Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə71/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   67   68   69   70   71   72   73   74   ...   97

153 
 
itirənlər  Babilin  küçələrində  hərəkətə  mane  olurdu,  Babilin  sarayları  cəsədlə 
dolmuşdu”.  
Assuriya imperiyası tarixdə bəşəriyyət üçün lənət simvolu sayılan ilk imperiya 
idi.  Assuriyalılar  əsirləri  qullara  çevirirdilər.  İşğal  edilmiş  ərazilərdə  adamlar 
müqaviləni  pozduqda,  hətta  ən  xırda  xətalara  görə  ən  sərt  cəzalara  məruz  qalırdılar. 
Orta  əsrlər    Yaponiyasında  da  dəhşətli  amansızlıq  hökm  sürürdü,  ölüm  hökmündən 
başqa  bir  cəza  yox  idi.  Cəzanı  çəkmək  üçün  məhbəslər  də  yox  idi.  Dustaqxanalar 
yalnız  ölüm  cəzasını  gözləyənləri  saxlamağa  xidmət  edirdi.  Assuriyadakı  həmin 
cəzalara isə oğlunu qurban vermək və ya bir girvənkə yun yemək və çox miqdarda su 
içmək daxil idi. Axırıncı cəza sonra əzablı ölümlə nəticələnirdi.  
Assuriyanı tarix səhnəsində varis kimi əvəz edən Yeni Babilistan hökmdarları 
da  qəddarlıq  prinsipindən,  qan  tökmə  rasionundan  uzaqlaşmırdılar.  Ən  məşhur 
hökmdar olan II Nabuhadonosor b.e.ə. 604-cu ildə hökmranlığa başlamamışdan əvvəl 
misirliləri  qəddarlıqla  müşayiət  olunan  qanlı  müharibədə  tar-mar  etdikdə,  atasının 
ölüm  xəbərini  eşidib  Babilə  qayıdaraq,  taxt-taca  sahib  olmuşdu.  O,  597-ci  ilin 
martında Yerusəlimin işğal etdi və çarları ilə birlikdə 3 min nəfər yəhudi Babilistana 
sürgün edildi. Səkkiz il sonra İudeya qiyam qaldırdıqda Yerusəlim 18 ay mühasirədə 
qalıb,  nəticədə  təslim  oldu  və  bütünlüklə  dağıdıldı.  Minlərlə  yəhudi  “Babilistan 
əsirliyinə”  göndərildi.  İki  min  altı  yüz  il  sonra  belə,  yəhudilər  “Babil”  kəlməsini 
yalnız  böyük  nifrət  və  qəzəblə  dillərinə  gətirirlər.  Çar  David  duşmənlərini  məhv 
etməklə  öyünürdü,  ancaq  onun  ölkəsinin  və  xalqının  başına  dəfələrlə  daha  dəhşətli 
bəlalar  gəldi.  O,  oğlu  Solomon  kimi  müdrik  olmasa  da,  taleyin  üzünün  dönməsi 
ehtimalının mövcudluğunu yaddan çıxarmamalı idi.  
Bir neçə əsr sonra böyük və gözəl Karfagen şəhərini romalılar b.e.ə. 146-cı ildə 
işğal  edib  yandırmaqla,  eyni  adlı  dövlətin  varlığına  da  son  qoydular.  Qalib  Roma 
sərkərdəsi  Kiçik  Stsipion  Emilian  məhz  belə  bir  dəhşətin  Romanı  da  haqlayacağını 
uzaqgörənliklə  hiss  etmişdi.  O,  şəhərin  viran  qoyulmasının  dəhşətli  səhnəsini 
müşahidə  etdikdə  göz  yaşları  axıtmış  və  düşmənin  taleyinə  açıqca  ağlamışdı.  Bu 
mənzərə bir vaxtlar məğrur şəhər olan Troyanın, assuriyalıların, midiyalıların, böyük 
Persiya  imperiyasının  talelərini  yada  salırdı.  Tarixçi  Appianın  yazdığına  görə, 
Stsipion təsirlənib Homerin “İliada”sından Troyanın bütünlüklə məhv olması barədəki 
sətirlərini  söylədi.  Onun  müəllimi  və  dostu  olan  görkəmli  tarixçi  Polibi  bu  sözlərlə 
nəyə  işarə  etdiyini  soruşduqda,  o,  tərəddüd  göstərmədən  öz  şəhərinin  adını  çəkdi, 
insan  işlərinin  dəyişkən  olduğunu  güman  etdiyindən,  Romanın  taleyinə  görə 
qorxduğunu söylədi.  


154 
 
David  isə  taleyin  daim  onun  xalqına  himayə  göstərəcəyini  güman  etdiyindən, 
onun  mümkün  dolanbaclarına  göz  yummuşdu.  Babilistan  əsarəti  qədim  yəhudiləri 
dəhşətli  sınağa  çəkmişdi.  Peyğəmbər  Yeromiya  Yerusəlimin  işğal  edilməsinin  və 
dağıdılmasının  şahidi  olmuşdu.  Bibliyanın  “Ağılar”  kitabında  şəhərin  bədbəxtliyinə 
bəslənən  kədər  və  hüzn,  onun  acı  dərdləri  tükürpədən  cizgilərlə  təsvir  edilir: 
“Müharibədə  həlak  olmaq  sonra  ölməkdən  yaxşı  idi,  çünki  adamlar  aclıqdan  yavaş-
yavaş  ölürdü,  onları  saxlamaq  üçün  heç  bir  qida  yox  idi.  Xalqımın  üstünə  gələn 
bədbəxtlik dəhşət doğurur; sevən analar qida əvəzinə öz uşaqlarını isti suda qaynadıb 
yeyirdilər”. 
“Babil  əsirliyi”  dövrü  həm  də  yəhudi  dininin-  iudaizmin  və  onun  sərt 
qanunlarının  formalaşması  üçün  həlledici  əhəmiyyətə  malik  oldu.  Bu  din  yad 
xalqların  əhatəsində  yəhudilərdə  vahid  bir  xalqa  məxsusluq  hissini  qoruyub 
saxlamağa kömək etdi. B. e. ə. 445-ci ildə müqəddəs mətnlər olan Tora tərtib olundu, 
bu toplu iudaizm ardıcıllarının bütün həyatını tənzim edən göstərişlərdən ibarət idi.  
Bizim  eranın  70-ci  ilində  isə  Roma  imperatoru  Vespasianın  sərkərdə  oğlu, 
gələcək  imperator  Tit  yəhudi  üsyanını  rəhmsizcəsinə  yatırdıqda,  bu  vaxt 
Yerusəlimdəki çar İrodun tikdirdiyi Məbəd yandı və bir daha bərpa olunmadı, ondan 
yadigar kimi yalnız “Ağlama divarı” adlanan Qərb divarı qalır.  
Palestina romalılar tərəfindən imperiyaya anneksiya edildi və yəhudilər tədricən 
Roma  imperiyasının  digər  hissələrinə  yayıldılar.  Əsrlər  ərzində  yəhudilərin  bir 
ölkədən başqasına keçməsi və ya diaspora bu əzabkeş xalqın mövcudluğunun mərkəzi 
faktına  çevrildi.  Davidin  düşmənlərinə  qarşı  amansızlığı  daha  böyük  miqyasda  öz 
xalqına  qarşı  tətbiq  edildi.  XV  əsrin  sonunda  sefard  yəhudilər  kütləvi  şəkildə 
İspaniyadan  qovulduqda,  onlara  daha  çox  sığınacaq  verənlərdən  biri  Osmanlı 
imperiyası oldu. XX əsrin 30-cu və 40-cü illərində isə antisemitizm Hitler diktaturası 
dövründə  genosid  siyasətinə  və  praktikasəna  çevrildi.  Yəhudilərə  qarşı  aparılan 
Holokost tarixin ən dəhşətli epizoduna çevrildi, 6 milyona qədər yəhudi öz həyalarını 
natsistlərin ölüm düşərgələrində, həmçinin aclıqdan və xəstəliklərdən qurban verməli 
oldu. 
Böyük Aleksandrın (b.e.ə. 356-323-cü illər) böyük qələbələri ilə yanaşı heç də 
az  əhəmiyyət  daşımayan  xidməti  yunan  sivilizasiyasının  xilas  etməsi  idi.  Çünki  o, 
b.e.ə.  334-cü  ildə  Asiyaya  yürüşünü  başlayanda  Ellada  zəifləmiş,  Persiya 
güclənmişdi. Lakin Aleksandr şöhrətpərəst olduğu kimi, həm də qəddar idi. Avropada 
vuruşarkən  qonşu  Fivanı  təslim  etdikdə  və  viran  qoyduqda,  kiçik  bir  istisna  nəzərə 
alınmasa, şəhərin sakinlərini qul olmağa satmışdı. Bununla o, digər yunan dövlətlərini 
qorxutmaq  istəyirdi.  Asiya  işğalları  vaxtı  isə,  b.e.ə.  332-ci  ildə  Finikiya  şəhəri  olan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə