Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə67/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   63   64   65   66   67   68   69   70   ...   97

145 
 
həm də insan gücündən kənarda olan bir yükü- dövlətin bütün idarəetmə maşınını öz 
şəxsində mərkəzləşdirməsi idi.  
    Ləyaqətlilik standart, etalon kimi götürüldükdə, sadalanan liderlərin bir çoxu heç də 
onun  bütün  tələblərinə  cavab  verə  bilmir,  onlar  müəyyən  qüsurlardan  da  xali 
deyildilər. Fransa kralı XİV Lui və Prussiya kralı II Fridrix müharibəyə şərəf çələngi 
mənbəyi  kimi  baxdıqlarından  öz  ölkələrini  belə  pis  siyasətin,  sərt  qaydada  deyilsə, 
qurbanlarına çevirirdilər.Günəş Kraldan bir əsr sonra hakimiyyətə gələn həmin Böyük 
Fridrix öz sələfindən fərqli baxış nümayiş etdirərək, kralda “dövlətin birinci nökərini” 
görürdü.  
Habsburqlar  sülaləsindən  olan,  1780-1790-cı  illərdə  Avstriya  kralı  olmuş  II 
İosif  isə  öz  fikrini  belə  ifadə  etmişdi:  “Mən  öz  ölkəmdə  qanun  vermək  fəlsəfəsini 
yaratmış,  onun  məntiqi  tətbiqi  Avstriyanı  dəyişdirəcəkdir”.  O,  həqiqətən  də  nəcib 
tədbirlərə əl atırdı, təhkimçiliyi ləğv etmişdi və hamının qanun qarşısında bərabərlik 
prinsipini elan  etmişdi.  On  illik  hakimiyyəti  dövründə  II İosif  Avstriyanı  dəyişikliyə 
məruz qoymaq cəhdində 6 min dekret və 11 min qanun imzalamışdı. Ancaq özünün 
daim uğursuz olması düşüncəsi onun öz qəbir daşı üçün yazdığı epitafiyadan da açıq 
görünür: “Burada, etdiyi hər şeydə uğursuz olan II İosif uyuyur”. Bu sözlərdə həm də 
uzağa  gedən  bir  həqiqət  var  idi.  Taxt-tacdakı  varisləri  də  onun  islahat  cəhdlərinin 
çoxunu məhv etdilər. 
İosifdən fərqli olaraq, bəziləri taeyin onları sınağa çəkəcəyini, məğrurluqlarına 
görə  heç  ağıllarına  da  gətirmirdilər.  Belələri  meydana  çıxan  siqnallara  da  məhəl 
qoymurdular. Napoleon Bonapart 18 bryumer çevrilişindən (1799-cu ilin noyabrında 
baş  vermişdi)  sonra  Sen-Klu  qəsrində  lovğalıqla  demişdi:  “Mənim  arxamca  Qələbə 
ilahəsi və Uğur ilahəsi addımlayır.” Bu sözləri deyəndən sonra onun ürəyi getmişdi. 
Lakin o, bu ibrətamiz hadisədən də nəticə çıxarmadı. Rusiya yüryşündə və Vaterloo 
döyüşündə artıq onu Məğlubiyyət ilahəsi, Müqəddəs Yelena adasında isə məhvedici 
Bədbəxtlik ilahəsi izləyirdi. 
 XX əsrin ən böyük mübarizlərindən və ən nəcib şəxsiyyətlərindən biri olan Mahatma 
Qandi  (1869-1948-ci  illər)  Hindistanın  atası  hesab  edilir.  Mohandas  Kramçand 
Qandiyə  xalq  tərəfindən  “Mahatma”  və  ya  “Böyük  Könül”  adı  verilmişdi.  İlk  dəfə 
onun  haqqında  bu  titulu  Rabindranat  Taqor  hələ  1915-ci  ildə  işlətmişdi.  Bütün 
liderlərdən onu fərqləndirən, Britaniya ağalığına qarşı mübarizəsində yeni, Satyaqraha 
adlanan, bu, hərfi mənada “həqiqətdə səbat göstərmək” demək idi və zorakı olmayan 
bir  taktikanı  seçməsi  idi.  Onun  zorakılıq  etməmək  fəlsəfəsi  (Catyaqraha)  dinc 
dəyişiklilər tərəfdarlarının hərəkatına böyük təsir göstərdi. 


146 
 
      O, Londonda hüquqşünas təhsili almış, Cənubi Afrikadakı Natalda ağlar tərəfidən 
pis  münasibət  bəslənən  hind  immiqrantlarının  mənafeyini  müdafiə  etmişdi.  Burada 
Satyaqraha adlanan passiv müqavimət bir sıra siyasi uğurlar gətirmişdi. 1914-cü ildə 
Hindistana  qayıdıb,  beş  il  sonra  Britaniya  hökumətinə  qarşı  Satyaqraha  hərəkatını 
təşkil etmişdi, yerli sənətləri, istehsalı və siysi müstəqilliyin (suarac) əldə edilməsini 
təbliğ edirdi. Onun  siyasəti Britaniya mallarının ümumi boykotu və Mopla qiyamı ilə 
nəticələndi. 1925-ci ildə Hindistan Milli Konqressinin sədri seçildi. Bundan əvvəl iki 
il  məhbəsdə  yatmışdı.  Sonra  yenidən  həbs  olundu.  1931-ci  ildə  sülh  bağladı  və 
Londondakı  Dəyirmi  Masa  konfransında  iştirak  etdi.  1932-ci  ildə  “toxunulmazlara” 
qarşı olduqca pis münasibətə etiraz edərək, aclığa başladı və onların xeyrinə müqavilə 
bağlanmasına nail oldu. Britaniyanın geri çəkilməsini tələb etdiyinə görə 1942-ci ildə 
bir daha həbs edldi. Müstəqil Hindistan dövlətinin yaradılması üçün danışıqlar apardı. 
    Hindistanın  müstəqillik  qazanması  təntənələrində  iştirak  etmədi,  bunun  əvəzinə  o, 
Kəlküttəyə yollanıb, hinduistlərlə müsəlmanlar arasındakı qanlı münaqişəni yatırmağa 
calışdı.  Ölüm  təhlükəsi  altında  olsa  da  buna  nail  ola  bildi.1948-ci  ilin  əvvəlində 
axırıncı aclıq aksiyasına başladı və bu öz həyatını qurban vermək aksiysı cəmiyyətə 
xeyli təsir göstərdi, əks qütbdə olanlar kompromissə getməklə, Dehlidə millətlərarası 
münaqişə dayandırıldı. Həmin il yanvarın 30-da Qandi bir hinduist fanatik tərəfindən 
qətlə yetirildi. O, təkcə mübarizə dühası deyildi, həm də qeyri-adi bir humanist idi, öz 
mübarizəsində şərə zorakılıqla müqavimət göstəməməyi təbliğ edirdi. 
   Hindistanın baş naziri Cəvahirləl Nehru xalqa böyük liderin ölüm xəbərini radio ilə 
çatdıranda demişdi: “Bizim həyatımızın işığı söndü. Hər yeri qaranlıq bürüdü. Bizim 
sevimli  rəhbərimiz  Bapu  (“ata”  deməkdir-  müəllif),  necə  ki,  biz  onu  adlandırırdıq, 
artıq aramızda yoxdur.... İşıq sönmüşdür mən dedim, lakin bu səhvdir.. Çünki bizim 
ölkədə parlayan işıq heç də adi işıq deyildi.” 
  Bu zahirən kiçik adamın ideyalarının və ideallarının gücü, onlara pərəstişə görə elə 
böyükdür  ki,  qatilin  güllələri  onları  məhv  etməyə  qadir  deyildir.  Qandi  bütün 
bəşəriyyətin  vicdanının  ruporuna  çevrildi.  O,  təkcə  Hindistanda  parlayan  olmayıb, 
haqqı  sevənlərin  ürəyinə  şüa  salan  bir  işıq  idi.  Onun  şəxsiyyətinə  düha  nişanı 
vurulduğunu  çoxları  etiraf  edir,  həm  də  onu  da  qeyd  edirdilər  ki,  dahi  adamlardan 
adətən yaxşı siyasətçi çıxmır, nadir istisna isə məhz Qandi idi. Bu fiziki cəhətdən zəif 
bir insanda polad kimi möhkəm, qaya kimi sarsılmaz olan nəsə bir şey var idi. Onu 
zorakılığa əl atmamaq apostolu sayırdılar. Albert Eynşteyn Qandinin 70 illik yubileyi 
münasibətilə söylədiyi nitqində demişdi ki: “Bəlkə də gələcək nəsillər sadəcə olaraq 
inanmayacaqlar ki, adi candan və qandan olan belə bir adam bu günahla dolu torpaq 
üzərində addımlamışdır.”  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə