpənin  osteoloji  materiallarına  görə  o,  heyvandarlıqda  hətta  əsas  yerlərdən 

birini  tuturdu.  Yalnız  Muğanda  Əliköməktəpə  yaşayış  yerində  ev  atının  sümükləri 

tapılmışdır.  Bu,  nəinki  Qafqazda,  hətta  bütün  Avrasiyada  ev  atı  haqqında  ən  qədim 

məlumatdır.  Muğan  düzü  dünyada  ev  atının  istifadə  edildiyi  ən  qədim  yaşayış 

yerlərindən biri olmuşdur. 

Eneolit  dövründə  ev  heyvanlarını  başlıca  olaraq  ət  məhsulu  əldə  etmək  üçün 

saxlayırdılar.  Ətraf  mühitdən  əlavə  qida  məhsulları  almaq  bu  dövrdən  insanların 

yardımçı  peşələrindən  birinə  çevrilir.  Bu  məqsədlə  əhali  ceyran,  quş,  balıq  və  su 

quşları ovlayırdı. 

Azərbaycanın  eneolit  qəbilələrinin  süd  məhsulları,  o  cümlədən  yağ 

hazırlamasını  göstərən  birbaşa  dəlillər  olmasa  da,  onların  bəzi  süd  məhsulları 

istehsalından xəbərdar olmasını güman etmək olar. 

Beləliklə, qeyd olunan dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü 

qəbilələrinin  təsərrüfatının  əsasını  artıq  inkişaf  etmiş  əkinçilik  və  maldarlıq  təşkil 

edirdi. 


Ev sənətkarlığı. Eneolit dövründə sənət sahələri daha çoxcəhətli olur. Daş və 

sümük  əşyaları  hazırlama,  dəriişləmə  kimi  ənənəvi  peşələrlə  yanaşı,  yeni  istehsal 

sahələri  inkişaf  edir.  Burma  və  cilalanma  texnikası  tətbiq  olunur.  Ağacişləmə 

sənətinin  inkişafı  ilə  əlaqədar  daş  baltaların  cilalanması  və  itilənməsi  geniş  yayılır. 

Daş baltalar vasitəsilə toxa və bir çox başqa alətlərə sap hazırlanırdı. Daş toppuzların 

cilalanması və onlarda dəstək yerinin deşilməsi təcrübə və ustalıq vərdişi tələb edirdi. 




80 

 

Ağstafanın  Aşağı  Göycəli  kəndində  Töyrətəpə  eneolit  yaşayış  yerində  bir  otaqda 



döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o 

cümlədən  yarımçıq  qalmış  sümük-məmulat,  həm  də  alətlər  üçün  tədarük  materialı 

tapılmışdır. Oradaca doqquz sümük toxa,  maral buynuzundan ikideşikli boru, sümük 

qaşıq, beşdişli oraq, iki dən daşı və qaşıqvari sümük əşya var idi. Bu otaq, çox güman 

ki,  sümük  və  başqa  məmulat  hazırlanan  emalatxana  olmuşdur.  Dəri  işləmə  və  dəri 

məmulatı  hazırlama  peşəsi  də  inkişaf  etməkdə  idi.  Bir  qayda  olaraq  dövrün  yaşayış 

yerlərində külli miqdarda sümük bizlər tapılır. Bunlar isə dəridən paltar, ayaqqabı və 

başqa  əşyaların geniş istehsalını sübut edir. Əliköməktəpədən tapılan boğazlı çəkmə 

formasında  gil  qab  dəridən  ayaqqabı  hazırlanması  ehtimalını  yəqinliklə  söyləməyə 

imkan verir. 

Eneolit dövrünün son mərhələsinə aid bəzi abidələrdə Azərbaycanda toxuculuq 

peşəsinə  aid  daşdan,  sümükdən  və  gildən  iy  başlıqlarına  və  çox  zərif  parça  izlərinə 

rast gəlinmişdir. 

Eneolit  dövrü  əhalisi  daha  çox  qamışdan  həsir,  səbət  və  başqa  məmulat 

hazırlayırdı.  Evlərin  döşəmələrində  tez-tez  həsir  qalıqlarına  rast  gəlinir.  Bəzən 

ölülərin  də  həsirə  bükülməsi  halları  müşahidə  olunmuşdur.  Oturacaqlarında  toxuma 

izləri qalmış gil qablara A

Z

ərbaycanın bir sıra rayonlarında rast gəlinmişdir. 



İstehsaledici  təsərrüfatın  yaranma  və  inkişafı  dövründə  ev  sənətkarlığında 

dulusçuluq  xüsusi  yer  tuturdu.  Əhalinin  artmaqda  olan  tələbatı  gil  qab  istehsalını 

çoxaltmaq  zərurətini  doğururdu,  bu  isə  təbii  olaraq  xüsusi  dulus  kürələrinin 

hazırlanmasına  səbəb  olurdu.  Belə  kürələrin  qalıqları  I  Kültəpədə,  Şomutəpədə, 

İlanlıtəpədə, Əliköməktəpədə, Çalağantəpədə aşkar olunmuşdur. İkiyaruslu kürələrin 

varlığı da müəyyən edilmişdir. Aşağı yarus kamerasında yanacaq yığılır, üst yarusda 

isə  gil  qablar  qoyulurdu.  Yanacaq  kamerasının  külfələri  və  damındakı  gözlər 

vasitəsilə alov gil qablar düzülmüş üst kameraya daxil olur. Belə kürələrdə qab-qacaq, 

həm də, yəqin ki, iri təsərrüfat küpləri bişirilirdi. 

Qablar  əldə  hazırlanırdı,  formaca  onlar  məhdud,  əsasən,  qalındivarlı,  kobud 

işlənmiş və bişmə keyfiyyətləri də çox yüksək deyildir. Bəzi iri təsərrüfat küplərində 

qulpu əvəz edən qulaqcıqlar (çıxıntılar) vardır. Yalnız Əliköməktəpə yaşayış yerində 

adi qulpları olan kuzələr əldə edilmişdir. 

Şərqi Zaqafqaziya dulusçuluq sənətində iki müstəqil zonaya ayrılır. Onlardan 

biri Kür vadisini, onun orta axınını, o biri isə cənub düzən rayonlarını əhatə edir. 

Kür  vadisinin  qabları  bir  qayda  olaraq  qısa  dabanlı,  rəngləri  tutqun,  qonur, 

üzərləri  yüngülcə  sığallı  və  yapma  konusvari,  qabarıq  yapma  xətlər  və  fiqurlarla 

bəzədilmişdir.  Gilin  tərkibinə  qum,  daş  və  saxsı  xəkəsi  qatılmışdır.  Zaqafqaziyanın 

cənub  rayonlarının  saxsı  məmulatı  isə  geniş  oturacaqlı,  açıq  qırmızı  rəngli,  gilində 

bitki qatışığı, üzərinə şirə (anqob) çəkilmiş və cilalıdır. Naxış boya ilə vurulub, bəzən 

yapma bəzəklərə rast gəlinir. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə