Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə70/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   66   67   68   69   70   71   72   73   ...   97

151 
 
iyrənc  qüsurlar  daha  da  böyüyür,  şişir,  eybəcərliyi  ilə  rəmzə  çevrilərək,  tarixin 
səhifələrini işğal etməyə başlayır.  
Qəddarlıq,  adamları  əzaba  düçar  etmək  vasitələri  də  zənginləşirdi.  Misir 
piramidaları  nəhəng  tikililər  olmaqla  ən  faydasız  obyektlər  hesab  olunur,  çünki 
ağlasığmaz  zəhmət  sərfi,  daha  doğrusu  israfı  hesabına  başa  gələn  bu  ehramlar 
faraonun  cəsədini  qoruyan  sərdabə  rolunu  oynamalı  idi.  Onları  əsasən  mövsümi 
işçilər  tikirdilər.  Yay  aylarında  Nil  çayı  daşanda  əkinçilər  özlərinin  kənd  təsərrüfatı 
iqtisadiyyatına ziyan vurmadan bu tikintilərdə çalışırdılar. 25 milyon ton ağırlığındakı 
daş  blokların  daşınmasından  və  ucaldılmasından  əmələ  gələn  bir  neçə  nəhəng 
piramidanın  tikintisinə  bir  əsrə  qədər  vaxt  lazım  gəlirdi.  İnşaatçıların  əksəriyyəti  öz 
zəhmətlərinin  nəticəsini  görmürdü.  Guya  bu  piramidalarda  uyuyanlar  həmin 
sərdabələrdən  əbədi  həyata  qalxa  bilərdilər,  axı  onlar  allah  hesab  olunurdular.  Əgər 
faraonlar  əbədi  bir  şərəfdə  səyahət  etsəydilər,  guya  yer  üzərindəki  həyat  da 
çiçəklənəcəkdi.  
Qədim  dünya  ümumiyyətlə,  insanın  gözləri  qarşısında  qəddarlıqlar  səhnəsi, 
qırğınlar mənzərəsi kimi canlanır.  
Köhnə  Babilistan  imperiyasının  banisi  və  heç  şübhəsiz,  ən  böyük  amorit 
hökmdarı olan Hammurabi (b.e.ə. 1792-1750-ci illərdə çarlıq etmişdi) öz qəddarlığını 
məğrurluqla bəyan edirdi: “Mən yuxarıda və aşağı ərazidə düşməni kökündən məhv 
etdim”. Həqiqətən də o, hökmranlıq etdiyi dövrdə öz ölkəsinin ərazisini müharibələr, 
məkrli  ittifaqlar  və  asılılığa  salan  müqavilələr  vasitəsilə  doqquz  dəfə  böyütmüşdü. 
Lakin  Hammurabi  tarixə  öz  işğallarına  görə  deyil,  daha  çox  dünyada  ilk  və  böyük 
hüquqşünaslıq sənədi olan qanunlar toplusuna  – “Hammurabi kodeksi”nə görə daxil 
olmuş və bütün dövrlər üçün məşhurluğa qovuşmuşdu. Napoleonun da dühasının irsi 
kimi qələbələrinin izi deyil, məhz “Mülki kodeksi” qalmışdır və bu sənəd çox sayda 
dövlətlərin qanunlarının binövrəsi rolunu oynamışdır. Hammurabi özünün bu məşhur 
işini  “dinat  misarim”  –  “ədalətli  qaydanın  verdiktləri”  adlandırmışdı,  özü  isə  daim 
məhz “ədalətli çar” adlanmağını arzu edirdi.  
B.e.ə.  1225-ci  ildə  Assuriya  çarı  Tikultu-Minutra  Babili  tutub,  öz 
salnaməçilərinə göstəriş verdi ki, bu barədə belə məlumat versinlər: “Mən Babilistan 
çarını əsir götürdüm və onun məğrur boynu ilə ayaqyolu oturacağı kimi davrandım. 
Beləliklə, mən bütün Şumerin və Akkadın ağası oldum və öz səltənətimin sərhədini 
Aşağı dənizin üstündə qoydum”.  
     İsrail çarı David (b.e.ə. 1000-970-ci illərdə hökmranlıq etmişdi) bir neçə işğalından 
sonra təslim edilmiş xalqlarla olduqca sərt davranmışdı. Bibliyada “Semyuelin ikinci 
kitabı”nda deyilir ki: “Sonra David Moabitləri məğlub etdi. O, əsirləri torpağın üstünə 


152 
 
uzandırdı  və  hər  üçündən  ikisini  ölümə  məhkum  etdi.  Beləliklə  Moabitlər  onun 
təbəəsi  oldular  və  ona  vergi  verirdilər.”  Həmin  kitabdakı  “Davidin  qələbə  şərqisi” 
fəslində  isə  onun  öz  dilindən  deyilir  ki,  “Mən  onları  (düşmənləri-  müəllif)  tarmar 
etdim və onlar toza çevrildilər, / Mən onları palçıq kimi tapdaladım.”    
B.e.ə.  883-859-cu  illərdə  Assuriyada  çarlıq  etmiş  Aşşurnasirpal  Şimali 
Mesopotamiyanı,  Şimali  Suriyanı  və  Finikiyanı  işğal  etmişdi.  Məğlub  etdiyi 
düşmənlərini  lovğalıqla  belə  xatırlayır:  “Mən  onların  döyüşçü  qruplarından  3000-ni 
silahla  doğradım…  Onlardan  götürdüyüm  çox  sayda  əsirləri  odda  yandırdım. 
Çoxlarını  diri  ələ  keçirdim,  onlardan  çoxunun  əllərini  biləkdən  kəsdim,  digərlərinin 
burunlarını,  qulaqlarını  və  barmaqlarını  kəsdim,  çox  sayda  əsgərlərin  gözlərini 
çıxartdım… Onların cavan kişilərini və qadınlarını ölüncəyə qədər odda yandırdım”.  
Üç əsr keçməmiş İsrail çarı Davidin öz ölkəsi yadellilərin işğalına məruz qaldı. 
B.e.ə. VIII əsrin sonunda Assuriya çarı Sennaxerib Yerusəlimi mühasirəyə aldı.  
Sennaxerib (b.e.ə. 704-681-ci illərdə hökmranlıq etmişdi) Yerusəlimin b. e. ə. 701-ci 
ildə  baş  verən  mühasirəsini  belə  qeyd  edir:  “Yəhudilər  mənim  zülmümə  tabe 
olmadıqda,  onların  güclü  şəhərlərindən  46-nı  mühasirəyə  aldım…  Mən  onlardan 
200.150  adamı,  cavanları  və  qocaları,  kişiləri  və  qadınları  ölkədən  kənara  qovdum, 
həmçinin  saysız-hesabsız  atlarını,  qatırlarını,  eşşəklərini,  dəvələrini  qənimət 
götürdüm.  Özümü  Yerusəlimdə  saray  iqamətgahında  qəfəsdə  olan  quş  kimi  əsir 
etdim. Onları (şəhərləri – müəllif) ilə torpaq işləri ilə mühasirəyə aldım ki, öz şəhər 
qapılarını tərk edənlər cana doysunlar”.  
Yalnız  hücum  edən  qoşun  arasında  baş  verən  qorxulu  epidemiya  ona  böyük 
ziyan  vurduqda,  Sennaxerib  şəhəri  tutmaq  məqsədindən  vaz  keçdi.  Yəhudilərin 
şişirtməsinə görə, guya 185 min assuriyalı döyüşçü xəstəlikdən qırılmışdı. Necə olsa 
da, yəhudilərin lənəti öz işini görməkdə davam etdi və b.e.ə. 681-ci ildə Sennaxerib 
Minutra allahının məbədində öz oğlanları tərəfindən qətlə yetirildi.  
B.e.ə.  669-633-cü  illərdə  Assuriya  çarı  olmuş  Aşşurbanipal  isə  işğal  etdiyi 
Babillə  necə  davrandığını  belə  təsvir  edir:  “Mən  (haqqımızda)  böhtan  danışanların 
dillərini  boğazından  çıxardım…  Mən  onları  qəti  olaraq  məğlub  etdim.  Digərlərini 
diri-diri,  himayəçi  ilahələrimizin  heykəllərini  dağıtdıqları  qaydada  əzdim,  necə  ki, 
mənim babam Sennaxerib onları əzmişdi, – indi mən nəticədə onun ruhuna gecikmiş 
də  olsa,  dəfn  qurbanı  verirəm.  Mən  onların  cəsədlərini  kiçik  parçalara  bölüb,  itlərə, 
donuzlara,  …  quzğunlara,  göydə  uçan  quşlara,  həmçinin  dənizlərdəki  balıqlara 
yedirtdim.  Bunlardan  sonra  böyük  allahlarımızın,  mənim  ağalarımın  ürəklərini 
yenidən  sakitləşdirdim.  Taundan  ölənlərin  cəsədlərini  itlər  və  donuzlar  yeyib 
doyduqdan sonra, kənara uzaqlaşdırdım. Onlar, həm də dəhşətli aclıqdan həyatlarını 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə