Tələbə: Nail Nuri Fakultə: İqtisadiyyat və idarəetmə İxtisas: Mühasibat (AZ) Qrup: 2090a fənn: Mikroİqtisadiyyat



Yüklə 23,34 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü23,34 Kb.
#81387
1   2   3   4
Nail Nuri Mühasibat İQTİSADİYYAT (AZ)

İzafilik(artıqlıq)

    • Qiymət > tarazlıq qiyməti, onda təklif həcmi > tələb həcmindən.

      • Həddindən artıq təklif və ya izafilik var.

      • Satıcılar satışı artırmaq üçün qiymətləri aşağı salırlar, beləliklə tarazlığa yaxınlaşırlar.

Çatışmazlıq (qıtlıq)

    • Qiymət < tarazlıq qiymətindən, onda tələbin həcmi > təklifin həcmindən.

      • Həddindən çox tələb və ya qıtlıq var.

      • Satıcılar çoxlu alıcıların qıt olan olan əmtəələri əldə etmək istəyini nəzərə alaraq qiymətləri qaldırır və beləliklə də tarazlığa yaxınlaşırlar.

Müəyyənləşmiş bazar qiyməti tarazlıq qiymətindən aşağı olduqda, əmtəəyə olan tələb təklifdən çox olur. Bu halda bazarda əmtəə çatıĢmazlığı yaranır: alıcıların cari qiymətə istədikləri qədər əmtəə almaq imkanı olmur. Alıcılar istədikləri qədər dondurma ala bilmək üçün dondurma çatışmadığından uzun növbələrə dayanırlar və ödənilməmiş tələb yaranır. Çoxsaylı alıcı kütləsi məhdud miqdarda əmtəə dalınca qaçır, satıcılar isə təklifin səviyyəsini saxlayaraq, qiymətləri yüksəltməklə ödənilməli tələbə cavab verirlər. Elə ki, qiymət qalxır, bazarın tarazlığa doğru hərəkəti başlayır. Beləliklə, çoxlu satıcı və alıcıların birgə fəaliyyəti avtomatik olaraq əmtəənin bazar qiymətini tarazlıq qiymətinə doğru hərəkətə gətirir. Elə ki, bazarda tarazlıq yaranır, alıcı və satıcıları razılıq hissi bürüyür, qiymətə aşağıdan və yuxarıdan təzyiq yox olur. Tarazlığın yaranma sürəti bazarda qiymətlərin dəyişməsi tezliyindən asılı olur. Əksər azad bazarlarda qiymət tarazlığa meyl etdiyindən, təklif artıqlığı və ödənilməmiş tələb müvəqqətidir. Çünki qiymət aydındır ki, tarazlıq səviyyəsinə cəhd edir. Bu fenomen hər şeyi əhatə etdiyindən, bəzən onu tələb və təklif qanunu adlandırırlar. Hər bir əmtəənin qiyməti elə bir səviyyəyə çatır ki, əmtəə təklifi və ona olan tələb bərabərləşir.

Bazar Tarazlığındakı Dəyişikliklərin Üç Mərhələli Təhlili

  • Baş verən hadisənin tələb əyrisinin, təklif əyrisinin və bəzən də hər iki əyrinin yerdəyişməsinə səbəb olub olmadığını müəyyənləşdiriririk.

  • Bu əyrilərin sağa yoxsa sola doğru yer dəyişdiklərini təyin edirik.

  • Tələb və təklif diaqramından istifadə edərək yerdəyişmənin tarazlıq qiymətinə və tarazlıq miqdarına necə təsir göstərdiyini görə bilərik.

«Təklif» dedikdə, təklif əyrisinin vəziyyəti, «təklifin həcmi» dedikdə isə məhsulu təklif edən satıcıların miqdarı başa düşülür. Tələbin artması tarazlıq qiymətinin artmasına və uyğun olaraq təklifin həcminin yüksəlməsinə, başqa sözlə, təklif əyrisi boyunca hərəkətinə səbəb olur. Ümumiyyətlə, təklif əyrisinin dəyişməsi təklifin dəyişməsi, tələb əyrisinin dəyişməsi isə tələbin dəyişməsi adlanır. Təsbit olunmuş təklif əyrisi boyunca dəyişmə təklifin həcminin, təsbit olunmuş tələb əyrisi boyunca dəyişmə isə tələbin həcminin dəyişməsi adlanır.

 İnsan dünyaya gələndən onun həyat fəaliyyətinin əsas məqsədi tələbatların ödənilməsidir. Bazarın fəaliyyətində formalaşmasında qiymətlərin rolu böyükdür. Tələb və təklif mexanizmi qiymətlə bağlıdır və onun vasitəsilə fəaliyyət göstərir. Tələb  alıcının ala biləcəyi əmtəələrin və xidmətlərin məcmusudur. Tələb hədiyyə qabiliyyətli tələbatdır. Tələbə bir çox amillər təsir göstərir. Tələbə təsir göstərən amillər qiymət və qeyri-qiymət amilləridir. Qiymət əmtəənin dəyərinin pul ilə ifadəsinə deyilir. Tələb və təklif qiymət əsasında formalaşır. Qiymətlərin artması və azalması nəticəsində tələb və təklifin həcmi dəyişir. Tələbə təsir edən qeyri-qiymət amilləri aşağıdakılardır:



  • alıcılıq qabiliyyəti,

  • əhalinin gəlirləri,

  • bazarda əmtəələrin həcmi və çeşidi,

  • alıcıların zövqü,

  • dəb və moda,

  • əvəzedici əmtəələrin olması, reklam, kreditlə almaq və.s.

Tarazlıq nöqtəsi tələb və təklifin kəsişsiyi nöqtədir. Tələb artarsa təklif dəyişməz qalarsa, tarazlı qiymət artmiş hesab olunur. Tələb azalarsa, təklif dəyişməz qalarsa, tarazlı qiymət azalmış hesab edilir. Tələb və təklifin qarşılıqlı təsiri altında bazar qiymətləri meydana gəlir. Tələb və təklif arasında tarazlıq səviyyəsinə tarazlı qiymət deyilir. Bu o zaman baş verir ki, bazarda tələb və təklif uyğun  gəlir. Yəni tələb olunan əmtəələrin miqdarı, təklif olunan əmtəələrin miqdarına bərabər olur. Tələb və təklif elastikdir yəni bazarda qiymətlərin artması və ya azalması tələb və təklifin artmasına və azalmasına səbəb olur.
Yüklə 23,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə