Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə81/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   77   78   79   80   81   82   83   84   ...   97

174 
 
mülayimliyinə  deyil,  yararlı  olub-olmamasına  yönəldir  və  ona  görə  də  miqyasından 
asılı  olmayaraq  qan  tökməkdən  belə  çəkinmirlər.  Ona  görə  də  heç  bir  siyasi  xadim 
özünə  mələk  və  ya  göyərçin  qiyafəsi  seçmir,  onu  birinci  növbədə  yalnız  qarşıya 
qoyulan  məqsəd  düşündürür.  Quzğunlar  qidalandıqları  leşin  iyləndiyinə  fikir 
verməyən  kimi,  inqilab  da  öz  hədəfinə  qarşı  mübarizədə  istənilən  vasitəyə  haqq 
qazandırır.  İnqilab  rəhbəri  o  vaxt  böyük  şəxsiyyətə  çevrilir  ki,  zamanın,  şəraitlərin 
irəli sürdüyü çağırışa müvafiq qaydada cavab verməyi bacarır.  
Axı o, müəyyən məkan və zaman çərçivəsində hərəkət etməyə məcburdur. Ona 
görə də onun fəaliyyətinə qiymət verərkən hadisələrin cərəyan etdiyi məkan və dövr 
konteksti  hökmən  nəzərə  alınmalıdır.  Konkret  tarixi  hadisədə  fəaliyyət  göstərən  bir 
şəxsə  mücərrəd  ölçüdən,  xeyli  zaman  məsafəsi  güzgüsündəki  əksə  görə  qiymət 
vermək  düzgün  deyildir.  Çünki  onun  fəaliyyəti  tam  başqa  paralellərdə  gedir,  həmin 
parametrlərə müvafiq olaraq da onun tarixə daxil olub-olmaması məsələsi həll edilir.  
İnqilab  və  ya  radikal  islahat,  sakitləşdirmək  üçün  atın  yalını  daramaq 
qaydasında,  xalqın  başını  sığallamaq  fürsəti  deyildir,  əksinə,  onu  cuşə  gətirməklə 
mübarizəyə  sövq  etmək  və  yeni  həyat  yoluna  salmaq  imkanıdır.  Təəssüf  ki,  bu 
məqsəd həyata keçirildikdə qan tökülməsi, təqiblər ən yararlı vasitəyə çevrilir. Fransız 
mütəfəkkiri  Sebastyan  Şamforun  dediyi  kimi,  “İnsanları  idarə  etmək  üçün  baş 
lazımdır. Şahmat oyunu üçün təkcə yumşaq ürəklilik azdır.” 
       Ona  görə  də  tarixə  daxil  olmuş  adamları  sonrakı  dövrlərin  qaydalarına, 
dəyərlərinə, əhval-ruhiyyələrinə və ya əxlaq standartlarına görə tutduqları taxçadan – 
tarix  səhnəsindən  çıxarmaq,  qovmaq,  uzaqlaşdırmaq  mümkün  deyildir.  Tarixdə  öz 
yerini tutanlar heç də köçəri quş deyillər ki, asanlıqla öz yuvalarını  – həmin məkanı 
tərk  edib,  instinktlərinin  göstərdiyi  istiqamətə  üz  tutsunlar.  Onlar  burada 
məskunlaşmışlar,  nə  ostrakizmə  uğradıla,  nə  sürgün  edilə  bilərlər.  Onlar 
məqsədlərinin  diktə  etdiyi  əməllərdə  bulunmuşlar,  heç  vaxt  göyərçin  damında  qərar 
tutmaq fikrində olmamışdılar. 
Böyük  Britaniya  qanunlarına  görə  ABŞ-ın  bani-  ataları  –  imperiyaya  qarşı 
inqilabı  həyata  keçirən  və  yeni  dövlət  yaradan  cəsarətli  mübarizlər  olsalar  da, 
cinayətkar  hesab  olunurdular.  Onlar  Yeni  Dünyadakı  doğma  koloniyalarını  azad 
cəmiyyət,  qədim  ənənələr  ruhundakı  demokratik  quruluş,  respublika  kimi  görmək 
istəyirdilər.  Böyük  qurbanlar  hesabına  olsa  da,  buna  nail  oldular.  Məgər  dünyaya 
Birləşmiş  Ştatlar  kimi bir  unikal  demokratik dövləti  bəxş etmiş  bu insanlar  (əlbəttə, 
ABŞ-ın  xarici  siyasətinə  indi  münasibət  heç  də  birmənalı  deyildir)  təkcə  öz 
ölkələrində deyil, bütün dünyada böyük ehtiram bəslənən tarixi şəxsiyyətlər deyilmi? 
Onlar  Böyük  Britaniya  kralının  tabeliyində  olan  13  koloniyanın  azadlığına  nail 


175 
 
olmaqla,  həm  də  başqalarına  bənzəməyən  yeni  dövləti  yaratmaq  vəzifəsini  həyata 
keçirdilər. Amerikadakı inqilab böyük təsir gücünə malik oldu, 23 il sonra – 1789-cu 
ildə Böyük Fransa inqilabının başlanması üçün detonator rolunu oynadı.  
Birləşmiş Ştatlara heç məhəbbət hissi ilə yanaşmayanlar da yaxşı bilirlər ki,, bu 
dövlət  Birinci  və  İkinci  Dünya  müharibələrinə  girməsəydi  (1941-ci  ilin  dekabrında 
yaponların  Pyörl-Harbor  hərbi-dəniz  bazasına  xaincəsinə  hücumu  və  ağır  zərbə 
vurması  ABŞ-ı  İkinci  Dünya  müharibəsinə  girməyə  sövq  etmişdi),  müvafiq  olaraq 
Antantaya və Müttəfiqlərə hərbi və maddi yardım göstərməsəydi, qələbələrin taleyinin 
necə  olacağı  böyük  sual  altında  ola  bilərdi.  Amerikadan  xoşu  gəlməyənlər  də,  XX 
əsrdə dünya iki dəhşətli sınaqla üzləşəndə bu dövlətin qələbəyə verdiyi böyük töhfəni 
kölgə  altına  salmağa  cəhd  etməməlidirlər.  Hər  iki  qələbədə  Amerikanın  rolu 
danılmazdır.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  məhz  iki  dünya  müharibəsi 
Amerika Birləşmiş Ştatlarını fövqəl dövlətə çevirmişdi. İkinci Dünya müharibəsindən 
sonra  da  Avropanın,  xüsusən  Qərbi  Almaniyanın,  həmçinin  məğlub  edilmiş 
Yaponiyanın  iqtisadi,  sosial  və  siyasi  cəhətdən  dirçəldilməsində  Birləşmiş  Ştatların 
böyük yardımı yalnız minnətdarlıq hissləri ilə yad edilməlidir. 
 
   Tarixi inkar etmək cəhdləri 
  
SSRİ dağıldıqdan sonra, onun tarixinə, Oktyabr Inqilabinin rəhbər xadimlərinə 
ittiham dalğası xeyli genişlənmiş, tsunami timsallı tənqid və qaralama ölkə tarixinin 
böyük  bir  hissəsini  inkar  etmə  səviyyəsinə  çatmışdır.  Hər  cür  tənqidin  və  ifşa 
rəngindəki ittihamların əsas hədəfi V.İ.Lenin, xüsusən SSRİ-yə 30 il ərzində rəhbərlik 
etmiş  İ.V.Stalindir.  Əlbəttə,  onlar  sadə  adamlar  deyildilər,  siyasətin  dahiləri 
səviyyəsinə  qalxmışdılar.  Radikallıq,  bir  inqilabçı  kimi  onların  əsas  silahı  idi.  Lev 
Trotski 1917-ci ilin yayında Lenini radikallığına görə Fransa inqilabının liderlərindən 
biri, Terrora başçılıq edən, “Satılmayan” ləqəbli Robespyerə bənzədərək, onun adı ilə 
“Maksimilian  Lenin”  adlandırırdı.  Bolşeviklərin  bir-birinə  belə  ləqəb  verməsi  isə 
nadir  hal  deyildi.  Lenin  Zinovyevi  və    Kamenyevi  1917-ci  ildə  Oktyabr  inqilabına 
xəyanətlərinə  görə  fahişə,  xeyli  əvvəl  isə  Trotskini  İncildə  xəyanət  simvolu  kimi 
verilən,  İisusu  30  gümüş  pula  romalılara  satan  apostol  İuda  İskariota  bənzədərək, 
dəfələrlə “İuduşka” adlandırmışdı.  
Leninin inqilabdan üç ay əvvəl silahlı üsyana çağırışı da nəinki başqaları, hətta 
öz  partiyasının  xeyli  üzvləri  tərəfindən  heç  də  razılıqla  qarşılanmırdı.  Bu  vaxt 
vəziyyət çox mürəkkəb idi, yalnız Lenin yaxın perspektivi görməklə, belə vasitəyə əl 
atmağı təklif edə bilərdi. O, dövrün nəbzini tutmağı bacarırdı. Çünki bir qədər əvvəl 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə