Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə80/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   76   77   78   79   80   81   82   83   ...   97

172 
 
ki,  onların  qabaqcadan  qarşısını  almaq  və  təhlükəsini  aradan  qaldırmaq  artıq 
mümkündür. Bəlkə də nə vaxtsa insanlar öz resurslarına müvafiq olan istiqamətlərin 
əhəmiyyətini  başa  düşməklə  dehumanizasiyanın  da  qarşısını  almağı,  onu 
dayandırmağı və ya bütünlüklə kökünü kəsməyi bacaracaqdır.  
      İrqçiliyin  ilkin  təzahürlərini  ispanlar  Meksikanı  və  Perunu  işğal  edəndə,  ağlar, 
xüsusən  ingilislər  Şimali  Amerikada  məskunlaşdıqdan  sonra  onların  yerli,  tuzəm 
əhaliyə göstərdikləri qəddarlığın, vəhşiliyin timsalında görmək mümkündür. Ernando 
Kortesin  başçılığı  altında  ispan  ekspedisiysı  1519-cu  ildə  Meksikada  sahilə  çıxıb, 
indiki  Mexikonun  yerində  olan  atstek  paytaxtı  Tenoçtitlanı  işğal  edəndə,  atstek 
hökmdarı Montesuma onun şəxsində , rəvayətə görə vaxtilə himayə etdiyi xalqı tərk 
etmiş ağ sifətli allahın qayıdıb gəldiyini güman edərək, ona qiymətli hədiyyələr verdi. 
Montesuma Kortesi inandırmağa çalışdı ki, o, şəhərə girməsin. Kortes isə Tenoçtitlanı 
tutub,  Montesumanı  girov  götürdü.  Atsteklər  qiyam  qaldırıb,  işğalçıları  şəhərdən 
qovdular.  İspanlar  dörd  ay  davam  edən  qızğın  döyüşdən  sonra  paytaxtı  yenidən 
tutdular  və  əhalini  kütləvi  surətdə  qırmağa  başladılar.  Meyidlərin  üfunəti  şəhərin 
havasını korlamışdı, bundan Kortesin özü də xəstələnmişdi. Montesuma da ispanların 
vurduğu yaradan 1520-ci ildə ölmüşdü. 
     1531-ci  ildə  ispan  konkistadoru  Fransisko  Pisarro  Peruya  qədəm  basanda 
imperiyanı  idarə  edən  Atahualpanı  oğurlatdırdı.  Peru  hökmdarı  müşavirlərinə  xəbər 
göndərdi ki, ispanların tələb etdiyi girov məbləğini ödəsinlər. Lakin Pisarro onu azad 
etmədi və1532-ci ildə edam etdi. Həmin ili Kusko şəhərini işğal edib, oradan nəhəng 
həcmdə  qızıl  götürdü.  Hətta  perulular  ispanların  tələbi  ilə  çox  yer  tutmasın  deyə, 
olduqca qiymətli qızıl bəzək şeylərini əridib, kütlə şəklində təhvil verirdilər. 
     Şimali  Amerikada  isə  yerli  əhali  olan  hindulara  qarşı  yeni  məskunlaşan  ingilislər 
əsl genosid həyata keçirirdilər, bərabər olmayan döyüşlərdə çox sayda hindu qırılırdı. 
Amerikanlar  onların  yaşadıqları  əraziləri  ələ  keçirirdilər.  1776-cı  ildən  indiyə  qədər 
Birləşmiş Ştatlar Şimali Amerikanın yerli əhalisinin təqribən 1,5 milyard akr torpağını 
onların  əllərindən  almışlar  ki,  bu  da  Böyük  Britaniya  ərazisindən  25  dəfə  çoxdur. 
Amerika  hindularının  zorla  torpaqlarından  köçürülməsi  “Göz  yaşları  yolu”  adlanır. 
Hindulara qarşı müharibə onların kökünü kəsmək məqsədini güdürdü. İnqilabın elan 
etdiyi  azadlıq  və  bərabərlik  idealları  onlara  aid  deyildi.  1800-cü  ildə  sonralar 
Birləşmiş  Ştatlara  məxsus  olacaq  ərazilərdə  yerli  amerikalı  hindular  əhalinin  15 
faizini  təşkil edirdi, 1900-cü ildə isə Şimali  Amerika hinduları əhalinin təqribən 0,5 
faizinə bərabər idi, beləliklə öz vətənlərində milli azlığa çevrilmişdilər. İndi onlar 3,8 
milyon nəfər olmaqla, ABŞ əhalisinin 1 faizindən çoxunu təşkil edirlər. 


173 
 
      İnsana  nifrət  özünü  müxtəlif  formalarda  göstərir,  onun  ən  iyrənc  növlərinə  də 
tarixdə rast gəlmək mümkündür. Kompraçikoslar (bu söz ispan dilində “uşaqları satın 
alanlar”  deməkdir).  İspaniyada,  İngiltərədə  və  digər  ölkələrdə  XIII-XVII  əsrlərdə 
uşaqları  oğurlamaqla  və  ya  satın  almaqla,  onları  təlxək,  akrobat  və  sairə  şəklində 
satmaq  üçün  eybəcər  hala  salmaqla  məşğul  olurdular.  Viktor  Hüqonun  “Güləyən 
adam”  romanının  qəhrəmanı  Quinplen  uşaq  vaxtı  kralın  əmri  ilə  həmin  adamlar 
tərəfindən  belə  eybəcərləşdirilmişdi.  Onun  ağzı  qulağına  qədər  cırılmış  olduğundan, 
daim,  hətta  ağlayanda  da  gülən  kimi  görünürdü.  Yeganə    yaxşı  hal  orasında  idi  ki, 
Quinplenə vurulmuş gözəl qız  Deya Ursus kor  olduğuna görə onun eybəcərliyindən 
hali  deyildi.  Quinplenin  dəhşətli  qılafının  arxasında  onun  həssas,  fədakar  və  sevən 
könlü  gizlənirdi.  Dahi  Hüqo  uşaqlara  qarşı  insanlığa  zidd  olan  bu  qəddarlığı  özünə 
məxsus olan təsirli yaxmalarla, yüksək effektliliklə təsvir edir.  
Kompraçikoslar  çoxdan  tarixin  zibilliyinə  təhvil  verilmişdir.  Lakin  uşaqlara 
qarşı  cinayətlər  formasını  dəyişməklə  başqa  şəkil  alır.  Bütün  dünyanın  hiddətinə 
səbəb olan pedofiliya genişlənərək, artıq biabırçı şəbəkələrin köməkliyi ilə yayılmağa 
başlamışdır.  
 
 
Tarixə daxil olanlar köçəri quş deyildir 
 
Tarixi  şəxsiyyətlərə  onların  əməllərindən  asılı  olaraq  hörmət  bəslənilməklə 
yanaşı, çoxları nifrət obyektlərinə çevrilirlər. Əlbəttə, qəddarlıq simvolu olanlara tarix 
arealında  daha  çox  rast  gəlinir.  Onlar  qarşıya  qoyduqları  məqsədə  çatmaq,  nail 
olduqlarını qoruyub saxlamaq üçün bu sərt vasitəyə əl atırlar. İnqilablar isə bir qayda 
olaraq qanla qidalanır, qan tökmədən ötüşə bilmirsə, onların arasında İngiltərə Şanlı 
inqilabı yeganə istisna hesab edilməlidir, bu sosial kataklizmə başçılıq edənlər həmin 
güclü silaha barmaqarası baxa bilmirlər. Burada təəccüb doğuran bir şey də yoxdur, 
axı inqilab vasitəsilə həyatın bütöv məhvəri dəyişilməyə məruz qalır, qanla suvarılan 
torpaq  isə  zəhərli  meyvələr  yetişdirməyə  qadirdir.  Buna  başcılıq  edənlər  heç  də 
mələklərə  çevrilə  bilməzlər,  onlar  cəmiyyətdə  köklü  dəyişikliklər  etmək  missiyasını 
öz  üzərlərinə  götürmüşlər.  Mələklər  isə  özləri  dəyişmədikləri  kimi,  belə 
metamorfozlarda  da  iştirak  edə  bilməzlər.  Digər  tərəfdən  mələklər  məkandan  və 
zamandan kənardadır, dinin, mistikanın məhsuludur.  
İnqilaba  başçılıq  edənlər  isə  atlant  Göy  qübbəsini  çiynində  saxladığı  kimi, 
insanlar  qrupunun  ona  bəslədiyi  və  təzyiqi  Göy  qübbəsinin  ağırlığından  heç  də  az 
olmayan  ümid  kütləsini  çiynində  daşımaq  üçün  diqqəti  heç  də  vasitələrin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə