Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə74/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   70   71   72   73   74   75   76   77   ...   97

159 
 
çünki  bir  qayda  olaraq  öldürülürdülər.  Bu  da  imperiyanın  zəifləməsinə  gətirib 
çıxarırdı, dövlət eroziyaya uğrayırdı, parçalanır, tədricən dağılırdı.  
III  əsrdə  yaşamış  xristian  icmasının  yepiskopu,  xristianları  Nerondan 
başlayaraq təqib etməklə məşğul olan imperatordan biri olan Valerian tərəfindən 256-
cı  ildə  edam  edilmiş  Kiprian  öz  biabırçı  dövrünü  amansızcasına  məhkum  etməklə 
təsvir  edib,  yazırdı  ki  :  “Hər  yerdə  müharibədir,  hərbi  düşərgələrdir,  qanlı 
dəhşətlərdir. Bütün dünya qarşılılıqlı qaydada tökülən qanlarla suvarılır və insan qətli 
yalnız  ayrı-ayrı  adamlar  tərəfindən  törədildikdə  cinayət  hesab  olunur,  əgər  bu  açıq 
şəkildə həyata keçirilirsə, igidlik adlanır. Xətalara görə cəzasızlıq cinayətin dəhşəti ilə 
təmin edilir. Cinayəti nəinki edirlər, həm də onu etməyi öyrədirlər. Cinayət qanunlar 
qarşısında  baş  verir,  hüquqlar  tapdalanır.  Bir  insan  bədəninə,  onun  orqanlarının 
sayından çox cəza tətbiq edilir. Hakimlər hökmləri ilə alver edirlər. Kim ki, cinayətin 
qarşısını almalıdır, o, özü cinayət edir, günahsız müttəhimi məhv etmək üçün hakim 
özü də günahkara çevrilir. Qanun qarşısında heç bir qorxu yoxdur. Nə satıla bilirsə, o 
da qorxu törədir”. Bu yeni dinin mübariz xadimi vaxtilə, özündən üç əsrdən çox əvvəl 
Milonun  məhkəməsində  müdafiəçi  kimi  çıxış  edəndə  “O  tempera,  o  mores!”  –  “Ar 
olsun  bizim  dövrə  və  onun  qaydalarına!”  sözləri  ilə  hayqıran  Tsitseron  kimi  öz 
yaşadığı mühiti ifşa etməklə, onun haqsızlıqlarına elə bil ki, ölüm hökmü oxuyur.  
Qəddarlıq sağalmaz, bəlkə də xərçəng kimi ağır bir xəstəlikdir. Əksər hallarda 
bu  insan  təbiətindən  irəli  gəldiyi  halda,  itaət  etmək  və  qəddar  hökmdara  pərəstiş 
qaydasındakı  kölə  münasibəti  kimi  münbit  şərait  də  onun  meydana  gəlməsinə  və 
metastaz qaydada genişlənməsinə səbəb olur. Qay Yuli Sezar Katilina qəsdi müzakirə 
edilərkən  senatda  çıxış  etdikdə  Afina  tarixindən  bir  ibrətamiz  misal  gətirmişdi. 
Afinalılar üzərində qələbə çaldıqdan sonra makedoniyalılar onların dövlətinin başında 
otuz hökmdar qoydular. Onlar əvvəlcə hamının nifrətini qazanmış ən zərərli caniləri 
məhkəməsiz  edam  etdilər,  xalq  isə  bu  hadisələrə  sevinir  və  onları  bəyənirdi.  Sonra 
hökmdarlar  cəsarətlənib,  fərq  qoymadan,  öz  istəklərinə  uyğun  olaraq  adamları 
öldürməyə  başladılar,  başqalarını  isə  qorxudub  vahimədə  saxladılar.  Beləliklə  bütün 
xalq köləliyə düçar oldu və özünün səfeh sevincinin belə ağır qaydada altını çəkdi.   
Təbabət  inkişaf  etdikcə  bir  az  əvvəl  əlacı  mümkün  olmayan  xəstəlikləri  öz 
üsulları ilə müalicə etməyə müvəffəq olur. Siyasi və sosial məsələlərdə isə “təbabət” 
gücsüz  olaraq  qalır.  Siam  əkizlərini,  çox  mürəkkəb  və  çətin  cərrahiyyə  əməliyyatı 
vasitəsilə bir-birinə bağlı olan bu iki bədəni ayırmaq, aralamaq, həmin anadangəlmə  
patologiyanı  nisbətən  aradan  qaldırmaq  mümkün  olduğu  halda,  qəddarlığı  onun 
məxsus olduğu xarakterdən uzaqlaşdırmaq mümkün olmur, axı bu “Siam əkizləri” bir 
ürəkdən keçən eyni qan dövranı timsalındakı vahid şüura və xarakterə malikdir. Ona 


160 
 
görə də bu patologiyanı müalicə etmək müşkül məsələdir. Qəddarlar islah olunmurlar, 
onların  bu  dözülməz  qüsurları  yalnız  təbiətin  hökmü  və  ya  hansısa  bir  hadisə 
nəticəsində  fiziki  cəsədləri  ilə  birlikdə  dünyanı  tərk  etməli  olur.  Axı  yırtıcı  vəhşi 
heyvan  da  heç  vaxt  vegetariana  çevrilmir.  Qəddar  şəxslər  də  fauna  üçün  deyil, 
cəmiyyət üçün təhlükəli yırtıcı rolunu oynayır.  
Qəddarlar uğursuzluğa düçar olduqda hökmən paranoyyaya meyl edirlər. Onlar 
həzzlərdə  çimməkdən  də  öz  qəddarlıq  ilhamlarını  alırlar.  Ona  görə  də  eyş-işrət 
qəddarlığı  alovlandıran  yanacağa  çevrilir,  odu  alovlandıran  əlavə  oksigen 
püskürdülməsi rolunu oynayır.  
Qəddarlıq barədə çox sayda misallar gətirmək mümkündür. Lakin həmin faktlar 
da  onun  eybəcər  sifətinə  nəsə  əlavə  bir  cizgi  bəxş  etməyəcəkdir.  Digər  tərəfdən, 
keçmiş ölmür, özünün xüsusiyyətlərini gələcək əsrlərə də ötürməyə çalışır.  
 
Əxlaq pozğunluğu cəmiyyətin xəstəliyinə çevrilir 
 
Tarixi araşdırmalarda keçmişin iyrənc izləri arasında əxlaq  pozğunluğunun da 
ciddi qüsur olduğu aşkara çıxır, ona görə də qəddarlıq nümunələri kimi, o da mövcud 
olduğu  cəmiyyətə  ar,  biabırçılıq  xüsusiyyətləri  bəxş  edir.  Bəzi  qədim  xalqlarda 
qanqarışdırıcı  intim  əlaqə  yalnız  yuxarı  sinif  arasında  davam  etsə  də,  aşağı  siniflər 
arasında  yayılmırdı.  Qədim  Misirdə  faraonlar  sülalənin  qanının  təmizliyini  qorumaq 
üçün  öz  doğma  bacıları  ilə  evlənirdilər.  Bu  təcrübə  faraonlar  yoxa  çıxsa  da,  b.e.ə.  I 
əsrə  qədər  davam  etmişdi.  Çünki  VII  Kleopatra  (b.e.ə.  69-30-cu  illər)  Böyük 
Aleksandrın ordusunun sərkərdələrindən biri və o, öləndən sonra Misirdə çarlıq edən 
Ptolomeyin sülaləsinin davamçısı olsa da, özündən kiçik qardaşının arvadı olmalı idi. 
Sezarın  müdaxiləsi  ilə  Kleopatra  taxt-taca  sahib  olduqdan  sonra  qardaşı  da 
öldürülməklə,  bu  məsələ  öz  “uğurlu”  həllini  tapmışdı.  Kleopatra  əvvəlcə  Sezarın 
məşuqəsi, sonra isə Mark Antoninin arvadı olmuşdu.  
Yəqin ki, bu qədim ənənənin təsiri altında Misirdə sevgililər bir-birinə “qardaş” 
və  “bacı”  kimi  baxırdılar,  baxmayaraq  ki,  qardaş-bacı  nikahı  ölkənin  çar  ailəsi  ilə 
məhdudlaşırdı. Bibliyanın “Şərqilər şərqisi” kitabında da çar Solomon üzüm bağında 
vurulduğu  sadə  kəndin  qızı  Sulamitə  başqa  əzizləyici  adlarla  yanaşı,  “bacı”  deyə 
müraciət edir. Görünür, bu ənənə Misirin sərhədləri daxilində qapılıb qalmamışdı.  
Yunanıstanda əsasən ordudan gələn təsirlər hesabına homoseksual əlaqələr adi 
hal sayılırdı, yaşlı döyüşçülərin öz himayələrində olan gənc döyüşçülərlə belə əlaqəyə 
girməsi çox geniş yayılmışdı. Böyük Aleksandrın da dostu Hefestionla yaxınlığı sirr 
deyildi, Roksanaya evlənəndən sonra da bu əlaqə davam edirdi və bu oğlanın vaxtsız 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə