Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə84/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

180 
 
lakin  köhnəni  kökündən  uçurmaq,  xarabalıq  üstündə  öz  sarayını  ucaltmaq  fikrindən 
uzaq  idi.  Qısa  müddət  ərzində  SSRİ-də  nəhəng  ağır  sənaye  yaradılmışdı,  çoxlu 
şəhərlər  salınmış,  fabrik,  zavodlar  tikilmişdi.  Ölkədə  bir  onillik  ərzində  savadsızlıq 
ləğv edilmiş, təhsildə, elmin və mədəniyyətin inkişafında əsl inqilab baş vermişdi. Bir 
amerikan  tarixçisi  öz  kitabını  SSRİ-dəki  1930-cu  illərin  görünməmiş  sənaye 
inkişafına həsr etmiş, bunun tarixdə analoqunun olmadığını qeyd etmişdi. Həqiqətən 
də qısa müddətdə çox iri sənaye potensialı meydana gəlmişdi, məhz bu qüdrət, Böyük 
Vətən müharibəsində xeyli ərazi itkisinə baxmayaraq, döyüşən ordunu hərbi texnika, 
silah və sursatla aramsız təchiz etməyə imkan vermişdi.  
Stalin  İkinci  Dünya  müharibəsində  Hitler  Almaniyası  üzərində  qələbənin 
başlıca  arxitektoru,  müharibənin  ilk  il  yarımlıq  uğursuzluqlarına  baxmayaraq  ən 
səmərəli sərkərdələrindən biri olmuşdu. Çox vaxt SSRİ-yə öz müttəfiqi olsa da, mənfi 
münasibətini  gizlətməyən  Çörçill  də  Sovet  ordusunun  alman  hərb  maşınının 
bağırsaqlarını  çıxarıb  tökdüyünü  xüsusi  qeyd  etmişdi.  Stalin  qələbədən  istifadə 
etməyi, fayda götürməyi də bacarırdı, müharibədən sonra Avropada dünya sosializm 
cəbhəsinin yaradılmasına nail olmuşdu. 
Hitler  Almaniyası  üzərindəki  qələbə  də  daxil  olmaqla  Stalinin  əməllər 
arxipelaqının  ərazisi  çöz  geniş  idi.  Qələbədən,  nailiyyətlərdən  isə  Stalin  adətən 
öyünmürdü,  illyuziyaya  qapılmırdı.  Bunu  onun  düşmənləri  də  qeyd  edirdilər.  1943-
1946-cı  illərdə ABŞ-ın  SSRİ-  də  səfiri  işləmiş  Avarell  Harriman  müharibədən  sonra 
Stalindən  soruşmuşdu  ki,  yəqin  ki,  Sizə  xoşdur  ki,  vaxtilə  almanlar  Moskvanın 
yanında  dayanmışdılar,  indi  isə  Siz  Berlini  bölüşdürürsünüz?    Və  Stalin  belə  cavab 
vermişdi: “Çar Aleksandr isə Parisə gedib çatmışdı.” 
 Təəssüf ki, ona nifrət edənlər Stalin dövrünün böyük işlərini görmək istəmirlər, 
çirkli  su  ilə  birlikdə  təknədən  uşağı  da  atmağı  qəbahət  saymırlar.  Lakin  nəhəng 
şəxsiyyətlər  sarsılmaz  qaya  kimi  onlara  atılan  daşdan  elə  bir  ziyan  çəkmir.  Onları 
lənətləmək  mümkündür,  lakin  əməllərinin  bəhrəsini  silib  yoxa  çıxarmaq  cəhdi  əbəs 
bir işə çevrilir.  
       Stalinə  qarşı  çıxanlar  hündürlüyü  və  sıx  çətiri  heç  də  kiçik  olmayan  repressiya 
ağacının  arxasındakı  həyatın  bütün  sahələrində  qazanılan  iqtisadi  və  sosial  proqress 
meşəsini  görmək  istəmir,  tarixə  münasibətdə  qərəzlilikdən  yaranan  daltonizm 
xüsusiyyətləri  nümayiş  etdirirlər.  Onlar  Stalini  aşağılamaq  üçün  istənilən  vasitədən 
istifadə  etməkdən  də  çəkinmirlər.  Çox  istəyirlər  ki,  Stalini  eyiblər  və  qüsurlar 
daşıyıcısı  kimi  təqdim  etsinlər.  Onun  fiziki  qüsurları  da  diqqətdən  yayınmır,  ağlı, 
iradəsi,  idarəetmə  istedadı  kənara  atılaraq,  sol  əlinin  çolaq  olduğu,  ayağının  birində 
altı  barmağının  olduğu  bir  elmi  kəşf,  evrika  timsalında  vurğulanır.  Çünki  onun  əqli 


181 
 
zəifliyi  və  ya  xarici  dövlətlərin  liderləri  ilə  diplomatik  danışıqlar  apararkən 
uduzduğunu  bildirən  heç  bir  fakt  tapa  bilməmələri  bir  yana  qalsın,  hətta  uydurma 
ittihamlara  da  əl  ata  bilmirlər.  Çoxları  Stalin  kimi  böyük  şəxsiyyəti  öz  ölçüləri  ilə 
ölçür,  ona  görə  də  tərifdə  olan  kimi  tənqiddə  də  primitiv  yanaşma  tərzi  aparıcı  rol 
oynayır.  
Yəqin  ki,  onlara  xoş  olardı  ki,  Stalin  bir  tarixi  personaj  kimi  yalnız  Leninin 
bərbəri  tək  xatırlansın.  Axı  həqiqətən  də  Lenin  təqiblərdən  qorunmaq  üçün 
gizlənməkdən  ötəri  1917-ci  ilin  iyulunda  Petroqraddan  Razlivə  yollananda, 
tanınmamaq  üçün  Stalin  onun  bığını  və  saqqalını  qırxmışdı,  ona  evində  yaşadığı, 
gələcək  qayınatası  Sergey  Alilluyevin  paltarını  geyindirmişdi.  Çünki  Stalinin 
əleyhdarları heç bir tarixi və hüququ sənəd olmadan, buna dəlil-sübut tapmaq üçün isə 
çox sayda uğursuz cəhdlər edilmişdi, qara yaxmaq məqsədilə onu çar gizli polisinin, 
jandarmın agenti olduğunu iddia edirdilər. Bəzi mülahizələrə görə bu iftiranı ilk dəfə 
Xruşşov və Mikoyan ortaya atmışlar. Böyük Aleksandrın müəlliminin ona öyrətdiyi: 
“Dişlə, ən azı çapıq qalacaqdır” prinsipi öz işini görür, adi yalan da buna susayanların 
qəlbini isitmək  gücünə malikdir. Stalinin Tiflis bankını yarması  da onun quldurluğu 
kimi  qələmə  verilir.  Axı  bu  işdə  onun  heç  bir  şəxsi  təmənnası  olmamışdı,  pullar 
qəpiyinə qədər İsveçrəyə, Leninə, partiyanın ehtyacları üçün göndərilmişdi. Stalin isə 
həmin vaxt əsl yarı ac həyat sürürdü.  
Trotski  Stalini  “böyük  qabiliyyətsiz”  adlandırmışdı,  görən  belə  fərasətsiz  adam  üç 
onillik ərzində az qala düşmən münasibəti olan bir əhatədə dünyanın ən böyük yeganə 
sosialist  dövlətinə  necə  başçılıq  etmişdi,  dəhşətli  müharibəni  necə  qalibiyyətlə  başa 
çatdırmışdı. Yəqin Trotski macəraları ilə öyünüb, özünü hətta fövqəl şəxsiyyət hesab 
edə  bilərdi.  Əlbıttə  o,heç  də  bəzi  istedadlardan  xali  deyildi.  Yəqin  ki,  Trotski  (  ilk 
dustaqlığına  qədər  o  Lev  Davidoviç  Bronşteyn  kimi  tanınırdı)  öz  macəraları  ilə 
müqayisədə  başqa  siyasi  xadimi  “qabiliyyətsiz”  adlandıra  bilərdi.  Nədənsə  ona 
dünyanın  məşhur  maliyyə  maqnatları  xüsusi  himayə  göstərirdilər.  Rokfellerlər  və 
Rotşildlər ailələrinin maddi köməyi ilə Amerikada yaşamış, Kanada dustaqxanasından 
azad edilmişdi. Maliyyə maqnatları bunu filantropluqlarına görə etmirdilər, axı adətən 
onları  qazancdan  savayı  heç  nə  düşündürmür.  Yəqin  ki,  Trotski  vasitəsilə  Rusiya 
barədə də onların müəyyən maraqları var imiş. 
    Trotski  qəddarlıqda  da  başqalarından  geri  qalmırdı.  Gənc  Sovet  Rusiyasının  hərbi 
komissarı  (naziri)  kimi  İnqilabi  Hərbi  Şuranın  sədri  olanda  orduda  qəddar  tədbirləri 
ilə  məşhurlaşmışdı.  Qızıl  Ordunun  yaranmasında  və  Vətəndaş  Müharibəsindəki  4 
mühüm  döyüşdə  onun  xidmətləri  danılmazdır.  Bununla  yanaşı  o,  əsirlərlə  yanaşı 
dezertirləri  və  hərbi  intizamı  pozanları  güllələtdirir,  ölüm  düşərgələrinə  saldırırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə