TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə44/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   40   41   42   43   44   45   46   47   ...   186

96 

 

dolu  idi.  Ehtimal  etmək  olar  ki,  öküz  qurban  ayini  ilə  əlaqədar  mərasimdə 



yandırılmışdır.  

Kür-Araz  mədəniyyəti  yaşayış  yerlərində  ev  heyvanlarının,  xüsusən  çox 

əhəmiyyət  verilən  öküzün  gildən  hazırlanmış  fiqurlarına  dəfələrlə  rast  gəlinmişdir. 

Orijinal  formalı  iki  öküz  fiquru  Babadərviş  evlərinin  birində  ocaq  kənarında 

tapılmışdır.  Başqa  bir  evdə  ocaq  kənarında  öküz  buynuzlarını  təqlid  edən  gil 

sacayaqlara  rast  gəlinmişdir.  Buynuzvari  sacayaqların  və  öküz  fiqurlarının  tez-tez 

tapılması öküzə pərəstişin Zaqafqaziyada geniş yayıldığını göstərir. 

 

 




97 

 

V   FƏSİL 



 

ORTA TUNC DÖVRÜ 

 

Azərbaycanın  qədim  əhalisi.  Ölkə  ərazisində  ilk  tayfa  ittifaqları:  kutilər, 



lullubilər, hurrilər. Orta tunc dövrünün  əvvəllərində  maldarlığın əhəmiyyətinin 

və  maldar  tayfalarının  rolunun  artması.  Eramızdan  əvvəl  III  minilliyin  son 

rübündə  Kür-Araz  mədəniyyətinin  süqutu  ilə  əlaqədar  Azərbaycanın  və  ona 

həmsərhəd olan ölkələrin tarixində yeni mərhələ başlandı. 

Bu dövrdən etibarən vaxtilə Kür-Araz mədəniyyətinin 

ƏVVƏLLƏRDƏ

 yayıldığı 

ərazilərdə  nəzərə  çarpacaq  hadisələrdən  biri  heyvandarlığın  inkişafı  sayəsində  əmək 

məhsuldarlığının əhəmiyyətli dərəcədə artması olmuşdur. 

Zəngin  yaylaqlara  malik  olan  Zaqros  dağ  zolağı  və  Cənubi  Qafqaz  ərazisinin 

təbii  şəraiti  heyvandarlığın  inkişafı  üçün  böyük  imkanlar  yaradırdı.  Mal-davar 

Azərbaycan sakinlərinin başlıca məşğuliyyətinə və sərvətinə çevrilməyə başladı. 

Mühüm cəhət odur ki, heyvandarlıqda artım əsasən davarın artımı hesabına baş 

verirdi. Bu isə heyvandarlıq sistemini əsaslı surətdə dəyişdirirdi. Yarımköçəri, köçmə 

maldarlıq təsərrüfatı tam surətdə formalaşırdı. 

Davarın  artması  və  əmək  məhsuldarlığının  yüksəlməsi  sayəsində  ölkədə 

məskunlaşmış  əhalinin  artımı  tayfaların  yayılmasının  mühüm  səbəblərindən  biri  idi. 

Maldarlıq təsərrüfatı şəraitində yaşayan tayfalar daha mütəhərrik idilər, onlar xüsusilə 

çevik  həyat  tərzi  sürürdülər,  qohumlarından  -  əkinçi-maldar  tayfalardan  ayrılırdılar. 

İlk tunc dövrünün sonralar, xüsusilə orta tunc dövrünün əvvəllərində həmin tayfaların 

yayılması  nəticəsində  dağətəyi,  dağlıq  və  hətta  yüksək  dağ  əraziləri  də  yaylaq  kimi 

istifadə olunmağa başlandı. 

Ümumi  kütlədən  ayrılmış  maldar  tayfalar  filizlə  zəngin  olan  ərazilərin 

sahiblərinə  çevrilirdilər.  Bu  ərazilərin  bəziləri  tezliklə  dağ-mədən  işi  və  metal  emalı 

mərkəzlərinə çevrildi. 

Kür-Araz  mədəniyyətinin  son dövrlərində və orta tunc dövrünün  əvvəllərində 

maldar tayfaların aparıcı mövqelər tutması (qədim əkinçilik mənbələrinin saxlanması 

şərtilə),  yarımköçəri  maldarlığın  meydana  gəlməsi,  metal  emalının  inkişafı, 

Mesopotamiyanın,  Kiçik  Asiyanın  və  İranın  şəhər  sivilizasiyaları  ilə  sıx  əlaqələr 

məhsuldar qüvvələrin əhəmiyyətli dərəcədə inkişafına, izafi məhsulun xeyli miqdarda 

yaranmasına,  ictimai  təbəqələşmənin  dərinləşməsinə,  bu  bölgədə  məskunlaşmış 

tayfaların iqtisadi, siyasi və mənəvi həyatında mühüm dəyişikliklərə gətirib çıxarırdı. 

Bütün bu dəyişikliklər etnik proseslərə də təsir göstərməyə bilməzdi. Arxeoloji 

materiallar  bu  dövrdə  əhalinin  xeyli  dərəcədə  çoxalmasını,  iri  tayfa  ittifaqlarının 

meydana  gəlməsini,  tayfalar  daxili  münasibətlərin  mürəkkəbləşməsini,  hərbi 

toqquşmaların artmasını göstərir. Maldar tayfaların yeni ərazilərdə məskunlaşması ilə 



98 

 

əlaqədar  olaraq  Cənubi  Qafqazın  demək  olar  ki,  hər  yerində  yaşayış  məskənlərinin, 



habelə möhkəmləndirilmiş qalaların sayı artmağa başladı. 

Təbiidir  ki,  əkinçilik  təsərrüfatına  nisbətən  maldarlıq  daha  çox  izafi  məhsul 

verirdi. Dağ-mədən sərvətlərinin və sənətkarlığın inkişafı hesabına artan izafi məhsul 

ayrı-ayrı şəxslərdə və ailələrdə cəmləşir, ibtidai icma  mühitində nəsli zadəganlarının 

meydana  gəlməsinə  şərait  yaradırdı.  Qəbir  abidələri  də  sərvətlərin  toplanmasını  və 

zadəganların  meydana  gəlməsini  isbat  edir.  Xeyli  sərvətin  tayfa  başçılarının  əlində 

toplanmasını  onları  xarici  hücumlardan  qoruyan  çoxsaylı  müdafiə  tikililərinin 

mövcudluğu  da  sübut  edir.  Bu  tikililər  nəinki  çoxlu  insan  kütləsinin  gərgin  və 

məqsədyönlü əməyindən, habelə hərbi toqquşma təhlükəsinin xeyli artmasından xəbər 

verir. 


Bu  dövrdə  maldarlıq  və  əkinçiliklə  yanaşı,  müharibələr  də  Azərbaycan 

sakinlərinin  əsas  məşğuliyyətinə  çevrilir.  Həmin  tarixi  mərhələdə  Azərbaycan 

ərazisinin bir hissəsi (cənub) onun əhalisilə birlikdə Şumer-Akkad mənbələri orbitinə 

düşür.  Bu  mənbələr  isə  bizə  müharibələr,  e.ə.  III  minilliyin  son  üç  əsrində 

Azərbaycanda,  ona  qonşu  olan  vilayətlərdə  baş  vermiş  hadisələr,  orada  yaşamış 

tayfaların adları və s. haqqında ilkin məlumatlar verir. 

Güman  etmək  olar  ki,  Azərbaycan  ərazisində  ilk  böyük  tayfa  ittifaqları  İlk 

Tunc dövrünün sonlarında yaranmağa başlamışdır. 

Cənubi Azərbaycanda və ona bitişik olan ərazilərdə yaşamış tayfalar haqqında 

ilkin yazılı mənbələr e.ə. XXIII əsrə aiddir. Onlar xüsusilə kutilər, lullubilər, hurrilər 

və b. haqqında məlumat verir.  

Akkad hökmdarı Naramsin (Naram-Suen) artıq e.ə. XXIII əsrin son  rübündə  

Mesopatamiyaya    soxulmuş    kutilərlə    toqquşmalı  olmuşdu.  Kutilərin  başçısı 

Enridavazir  Akkad  qoşunlarını  məğlub  etmiş,  Cənubi  Mesopatamiyaya  gəlib  çatmış, 

orada  özünü  "dünyanın  dörd  ölkəsinin  hökmdarı"  elan  etmiş,  buna  dair  iri  kitabə 

yazdırmışdı. 

Kutilər 

Mesopotamiyada 

soyğunçuluq 

və 


zorakılıq 

idarə 


üsulu  tətbiq  etmişdilər.  Onlar  şəhərləri  dağıdır,  çoxlu  insan  qırırdılar.  Qədim  yazı 

kutiləri Şumer çarlığını dağlara aparan, Şumerə düşmənçilik gətirən,  arvadı  ərindən,  

uşaqları  valideynlərindən məhrum edən "dağ əjdahaları" adlandırır. 

 

Siyasi  baxımdan  kamil  olmayan  gəlmə  tayfalar  zəbt  olunmuş  ölkədə  dövlət 



aparatının  mühüm  sahələrinin  idarə  edilməsini  yerli  zadəganlara  həvalə  edir  və 

beləliklə,  öz  mövqelərini  zəiflədirdilər.  "Dağ  əjdahaları"nın  artan  zülmü  istila 

olunmuş vilayətlərin əhalisini onlara qarşı qaldırırdı. Son kuti hökmdarı Tirikan cəmi 

40  gün  hökmranlıq  etmişdir.  E.ə.  XXII  əsrin  sonunda  kutilər  Mesopotamiyadan 

qovuldular. 

Mesopotamiya  epizodu  ölkənin  istilası  zamanı  artıq  ibtidai  icma 

münasibətlərinin  süqutu  mərhələsində  olan  kutilərə  müəyyən  təsir  göstərməyə 

bilməzdi. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə