TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 
- 61 - 
idi. İqtisadi fəal əhali işlə təmin olunmuş, yəni işləyən əmək resurslarına deyilir. Bu 
kateqoriya  insanların  getdikcə  artımı  müşahidə  edilir,  belə  ki,  1995-ci  ildə  onların 
sayı 2.7 mlrd. nəfər, 2000-ci ildə 3 mlrd. nəfəri ötüb keçmişdir. Analizlər göstərir ki, 
inkişaf  etmiş  ölkələrdə  iqtisadi  fəal  əhalinin  sayı  əmək  resurslarının  azalmasına 
baxmayaraq artmaqdadır. Bu ilk növbədə onunla izah edilir ki, bu tip ölkələrdə təbii 
artımın  azalması,  yaşlı  nəslin  çoxalması,  təqaüdçülərin  və  16  yaşadək  uşaqların 
işləməsidir. Digər tərəfdən ayrı-ayrı regionlarda və ölkələrdə əmək resursları arasında 
da  fərqli  cəhətlər  vardır.  Bu  ilk  növbədə  əmək  məşğulluğu  ilə  əlaqədardır.  Bir  sıra 
inkişaf  etməkdə  olan  ölkələrdə,  məsələn,  Çin,  Braziliya,  Hindistan,  İndoneziya, 
Banqladeşdə  mütləq  məşğulluq  üstünlük  təşkil  edir.  İnkişaf  etmiş  ölkələrdən  daha 
çox fərqlənəni ABŞ, Yaponiya, Almaniya, B.Britaniya və Rusiyadır. Ümumi əhalinin 
sayına  nisbətdə  iqtisadi  fəal  əhalinin  sayı  inkişaf  etməkdə  olan  ölkələrdə  az  olması 
eyni zamanda əhalinin  yaş-cins tərkibindən də asılıdır. Məsələn, Yaxın və Orta Şərq 
ölkələrində,  habelə  ərəb  ölkələrinin  əksəriyyətində  qadınların  ictimai  istehsala  zəif 
cəlb edilməsi ilə də bağlıdır. Əksinə, ictimai fəal əhalinin üstün olduğu inkişaf etmiş 
ölkələrdə  və  Çində  qadınlar  ümumi  iqtisadi  fəal  əhalinin  50-55%-ni  təşkil  edirlər. 
Bütün bu göstəricilərə baxmayaraq inkişaf etmiş ölkələrdə, xüsusilə də, Almaniya və 
İtaliyada təbii artımın zəifliyi, yaşlı əhalinin üstünlüyü tədricən iqtisadi fəal əhalinin 
qıtlığına  səbəb  olur  ki,  bu  da  yaxın  gələcəkdə  işləyən  əhalinin  yuxarı  yaş  həddinin 
artmasına  gətirib  çıxaracaqdır.  Bu  ölkələrdə,  bütövlükdə  inkişaf  etmiş  ölkələrdə 
əhalinin  yaşlanması,  orta  yaş  həddinin  yüksəlməsi  sosial  şəraitin  yaxşılaşması, 
uzunömürlülüyün  üstün  olması  nəzərə  daha  çox  çarpır.  Alimlərin  qənaətinə  görə 
insan  həyatı  110-140  il  müəyyən  edilmişdir.  Tək-tək  hallarda  daha  yüksək  hədd  də 
ola  bilər.  Belə  uzunömürlülük  bioloji  sosial-iqtisadi,  genetik  və  digər  amillərlə  izah 
olunur və heç nə ümumi xarakterik hal deyildir. Qədim dövrlərdə orta yaş həddi 25-
30  il,  sonralar  35-40  il  olmuşdur.  XX  əsrin  ortalarından  sonra  elmin  sürətli  inkişafı 
uşaq ölümünün qarşısını almış, insanların sosial-iqtisadi durumu yaxşılaşmış, orta yaş 
həddi  də  artmağa  başlamışdır.  Hesablamalar  göstərir  ki,  2006-cı  ildən  sonra  ən  az 
orta yaş həddi Afrikada 53 yaş, ən çox isə Şimali Amerikada 78 yaş olmuşdur. 2005-


 
- 62 - 
ci  ilin  məlumatına  əsasən  ən  çox  orta  yaş  həddinə  malik  10  ölkə  və  ən  aşağı  yaş 
həddinə malik 10 ölkə aşağıdakı kimidir: 
 
Cədvəl 1.8 
 
¹ 
Ölkələr 
Orta yaş  
həddi 
Ölkələr 
Orta yaş 
həddi 

Yaponiya 
82 
Botsvana 
35 

Isveç 
81 
Lesoto 
35 

Islandiya 
81 
Zimbabve 
36 

Isveçrə 
81 
Zambiya 
38 

Ispaniya 
81 
Mərkəzi Afrika Respub. 
39 

Cənubi Koreya 
81 
Anqola 
41 

Avstraliya 
81 
Malavi 
41 

Fransa 
80 
Syerra-Leone 
41 

İtaliya 
80 
Liberiya 
42 
10  Norveç 
80 
Mozambik 
42 
    
 
Asiya, Afrika və Latın Amerikasının iri dövlətlərində orta ömür həddinin artım 
tempi inkişaf etmiş ölkələrdən daha çox fərqlənir. Məsələn, 1960-cı ildən 2006-cı ilə 
kimi  bu  ölkələrdə  əhalinin  orta  yaş  həddinin  müqayisəli  inkişafı  aşağıdakı  kimidir: 
Çin  40-dan  72-dək,  Hindistan  43-dən  64-dək,  İndoneziya  41-dən  68-dək,  Nigeriya 
39-dan  48-dək,  Misir  46-dan  71-dək,  Braziliya  37-dən  71-dək,  Meksika  57-dən  75-
dək. 
 
Məhsuldar 
qüvvələrin 
inkişafı 
ilk 
növbədə 
əmək 
resurslarının 
ixtisaslaşmasından  asılıdır.  Bu  ixtisaslaşma  isə  əhalinin  savadlanmağınan,  əmək 
vərdişlərindən,  istehsala  cəlb  olunma  səviyyəsindən  və  digər  amillərdən  asılıdır.  Bu 
xüsusiyyətlərin  cəmləşməsi  sosial-iqtisadi  inkişafın  təməlini  qoyur,  istehsal 
münasibətlərini  rentabelləşdirir,  istehsalın  ərazi  təşkilini  və  inkişafını  stimullaşdırır. 
Əmək resurslarının yüksək səviyyədə ixtisaslaşması daha çox ETİ-nin müasir dövrü 
üçün  daha  xarakterik  hal  olmuşdur.  Müasirləşən  və  sürətlə  inkişaf  edən  cəmiyyət 
yaratdığı  texnologiyanı  qabaqlayır,  daha  yaxşısını  yaratmağa  meyillənir.  XX  əsrin 
sonlarından başlayan sürətli ixtisaslaşma əsasən əmək resurslarında ciddi rəqabətlilik 


 
- 63 - 
yaratmışdır.  Müasir  dövrdə  yüksək  ixtisaslı  əmək  resursları  üç  əsas  mərhələdən 
keçməlidir:  ilk  növbədə  əhalinin  ümumi  orta  təhsilə  malik  olması,  ikincisi,  xüsusi 
peşə  hazırlığına,  magistratura  təhsili  alması,  üçüncüsü,  aldığı  biliyi  və  peşəni  əmək 
fəaliyyətinə bacarıqla tətbiq etməli, təhsilini daim təkmilləşdirməlidir.  
 
Dünyanın  qabaqcıl  ölkələrində  ümumi  orta  təhsil,  pilləli  təhsil  geniş  tətbiq 
edilir,  əmək  resurslarının  tərkibi  80-90%  orta  və  peşə  təhsilinə,  50-55%-i  isə 
natamam ali və ali təhsillidir. Respublikamızda da pilləli təhsil sistemi tətbiq olunur – 
bakalavr,  magistr  və  doktorantura  sistemi  yaradılmış,  müasir  tipli  peşə  məktəbləri 
fəaliyyətə  başlamışdır  ki,  bu  da  yaxın  gələcəkdə  ölkənin  yüksək  ixtisaslı  kadrlara 
olan ehtiyacını ödəyə biləcəkdir. 
 
3.
 
Təbii sosial-ekoloji problemlər və onlarla mübarizə formaları 
Dünya  əhalisinin  artım  dinamikası  göstərir  ki,  onun  sayı  artdıqca  təbii  mühit 
daha sürətlə dəyişir, insanların bir çox regionlarda həyat səviyyəsi aşağı düşür, təbii 
katavlizmlər  özünü  göstərməkdə  davam  edir.  Regionlar  sürətlə  inkişaf  etdikcə,  elm-
texnika  insanların  həyatına  daha  çox  daxil  olursa,  təbiətdən  çox  da  istifadə  edilir, 
insanın təbiətə təsiri də artır. Əgər XX əsrin sonlarına yaxın əhali üçün həlli müşkül 
ola  biləcək  problem  sürətlə  silahlanma  və  müharibə  təhlükəsi  idisə,  indi  bəşər 
cəmiyyəti  qlobal  ekoloji  problemlərdən  daha  çox  ehtiyat  etməyə  başlamış,  il-ildən 
vəziyyətin  daha  kritik  həddə  yaxınlaşdığını  hiss  edirlər.  Təbii  mühitin  sürətlə 
dəyişməsi,  biosferdə  baş  verən  dəyişikliklər  olduqca  təhlükəli  sosial  həddə  çatır, 
elmin-texnikanın  böyük  imkanları,  ətraf  mühitin  davam  gətirə  bilmək  imkanları, 
təsərrüfata cəlb olunan resursların istifadəsi yükünün artmasının dözüm həddi nəzərə 
alınmamışdır. Ayrı-ayrı ölkə alimlərinin həyəcan təbili ciddi təzadlardan xəbər verir. 
ABŞ-ın  ümumdünya  müşahidə  institutunun  illik  hesabatında  ekoloji  situasiyanın 
qorxunc həddə çatdığı bildirilir. Buna bir çox ölkə alimlərinin əsərlərində, beynəlxalq 
simpoziumun  materiallarında  da  rast  gəlmək  mümkündür.  Bu  gün  istər  ölkəmizin, 
istərsə də, əksər dünya ölkə alimlərinin gəldiyi nəticə ondan ibarətdir ki, müasir insan 
sivilizasiyası  üçün  xarakterik  cəhət  qlobal  ekoloji  krizisin  artmasıdır.  Bunu  onlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə