Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə72/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   68   69   70   71   72   73   74   75   ...   97

155 
 
Tiri  altı  ay  mühasirədə  saxladıqdan  sonra,  donanması  olmadığından  adadakı  şəhəri 
tuta bilmirdi, şəhərlə materiki birləşdirmək üçün bənd zolağı çəkdi. Böyük qurbanlar 
verən şəhər təslim olmağa məcbur oldu. Aleksandr sakinləri qul olmağa satdı, bəziləri 
isə  çarmıxa  çəkdirildi.  O,  Persiyadakı  gözəl  Persepolis  sarayını  yandırıb,  xaraba 
qoydu ki, Afinanın perslər tərəfindən yandırılmasının qisasını alır.  
O,  öz  dostlarına  və  silahdaşlarına  qarşı  da  qəddarlıq  edirdi.  Marakanda 
qalasındakı  ziyafətdə  uşaqlıq  dostu  Klit  yerli  perslərin  yanında,  Makedoniya  qoşun 
rəislərini lağa qoyan mahnılar oxunması ilə onlara istehza edilməsindən hiddətlənib, 
Aleksandrla  sözləşdi.  O,  Kliti  qorxaqlıqda  ittiham  etdikdə,  dostu  Qranik  döyüşündə 
onu ölümdən xilas etdiyi hadisəni yada saldı. Qəzəblənən Aleksandr mühafizəçisinin 
nizəsini qapıb, uzun illər dostluq etdiyi və həqiqi xilaskarı olan bir adamı qətlə yetirdi. 
Sonra  o,  sərkərdə  Parmenionu,  oğlu  Filotu  edam  etdikdən  sonra  onun  qisas 
alacağından qorxub qətlə yetirtdirdi. 
Tsin  Şi  Huan-di  b.e.ə.  221-ci  ildə  Çinin  birləşməsinə  və  mərkəzi  dövlət 
yaranmasına nail olanda “hökmdar” mənasını verən “van” titulundan imtina edib, ilk 
dəfə  “huan-di”  –  imperator  adına  yiyələndi.  Bundan  əvvəl  kiçik  dövlətə  başçılıq 
edəndə  isə  o,  İn  Çjen  kimi  tanınırdı.  İmperator  olduqdan  sonra  isə  yüksək 
hakimiyyətin və qüdrətin yeganə mənbəyi hesab olunurdu. Şi Huan-di ifadəsindəki şi 
– “birinci” mənasını verməklə onun ilk imperatorluğuna işarə idi, di – “Qütb ulduzu” 
demək  idi,  huan-di  isə  “parlayan  qütb  ulduzu”  ifadəsi  olmaqla,  həm  də  imperator 
mənasını  verirdi.  Deməli,  Yer  üzərindəki  hökmdar  səma  cismi  ilə  eyni  qaydada 
adlanırdı. Tsin isə sülaləsinin adı idi. O, sərhəd boyu mövcud olan divarların, məşhur 
Çin  səddinin  birləşdirilməsi  və  möhkəmləndirilməsi  işinə  sayı  yüz  minlərlə  ölçülən 
işçi  qüvvəsi  cəlb  etmişdi.  Bu  tikintilərdə  on  minlərlə  adam  ailəsindən  uzaqlarda 
həyatını  itirirdi.  Ümumiyyətlə,  o,  nəhəng  layihələr  pərəstişkarı  idi.  Çinin  bütün 
ərazisindən keçən kanal çəkdirmək istəyirdi, lakin bu layihə həyata keçmədi.  
Şi Huan-dinin hökmdarlığı dövründə adamlar təqiblər vasitəsilə nəhəng tikinti 
işlərinə cəlb edilirdi, onların çoxu da tikinti yerinə gələndə yollarda ölürdü, bir hissəsi 
isə  qaçmaqla  canını  qurtarmaq  istəyirdi.  Belə  bir  hadisə  1849-cu  ildə  Kaliforniyada 
qızıl tapıldıqdan sonra əmələ gələn ağlasığmaz “qızıl həyəcanı” vaxtı da baş vermişdi. 
Ölkənin  hər  tərəfindən  bir  andaca  varlanmağa  can  atanlar  evlərini,  işlərini  atıb,  dəli 
kimi  bura  tələsirdilər.  Hakimlər  mühakimələrini  yarımçıq  qoyub,  məmurlar  iş 
yerlərini  tərk  edib  bu  macərada  iştirak  etməyə  yollanırdılar.  Çoxları  yollarda 
xəstəliklərdən  ölürdü,  əksəriyyətinin  isə  Kaliforniyada  arzularının  puç  olması  və 
ümidlərinin dağılması ilə həyatın acı davamı gözləyirdi. Çoxları qızıl tamaq əvəzinə, 


156 
 
bütün  var-dövlətlərini,  nəhayət,  həyatlarını  itirməli  olurdular.  Çindən  fərqli  olaraq 
adamlar buna məcbur edilmirdilər, özləri könüllü surətdə bu ağılsızlığa gedirdilər.  
İmperator  Şi  Huan-diyə  gəldikdə,  o,  qəddarlığını  tez-tez  işə  salırdı,  onun 
siyasətini  tənqid  etdiyinə  görə  yüzlərlə  ziyalı  öldürülmüşdü.  Hüquqa  həsr 
olunanlardan savayı başqa mövzularda olan bütün kitablar, hətta bağçılığa və bitki ilə 
müalicə dərmanlarından bəhs edənlər də ictimai dövriyyədən təcrid edilirdi. Səbəb isə 
ondan ibarət idi ki, imperator bu bitkiləri təhlükəli və qaydanı pozan hesab edirdi. O, 
Konfutsinin kitablarını yandırtmışdı. Qay Yuli Sezar b. e. ə. 48-ci ildə Aleksandriyada 
hərbi tələ qurmaq məqsədilə öz gəmilərini yandırdıqda, yanğın məşhur Aleksandriya 
kitabxanasına  da  keçib,  onu  məhv  etmişdi.  639-cu  ildə  xəlifə  Ömər  Misiri  işğal 
edərkən  Quranda  yazılanların  vahid  və  hərtərəfli  elm  olduğunu  əsas  götürərək, 
Aleksandriya  kitabxanasını  yandırmağı  əmr  etmişdi.1258-ci  ildə  isə  Çingiz  xanın 
nəvəsi olan monqol sərkərdəsi Hulaqu Bağdadı tutduqda şəhəri qarət edib, Müdriklik 
evini dağıtmış, onun zəngin kitabxanasının bütün kitablarını Dəclə çayına atdırmışdı. 
Qəzəbi  soyumayan  monqol  xanı  xəlifə  ilə  birlikdə  şəhərin  800  mn  sakinini 
öldürtmüşdü.  Yəqin  ki,  Hitler  də  1938-ci  ildə  Nyurnberqdə  kitab  tonqallarına  yol 
açanda bu ideyanın köhnə müəllifinin bədnam irsinə əsaslanmışdı.  
Karfagen sərkərdəsi Hannibal (b.e.ə. 247-183-cü illər) cəsur olduğu qədər, həm 
də qəddar idi. İspaniyada Romanın himayəsində olan Saquntu zəbt etdikdə, o, bütün 
şəhər sakinlərinin öldürülməsini əmr etmişdi.  
Pont  çarı  VI  Mitridat  Yevpator  (b.e.ə.  132-63-cü  illər)  Romaya  qarşı  intiqam 
hissinə  görə  Kiçik  Asiya  şəhərlərində  yaşayan  bütün  romalıların  bir  gün  ərzində 
qırılmasına göstəriş vermiş və həmin gün 150 min adam qətlə yetirilmişdi.  
B.e.ə. 82-ci ildə Roma sərkərdəsi Sulla ona qarşı guya haqsızlıq edildiyinə görə 
ordusu ilə birlikdə, qanun isə buna icazə vermirdi, Romaya daxil olub, şəhəri tutdu və 
paytaxtda  görünməmiş  terror  başlandı.  “Terror”  latın  dilində  “dəhşət”  deməkdir. 
Romanı bu vaxt əsl dəhşət bürüdü. Əgər quldarla qul arasındakı antaqonizmə görə qul 
ağasının potensial düşməni hesab olunurdusa, Sulla şübhələndiyi adamların hamısını 
öz  gözündə  düşmən  kimi  görürdü.  O,  cəzalandırmaq  istədiyi  adamların  siyahısını 
tutdururdu. Proskriptsiya adlanan bu siyahıya düşənlər qanundan kənar elən edilməklə 
qətlə  yetirilirdi,  həm  də  bu  eybəcər  tədbir  təkcə  Romada  deyil,  İtaliyanın  digər 
şəhərlərində  də  tətbiq  olunurdu.  Humanistlik  edib,  özünü  xilas  etmək  istəyənlərə 
evində  sığınacaq  verənləri  də  ölümlə  cəzalandırırdı.  Bu  vaxt  qardaş  qardaşı,  oğul 
atanı,  ata  oğulu  bu  siyahılara  saldırmağa  can  atırdı  ki,  onların  mülkiyyətinə  sahib 
olsun.Yalnız  arvadlar  ərlərinə  qarşı  öz  sədaqətlərini  qoruyub  saxlamaqla,  belə 
cinayətə nisbətən az gedirdilər. Bu adamları qətlə yetirənlərə hətta mükafat verilirdi, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə