TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

 
- 55 - 
III  F Ə S İ L  
Təbiətdən istifadənin sosial – ekoloji problemləri 
 
 
Son  onillikdə  elm  və  texnikanın  sürətli  inkişafı  təbiətdən  istifadənin 
coğrafiyasını  genişləndirməklə  yanaşı təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin 
də  dəyişməsinə  təsir  göstərmişdir.  Təbiətlə  cəmiyyətin  qarşılıqlı  münasibəti  nəinki 
fənlərarası,  həmçinin  ölkələrarası  və  ya  beynəlxalq  səviyyəsi  problemə  çevrilmişdir. 
Hal-hazırda  bu  problemin  həllinə  bir  çox  elm  sahələri  –  texniki,  humanitar,  təbiət 
elmləri  də  qoşulmuşdur.  Insanların  maddi  və  mənəvi-mədəni  həyat  səviyyəsinin 
yaxşılaşdırılması,  günü-gündən  artan  tələbatının  ödənilməsi  müqabilində  təbiətdən 
səmərəli  və  qənaətcil  istifadəyə  üstünlüyün  verilməsi  planlı  şəkildə  yerinə 
yetirilməlidir. 
 
1.
 
Cəmiyyətlə coğrafi mühitin münasibətlərinin formalaşması. 
Elm  və  texnikanın  müasir  inkişafı  və  dünya  üzrə  əhalinin  artımı  cəmiyyətlə 
coğrafi  mühitin  qarşılıqlı  münasibətini  bəşəri  problemə  çevrimişdir.    Əhalinin  artan 
tələbatının  ödənilməsi,  maddi  nemətlər  istehsalının  artırılması  təbii  sərvətlərdən 
qənaətlə  istifadə  etməyi  qarşıya  bir  tələb  kimi  qoyur.  Insanlar  tərəfindən  yeni-yeni 
texnoloji  avadanlıqların  təbiətə  təsiri  o  dərəcədə  böyükdür  ki,  onun  mənfi  təsirini 
müqayisə  etmək  çox  çətindir.  Bir  çox  alimlərin  əsərlərində  cəmiyyətin  təbiətdən 
asılılığı,  insanların  təbiətə  təsiri  ictimai  inkişafdan,  tarixi  şəraitdən,  mədəni-texniki 
ənənələrin və texniki tərəqqinin inkişafından irəli gəlir. 
 
XX əsrin ortalarından sürətlənməkdə olan texniki tərəqqi məhsuldar qüvvələrin 
inkişafına,  insanların  əmək  fəaliyyətinin  genişlənməsinə  müsbət  təsir  göstərmişdir, 
təbii  sərvətlərdən  istifadənin  coğrafiyası  dəyişmişdir.  Təbiətə  təsiri  qüvvətləndirən 
elm-texnika təbiəti mühafizə problemini yaratmış, biosferdə bərqərar olmuş qarşılıqlı 
ekoloji inkişaf və əlaqələr pozulmuşdur. Indi dünyanın bir çox rayonlarında, xüsusilə 
inkişaf etmiş  və  yeni sənayeləşmiş  ölkələrdə  elə bir  vəziyyət  yaranmışdır ki, nəinki 
insanlar,  hətta  canlıların  həyatı  təhlükə  altında  qalmışdır.  Insanla  təbiət  arasında 


 
- 56 - 
sağlam münasibət yaradılmasa, təbiətə, şüurlu və planauyğun şəkildə yanaşılmasa bu 
təhlükə fəlakətə çevrilə bilər. Atmosferə zərərli maddələrin buraxılmasına qarşı  yeni 
mübarizə  tədbirləri  və  vasitələri  qısa  müddət  ərzində  tətbiq  edilməli,  su  və  meşə 
sərvətlərindən  səmərəli  istifadə  etmək  üçün  əlavə  kompleks  tədbirləri  planı  həyata 
keçirilməlidir. 
 
Müasir  dövrdə  biosferdə  dinamik  tarazlığın  mürəkkəbliyi  təbii  inkişafın  idarə 
mexanizmi hərəkətin bioloji formasından kənarda – istehsal və istehlak münasibətləri 
dairəsində  təşəkkül  tapır,  öz-özünü  tənzimləmə  vəzifəsini  itirir,  ekoloji  böhran 
yaranır, üzvü təkamül təbii inkişafı pozur. Təbii ki, dinamik tarazlıq dialektik və nisbi 
anlayışdır,  biosferin  idarə  olunmasında  o,  hər  şeydən  əvvəl,  insanların  fəaliyyəti 
nəticəsində  biotik  dövranında  baş  verən  pozulmaların  ardıcıl  olaraq  bərpa  olunması 
deməkdir.  Istehsalın  və  cəmiyyətin  sürətli  inkişafı  şəraitində  insanların  təbiətə 
təsirinin,  təbii  sərvətlərdən  istifadə  edilməsinin  məhdudlaşdırılması  hələlik  ki, 
mümkün  deyildir,  lakin  insanla  təbiət  arasındakı  əlaqə  və  münasibətlər  cəmiyyətin 
coğrafi  mühitdə  tutduğu  mövqeyində  və  təbii  sərvətlərdən  istifadə  edilməsində 
qarşılıqlı surətdə nizama salınmalıdır. 
 
Cəmiyyət  coğrafi  mühitdə  mövcud  olmaqla,  həm  də  onların  arasındakı 
qarşılıqlı  təsirin  məhsulu  kimi  inkişaf  edir.  Cəmiyyətin  inkişafında  təbiət  istehsal 
üçün xammal, yaradıcılığı üçün isə ilham mənbəyidir. Təbii resurslar sosial mahiyyət 
daşıyır,  istehsal  və  istehlakın  təbii  əsasını  təşkil  edir.  Cəmiyyətlə  təbiətin  qarşılıqlı 
vəhdətinə  sosial  amillər  daha  çox  təsir  edir,  lakin  təbiətdə  baş  verən  antropogen 
dəyişikliklər və pozuntular müəyyən vaxt keçdikdən sonra üzə çıxır, çox vaxt isə bu 
pozulmalar və dəyişmələri aradan qaldırmaq olmur. Təbiətdə mövcud olan heyvanat 
aləmi  təbiətin  özündə  optimal  səviyyəsini  saxlayır,  belə  ki,  həddindən  çox  miqdar 
artımı  yem  çatışmazlığı  üzündən  tənzimlənir.  Insan  isə  öz  şüurlu  münasibəti  və 
məqsədəuyğun  fəaliyyəti  nəticəsində  uyğunlaşa  bilir,  təbiətə  mənafeyinə  uyğun 
şəkildə təsir edir. Elmin, texnikanın təkmilləşdirilməsi hesabına təbiətə daha çox təsir 
edən  insan  təbii  tarazlığı  pozur.  Bu  gün  belə  ərazilər  Q.Avropa,  Şm.Amerika 
ərazilərində üstünlük təşkil edir. Təbiətdə tarazlığın pozulması prosesi təbii ki, insan 


 
- 57 - 
fəaliyyəti ilə daha sıx bağlıdır. O, bir bioloji varlıq olub, ekosistemin bir hissəsidirsə, 
məhsuldar  qüvvənin  tərkib  hissəsidir.  Insan  öz  mənafeyi  baxımından  təbiəti 
dəyişdirir, tarazlığı pozur, maddi nemətlərdən daha çox istifadə etməyə can atır, daha 
yeni  əraziləri  mənimsəyir,  daha  dərin  qatlardan  xammal  çıxarır,  getdikcə  maddi 
nemətləri  kasadlaşdırır.  İnsanın  əmək  fəaliyyəti  insanla  təbiət  arasında  baş  verən  bir 
prosesdir.  O  öz  fəaliyyəti  ilə  təbiət  ilə  əlaqələri  tənzimləyir  və  ona  nəzarət  etməyə 
çalışır, təbiəti, həm də özünü dəyişdirir. Təbiətə cəmiyyətin təsiri artdıqca əks təsir də 
artır.  
 
Cəmiyyətlə  coğrafi  mühitin  qarşılıqlı  təsiri  istehsalın  və  cəmiyyətin  inkişafı, 
əhalinin  artması,  yaşayış  fəaliyyəti,  onların  təbii  mühitə  göstərdiyi  təsir  dairəsində 
formalaşır  və  hərəkət  edir.  Istehsalın  ərazi  təşkili  təbii  resurslara  əsaslanan  sənaye 
müəssisələrinin inkişafına, təbiətə və onun sərvətlərinə təsir edir. Istehsal olunan təbii 
sərvətlərin  çox  hissəsi  istifadə  zamanı  müxtəlif  tullantı  halında  yenidən  onun  özünə 
qaytarılır ki, bu da təbiətin saflığına mənfi təsir edir. Cəmiyyətin inkişafı ilə coğrafi 
mühit  arasındakı  əlaqə  əhalinin  sayı,  təkrar  istehsalı,  miqrasiyası,  əmək 
ehtiyatlarından  istifadə  səviyyəsi,  şəhər  və  kənd  əhalisinin  miqdarı,  istehsal-emal-
daşınma-istehlak  əlaqələrinin  təkmilləşməsi,  coğrafi  rayonların  məskunlaşma 
səviyyəsindən çox asılıdır.  
 
Cəmiyyətin coğrafi mühitə təsiri, təbii resurslardan istifadə, onların mühafizəsi 
mürəkkəb  və  çoxcəhətlidir.  Kənd  təsərrüfatının,  aqrosənaye  birliklərinin,  əhalinin 
yararlı  torpaqlara  artan  tələbatı  şəraitində  torpaqların  istehsal  mübadiləsindən 
çıxarılması ərzaq və xammal məhsulları alınmasını məhdudlaşdırır, torpaqların bərpa 
olunması  isə  çoxlu  vaxt  və  vəsait  tələb  edir.  Neft  və  quru  xammal  tullantıları  ilə 
çirklənmiş,  meliorasiya  işlərinin  düzgün  qurulmaması  ilə  çirklənmiş,  şoranlaşmış 
torpaqların təkrar istehsala qaytarılması heç də hər yerdə yerinə yetirilmir. Atmosferə 
buraxılan  zəhərli  qazların  artması,  meşə  sahələrinin  qorunmasını  daha  aktual 
etmişdir. 
 
BMT-nin  hesablamalarına  görə  bu  gün  dünyanın  meşə  ehtiyatı  5.1  mlrd. 
hektardır  və  getikcədə  azalmaqda  davam  edir.  Bunun  da  35%-i  MDB  ölkələrinin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə