Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə66/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   62   63   64   65   66   67   68   69   ...   97

143 
 
Trayan  İtaliya  şəhərlərindəki  kasıb  ailələrin  uşaqlarına  yardım  göstərilməsi 
sahəsindəki  yeniliyin-  ictimai  fondların  (alimenta-nın)  yaradılması  ideyasını  irəli 
sürdü.  Bu  yeniliyi  onun  dostu  Kiçik  Plini  ölkənin  şimalındakı  Komo  şəhərində  özəl 
qaydada  öz  yerliləri  üçün  həyata  keçirmiş  və  Trayan  da  bu  təşəbbüsü  bəyənməklə, 
bütün ölkədə tətbiq etmək qərarına gəlmişdi. O, çox sayda binalar tikdirdi və bu, onun 
populyarlığını  artırdı.  Romanı  əzəmətli  tikililərlə  gözəlləşdirdi.  İtaliyanın  magistral 
yollar şəbəkəsinə qayğı ilə yanaşmaqla Via Traiana adlanan yeni yol çəkdirdi və bu, 
qədim Appi yolunun yerini tutdu. Körpülər tikilir, şəhərin su təchizatı yaxşılaşdırılır, 
istifadəsiz  torpaqlar  dövriyyəyə  qatılır,  limanlar  yaradılırdı.  Romada  yeni  Forum 
ucalanda şəhərə yeni akvedukla su gətirildi. Ümumiyyətlə, Trayanın dövründə yaxın 
təpələrdən Romaya 11 akvedukla gətirilən su şəhərin tələbatını artıqlamasilə ödəyirdi. 
Şəhərdəki  meydanda  Trayan  sütunu  yüksəlirdi,  sonralar  onun  binövrəsi  Trayanın 
cəsədinin külünü qəbul etdi.  
161-ci ildə isə MarkAvraeli öz sələfi, ilahiləhdirilmiş Antonini imperator kimi 
əvəz  etdi.  O,  mərhum  imperatorun  arvadının  qardaşı  oğlu  olmaqla,  Romanın  ən 
görkəmli  ailələrinin  bir  necəsi  ilə  bağlı  idi.  Çox  gənc  yaşında  varis  elan  edilsə  də, 
yalnız  40  yaşı  olanda  hakimiyyətə  gəlmişdi.  Bacarıqlı,  mərd  və  ciddi  düşünən  bir 
adam  olmaqla  o,  Stoik  fəlsəfi  məktəbinin  etik  filosofu  olan  Epiktetin  “söhbətlərini” 
həvəslə öyrənmişdi və bu fəlsəfədə özünün ruhi qidasını tapmışdı. Roma tarixində ilk 
və  yəqin  ki,  yeganə  dəfə  Platonun  arzuladığı  bir  hadisə  baş  vermişdi,  hakimiyyətə 
filosof, mütəfəkkir gəlmişdi. Mark Avrelini “taxt-tacda olan” filosof adlandırırdılar.  
Mark  imperator  səlahiyyətlərinə  yiyələndikdə  onun  götürmə  qardaşı  da  həm- 
imperator  oldu  və  Roma  imperiyası  öz  tarixində  bu  vaxt  ilk  dəfə  olaraq  iki  qoşa 
imperatora malik idi.  
Mark Avreliyə dövlət işində ən yaxın olan sahə hüququn təkmilləşməsi idi. Bir 
sıra  tədbirlər  və  hüquqa  aid  qərarlar  qəbul  etmişdi,  onlar  mülki  qanunlarda  olan 
çətinlikləri  və  qeyri-normallıqları  yoluna  qoyurdu.  Az  hörmət  olunan  zümrələrin  – 
qulların,  dul  qadınların,  mədəndə  çalışan  adamların  hüquqları  yaxşılaşdırıldı  və 
varislik  sahəsində  qan  qohumluğu  tanınmaqla,  onun  əsasında  irəli  sürülən  iddialara 
baxılması  qaydası  təsbit  edildi.  Bunlar  cəmiyyətin  quruluşunun  radikal  şəkildə 
dəyişdirilməsindən  daha  çox,  onun  yaxşılaşmasına  xidmət  edirdi.  Onun  dövründə 
qulların  ardıcıl  olaraq  təqib  edilməsinə  yol  verilmirdi.  Filosof  imperator  dövlətin 
beynəlxalq əlaqələrinə də ciddi qayğı göstərirdi. Çinlə birbaşa əlaqələr yaradılmasına 
cəhd etmiş və iki ölkə arasında elçiliklər mübadiləsi baş vermişdi. Ümumiyyətlə, 19 il 
ərzində Romanın imperatoru olan Mark Avreli Qərbin bir çox sonrakı nəsilləri üçün 
Roma imperiyasının qızıl dövrünü rəmzləndirir.  


144 
 
Mark  Avreli  bir  filosof  kimi  əsasən  Stotsizmin  təsirinə  məruz  qalmışdı  və 
özünün əlli cildlik “Düşüncələr” əsərində stoik borcu idealını bir dini konsepsiya kimi 
təsvir edir. O, deyirdi ki, mən bir Antonin kimi Roma vətəndaşıyam, ancaq bir insan 
kimi dünya vətəndaşıyam. Qədim yunanlar bunu “kosmopolit” kimi ifadə edirdilər. 
Onun bir nəsihətinin qiymətini zaman da aşağı sala bilmir, o yazırdı: “Əgər nə haqq 
deyilsə, onu etmə, əgər nə düz deyilsə, onu danışma.” 
 
                   Dövləti idarə etmək elmi və Mahatma Qandi  
 
Dövlətin idarə edilməsi, yuxarıdakı misallardan da göründüyü kimi, heç də fəxri titulu 
daşımaq deyildir, bu mürəkkəb iş böyük ağıl, güclü iradə və ağır zəhmət tələb edir. 
Rus filosofu N. Q. Çernışevskinin dediyi kimi: “Tarix yolu Neva prospektinin səkisi 
deyildir.” Dövləti idarə edənlər isə ən azı tarix cığırı yaradırlar.  
Günəş  Kral  adlanan  Fransa  kralı  XIV  Lui  1661-ci  ildən  dövlətin  idarə 
edilməsini  öz  əlinə  götürdüyünü  elan  etdikdə,  bunu  onun  öz  doğma  anası  da 
inanmamaq  əlaməti  kimi  istehzalı  gülüşlə  qarşılamışdı.  Lakin  XIV  Lui  vəzifəsinin 
icrasına elan etdiyindən də daha ciddi qaydada yanaşaraq, dövlət işləri ilə şəxsən özü, 
həm də çox dəqiqliklə məşğul olmuşdu. Öz ölümünə qədər olan 54 il ərzində hər gün 
8 saat özünü bilavasitə dövlət işlərinə həsr etmişdi. Onun diqqətindən ən xırda detallar 
belə  yayınmırdı.  O,  hətta  dözülməz  ağrı  ilə  müşayiət  olunan  (o  vaxtlar  anesteziya 
vasitəsi yox idi, həkimlər də müalicə etməkdən daha çox xəstələri öldürməklə məşğul 
olurdular) ağır  cərrahiyyə əməliyyatından  az sonra, axşam  Dövlət Şurasının iclasına 
başçılıq etmişdi.  
Dövlət  işlərilə  belə  vurğunluqla  məşğul  olmasına  görə,  özünü  dövlətdən  ayrı 
hesab etmədiyindən demişdi: “L`etat c`est moi!”- “Dövlət – mənəm!” Bəzi tarixçilər 
bunu  dövlətə  sədaqətlə  xidmət  etməyini  əsas  götürərək,  nəsihət  şəklində  söylədiyi 
kimi  izah  edirlər.    “XIV  Lui  epoxası”  ifadəsinin  müəllifi,  böyük  fransız  filosofu 
Volter  onun  hökmranlığını  məşhur  Roma  imperatoru  Avqustla  müqayisə  etmişdi. 
Onların hər ikisi həm güclü, həm də zəif cəhətlərə malik idi. Onun ən böyük qüsuru 
müharibələrə çox meyl etməsi idi. Ölüm yatağında olarkən özü etiraf etmişdi ki, “Mən 
müharibəni çox  sevirdim”.  Tətbiq  etdiyi şirnikləndirmək vasitələri ilə kübarları  tabe 
edə  bilmədiyindən,  təkcə  11  vətəndaş  müharibəsinə  start  vermişdi.  Aramsız 
müharibələr axırda Fransanı taqətdən salmışdı.  
     XIV  Lui  həyatının  sonunda,  XV  Lui  adı  altında  gələcək  kral  olacaq  beş  yaşlı 
nəticəsinə nəsihət verərək, ona özünün buraxdığı səhvləri təkrar etməməyi, qonşuları 
ilə  sülh  şəraitində  yaşamağı  məsləhət  görmüşdü.  Onun  ən  böyük  səhvlərindən  biri 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə