TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə40/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   36   37   38   39   40   41   42   43   ...   186

88 

 

hazırlanmış  toxalar  yoxdur.  Ancaq  ötən  dövrün  hər  bir  yaşayış  yerində  bu  alətlərə 



çoxlu miqdarda təsadüf olunur. 

Kür-Araz  mədəniyyəti  qəbilələrinin  iribuynuzlu  heyvanları  qoşquda  istifadə 

etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil 

fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir. 

Azərbaycanda  Kür-Araz  mədəniyyəti  yaşayış  yerlərindən  suvarma  şəraitində 

becərilən dən qalıqları əldə edilmişdir. Süni suvarma bəsit şəkildə olsa da, bu ərazinin 

eneolit  dövrü  əhalisində  də  məlum  idi.  Azərbaycanda  süni  suvarma  ilə  yanaşı, 

xüsusən dağlıq rayonlarda dəmyə əkinçiliyi əsas yer tuturdu. 

Kür-Araz  mədəniyyəti  qəbilələri  buğda  və  arpa,  darı  və  kətan,  paxlalı 

bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır. 

Səpin  üçün  taxıl  dənlərinin  seçilməsi  bu  dövrün  əkinçilik  mədəniyyətində 

böyük  tərəqqi  idi.  Arpa  və  buğda  ayrılıqda  əkilirdi.  Bu  barədə  məlumat  Babadərviş 

tapıntılarından  aydın  olur.  Burada  bir  taxıl  quyusundan  arpa,  o  birindən  yumşaq 

buğda  tapılmışdır.  Yumşaq  buğda  qalıqları  II  Babadərviş  yaşayış  yerinin 

otlaqlarından  birində  tapılmışdır.  İlk  tunc  dövründə  yumşaq  buğda  daha  geniş 

yayılmış  dənli  bitki  növlərindən  olmuşdur.  Məhsulun  biçilməsindən  sonra  müxtəlif 

sadə  üsullarla,  o  cümlədən  ovma  yolu  ilə  onun  döyülməsi  aparılırdı.  I  Kültəpədə 

böyük  bir  quyuda  yanmış  dən  qalıqları,  sünbüllü  küləş  və  dərz  bağlamaq  üçün 

bəndəmlər  bir  yerdə  tapılmışdır.  Görünür,  taxıl  buraya  döyülməmiş  vəziyyətdə 

yığılmışdır.  Babadərvişdə  yanğın  baş  vermiş  bir  evin  döşəməsinin  xeyli  hissəsində 

sünbül qılçığının qalın qatı var idi. Döşəmə üzərində bu qata bitişik dən topasına rast 

gəlindi.  Bu  faktlar  göstərir  ki,  ehtiyat  üçün  saxlanılan  taxıl  həm  də  ehtiyaca  görə 

döyülürdü. 

Taxıl  məhsulunun  biçilməsi  yığma  oraqlarla  aparılırdı.  Oraqların  əsası  ağac 

dəstəklərdən, dişləri çaxmaq daşından düzəldilirdi. Ancaq ilk tunc dövrü bəzi yaşayış 

məskənlərində tunc oraqlara da rast gəlinmişdir. Azərbaycan ərazisində belə bir oraq I 

Kültəpədən tapılmışdır. Metal oraqların meydana gəlməsi, sözsüz ki, biçin prosesində 

əməyin məhsuldarlığına müsbət təsir göstərir. 

Dənin  saxlanılmasının  mühüm  əhəmiyyəti  var  idi.  Bu  məqsədlə  iri  saxsı 

qablardan,  xüsusi  quyulardan  və  kərpic  tikintilərdən  istifadə  olunurdu.  Babadərviş 

yaşayış  yerində  22  quyu  aşkar  olunmuşdur.  Dənin  nəmləşib  çürüməməsi  məqsədilə 

quyuların  dibi  daş  və  ya  kərpiclə  döşənirdi.  Yanıqtəpədə  aşkar  olunmuş  dördgözlü 

qalın divarlı tikinti taxıl anbarı kimi istifadə olunmuşdur. 

İnamla  demək  olar  ki,  İlk  Tunc  dövründə  çörək  bişirilirdi.  Bu  məqsədlə 

Naxçıvan Kültəpəsində aşkar olunmuş düzsəthli kürələrdən istifadə olunurdu. 

Kür-Araz  mədəniyyəti  yaşayış  məskənlərindən  məlum  olan  materiallar 

təsərrüfatda əkinçiliyin çox mühüm rolunu göstərir. 



89 

 

İlk  Tunc  dövrü  təsərrüfatının  başqa  mühüm  sahəsini  maldarlıq  təşkil  edirdi. 



Arxeoloji  materiallar  çox  müxtəlif  olmasa  da,  dövrün  maldarlıq  təsərrüfatının 

xarakteri  haqqında  kifayət  qədər  təsəvvür  yaradır.  Osteoloji  material  göstərir  ki, 

sürüdə bütün ev heyvanları var idi (öküz, inək, keçi, qoyun və ev donuzu). Kür-Araz 

mədəniyyəti  qəbilələrinin,  o  cümlədən  Azərbaycan  əhalisinin  atdan  istifadəsi 

haqqında olduqca az material vardır. 

İlk  Tunc  dövrünün  başlanğıcında  maldarlıq  təsərrüfatında  iribuynuzlu 

heyvanlar üstün mövqe tuturdu, sonralar isə xırdabuynuzlu heyvanların sürüdə ümumi 

artım  meyli  müşahidə  olunur.  Mal-qaranın  xeyli  artımı  öz  növbəsində  yem 

mənbələrinin,  o  cümlədən  otlaqların,  örüşlərin  genişlənməsinə  səbəb  olmalı  idi. 

Yaşayış  yerləri  ətrafındakı  örüşlər,  xüsusən  yay  aylarında  artmaqda  olan  tələbatı 

ödəmirdi. Bununla əlaqədar olaraq bütün Qafqazda olduğu kimi, Azərbaycanda da İlk 

Tunc dövründə heyvandarlığın  yaylaq forması inkişaf edir; yayda  heyvanlar dağlara, 

alp otlaqlarına sürülürdü. Qoyunçuluğun inkişafı İlk Tunc dövründə dağlıq rayonların 

geniş mənimsənilməsinin əsas səbəblərindəndir. 

Daşkəsən  rayonunda  Xaçbulaq  yaylağında  maldar  qəbilələrə  məxsus  kurqan 

qəbirləri  məlumdur.  Yaylaq  məskənlərinin  qalıqları  Kəlbəcərdə,  Şirvanın  dağlıq 

hissəsində, Şamaxı rayonunda müəyyən edilmişdir. 

Mal-qaranın  artması  ilə  heyvandarlıqda  daha  intensiv  proses  müşahidə  edilir, 

izafi  ərzaq  məhsulu  yaranır.  Maldarlıq  təsərrüfatı  tarixində  yağ  istehsalının  və  onun 

inkişafının mühüm əhəmiyyəti vardır. Bu dövrdə ilk dəfə gil nehrə icad olunur. Yeri 

gəlmişkən  qeyd  edək  ki,  o,  öz  formasını  dəyişmədən  Azərbaycanda  bu  günə  qədər 

qalmaqda  davam  edir.  Nehrə  adının  da  onun  icad  olduğu  dövrdə  meydana  gəldiyi 

şübhə doğurmur. 

Beləliklə,  ilk  tunc  dövründə  əkinçi-maldarlıq  təsərrüfatında  böyük  tərəqqi 

başlanır,  yeyinti  məhsullarının  istehsalında  yeni  imkanlar  yaranır.  Maldarlıq 

təsərrüfatının sürətli inkişafı sayəsində icma-qəbilə quruluşu daxilində mülki və sosial 

ayrılmalar güclənir.  

Sənətkarlıq.  Kür-Araz  dövrü  yerli  filiz  yataqlarının  geniş  istifadəsi  və 

metalişləmə  sənətinin  yüksək inkişaf səviyyəsi ilə  xarakterizə  olunur. Azərbaycanda 

zəngin  Gədəbəy,  Dağlıq  Qarabağ  və  Balakən  mis  mədənləri  məlumdur.  Kür-Araz 

mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması İlk Tunc 

dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir. 

Azərbaycanın bir çox yaşayış yerlərindən metal istehsalı ilə bağlı olan müxtəlif 

əşyalar  geniş  şəkildə  təmsil  olunmuşdur.  Onlar  başlıca  olaraq  mis-mərgmüş 

qatışığından ibarət tuncdan hazırlanırdı,  ancaq tək-tək məmulatların tərkibində qalay 

qatışığı vardır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə