TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə45/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   41   42   43   44   45   46   47   48   ...   186

99 

 

Kutilərin  Mesopotamiyada  təxminən  bir  əsrlik  ağalığı  onlar  arasında  nəsil-



tayfa münasibətlərinin dağılması prosesini sürətləndirməli idi. 

Mesopotamiyadan  qovulmuş  kutilər  vətənlərinə  -  Kürdüstana  və  Cənubi 

Azərbaycan  vilayətlərinə  qayıtdılar.  Ehtimal  etmək  olar  ki,  onların  buradan  tədricən 

digər  tayfa  ittifaqı  lullubilər  tərəfindən  sıxışdırılması  başlandı.  Kutilər  əvvəllər 

yaşadıqları  vilayətlərdə  mövqelərini  itirirdilər.  Onların  adına  e.ə.  II  və  hətta  I 

minilliyin Akkad və Aşşur (Assuriya) mənbələrində təsadüf olunur. Lakin bu etnonim 

o  dövrdə  (hər  halda  e.ə.  I  minillikdə)  artıq  gerçək  əhəmiyyətə  malik  deyildi.  "Kuti" 

etnonimi  Mesopotamiyadan  şimalda  və  şərqdə  yaşamış  müxtəlif  xalqlara  şamil 

edilirdi. 

Təbiidir  ki,  kuti  elementi  Zaqros  ərazisindəki  etnik  proseslərdə  müəyyən  rol 

oynamışdır. 

Böyük etnik və siyasi birliklərdən biri də lullubi tayfa ittifaqı idi.  

Lullubilər  haqqında  ilk  məlumat  Akkad  hökmdarı  Naramsinin  kitabələrindən 

birində  mövcuddur.  Hökmdar  "Lullubum  dağlılarını  öz  ətrafında  toplamış  Sidur[ri]" 

üzərindəki qələbəsilə öyünürdü. 

Lullubi  hakimlərinin  özlərinin  ilkin  yazılı  abidələri  e.ə.  XXIII  əsrə  aiddir. 

Onların  içərisində  ilk  növbədə  Sarıpulda  (Zöhab  şəhəri  yaxınlığında)  qayada  həkk 

olunmuş "çar" Anubaniniyə məxsus olan relyefli kitabəni qeyd etmək lazımdır. 

Anubanininin  kitabəsinə  istinadən  göstərmək  olar  ki,  ona  tabe  olan  ərazi  çox 

geniş  idi.  Ehtimal  etmək  olar  ki,  bu  ərazi  Urmiya  gölündən  İran  körfəzinə  qədər 

uzanırdı.  Vaxtilə  kutilərə  məxsus  olmuş  ərazinin  xeyli  hissəsi  sonralar  lullubilərin 

əlinə keçmişdi. 

Artıq  e.ə.  III  minilliyin  II  yarısında  lullubilər  nəinki  Azərbaycan  və  İranın, 

habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar. Güman etmək olar ki, 

lullubilər ən qədim dövrlərdən etibarən Mesopotamiya ilə sıx əlaqədə olmuşlar. Onlar 

Azərbaycan və ona qonşu olan vilayətlərin tarixində mühüm mövqelərini əsrlərlə (e.ə. 

I minilliyin əvvəllərinə qədər) saxlaya bilmişlər. 

Ən iri tayfa ittifaqlarından biri də hurrilər idi. Bəzi faktlar iddia etməyə imkan 

verir  ki,  lullubilərin  (habelə  kutilərin  də)  hurrilərlə  münasibəti  e.ə.  III  minilliyin 

sonunda düşmənçilik  xarakteri daşıyırdı. Bunu hurrilərin dilində "barbar" mənasında 

işlənən nullatum (lullu-[lullubilərin etnonimidir]-nullu sözündən alınmışdır) ifadəsi də 

təsdiq edir. Urartu dilindəki lullu - "düşmən" sözü də buradandır. 

Urmiya  gölü  rayonlarında  kaşşu  (kassit)  etnosunun  da  bir  qismi  yaşamışdır. 

Lakin onlar haqqında ilkin yazılı məlumatlar e.ə. II minilliyə aiddir. 

E.ə. III minilliyin sonu - II minilliyin əvvəllərində Azərbaycan əhalisinin etno-

dil  mənsubiyyəti  məsələsi  mürəkkəbdir.  Bu,  yalnız  ümumi  şəkildə  izah  oluna  bilər. 

Vaxtilə  bizim  biliklərimizin  yeganə  mənbəyi  arxeoloji  materiallar  idi.  Lakin  onlar 

böyük dəyərə malik olmasına baxmayaraq, tayfalar, tayfa birləşmələri, onların adı və 




100 

 

dili  haqqında  bizə  heç  bir  məlumat  vermirdi.  Bu  dövrdə  vəziyyət  əsaslı  şəkildə 



dəyişdi. 

E.ə.  III  minilliyin  son  rübündə  Azərbaycan  ərazisinin  bir  hissəsi  (Urmiya 

gölündən  qərbdə  və  cənubda  yerləşən  vilayətlər)  əhalisilə  birlikdə  Şumer-Akkad 

yazılı  mənbələri  orbitinə  düşür.  Həmin  dövrdə  yaşamış  tayfaların  bəzilərinin  adları 

bizə  məlumdur.  Onomastik  materiallar  əsasında  həmin  ərazidə  yaşamış  əhalinin 

dilləri haqqında müəyyən müddəa irəli sürmək mümkündür. Yazılı mənbələr müxtəlif 

tayfalar,  tayfa  birlikləri  ilə  bağlı  olmuş  siyasi  həyatın  konkret  hadisələrinə  dair 

məlumatlar verir. 

Cənubi  Azərbaycanın  və  ona  qonşu  vilayətlərin  o  dövrkü  əhalisinin  (hurrilər 

istisna  olunmaqla)  dil  mənsubiyyəti  haqqında  bizim  məlumatımız  cüzidir.  Müxtəlif 

mənbələrdə  kuti,  lullubi  və  kaşşı  dillərindən  bizə  yalnız  bir  qədər  ad  və  söz  gəlib 

çatmışdır. 

Əvvəllər  bu  dilləri  Zaqr-Elam,  Zaqros,  Kasin  və  s.  adlanan  böyük  dillər 

ailəsində birləşdirirdilər. 

Belə  müddəaların  irəli  sürülməsi  zamanı  müqayisəli  material  kimi  əsasən 

qədim  yazılı  elam  dilinin  materiallarından  istifadə  edilirdi.  İran  yaylasında  və  ətraf 

vilayətlərin  ərazisində  elam  elementinin  geniş  yayılmasını  söyləmək  üçün  xeyli 

əsasımız  vardır.  Elam  dili,  şübhəsiz,  dravid  dillərilə  qohumdur.  Lakin  kuti,  lullubi, 

kaşşı dillərini, bu dillərin daxil olduğu fərziyyə olunan dil ailələrini bütünlüklə digər 

dil  ailələrilə  (xüsusilə  Qafqaz,  Dravid,  Ural-Altay  və  başqaları  ilə)  əlaqələndirmək 

üçün əsas yoxdur. Son tədqiqatlar kaşşu dilinin elam dili ilə qohum olduğunu təsdiq 

etməyə imkan vermir. 

Güman etmək olar ki, lullubi dili elam dilinə qohumdur. Lakiı bu gümana qəti 

inam yoxdur. Kuti dilinin Qafqaz dilləri ailəsinə aid olduğunu istisna etmək olmaz. 

Zaqros  dağlarının  qərb  ətəklərində,  Urmiyanın  qərb  vilayətlərində  və  b. 

yerlərdə yayılmış ən  mühüm  elementlərdən biri də hurrilər idi. Bu  ərazilər hurrilərin 

dravid dili daşıyıcıları ilə kontak zonası olmuşdur. Hər iki dil qrupları arasında aşkar 

edilmiş  müəyyən  uyğunluqlar  bunu  isbat  edir.  Dravid  dillərinin  hurrilər  vasitəsilə 

Qafqaz  dillərinə  təsirini  də  ehtimal  etmək  olar.  İran  yaylası  ərazisində  dravid 

elementinin  mövcud  olması  şübhəsizdir.  Antik  müəlliflər  bu  tayfaların  qalıqlarını 

"efioplar" adlandırırdılar. 

Hurrilərin - bu "dağ xalqlarının" Qədim Şərq tarixində rolu olduqca böyük idi. 

Onlar  şumerlərlə,  akkadlılarla  və  elamlılarla  yanaşı,  qədim  Ön  Asiyanın  dördüncü 

böyük mədəni xalqı hesab oluna bilər. Hələ e.ə. III minilliyin son rübündə hurrilərin 

yazısı olmuşdur. 

Hurrilərin  vətəninin  Cənubi  Qafqaz,  Erməni  yaylası  və  Dağlıq  Kürdüstan 

ərazisi  olduğunu  güman  etmək  olar.  Şimali  Zaqros  bölgəsində  hurrilərin  qədim 

dövrlərdən etibarən yaşamasını Şumer sənədləri də təsdiq edir. Hurrilər daha sonralar 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə