Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə64/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   60   61   62   63   64   65   66   67   ...   97

139 
 
becərdiyi kələmi iftixar hissi ilə nümayiş etdirərək, öz sonrakı fəaliyyətinin heç də az 
sevinc gətirməyən bir iş olduğunu bildirmişdi.  
B.e.ə. IV əsrin əvvəllərində hərbi tribun vəzifəsi ali hakimiyyətə yiyələndikdə, 
onu icra edən Mark Furi Kamill də böyük şöhrətə yiyələnmişdi. Romalılar Etruriyanın 
ən  gözəl  şəhəri  sayılan  Veyiyə  qarşı  müharibənin  onuncu  ilində  Kamilli  diktator 
seçdilər və o, yeraltı lağım qazmaq yolu ilə uzun dövr ərzində mühasirədə olan şəhəri 
tuta bildi. Faleriya şəhərini mühasirədə saxlayanda isə qeyri-adi bir hadisə baş verdi. 
Bir  müəllim  öz  şəhərinə  xəyanət  edərək,  dərs  dediyi  uşaqları  gəzmək  bəhanəsi  ilə 
şəhər  qapısından  çıxarıb,  Kamillə  girov  kimi  təhvil  vermək  istəyəndə,  sərkərdə 
müəllimi  cəzalandırıb,  uşaqları  geri,  valideynlərinin  yanına  qaytardı.  O,  bildirdi  ki, 
müharibə şərdir. Onu ədalətsizliyin və zorakılığın köməyi ilə aparırlar, lakin namuslu 
adamlar  üçün  müharibədə  də  bəzi  qanunlar  vardır.  Qələbənin  faydası  alçaqlıq  və 
cinayət yolu ilə əldə edilirsə, ona can  atmaq olmaz. Bu sözləri o, həmin alicənablıq 
hisslərini  ətrafındakılara  da  təlqin  etmək  üçün  deyirdi.  Şəhər  sakinləri  uşaqlarını 
salamat gördükdə və hadisədən hali olduqda Kamilli özlərinin xilaskarı adlandırdılar 
və elçiləri vasitəsilə ona bildirdilər ki, təslim olurlar. Kamill qan axıtmadan zəfər çaldı 
həm də şəhəri qarət etməyə, oradan qənimət götürməyə icazə vermədi.  
Kamill iki dəfə Romanı – əvvəlcə qallardan, sonra isə qaragüruhun anarxiyası 
təhlükəsindən  –  xilas  edəndə  böyük  cəsarət  və  iradə  nümayiş  etdirmişdi.  Romalılar 
şəhəri  qallara  təhvil  vermək  barədə  danışıqlar  aparanda,  özünü  yetirən  Kamill  bir 
diktator kimi düşmən tərəfin nümayəndələrinə çıxıb getməyi əmr etdi. Sonra qallara 
döyüşdə qalib gəlib, Romanı biabırçı işğaldan xilas etdi.  
Bir  qədər  sonra  qaragüruh  xalqda  vahimə  yaradıb,  Forumda  iğtişaşlar 
törədəndə,  yenidən  hərbi  tribun  seçilən  Kamill  onların  azğınlaşmış  başçısı  Mark 
Manlini  məhkəməyə  verdirdi  və  o,  təqsirkar  elan  edilərək,  edam  qaydasında 
Kapitolidəki  qayadan  atıldı.  Vaxtilə  o,  bu  təpə  qallardan  müdafiə  olunanda  böyük 
xidmətlər göstərmişdi.  
Beləliklə,  Kamill  iki  dəfə  Romanı  məhvedici  təhlükədən  xilas  etmişdi,  bu 
xidmətlərinə  görə  o,  “Romanın  ikinci  əsasını  qoyan”  titulunu  almışdı.  Quduz 
Manlilərə isə müasir həyatda da rast gəlinmişdir. 
 
  Hindistan çarı Aşoka və Şərq sivilizasiyalarında təhsilə, elmə qayğı 
  
    B.e.ə. 268-232-ci illərdə Hindistanda, Maqadxa imperiyasında Maurya sülaləsindən 
olan Aşoka çarlıq etmişdi. Onun dövləti demək olar ki, bütün Hindistan ərazisini və 
müasir Əfqanıstanın bir hissəsini tuturdu. Aşoka xeyli döyüşlərdən sonra müharibəyə 


140 
 
nifrət  etməklə,  ondan  birdəfəlik  imtina  etmişdi.  Aşoka  deyirdi  ki,  yeganə  həqiqi 
qələbə  öz  üzərindəki  qələbədir  və  drahmanın  köməyi  ilə  adamların  ürəyini  fəth 
etməkdir. Stalin isə qaliblər haqqında başqa fikir yürüdərək, 1944-cü ilin noyabrında 
Fransız Milli Azadlıq Komitəsinin lideri general Şarl de Qolla Moskvada görüşəndə, 
ona demişdi ki, bütün səylərdən asılı olmayaraq, axırıncı qalib ölümdür.  
Aşoka üçün drahma xeyirxah işlər görmək, cəmiyyəti yüksəltmək idi. Drahma 
terminində  adətən  insanın  davranış  qaydası  və  onun  həyatının  mömin  obrazı  başa 
düşülürdü.  Dar  mənada  isə  bu,  buddist  təliminin  mənasını,  doktrinanın  özünü  ifadə 
edə bilərdi.     
Aşokanın hökmranlığı dövründə Hindistanın dörd böyük universitet şəhərinə Çindən 
və  Qərbi  Asiyadan  tələblər  gəlirdi.  Yeri  gəlmişkən  onu  da  qeyd  etmək  lazımdır  ki, 
Şərqdə  universitetlər  yarandıqdan  min  ildən  də  çox  olan  bir  müddətdən  sonra 
Avropada belə təhsil ocaqları yaranmağa başlamışdı.İlk Çin universitetinin əsası b. e. 
ə. 124-cü ildə qoyulmuşdu. Bizim eranın 200-cü ilində isə burada 3 min tələbə yeddi 
il ərzində ali təhsil alırdı. 
    Erkən orta əsrlərdə (VII-XI əsrlərdə) elmin inkişafında aparıcı rolu Şərq oynayırdı. 
Hələ  bundan  da  əvvəl  Şərqi  Roma  imperiyasının  imperatoru,  məşhur  Yustinian 
Kodeksinin  meydana  gəlməsinin  təşəbbüsçüsü,  Konstantinopolda  möhtəşəm  Aya 
Sofiyanı tikdirmiş I Yustinian (483-565-ci illər) 527-ci ildə Afinada fəlsəfi məktəbləri 
bağlayanda  yunan  alimləri  Şərqə  yollanmış,  burada  qədim  yunan  filosoflarının 
əsərlərini  suriyalıların  dilinə  tərcümə  etmişdilər.  Sonralar  yunan  fəlsəfəsi  tədricən 
islam həyatına daxil olmuşdu. Yalnız Səlib yürüşlərindən sonra, Şərqin ənənələrinin 
təsiri altında Avropada elm canlanmağa başlamışdı. Avropalılarda elmə və fəlsəfəyə 
maraq yarananda artıq Şərqdə elmlər öz çiçəklənmə dövrünü yaşayırdı.  
   Xəlifə  Mamun  (813-833-cü  illərdə  taxt-tacda  olmuşdu)  832-ci  ildə  Bağdadda 
“Beytül hikmə”ni- “Müdriklik evi”ni yaratmışdı, onun zəngin əlyazmalar kitabxanası 
və  rəsədxanası  var  idi.  İslam  sivilizasiyası  özünün,  ərəb  sözündən  istifadə  etsək, 
zenitində olmaqla, dünyanın ən böyük sivilizasiyalarından biri idi və Qərbi bütünlüklə 
kölgədə  qoyurdu.  XI  əsrdə  Avropa  sivilizasiyası  ərəb  sivilizasiyasının  mədəni 
sərvətləri  ilə  təmasa  girdi-  elmi  traktatlar  ərəb  dilindən  Avropa  dillərinə  tərcümə 
edildi, bura Platonun, Aristotelin, Yevklidin, Arximedin, Ptolomeyin əsərləri daxil idi. 
     Avropanın  Bolonya,  Paris,Oksford,  Monpelye  kimi  universitetləri  təqribən  XII 
əsrdə  meydana  gəlmişdi.  1155-ci  ildə  Müqəddəs  Roma  imperiyasının  imperatoru, 
həm  də  İtaliya  kralı  olan  I  Fridrix  Barbarossa  Bolonya  universiteti  üçün  imtiyazları 
təsdiq etmişdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə