Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə79/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   75   76   77   78   79   80   81   82   ...   97

170 
 
ilkin  avropalılar  qula  çevirdikləri  qara  dərili  afrikalılar  barədə  deyirdilər  ki,  düzdür, 
zəncilər  öz  bədən  quruluşlarına  görə  bir  qədər  insana  bənzəsələr  də,  onlar  heç  də 
adam  deyillər.  “Onlar  adam  deyillər,  onlar  könüldən  məhrumdurlar;  onları  heyvan 
hesab  etmək  lazımdır  və  onlara  müvafiq  qaydada  münasibət  bəslənilməlidir”.  Bu, 
Afrikanın Avropa mənşəli sakinlərinin düşüncələri idi.  
Yəqin  ki,  onlar  XIX  əsrin  ortalarında  çapdan  çıxan  və  hətta  İngiltərədə  1 
milyon  tirajla  yayılan  amerikan  qadın  yazıçısı  Harriet  Biçer  Stounun  “Tom  dayının 
koması” romanını oxusaydılar, yəqin ki, belə kobud və insafsız səhvə yol verməzdilər. 
Müəllif  zəncilərin  ifrat  sədaqət  hissini,  hətta  zülmə  də  qisas  fikrindən  uzaq  olmaqla 
boyun əymələrini əsas götürərək, belə bir fikir irəli sürmüşdü ki, əgər Allah nə vaxtsa 
dünyaya rəhbərliyi bir xalqa etibar etmək istəsəydi, yəqin ki, ürəklərinin genişliyinə 
görə  bu  ali  missiyanı  məhz  zəncilərə  həvalə  edərdi.  Doğrudan  da  Cənubda  yaşayan 
zəncilər  ağ  ağalarından  əsasən  zülm,  ədalətsiz  cəzalar  gördükləri  halda,  ABŞ-dakı 
Vətəndaş  müharibəsinin  son  dövrlərində  malikanələrini  tərk  etmiş  bu  adamlara 
xəyanət  etməyərək,  qayıdanda  hər  şeyi  əvvəlki  tərzdə  onlara  təhvil  vermişdilər. 
Harriet  Stou  öz  geniş  müşahidələrinə  əsaslanaraq  yuxarıdakı  illyüziya  xarakterli 
ideyasını  qələmə  almışdı.  Yazıçı  teatrda  görüşdüyü  prezident  Abraham  Linkolna 
quldarlığı ləğv etdiyinə görə təşəkkür etdikdə, ABŞ prezidenti onun bu sahədə xüsusi 
əməyi olduğunu qeyd etmişdi.  
Hitlerin  yaxın  silahdaşı,  ölüm  düşərgələrinin  təşkilinin  təşəbbüskarı  və  idarə 
edəni olan Henrix Himmler yəhudiləri yırtıcı, acgöz və adam olmayan məxluq hesab 
edərək  yazırdı  ki,  “İnsan  görünüşü  olan  adamların  heç  də  hamısı  insan  deyildir.” 
Onun  rəyinə  görə,  yəhudilər  “əgər  onları  mənəvi  və  psixoloji  şkala  ilə  ölçsək, 
heyvanların istənilən növündən aşağıdadırlar”.  
Afrikadakı  müstəmləkəçi  işğalçılar  və  natsist  xadimlər  bir-birinə  çox  yaxın 
təfəkkürə malik idilər. Guya ki, zəncilərin və yəhudilərin insan sifəti, insan olmayan 
özəyi  gizlətmək  məqsədini  güdür.  Təfəkkürün  bu  nümunəsi  beləliklə    məkanda  və 
zamanda  dəhşətli  ardıcıllıqla  öz  əksini  tapırdı,  bir  mədəniyyətdən  digərinə,  bir  tarixi 
epoxadan sonrakına keçirdi.  
        İnsan olmayan (subhumanity) anlayışında insan həyatı yüksək dərəcədə qiymətli 
olduğu  kimi  xarakterizə  edilsə  də,  belə  qiymət  tarakanın  qiymətliliyi  barədəki 
görüşlərə  kəskin  surətdə  əks  çıxır.  Adamlarda  adətən  müəyyən  mənəvi  statusun 
olduğu etiraf edilir və onun tarakanlarda olması isə inkar edilir. Onlar insan tərəfindən 
ayaqları  ilə  əzilə  bilər,  lakin  insanın  özü  ilə  belə  davranmaq  olmaz.  1994-cü  ildə 
Ruandada iki tayfa arasındakı müharibədə Hutu döyüşçüləri Tutsi tayfasından olan öz 
qonşularını tarakan (inyenzi) adlandırırdılar. Bu isə onların məhv edilməsini mümkün 


171 
 
olan  bir  işə,  hətta  məcburi  vəzifəyə  çevirirdi,  nəticədə  tutsilər  əsl  qırğına  məruz 
qaldılar.  
Mənəvi  sərhədlərin  yoxluğu  şəraitində  nəticədə  adamların  sosial  həyati  qeyri-
mümkün  olana  çevrilirdi.  İstənilən  cəmiyyətdə  əxlaqi  imperativlər  vardır.  Elə  bir 
insan  cəmiyyəti  yoxdur  ki,  orada  onun  üzvlərindən  birinə  alaq  otu,  parazit  və  ya 
heyvan kimi münasibət bəsləməyə icazə verilsin. Çünki bunun dalınca onun canına da 
qənim kəsilmək üçün “ov” başlanır. Donuzun, qoyunun boğazına kəsmək olar, ancaq 
bunu  uşağa  qarşı  etmək  ağlasığmaz  bir  işdir.  Axı  Bibliyada  Allah  da  yalnız  özünə 
olan sədaqəti sınamaq üçün Abrahamdan bunu tələb etdikdə, onun möminliyinə əmin 
olub,  uşağın  qurban  kimi  kəsilməsinə  icazə  verməmişdi.  Min  illər  keçdikdən  sonra 
uşağın ya başqa insanın həyatına qəsd etmək isə ən ağır cinayət hesab olunur.  
Təəssüf  ki,  zorakılığa  qarşı  ambivalet  (ikili)  münasibət  mövcuddur.  İnsanlar 
əvvəlcədən  digər  adamlara  qarşı  olan  zorakılığa  müstəsna  dərəcədə  güclü  qadağalar 
qoymalı  idilər.  O  vaxt  zorakılığın  bu  və  ya  başqa  tərəfə  qarşı  törədilməsindən  asılı 
olmayaraq,  ona  qiymət  verilməsində  fərqli  yanaşmalara  bütünlüklə  son  qoyulardı. 
Tam sağlam, düzgün tərbiyə olunmuş fərd, ruhi və fiziki stress keçirməyə qadir olan 
adam hətta döyüş səhnəsində belə, digər adamın öldürülməsinə münasibətdə də bu cür 
güclü  bir daxili  və adətən  anlaşılmayan müqavimət  hissinə malik olur. Müharibənin 
köməyi  ilə  genosid  tətbiq  edildikdə  və  ya  gücsüz  əhali  əsarətə  alındıqda  belələri  öz 
borcunu yerinə yetirməkdən imtina edərək, hətta atəş açmaq da istəmir.  
Hansısa müstəmləkəçi xalq öz sərəncamına özgənin resurslarını ala bilər, bəlkə 
də bu, başqaları üçün qeyri-mümkündür, ancaq bu, heç olmazsa daha yumşaq yollarla 
baş tutmalıdır. Ona görə də qan axıdılması perspektivindən yaranan öz şəxsi dəhşətinə 
görə  adamların  bundan  yayınmaları  ilə  yanaşı,  belə  perspektivin,  ümumiyyətlə 
bütövlükdə  belə  cinayətlərin  baş  verməsinin  qarşısını  almaq  üçün  metodlar  işlənib 
hazırlanmalıdır.  
       Ziyan vurmaq məqsədi güdülən adamlara qarşı adətən dehumanizasiya baş verir, 
mənəvi,  əxlaqi  məhdudiyyətlər  sıxışdırılıb  çıxarılır.  Dehumanizasiya  təkcə  Hitler  və 
Pol  Pot  kimi  nadir  eybəcər  əjdahaların  (monstrların)  qisməti  deyildir.  Hitler  bütün 
Avropanı, Pol Pot isə öz doğma ölkəsi Kambocanı qan dənizinə çevirməyə can atırdı 
və əsasən  buna nail  olmuşdular. Dehumanizasiya dəhşətli zorakılığın  və qəddarlığın 
tətbiq edilməsinə yol aça bilər.  
      Təbabət  sahəsindəki  mütəxəssislərin  birgə fəaliyyətləri  nəticəsində  bəşəriyyət  bir 
vaxtlar onun üçün lənət sayılan xəstəliklərə qalib gəlməyi bacarmışdır. XX əsrdə 0,5 
milyon adamın həyatına son qoyan çiçək xəstəliyinin kökü bu gün kəsilmişdir. Vərəm 
və ya taun xəstəliklərinin meydana çıxması halları hələ baş versə də, yaxşı məlumdur 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə