Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə77/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   73   74   75   76   77   78   79   80   ...   97

165 
 
müdafiə etmək də çətinləşmişdi, onu qorumağa cavanlar da çatmırdı. V əsrdə Roma 
əhalisi  I  əsrə  nisbətən  yarıbayarı  azalmışdı.  Ona  görə  də  Romanı  işğal  etmək 
barbarlara elə bir çətinlik törətmədi.  
Böyük  ingilis  şairi  lord  Corc  Bayron  Romanı  xalqların  Niobası  adlandırırdı. 
Yunan  mifologiyasında  Fiva  çarının  arvadı  olan  Nioba  çox  övladı  olması  ilə 
öyünürdü.  Yalnız  iki  uşağı  olan  Leto  bunu  özünə  təhqir  kimi  qəbul  etdi  və  onun 
övladları  Apollon  və  Artemida  buna  görə  oxla  Niobanın  12  övladının  hamısını 
öldürdülər.  Bu  ağır  dərddən  Nisoba  daşa  çevrildi.  Roma  da  fəxr  etdiyi  hər  şeyi, 
övladlarını, hətta öz varlığını da itirdi. Roma təkcə öz ərazilərini deyil, həm də özünün 
qiymətli ideyalarını, ruhunu itirdi. Müqəddəs Avqustin yaxşı demişdi ki, əgər Allahın 
yaratdığı məhv olursa, Romulun da yaratdığı məhv ola bilərdi. Ancaq ruh bədəndən 
ayrıldığı  kimi,  Romanın  süqutundan  min  il  sonra  onun  ruhu  Renessans  adı  altında 
yenidən həyata qayıtdı. Antik dövrdən əxz edilməli olan irs isə bu ruhun böyüklüyünə 
dəlalət edən humanist ideyalar idi.  
Xristianlıq  hakim  dinə  çevrildikdən  sonra  ailə  münasibətlərinin  möhkəmliyinə 
ciddi  fikir  verməyə  başladı.  IV  əsrdən  başlayaraq  tselibat  –  nikahsızlıq  qaydası 
keşişlərin  üzərinə  də  yayılırdı.  Bundan  əvvəl  isə  rahiblər  buna  ciddi  riayət  etmək 
nümunəsi göstərirdilər. Onlar qadınların şirnikləndirməsindən, ehtiras alovunun onları 
qarsacağından  qorxub,  səhralara,  dağlara  çəkilir,  cəmiyyətdən  uzaqlaşaraq 
mağaralarda yaşayır, əsasən asket (guşənişin) həyat tərzi keçirirdilər. Çünki bakirəlik 
ən yüksək standart kimi qəbul olunurdu.  Müqəddəs Yeromi (375-420-ci illər) deyirdi 
ki, “Bakirəlik buğdadırsa, nikah arpadır, zinakarlıq isə inək peyinidir”. O vaxtdan ki, 
insan  inək  peyinini  yemir,  Yeromi  onlara  arpa  çörəyi  yeməyi  müsaidə  edirdi.  Din 
xadiminin  sözləri  ona  əsaslanır  ki,  iki  ayaq  üstə  gəzən  insanın  qidası  heç  də 
heyvanlarınkından fərqlənmirdi, onlar zülal mənbəyi olan hər şeyi istehlak edirdilər.  
Müqəddəs  Avqustinin  (354-430-cu  illər)  baxışları  da  həmçinin  cinsi  əlaqə 
arzularına  görə  xristian  kilsəsinin  nəzər-nöqtəsini  formalaşdırmaqda  mühüm 
əhəmiyyətə  malik idi. Erkən  xristianlardan  çoxu tselibata və  ya cinsi fəallıqdan  tam 
uzaqlaşmağa  riayət  edirdi,  bunu  müqəddəsliyə  çatmaq  yolu  hesab  edirdi.  Avqustin 
inanırdı  ki,  xristianlar  yəqin  ki,  cinsi  əlaqədən  imtina  edəcəklər,  həmçinin  belə  bir 
fikri  də  nəzərə  alırdı  ki,  xristianların  çoxu  buna  qadir  deyildir.  Ona  görə  də  nikah 
yaxşı alternativ hesab olunurdu, lakin belə anlamda ki, hətta nikahda da kişi ilə qadın 
arasında cinsi əlaqə yalnız bir məqsədə  – uşaq dünyaya gətirməyə xidmət etməlidir. 
Tselibatın  yüksək  idealını  qoruyub  saxlamaq  isə  din  xadimlərinin  üzərində  qalmalı 
idi.  


166 
 
Erkən  kilsənin  ataları  qəbul  edirdilər  ki,  tselibat  və  cinsi  yaxınlıqdan  imtina 
ideal vəziyyət olmaqla, nikahdan da yuxarıda durur. Nəticədə erkən kilsə tədricən din 
xadimlərinin  tselibatına  keçdi,  baxmayaraq  ki,  erkən  orta  əsrlərdə  bunu  həyata 
keçirməyə məcbur etməyin qeyri-mümkünlüyü də özünü büruzə verirdi.  
Erkən  dini  atalar  həm  də  bunu  vurğulayırdılar  ki,  tselibata  riayət  etmək  üçün 
heç  də  bütün  adamların  öz  intizamı  çatmır.  Beləliklə,  nikah  icazə  verilənə  çevrildi. 
Müqəddəs Pavel özünün korinflilərə ilk məktubunda qeyd etdiyi kimi: “Bu kişi üçün 
yaxşıdır  ki,  qadına  toxunmasın.  Buna  baxmayaraq,  zinakarlıqdan  uzaqlaşmaq  üçün 
qoy  hər  bir  kişi  öz  arvadına  malik  olsun…  Mən  ancaq  evlənməmişlərə  və  dul 
qalanlara deyirəm ki, onlar üçün yaxşıdır ki, hətta mənim kimi dözsünlər. Lakin əgər 
onlar  bunu  bacarmırlarsa,  qoy  onlar  evlənsinlər;  çünki  (ehtirasda)  yanmaqdansa, 
evlənmək yaxşıdır”. Kilsə nikaha iki şərdən nisbətən kiçiyi kimi baxırdı. Bu insanın 
zəifliyinə güzəşt olmaqla, cütlük, cinsi əlaqə və uşaqların olması ehtiyacını ödəyirdi. 
Ümumən onunla razılaşırdı ki, nikah cinsi yaxınlıq hüququna güzəştə getməkdir. Axı 
din də bütün insanları təbiətin qanununa tabe olmaqdan uzaqlaşdıra bilməzdi. Təkcə 
növün  artması  üçün  canlıların  əksəriyyətinə  xas  olan  cinsi  əlaqə  vacib  şərt 
olduğundan, belə ağılsız qadağa bəşəriyyətin inkişafına, çoxalmasına mane olmaqla, 
onun  fiziki  cəhətdən  sıradan  çıxmasına  səbəb  ola  bilərdi.  Beləliklə,  cinsi  əlaqəyə 
nikah yolu ilə icazə verilirdi, lakin o müddətə ki, bu uşaq törətmək, əmələ gətirmək 
üçün istifadə edilsin, uşaq yaransın, deməli, həzzə xidmət etməsin.  
Kilsənin  səylərinə  baxmayaraq,  bəzi  din  xadimləri,  hətta  Roma  Papaları  da 
zinakarlıq  subyektlərinə  çevrilirdilər.  1492-ci  ildə  Papa  seçilmiş  VI  Aleksandrın 
(dünyəvi  adı  Rodriqo  Borcia  idi,  1431-1503-cü  illər)  dörd  uşağı  var  idi,  qızı 
Lukretsiya  ilə  intsest  yaxınlıqda  olduğu  güman  edilir.  Oğlu  Çezare  Borcia  isə 
atasından geri qalmayıb, əxlaq pozğunluğunda və törətdiyi qətllərdə ad çıxarmışdı.  
    Son  dövrlərdə  isə  istər  katolik,  istərsə  də  protestant  ya  pravoslav  kilsəsini  biabır 
edən cəhət – kilsə xadimlərinin pedofiliya cinayətlərində iştirak etməsi, azyaşlı qızları 
və  oğlanları  əxlaq  pozğunluğuna  cəlb  etməsidir.  İnternet  də  pedofiliyanın, 
pornoqrafiyanın  təbliğatında  və  yayılmasında  olduqca  mənfi  rol  oynayır.  Sosial 
şəbəkə beləliklə sosial bəlanın mənbəyi rolunda çıxış etmək kimi biabırçı bir vəzifəni 
öz üzərinə götürür.  
    Elə səhv bir fikir yaranmasın ki, qüsurlar yalnız uzaq keçmişə məxsus idi, sonrakı 
dövrlər onlarla vidalaşmağı bacarmışdır. Əsla belə deyildir, hətta bəzi xalqlar öz fərdi 
qüsurlarına  malikdir.  Jan  Jak  Russo  XVIII  əsrdə  ona  məlum  olan  iki  xalq  haqqında 
yazırdı ki, ingilislərdə məğrurluq xurafatı, fransızlarda isə şöhrət düşkünlüyü xurafatı 
vardır.  Orta  əsrlərdə  Rusiyaya  səfər  edənlər  bu  xalqdan  olanların  bədəninin  və 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə