Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə69/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   65   66   67   68   69   70   71   72   ...   97

149 
 
“panteolunda”  uyuyanların  sayı-hesabı  yoxdur.  Qəddar  heç  vaxt  öz  əməllərindən 
nəinki  xəcalət  çəkmir,  əksinə,  bu  insanlıqdan  kənar  olan  əllaməlikləri  barədə  daim 
iftixarla danışır, öz biabırçı “igidlikləri” barədə söhbət açmaqdan da həzz alır. Onların 
iyrənc  etirafları  bu  əməllər  barədə  daha  geniş  və  “maraqlı”  mənzərə  yaradır,  çünki 
başqalarının hekayətlərində bəzən mühüm detallar unudula, həm də şişirtmələrə və ya 
hansısa qərəzliliyə yol verilə bilər.  
Tarixçilər  də  belələri  haqqında  bol  məlumatlar  verirlər.  Axı  adətən  onların 
yazılarında  sadə  insanların  güzəranı,  ehtiyacları,  çətinlikləri,  bədbəxt  taleləri  barədə 
çox  az  söhbət  açılır,  bəzən  cəmiyyətin  bu  qalın  plastı,  ən  böyük  təbəqəsi, 
ümumiyyətlə,  tədqiqatçıların  diqqətini  cəlb  etmir.  Lakin  taxt-tac  sahiblərinin 
məişətindəki və ya sağlamlığındakı, xarakterindəki problemlərlə yanaşı, arvadlarının, 
məşuqələrinin,  kraliçaların  isə  məşuqlarının  özlərini  necə  aparması,  şıltaqlıqları  ən 
yağlı boyalarla təsvir edilir. Onları qınamaq da düzgün olmazdı, axı hökmdarlar özləri 
ilə  yanaşı,  həm  də  ölkəni,  xalqı,  təbəələrini  təmsil  edən  baş  qəhrəman  qiyafəsində 
səhnəyə  çıxırlar,  onlar  öz  davranışları  ilə  cəmiyyətdəki  mənəvi  mühitin  hansı 
hərarətdə  olmasını  müəyyən  etməklə  kifayətlənməyib,  həm  də  cəmiyyət  üzvlərinə 
güclü  təsir  göstərir,  pis  nümunələri  ilə  güclü  deformasiyaların  meydana  gəlməsinə 
səbəb  olurlar.  Həm  də  onlar  xalqı,  ölkəni  tez-tez  müharibələrə,  sarsıntılara  cəlb 
etməklə  daim  diqqət  mərkəzində  olurlar.  Hökmdarın  sevdiyi  bir  qadına  yiyələnməsi 
üçün və printsə malik olmaq naminə arvadını boşaması da siyasi əhəmiyyət kəsb edən 
bir  məsələyə  çevrilir,  arvadlarını  qətlə  yetirmək  isə  onun  heybətliliyindən  qorxu 
hissini  daha  da  artırır.  Böyük  Karlın,  VIII  Henrinin  və  Napoleonun  arvadlarını 
boşaması və yeni izdivacları əslində həm də böyük siyasi hadisə xarakteri daşıyırdı. 
İngilis  kralının  timsalında  isə,  onun  sevdiyi  Anna  Boleynlə  evlənməsi  üçün  birinci 
arvadını  boşaması  İngiltərə  kilsəsinin  Roma  Papası  ilə  münasibətlərinin  tamamilə 
kəsilməsi, ölkənin katolik məzhəbindən uzaqlaşmaqla protestantlığa keçməsi hesabına 
geniş dini münaqişənin meydana gəlməsinə səbəb olmuşdu. 
Milyonlarla sadə adamın nikaha girməsi və ya nikahını pozması isə heç toyuq 
hinindəki  qədər  də  səs-küy  yaratmırdı.  İngiltərə  limanlarında  isə  dənizçilərin  bir 
günlük  nikahı  adi  qaydaya  çevrilmişdi.  Ona  görə  də  tarix  salnamələrində 
hökmdarların  pozğun  əxlaqlarının  anatomiyası,  əslində  patologiyası  da  geniş  təsvir 
mövzusu rolunu oynayırdı.  
Qədim  Roma  tarixçiləri  Tatsit  və  Svetoni  bu  antik  dövlətin  imperatorlarının 
dözülməz qüsurlarını qələmə almaqla, Tatsitin özünün dediyi kimi “Sine ira et studio” 
– “qəzəbsiz və qərəzsiz,” yəni təhrifə yol vermədən hadisələrin sadəcə olaraq təsviri 
kimi  bir  vəzifəni  həyata  keçirirlər.  Tatsit  inanırdı  ki,  tarix  əxlaqi  niyyətə  malikdir: 


150 
 
“Bu,  mənə  belə  görünür  ki,  tarixçinin  başlıca  vəzifəsi  buna  əmin  olmaqdır  ki,  o, 
ləyaqəti  çatdırır  və  gələcəkdə  məhkum  ediləcəyindən  qorxuya  görə  şər  əməllərə  və 
sözlərə qarşı çıxır”.  
Onsuz  da  onların  qələmə  aldıqları  həmin  dövrdə  və  xeyli  sonralar  də  xalqa 
məlum idi, axı hökmdarın istər nəcib, istərsə də çox sayda olan eybəcər əməli və ya 
əxlaq  nümunələri  dillərə  düşür,  tarixçilərin  isə  xidməti  ondan  ibarətdir  ki,  onlar  bu 
həqiqətlərin sonrakı nəsillərə çatdırılması kimi bir xeyirxah işi görürlər. Qəddarlıq bu 
imperatorların,  müasir  dillə  desək,  elə  bil  ki,  DNK-larına  (DNT-lərinə)  yazılmışdır. 
Məgər  tarixçilər  qələmə  almasaydılar  da,  Kaliqulanın,  Neronun,  Kommodun, 
Karakallanın, Eloqabalın qəddarlıqları və dözülməz əxlaq pozğunluqları bir sirr olaraq 
qalacaqdımı?    Roma  əhalisinin  əksəriyyəti  bundan  hali  idi  və  onların  şahidi  olmaq 
qismətini  yaşamışdılar.  Hökmdarların  həyatı  nə  qədər  qalın  divarlar  arxasında 
gizlədilsə  də,  onların  barəsində  söhbətlərin  dolaşmasını  qadağan  etmək  mümkün 
olmur, kütlənin hamısını isə həbs etmək,  qalalara saldırmaq,  qətlə yetirmək  olduqca 
müşkül məsələdir.  
Hökmdarın  süqutundan  və  ya  ölümündən  sonra  onun  barəsindəki  söhbətlər 
təfərrüatlara yiyələnməklə genişlənir, bəzən hətta bir qədər şişirdilmiş qaydada gedir. 
Axı  insanlar  hətta  eybəcərliyi  də  qövsü-qüzeh  rəngarəngliyində  müşahidə  etməyə 
meyl edir, öz baxışlarını nəsillərdən nəsillərə ötürürlər.  
Yazıçılar da tarixin daha böyük maraq obyektinə çevrilməsi üçün öz dühalarını, 
istedadlarını  əsirgəmirlər.  Uilyam  Şekspirin  pyesləri  vasitəsilə  Qədim  Roma  və 
İngiltərə tarixinin, təsvirində dəqiqliyi təəccüb doğuran xeyli səhifələrinə bələd olmaq 
imkanı tapırsan. Valter Skott ingilis sarayının xəyanətlə dolu olan həyatını təsvir edir. 
Aleksandr Dyuma (ata), Viktor Hüqo və Lev Tolstoyun əsərlərində tarixin dəhşət dolu 
səhnələri  istedadlı  rəssam  ustalığı  ilə  göstərilir.  Onların  yaratdıqları  nəhəng 
panoramalara hansısa rəngin qatı və ya zəif olduğu da xələl gətirə bilmir.  
İnsan  dünyaya  gələndən  xatarkterində  ləyaqətlər  kimi  qüsurları  da  daşımağa 
başlayır  və  onlar  getdikcə  inkişaf  edir  və  ya  zəifləyir.  Min  illər  keçsə  də,  həyat, 
cəmiyyətlər,  mühit  dəyişsə  də,  bədbəxtlikdən  qüsurlar  nəinki  yoxa  çıxmır,  əksinə, 
daha  çox  şəkillər  alır  və  şaxələnir.  Sivilizasiyalanmış  insanın  mənfi  məziyyətləri 
cəmiyyətin  özü  kimi  yaxşı  və  pis  tərəflərə  dəyişməsindən  asılı  olmayaraq,  getdikcə 
inkişaf  edir,  yeni  formalarda  meydana  çıxır.  İnsanın  mənəviyyatına  mədəniyyət, 
yaradıcı  şəxsiyyətlər  təsir  göstərsələr  də,  onun  vicdanına  çoxlu  çağırışlar  və 
müraciətlər  edilsə  də,  həyatın  özü  daha  güclü  təsir  göstərməkdə  davam  etdiyindən 
çoxlarının  daxili  aləmində  elə  bir  müsbət  dəyişiklik  əmələ  gəlmir.  Bədbəxtlikdən, 
sivilizasiyalanmış dəyərlər sıradan çıxmağa başlayır. Daha pis cəhət orasındadır ki, ən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə