TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

 
- 73 - 
yetişdirilməsi,  təhlükəli  sənaye  tullantılarının  yerləşdirilməsi  üçün  yeni  poliqonların 
yaradılması,  məişət  tullantılarının  çeşidlənməsi  və  təkrar  emalının  təşkili  məqsədilə 
mütərəqqi  təcrübənin  istifadə  olunması,  tullantılardan  bioqazın  alınması  üçün 
müvafiq üsulların tətbiq edilməsi; 
-  istilik  elektrik  stansiyalarında  yüksək  effektli  texnologiyaların  tətbiqi  və  enerji 
sistemi  strukturunun  optimallaşdırılması,  kiçik  hidroenergetika  obyektləri  sxeminin 
yaradılması və tətbiqi, istehsalat və qeyri – istehsalat sahələrində enerjiyə qənaət edən 
müasir  texnologiyaların  istifadəsinin  stimullaşdırılması,  məişətdə  enerji  qoruyucu 
vasitələrin  istifadəsinin  geniş  tətbiqinə  yönəldilmiş  milli  və  regional  proqramların 
hazırlanması və həyata keçirilməsi, günəş və külək enerjisinin istifadəsinə dair milli 
fəaliyyət  planının  hazırlanması,  külək  enerjisinin  istifadə  edilməsi  və  müvafiq 
qurğuların  quraşdırılması,  fərdi  və  bələdiyyə  obyektlərində  bioqazın  istehsalı  və 
istifadəsi və s. 
 
Proqramın  əsas  məqsədi  regionlarda  mövcud  potensialdan  səmərəli  istifadə 
etməklə  istehsal  müəssisələrinin  fəaliyyətinin  genişləndirilməsi,  ixrac  yönümlü 
məhsul  istehsalının  stimullaşdırılması,  yerli  sahibkarlığın  inkişafı  yolu  ilə  əhalinin 
həyat səviyyəsinin yaxşılaşdırılması, məşğulluğun artırılması və ölkə iqtisadiyyatının 
davamlı inkişafının təmin edilməsidir. 
 
1. Faydalı qazıntılar, istifadə və problemlər. 
       Faydalı  qazıntılardan  və  ilkin  xammaldan  kompleks  şəkildə  istifadə  olunması 
təsərrüfat  sahələrinin  müxtəlif  məhsullara  tələbatının  ödənilməsi,  əhalinin  müxtəlif 
tələbat mallarına ehtiyacını ödəmək zərurətindən irəli gəlir. 
 
Elm və texnikanın sürətli inkişafı müxtəlif xammal  və məhsula  olan tələbatını 
da artırır. Bu isə öz növbəsində ilkin xammalın emalında tam və kompleks yanaşmanı 
tələb  edir  ki,  bu  iqtisadi,  sosial,  ekoloji  və  təbiəti  mühafizə  nöqteyi-nəzərincə  daha 
önəmlidir.  Təbii  resurslara  kompleks  istifadə  nöqteyi-nəzərincə  yanaşma  sənayenin 
ərazi  təşkilini  asanlaşdırır  və  stimullaşdırır.  Təbii  sərvətlərdən  kompleks  istifadə 
hələlik  ölkəmizdə  neft  və  təbii  qaza  münasibətdə  formalaşmışdır  və  onun  iqtisadi 


 
- 74 - 
qiymətləndirilməsi,  stimullaşdırılması  tam  olaraq  həyata  keçirilir.  Respublikamız 
dünyada  neft  və  təbii  qaz  resursları  ilə  zəngin  ölkələrdən  biridir  və  ərazinin  70%-i 
perspektivli  süxurlara  malikdir.  Xarici  şirkətlərlə  aparılan  tədqiqat  işləri  göstərir  ki, 
bu resursların böyük ehtiyatı Xəzərin şelf hissəsindədir. Hesablamalar göstərir ki, ildə 
20-30 mln. ton həcmində neft istehsal olunarsa, bu 100 il neft hasilatına imkan verər. 
Abşeron  yarımadasında  1878-ci  ildən  sənaye  üsulu  ilə  neft  istehsal  olunur.  Indi 
Xəzərin  şelfində,  xüsusilə  də  Bakı  və  Abşeron  arxipelaqlarında  çox  zəngin  neft-qaz 
yataqları  kəşf  olunmuşdur  və  axtarış  –  layihə  işləri  davam  etməkdədir.  Bununla 
yanaşı  Qobustan,  Cənub-Şərqi  Şirvan,  Muğan  ərazilərində  iri  neft  yataqları 
mövcuddur. Gəncə-Qazax iqtisadi rayonunun Qazanbulaq, Dəliməmmədli, Borsunlu, 
Tərsdəllər,  Kəmaləddin  və  Ceyrançöl  ərazilərində  neft-qaz  yataqları  kəşf  edilərək 
istismara  verilmişdir.  Hazırda  ölkədə  70-dən  çox  neft  və  təbii  qaz  yataqlarından 
istifadə  olunur.  Keçən  dövr  ərzində  potensial  neft  ehtiyatının  40%-i,  qaz  ehtiyatının 
20%-i istifadə olunmuşdur. Son illər aparılan kəşfiyyat işləri göstərir ki, ölkənin qaz 
ehtiyatı yaxın illərdə ixrac əhəmiyətini daha da artıracaqdır.  
 
Respublika ərazisində neft  və qazla  yanaşı çoxlu miqdarda tikinti materialları, 
mineral, termal, yodlu-bromlu sular, filiz, qeyri-filiz, kimya və digər növ xammallarla 
zəngindir.  Böyük  və  Kiçik  Qafqaz,  Naxçıvan  əraziləri  xüsusilə  də  filiz  resirsları  ilə 
zəngindir.  Şəki-Zaqatala  rayonunda  Filizçay  polimetal,  Daşkəsən  rayonunda  dəmir 
filizi ehtiyatları iri yataqlarda yerləşir. Daşkəsənin dəmir filiz ehtiyatı təxminən 280 
mln.  ton  olub  cənubi  Qafqazda  ən  iri  yataq  hesab  edilir.  Dəmir  filizinin  müəyyən 
qədər ehtiyatı Gədəbəy, Ordubad, Şəmkir rayonunun ərazilərində də aşkar edilmişdir. 
Kiçik Qafqazın şimal yamacında kobalt, kükürd kolçedanı, mis filizi, qranit, mərmər, 
fülüslü  əhəng  daşları,  barit  və  digər  resurslarla  zəngindir.  Mis  filizinin  iri  yataqları 
həmçinin  Gədəbəylə  yanaşı  Tovuz,  Qazax,  Daşkəsən,  Ordubadda,  Şəki-Zaqatalanın 
Filizçay,  Kasdağ  və  Katex  yataqlarında  da  var.  Respublikamızda  əlvan  metallardan 
alunit,  polimetal  qarışığı,  mis,  qızıl,  qurğuşun,  sink,  molibden,  civə,  sürmə,  kobalt, 
seolit ehtiyatları sənaye əhəmiyyətlidir. Zəylik yatağının aluniti kompleks xammaldır, 
ondan alüminium oksidi, sulfat turşusu, kükürd qazı, kalium gübrəsi və kalium duzu 


 
- 75 - 
alınır.  Ölkə  ərazisində  polimetal  filiz  ehtiyatı  geniş  yayılmışdır.  Qarabağda 
Mehmana,  Naxçıvanda  Gümüşlü,  Parağaçay,  Qapıcıq,  Balakəndə  Filizçay 
yataqlarında onun ehtiyatı çox olsa da, hələlik sənaye üsulu ilə istismar edilmir. Son 
illər respublika ərazisindəki polimetal yataqlarında 2500 ton gümüş, 400 ton qızıl, 1.5 
mln.  ton  misin  ehtiyatı  aşkarlanmışdır.  Ekspertlərin  rəyinə  əsasən  qızılın  ehtiyatı 
Kəlbəcərdə  kvars-qızıl,  Ağdərə  mis-kvars-qızıl,  Gədəbəydə  qızıl-mis-kolçedan, 
Zəngilanda kvars-qızıl, Qazax və Tovuzda qızıl-sulfid qarışıqlı olmaqla 1000 tondan 
çoxdur. Lakin qızılın kəşf olunmuş ehtiyatı 50 ton, təsdiq olunmuş ehtiyatı isə 10 ton 
qiymətləndirilir.  Civə  ehtiyatı  50-dən  artıq  yataqda  müəyyən  edilmişdir.  Kəlbəcər-
Laçın iqtisadi rayonu ərazisində 6 civə yatağı aşkar edilmişdir və bunların içərisində 
Şorbulaq,  Ağyataq  və  Löhçay  yataqları  daha  perspektivli  sayılır.  Bütövlükdə 
qurğuşunun  ehtiyatı  1.7  mln.  ton  hesablanmışdır  ki,  metal  tutumluğu  1.54%  təşkil 
edir. 
 
Gəncə-Qazax  iqtisadi  rayonu  bir  çox  təbii  resurslarla,  o  cümlədən  sənayenin 
müxtəlif sahələrində, xüsusilə də, neft sənayesində geniş istifadə olunan bentonit gil 
ehtiyatı  ilə  də  zəngindir.  Qazax  rayonunun  Daş  Salahlı  bentonit  gil  yatağından 
müxtəlif  sahələrə  tətbiq  olunan  xammal  ehtiyatı  vardır.  Bu  xammaldan  qara 
metallurgiyada metallaşdırılmış dəmir filizi diyircəkləri istehsalında, neft hasilatında, 
tikinti-materialları sənayesində, irriqasiya qurğularının tikintisində, şərabçılıqda geniş 
istifadə edilir. 
 
Ölkə  ərazisində  kimya  sənayesinin  inkişafını  təmin  etmək  üçün  qeyri-metal 
xammal  ehtiyatları  da  kifayət  qədərdir.  Belə  ki,  Neftçala,  Babazənən,  Xıllı, 
Mişovdağ, Muğan, Şirvan, Böyükşor yodlu-bromlu suları kimya sənayesinin inkişafı 
üçün  böyük  ehtiyatlara  malikdir.  Cənub-Şərqi  Şirvanda  yerləşən  yodlu-bromlu 
suların  ehtiyatı  sutkada  250  min  kub  km-ə  bərabərdir.  Kəşf  olunmuş  ehtiyatına  və 
yüksək keyfiyyətinə görə onun başqa xammal mənbələrindən xeyli fərqi var. Hazırda 
Neftçala  və  Xıllı  yataqları  əsasında  Neftçala,  Abşeron  mədən  suları  əsasında  isə 
Suraxanı  yod-brom  zavodları  fəaliyyət  göstərir.  Abşeron  və  Qobustandakı  çöküntü 
duz  ehtiyatları,  Göygöl  rayonu  ərazisində  Başqışlaq  və  Çovdardakı  barit,  Balakən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə