Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə82/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   78   79   80   81   82   83   84   85   ...   97

176 
 
onun  özü  də  inqilabın  qələbəsinin  çox  uzaqda  olduğunu  söyləmişdi.  Oktyabr 
inqilabının ərəfəsində isə meyvənin artıq yetişdiyini hiss edən Lenin, Napoleon kimi 
onu  qoparmağın  vaxtı  çatdığını  çox  ustalıqla  müəyyən  etmişdi.  Müvəqqəti  hökumət 
ölkəni idarə edə bilmirdi, Rusiya müharibədə də uğursuzluqlara düçar olurdu.  
Lenin də səhv edə bilərdi, lakin vacib anlarda o, bir qayda olaraq səhv etmirdi. 
Prinsipial olmayan məsələlərdə isə onun səhvi baha başa gəlmirdi və o, öz səhvlərini 
etiraf  etməyi  bacarırdı.  Petroqrad  Sovetinin  Leninin  50  ililyinə  həsr  olunmuş 
yığıncağında Stalin Leninin üç səhvini özünün etiraf etdiyini onun müsbət keyfiyyəti 
kimi qeyd etmişdi.  
Lenin  ona  ünvanlanan  istehzanı  da  cavabsız  qoymurdu.  1917-ci  ilin iyununda 
Ümumrusiya  Sovetlər  qurultayında  hakimiyyəti  ələ  götürməyə  qadir  olan  partiyanın 
olmadığını  güman  edənlərə  cavab  verərək  və  bolşevikləri  nəzərdə  tutaraq,  “Vardır 
belə  partiya!”  kəlməsini  qürurla  dilə  gətirməsi  başqa  partiyaların  nümayəndələri 
tərəfindən gülüşlə qarşılanmışdı. Oktyabr inqilabının qələbəsinin timsalında Lenin bu 
gülüşə  dörd  ay  sonra  Homer  qəhqəhəsi  ilə  cavab  verə  bildi.  Menşevik  Martov 
RSDFP-nin II qurultayında (1903-cü il) lağ şəklində ilk dəfə “leninizm” ifadəsini dilə 
gətirmişdi. Heç iki onillik keçməmiş leninizm böyük bir ərazidə hakim ideologiyaya 
çevrildi. Buxarin Lenini utopist, satqın adlandırmışdı. Lenin ideyalarını gerçəkləşdirə 
bilmişdi, həyatını həsr etdiyinə isə o, necə xəyanət edə bilərdi.  
Əlbəttə,  Leninin  ölümündən  sonra  onun  partiyaya  və  ölkəyə  rəhbərlik  irsini 
qəbul edən Stalinin ciddi-cəhdi ilə o, sitayiş obyektinə, bütə çevrildi, kanonlaşdırıldı, 
dünya  proletariatının  və  millətin  atası  adlandırıldı.  Lenin  özü  belə  titullardan, 
epitetlərdən uzaq adam idi. SSRİ-nin süqutu ilə Leninə hücumlar daha da artdı, daşqın 
şəklini  aldı.  O,  elə  bir  böyük  miqyasa  malik  şəxsiyyətdir  ki,  onunla  hər  şey  etmək 
olar,  onu  sevənlər  də,  ona  sonralar  düşmən  kəsilənlər  də  bu  görkəmli  şəxsiyyətin 
çoxşaxəli fəaliyyətində çox şeyi tapa bilərlər. Şəxsi həyatına nüfuz etməyə çalışanlar 
İnessa  Armandla  intim  yaxınlığını,  hətta  bu  inqilabçı  qadının  ona  çox  oxşayan  bir 
oğul doğmasını da göstərə bilərlər.  
Təəssüf ki, ona yönələn tənqid bəzən əndazədən çıxır, ölçü hissini itirir. Onun qana 
susamasına  erkən  misallar  tapmaq  üçün  hər  şey  öz  rəngini  dəyişir.  Sibirdə,  uzaq 
Şuşenskoye  kəndində  sürgündə  olarkən  dovşan  ovlamağını  da,  bəziləri  həddi  aşıb, 
qaniçicilik  nümunəsi  kimi  qələmə  verirlər.  Onda  gərək  onlar  Avstriya  imperatoru  I 
Frants İosifin, onun varisi olmağa hazırlaşan prints Frants Ferdinandın, yaxud Böyük 
Britaniya kralı V Corcun ovçuluq hobbisi adı altında, öz ölkələrinin faunasına, saysız-
hesabsız  sayda  maral,  əlik  və  quş  sürüsünü  məhv  etməklə  ağır  ziyan  vurmalarından 


177 
 
hali olsaydılar, yəqin ki, ekologiya müdafiəçiləri kimi onların xatirəsi üzərində xüsusi 
beynəlxalq tribunal qurulmasını təklif edərdilər.  
         Frants  Ferdinandın  1914-cü  ilin  yayındakı  qətli  Birinci  Dünya  müharibəsinin 
başlanması üçün bəhanə rolunu oynamış, I Frants İosif  bu müharibənin başlanmasına 
start verməklə, milyonlarla insanın həyatını itirməsinin baiskarı olmuşdur.V Corc isə 
həmin müharibədə əks tərəfdə vuruşan dövlətin başçısı idi. Onlar başqa canlılara da 
qənim kəsilmişdilər. Avstriya imperatoru və onun baş tutmamış varisi ölkə faunasına 
ova  olan  həvəsləri  ilə  böyük  ziyan  vurmuşdular.  Frants  Ferdinand  Hindistanda  da 
pələng ovu ilə məşğul olmuşdu. Onun o qədər də uzun olmayan ömrü boyu 270 min 
vəhşi heyvan öldürdüyü bildirilir. 1910-1936-cı illərdə Böyük Britaniya kralı olmaqla 
V Corc quş ovunu özünün həyat tərzinə çevirmişdi. 1912-ci ildə təkcə bir ovda həftə 
ərzində  minlərlə  quş  qırmışdı.  Dostları  ilə  birlikdə    Norfolk  meşəsində  4  gündə  7 
tüfənglə  10 min baş quşu məhv etmişdi. Bircə gündə özü 1000 qırqovul öldürmüşdü. 
O,  meşə cüllütü  və kəklik ovlamağı  çox  sevirdi, bu quşlar  hətta onun ölümünə həsr 
edilən şeirdə də xüsusi vurğulanırdı. Leninin sürgündəki dovşan ovu belə nümunələrlə 
müqayisədə toz böyüklükdə görünür. 
Leninin  öz  sağlığında  da  onu  qəbul  etməyənlər  az  deyildi  və  onlar  bu  böyük 
inqilab liderinə aşağılayıcıı qaydada baxırdılar. Etiraf etmək lazım gəlir ki, Lenin az 
sayda olan o şəxsiyyətlərdəndir ki, tarixin təkərini döndərməyə, onun hərəkət yolunu 
dəyişdirməyə müvəffəq olmuşdu. Digər böyük şəxsiyyətlər kimi onun da fəaliyyətinə 
verilən qiymət, istər bu, müsbət ya mənfi olsun, zamandan asılı olaraq dəyişir, hər bir 
dövr  ona  öz  prizmasından,  istəyindən  və  mənafeyindən  birbaşa  asılı  olan  qiyməti 
verir.  
Təəssüf  ki,  sitayişdə  fanatizm  xüsusiyyətləri  mövcud  olduğu  kimi,  nifrət  də 
bəzən sahildən kənara çıxır, məhkum edilən tarixi şəxsiyyətlər ədalətsiz olaraq istehza 
obyektinə,  ən  amansız  hücumlar  hədəfinə  çevrilir,  anafemaya  məruz  qalır.  Bəzən 
hətta  onları  autofafeyə  məhkum  etmək  çağırışları  eşidilir,  inkvizisiya  yeretikləri  – 
dönükləri  tonqalda  yandırmaq  kimi  bu  dəhşətli  cəza  üsulundan  istifadə  edirdi. 
İnkvizisiya vaxtı həbs olunanlardan işgəncə yolu ilə alınan etiraflar məqsədə xidmət 
etdiyindən  yararlı  vasitə  sayılırdı.  Müasir  siyasi  inkvizitorlar  da  bəzən  öz  uydurma 
ittihamlarına  şübhəli  sübutlar  da  tapmaqla,  haqqa  xidmət  etdikləri  barədə  ağılsız 
qənaətə gəlirlər.  
Leninə  nifrət  bəsləyənlərin  imkanı  olsaydı,  onun  cəsədinə  ingilislər  Oliver 
Kromvelin cəsədi ilə davrandıqlarına bənzər bir divan tutardılar. İngilislər Kromvelin 
cəsədini  qəbirdən  çıxarıb,  dar  ağacından  asdıqdan  sonra,  peyin  topasının  üstünə 
tullamışdılar.  Əlbəttə,  cəsədi  külə  də  döndərmək  olar,  lakin  böyük  şəxsiyyətlərin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə