TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 
- 70 - 
məqsədəuyğundur.  Yüksək  inkişaf  etmiş  Şimal  ölkələrində  təbiətin  qorunması  və 
davamlı  inkişaf  barədə  qanunlara  ciddi  əməletmə  vardır.  Yeni  sənayeləşmiş  bir  sıra 
ölkələrdə  də  ciddi  irəliləyişlər  vardır.  1990-cı  illərdən  sonra  ciddi  dönüşə  malik 
ölkələrə  Sinqapur,  İrlandiya,  Y.Zelandiya,  Portuqaliya,  Norveç,  Malayziya,  İsveç, 
Finlandiya,  Çin,  həmçinin  Fransa,  B.Britaniya,  İsveçrə,  İspaniya  və  Yaponiya 
daxildirlər.  
Ətraf  mühitin  getdikcə  daha  çox  antropogen  təsirlə  pozulması  şəraitində 
müəyyən  ərazilərin  qorunması,  onların  qoruq,  yasaq  və  ya  milli  parklara  çevrilməsi 
aktuallaşır.  1992-ci  ildə  Rio-de-Janeyroda  keçirilən  “Ətraf  mühitin  mühafizəsi 
xartiyasında” belə ərazilərin yaradılması ideyası önə çəkilmişdir. Burada yer səthinin 
təbii  komponentlərinin,  suyun,  torpağın,  meşənin,  çəmənliyin  və  onun  üzərindəki 
hava  məkanının  təsərrüfatdan  azad  edilməsi,  mövcud  təbii  kompleksin  elm,  təbii 
mühafizə,  rekreasiya,  mədəni,  estetik,  sağlamlıq  məqsədilə  dövlət  orqanları 
tərəfindən himayə edilməsi nəzərdə tutulur. Dövlət tərəfindən qorunan belə ərazilər, 
xüsusilə iri ərazilər daha çox ABŞ, Avstraliya, Kanada, Almaniya, Çin, İndoneziya, 
Braziliya,  CAR,  İspaniya,  İsveç,  Rusiya,  B.Britaniya  kimi  ölkələrindədir.  Bir  çox 
ölkələrdə  xüsusi  qorunan  ərazilər  ölkə  ərazisinə  nisbətinə  görə  fərqlənir.  Məsələn, 
inkişaf  etməkdə  olan  Ekvadorda  bu  ölkə  ərazisinin  45%-ni,  Venesuelada  36%-ni, 
Danimarkada  32,  Norveçdə  31,  Avstraliyada  28,  Almaniyada  27,  Dominikan 
Respublikasında 25, Y.Zellandiyada isə 24%-ni təşkil edir. Ölkəmizdə də bu sahədə 
ciddi addımlar atılır.  
     
      
    
 
 
 
 
         


 
- 71 - 
IV F Ə S İ L 
AZƏRBAYCAN RESPUBLİKASINDA TƏBİƏTDƏN 
 İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ 
 
 
Respublikamızın  olduqca  əlverişli  iqtisadi  –  coğrafi,  təbii-ekoloji  mövqeyi, 
zəngin  təbiəti,  müxtəlif  və  çoxcəhətli  təsərrüfat  sahələrini  yaratmaq  və  inkişaf 
etdirmək  imkanları  vardır.  Ölkə  ərazisinin  geoloji  quruluşu,  süxurların  yatım 
müxtəlifliyi,  endogen  və  ekzogen  proseslərin  davamlılığı  yeraltı  və  yerüstü  təbii 
sərvətlərin  müxtəlifliyini  formalaşdırmışdır.  Bu  rəngarənglik  müxtəlif  təsərrüfat 
sahələrinin  inkişaf  etdirilməsini  şərtləndirir.  Müasir  ərazi-istehsal  kompleksləri  yerli 
təbii  şərait  və  resurslarla  sıx  əlaqəli  şəkildə  formalaşmış  və  inkişaf  etmişdir.  İndiki 
şəraitdə  cəmiyyətin  maddi  -  texniki  bazasının  yaradılması  vəzifəsinin 
müvəffəqiyyətlə  həll  edilməsi  bilavasitə  ölkəmizdə  və  onun  ayrı-ayrı  regionlarında 
təbii  şəraitin,  təbii  resursların  və  ətraf  mühitin  ətraflı  öyrənilməsi,  onların  düzgün 
qiymətləndirilməsindən asılıdır. Bunun üçün respublikanın təbii resurs potensialından 
səmərəli  istifadə  olunması  və  onun  hər  bir  elementinin  mühafizə  edilməsi  çox 
vacibdir. 
 
Ölkəmizdə  təbii  sərvətlərdən  səmərəli  istifadə  etməklə  davamlı  sosial-iqtisadi 
inkişafa  nail  olmaq  üçün  2001-ci  ildə  “Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi 
inkişafa dair Milli proqram” qəbul edilmişdir. Bu proqrama əsasən təbii resurslardan 
səmərəli  istifadə  etməklə  ətraf  mühitin  mühafizə  istiqamətləri  aşağıdakı  kimi 
müəyyənləşdirilmişdir: 
-su  ehtiyatlarının  səmərəli  istifadə  edilməsi  və  həyata  keçirilməsi,  bu  ehtiyatlardan 
səmərli istifadənin stimullaşdırılması, içməli suyun keyfiyyətinin yaxşılaşdırılması və 
müvafiq standartlara uyğunlaşdırılması, su ekosistemlərinin fəaliyyətini tənzimləyən 
müvafiq qanunların təkmilləşdirilməsi, transsərhəd çayların çirklənmədən mühafizəsi 
və  onların  hövzəsində  yerləşən  dövlətlər  tərəfindən  su  ehtiyatlarından  səmərəli 
istifadə edilməsi məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi; 


 
- 72 - 
-sənaye  müəssisələrindəki  qaz-toz  tutucu  qurğuların  əsaslı  təmir  edilməsi  və  ya 
yeniləri  ilə  əvəz  edilməsi,  nəqliyyatda  qurğuşunsuz  benzindən  istifadə  olunması, 
tələblərə  cavab  verməyən  köhnə  nəqliyyat  vasitələrinin  istismarının  qadağan 
edilməsi,  ekoloji  təmiz  sərnişin  nəqliyyat  növlərinin  tətbiqi,  şəhər  daxilində  piyada 
zonalarının  genişləndirilməsi,  şəhər  yaşıllıqlarının  artırılması  yolu  ilə  atmosfer 
havasının  keyfiyyətinin  yaxşılaşdırılması,  kənd  təsərrüfatına  yararlı  torpaq 
ehtiyatlarının mühafizə  edilməsi  və münbitliyin artırılması məqsədilə  milli fəaliyyət 
planının  hazırlanması,  eroziya  və  şoranlaşma  proseslərinin  qarşısının  alınması  üçün 
müvafiq  tədbirlərin  həyata  keçirilməsi,  neftlə  çirklənmiş  torpaqlarda  rekultivasiya 
işlərinin davam etdirilməsi, mövcud drenaj-kollektor və suvarma şəbəkələrinin yararlı 
vəziyyətə  gətirilməsi,  meliorativ  işlərin  düzgün  aparılmaması  nəticəsində  əmələ 
gəlmiş  süni  gölməçə  və  bataqlıqların  qurudulması  yolu  ilə  torpaq  sahələrinin 
münbitləşdirilməsi: 
- meşələrdə qanunsuz ağac tədarükü ilə əlaqədar fəaliyyətin qadağan edilməsi, bərpa 
olunan  ehtiyatlardan  (meyvə,  dərman  və  digər  bitkilər)  səmərəli  istifadəsinin  təşkili, 
rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara  yol  verilən təzyiq 
həcminin  müəyyənləşdirilməsi  və  bunun  əsasında  turizm  və  rekreasiya  potensialının 
təyin  edilməsi,  təsərrüfat  əhəmiyyətli  yeni  meşə  -  bağların  layihələşdirilməsi  və 
salınması,  meşələrin  müxtəlif  xəstəliklərdən  və  zərərvericilərdən  qorunması  üçün 
müvafiq  tədbirlərin  mütəmadi  olaraq  həyata  keçirilməsi,  meşə  ərazilərində  yerləşən 
yaşayış  məntəqələrində  yaşayan  əhalinin  məşğulluq  probleminin  həlli  və  təbii  meşə 
ehtiyatları  ilə  əlaqədar  olmayan  məşğulluq  sahələrinin  yaradılması,  inşaat  və  mebel 
sənayesi üçün yararlı oduncaq istehsal etmək üçün müvafiq keyfiyyətə malik olan və 
tez böyüyən ağacların becərilməsi, meşələrdə yanğın hadisələrinin qabağının alınması 
məqsədilə  xüsusiləşdirilmiş  operativ  kimyəvi  –  yanğınsöndürmə  stansiyasının 
yaradılması; 
- Xəzər dənizində nərəkimilərin ehtiyatlarının qiymətləndirilməsi, balıq ehtiyatlarının 
artırılmasının    idarə  edilməsi  (bu  ehtiyatların  istismarı  sahəsində  beynəlxalq 
əməkdaşlıq),  daxili  su  hövzələrində  balıq  ehtiyatlarının  çoxladılması  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə