Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə78/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   74   75   76   77   78   79   80   81   ...   97

167 
 
sifətinin  gözəlliyini  heyranlıqla  qeyd  edirdilər.  Bu  ölkəyə  921-ci  ildə  səyahət  edən 
müsəlman  ərəb  Volqa  çayının  sahilində  yaşayan  ruslar  barədə  yazırdı  ki,  “Mən  heç 
vaxt  fiziki  cəhətdən  belə  kamil  olan  xalq  görməmişəm.”  Fransız  markiz  Astolf  de 
Kyustin  özünün  ifşa  xarakterli  “Rusiya  1839-cu  ildə”,  rusca  tərcümədə 
“Nikolayevskaya  Rossiya”  adlanan  kitabında  həmin  cəmiyyətin  bütün 
xüsusiyyətlərini kəskin surətdə pisləsə də, rus qadınlarının çox gözəl olduğunu qeyd 
edir.  Rus  yazıçıları  A.  S.  Qriboyedov,  N.  V.  Qoqol,  F.  M.  Dostoyevski  və  A.  P. 
Çexov  isə  doğma  ölkələrində  cəmyyətə  və  xalqa  xas  olan  qüsurları  amansızcasına 
qamçılayırdılar.  M.Y.  Saltıkov-Şedrin  yazırdı  ki,  “Əgər  mən  mürgüləsəm  və  100  il 
sonra  yuxudan  ayılsam  və  məndən  soruşsalar  ki,  Rusiyada  nə  baş  verir,  mən  cavab 
verəcəyəm:  içirlər  və  oğurlayırlar.”  Təəssüf  ki,  onun  gələcək  üçün  öncəgörməsi 
düzgün  çıxdı.  Yazıçının  ölümündən  bir  əsr  sonra  dağılan  SSRİ-nin  xarabalıqları 
üzərində  Rusiyada  rəhbərliyə  gələn,  daha  çox  sərxoşluğu  ilə  məşhurlaşan  Boris 
Yeltsin ölkəni oğurluqdan da betər, əsl qarət və soyğunçuluq məkanına çevirdi. Onun 
vurduğu ağır yaradan Rusiyanın sağalması çətin olmaqla uzun çəkdi. Xəstəliyin bəzi 
təzahürləri hələ də özünü büruzə verir. Bu ölkədə alkoqolizmə qarşı aparılan mübarizə 
isə elə bir ciddi nəticə vermir. 
    Prezident  Bladimir  Putin  Rusiyanı  Yeltsin  cəhənnəmindən  çıxara  bildi,  ölkə 
tənəzzül  sferasını  tərk  etməyə  və  iqtsadi  qüdrətə  yiyələnməyə  başladı.  Lakin  ölkə 
rəhbərliyinin  qonşuları  barədəki  izahı  çətin  olan  hərəkətləri  Rusiyanı  ağrılı  iqtisadi 
sanksiyalara  məruz  qoydu.  Dünya  bazarında  neftin  qiymətinin  iki  dəfədən  də  çox 
aşağı  düşməsi  Rusiyanı  maliyyə  böhranı  ilə  üzləşdirdi,  iqtisadi  vəziyyət  də  xeyli 
ağırlaşdı. 
 
 
Meritokratiya və həqiqi demokratiya qüsurlara müəyyən sədd çəkə bilər 
 
Eybəcərliklərin,  qüsurların  çoxu  həm  də  dövlət  quruluşunun  tipindən  irəli 
gəlirdi.  Onlara  şərait  yaradan  cəmiyyət  bu  qüsurlardan  bumeranq  zərbəsi  alır, 
zəifləyir,  dövlətin  əvvəlki  forması  öz  yerini  daha  mükəmməl  olanlara  verir.  Belə 
dövlətlər xeyli dərəcədə stabil ola bilərlər, çünki yüksək zümrələr bir-birlərinə güzəştə 
getməklə, möhkəm dairə yaradırlar. Adamlar fərdi fayda axtarışında ümumi qaydanı, 
sabitliyi pozmamaq yolunu tuturlar. Bütün bunlar rituallarla, dinin təsiri və ideyalarla 
möhkəmlənir, onlar elitanın idarə etməsinin konkret formasına legitimlilik verir. Belə 
elit qruplar cəmiyyətdəki digər qruplardan daha yaxşı təşkil olunmuşdur. Xüsusən də 
qədim ölkələrin əsas əhali kütləsini təşkil edən aqrar cəmiyyətlərdəki dağınıq və kasıb 


168 
 
kəndlilər  etiraz  etmək  gücünə  malik  olmurdular.  Yeni  tarix  dövründə  də  kəndli 
qiyamları  məğlubiyyətlə  nəticələnirdi.  Rusiya  tarixindən  göründüyü  kimi  Stepan 
Razinin  1670-1671-ci  illərdəki  və  ya  Yemelyan  Puqaçovun  1773-1775-ci  illərdəki 
Kəndli müharibələri adlanan üsyanları çar hökuməti tərəfindən asanlıqla yatırdılmış, 
onların  rəhbərləri  edam  edilmişdilər.  Axı  onların  silah  əldə  etmək  üçün  böyük 
imkanları  yox  idi,  həm  də  zorakılığı  tətbiq  etmək  sferasında  yaxşı  hazırlığa  malik 
deyildilər.  
Müasir  dövlətlərdən  əvvəlki  və  elit  qrupların  başçılıq  etdiyi  bu  quruluşların 
oxşar tipləri əsrlər boyu yaşamaqda davam etmişdi. Onlar zamanın nəbzini tutmağı da 
bacarırdılar.  Ona  görə  də  ordunun  yaradılmasında  öz  ümumi  prinsiplərindən  vaz 
keçib, bu işdə meritokratik (layiq olanların idarəçiliyi qaydasında) seçmək üsulundan 
istifadəyə meyl etdilər. Məhz çinlilər hələ bizim eradan əvvəl III əsrdə meritokratiyanı 
icad  etmiş  və  vəzifələri  tutmaq  üçün  dövlət  imtahanları  qaydasını  tətbiq  etməyə 
başlamışdılar.  
Səmərəli  idarəetmə  prinsipi  meritokratiya  olan  kimi,  demokratiyanın  prinsipi 
isə idarəetmədə xalqın iştirakıdır. Elə etmək olar ki, bu iki prinsip bir yerdə işləsin, 
lakin  onların  arasındakı  gizli  gərginlik  qalacaqdır.  Ancaq  bu  prinsiplərin  arasında 
antaqonizm  yoxdur  və  onlardan  ağıllı  qaydada  vəhdət  şəklində  istifadə  edilsə,  onlar 
yaxşı  şəkildə  uzlaşa,  çuğlaşa,  bir-birinə  nüfuz  edə  bilərlər.  Ona  görə  də  dövlət 
idarəçiliyində  meritokratiya  elementlərinin  tədricən  ayaq  açmasına  yalnız  müsbət 
yanaşmaq lazımdır.  
Əgər  dövlətə  loyallıq  ailəyə,  dinə,  tayfaya  loyallıqdan  üstün  tutulursa,  bu, 
etimadın sosial kapitalının daha geniş radiusunu tələb edir.  
Dövlət institutları çox vaxt tarixi irslərlə müəyyən olunur və ya xarici qüvvələr 
tərəfindən  formalaşır.  Ona  görə  də  müasir  dövlətlərdə  keçmiş  quruluşların  relikt 
qalıqlarını,  atavizm  elementlərini  tapmaq  çətin  deyildir,  özü  də  bunlar  həm  müsbət, 
həm  də  mənfi  xarakter  daşıya  bilər.  Axı  keçmişin  bütünlüklə  rədd  etmək  mümkün 
deyildir,  onun  kabusu  addımbaşı  özünü  xatırlatmamış  qalmır.  Əgər  keçmiş  böyük 
mədəniyyət,  ədəbiyyat  və  incəsənət  yaratmışdırsa,  ona  necə  qapıları  bağlamaq,  belə 
nəhəng irsə göz yummaq olar?! 
 
İrqçilik, haqsız nifrət insanlığa qarşı cinayətdir 
 
İrqçiliyin  əsası  bəşər  irqlərinin  fiziki  və  psixiki  qeyri-bərabərliyi,  cəmiyyətin 
tarixinə  və  mədəniyyətinə  irqi  fərqlərin  təsir  göstərməsi  barədə  olan  qeyri-elmi 
konsepsiyaların  məcmuudur.  İrqçilik  adamların  binövrədən  ali  və  aşağı  irqlərə 


169 
 
bölündüyünü  iddia  edir,  guya  ki,  əvvəlincilər  sivilizasiyanın  yeganə  yaradıcıları 
olmaqla ağalıq  etməlidir,  axırıncılar  isə yüksək mədəniyyəti  nəinki yaratmağa,  hətta 
onu  mənimsəməyə  qadir  deyillər  və  istismara  məruz  qalmalıdırlar.  XIX  əsrin 
ortalarında  fransız  J.A.Qobino  ariləri  “yüksək  irq”  adlandırmışdı.  Sonralar  irqçilik 
sosial darvinizmlə çuğlaşdı.  
Natsizmin  rəsmi  ideologiyasına  çevrilən  irqçilik  dünyanı  fəlakətə  sürüklədi, 
tarixə  Holokost  kimi  dəhşətli  cinayəti  bəxş  etdi.  XX  əsrdə  bir  sıra  ölkələrdə  bu 
ideologiya  irqi  ayrı-seçkiliyə,  seqreqasiyaya  və  aparteidə  haqq  qazandırmaq  üçün 
istifadə  edilirdi.  Amerika  Birləşmiş  Ştatlarında  quldarlığın  bir  əsr  yarım  əvvəl  ləğv 
edilməsinə  baxmayaraq,  qara  dərili  vətəndaşlar  hələ  də  bəzən  ikinci  sort  adam  kimi 
qəbul  edilməklə,  onlara  qarşı  heç  bir  əsas  olmadan,  apriori  cinayətkar  hesab 
olunduqlarına  görə,  yalnız  nifrətdən  qidalanan  sərt  tədbirlər  görülür.  Polis  günahsız 
adamları dərisinin rənginin fərqinə görə atəşlə qətlə yetirməkdən də çəkinmir.  
İrqçiliyin  baş  alıb  getməsi  üçün  ayrı-ayrı  xalqlara  qarşı  cürbəcür  saxta 
ittihamlar irəli sürülür, onların ali irqdən xeyli aşağıda durması, hətta insan olmaması 
barədə gülünc fərziyyələr uydurulur. Natsist Almaniyasında hələ yəhudi qırğınlarına 
start  verilməmişdən  əvvəl,  onlar  insan  olmayan  (Untermenchen)  adlanırdı  və 
ziyanvericilərə,  xəstəliklər  yayan  həşəratlara  oxşadılırdı.  Hitler  bu  ideoloji  silahdan 
istənilən  xalqa  qarşı  istifadə  edirdi.  Polşaya  hücum  edəndə  polyakları  heyvan 
adlandırmışdı, bütün slavyanları insan hesab etmirdi. Belə münasibət dehumanizasiya 
xarakteri daşımaqla, insanlığa, bəşəriyyətin digər üzvlərinə nifrət aşılamaq məqsədini 
güdürdü. Bütün zamanlarda və hər yerdə belə baxışlar zorakılığın və zülmün səbəbinə 
çevrilirdi.  Adamlar  bir-birlərini  kütləvi  qaydada  dehumanizasiya  edir,  yad  xalqı 
təhqiramiz  adlarla  adlandırmaq  qaydasına  keçirdilər.  Bəzi  siyasi  xadimlər  də  bu 
mərəzdən kənarda qala bilmir. İsrailin baş naziri Benyamin Netanyahu 2014-cü ildə 
oğurlanmış  üç  yəhudi  yeniyetməsinin  qatillərini  yırtıcı  heyvanlar  adlandırmışdı, 
əlbəttə  ki,  bu  vaxt  o,  ərəbləri  nəzərdə  tuturdu.  Lakin  fələstinli  oğlanı  qisas  naminə 
yandıran yəhudi ekstremistlər barədə isə belə təşbih işlətməmişdi. Axı vaxtilə Hitler 
onun  bütöv  millətinə  oxşar  təhqiramiz  ad  verirdi,  indi  dövr  dəyişmişdir  və  nifrət 
edilən xalqı hər cür alçaldıcı adla adlandırmaq məqbul hesab edilə bilər. Təəssüf ki, 
nifrət qızışanda, dili də öz tabeliyinə sala bilir.  
XIX  əsrin  əvvəllərində  dövriyyəyə  daxil  olan  “dehumanizasiya”  termini  digər 
adamları  insan  olmayan  məxluqlar  kimi  qəbul  edilməsini  bildirirdi.  Bunu  əsas 
götürməklə  vəhşicəsinə  davrananlar  öz  qurbanlarını  adətən  insan  hesab  etmirlər. 
Natsistlər  yəhudiləri  nəinki  ziyanverici  (vermin)  adlandırırdılar,  bütövlükdə  onlara 
insan  qiyafəsində  olan  ziyanverici  heyvanlar  kimi  baxırdılar.  Afrikada  məskunlaşan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə