Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə63/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   59   60   61   62   63   64   65   66   ...   97

137 
 
onlar  insana  öz  zəif  cəhətində  kömək  etməli  idilər.  Başqa  dinlərdə  isə  adamların 
allaha xidmət etməsi bir borc sayılırdı..  
     Spartanın  özündə  də  hər  kəs  ləyaqətə  məhəbbət  bəsləyirdi,  qüsurları  isə  (onların 
düşüncəsində mövcud olan növlərə) nifrət edirdilər. Qanunverici Likurq öz ölkəsində 
əcnəbilərin  qüsurları  öyrədən  müəllimlərə  çevrilə  biləcəyindən  qorxub,  onları 
Spartadan qovurdu. O, tövsiyə edirdi ki, onun doğma şəhəri yoluxucu xəstəliklərdən 
daha çox, məhz belə pis xəstəliklərdən qorunmalıdır.  
    Spartalılar daim döyüşə hazır olmaq üçün öz fiziki sağlamlıqlarına ciddi fikir verir, 
çox  məşq  edirdilər.  Bu  həm  də  mənəvi  sağlamlığa  da  müəyyən  təsir  göstərirdi. 
Onlarda  vətənpərvərlik  hissi  yüksək  olduğundan  bir-birlərinə  qarşı  qısqanclıq  hiss 
etmirdilər.  Pedaret  adlı  bir  lakedemonlu  300-lər  Şurasının  üzvlüyünə  düşmək 
istəyirdi, lakin namizədliyi rədd olunmuşdu. Evinə qayıdanda sevinirdi ki, nə yaxşı ki, 
ondan daha ləyaqətli olan 300 adam vardır. 
    Spartada  döyüşdə  qələbə  ali  sevinc  mənbəyi  hesab  olunurdu,  ən  ağır  dərdin  də 
üzərindən  xətt  çəkirdi.  Bir  spartalı  qadın  beş  oğlunu  müharibəyə  yola  salmışdı  və 
döyüş səhnəsindən xəbər gözləyirdi. Bir hilot gəlib çıxanda, qadın səbrsizliklə vuruş 
meydanında nə baş verdiyini sorşdu. “Sənin beş oğlunun hamısı həlak oldu.” Qadın 
hirsləndi: “Mənfur qul! Məgər mən səndən bunumu soruşuram?” Bu vaxt hilot cavab 
verdi: “Biz qalib gəldik.” Bunu eşidən qadın məbədə yollanıb, ən böyük arzusu həyata 
keçdiyinə  görə  allahlara  öz  minnətdarlığını  bildirdi.  Onun  üçün  Vətəninin  düşmən 
üzərindəki qələbəsi oğlanlarının həyatından da əziz idi. 
 Afina qanunvericisi Solon isə hər cür dəbdəbələrə və qeyri-məhsuldar xərclərə 
qarşı  mübarizəni  gücləndirmək  məqsədilə  bahalı  dəfn  mərasimlərini,  çox  miqdarda 
məqsədsiz mal-qara qurbanını, dəbdəbəli sərdabələr tikməyi qadağan etmişdi. 
Afina  vətəndaşı  ondan  alına  bilinməyən  siyasi  hüquqlar  məcmuuna  malik  idi. 
Bu şəhər-dövlətdə vətəndaşın əxlaqi dəyərləri, vətənpərvərlik hissi xüsusi yer tuturdu. 
Qədim  Afinanın  görkəmli  xadimləri  arasında  şəhərə  “qızıl  dövr”  bəxş  etmiş  Perikl 
(b.e.ə.  495-  429-cu  illər)  xüsusi  ilə  seçilir.  Perikl  b.e.ə.  443-429-cu  illərdə  strateq 
seçilmiş,  demokratik  qruplaşmanı  rəhbəri  kimi  bir  sıra  qanunvericilik  aktlarına 
müəlliflik  etmişdi.  Bu  tədbirlər  Afina  demokratiyasının  çiçəklənməsinə  şərait 
yaratmışdı. O, Parfenon məbədinin, Odeon teatrının tikintisinin təşəbbüskarı olmuşdu. 
Perikl  həm  də  əla  natiq  idi,  böyük  tarixçi  Fukididin  zəhməti  hesabına  onun 
peloponneslilərlə döyüşdə həlak  olmuş afinalıların dəfn mərasimindəki  məşhur nitqi 
bizim  dövrümüzə  gəlib  çatmışdır.  Bu  çıxışında  Perikl  afinalıların  həyatının  bir  sıra 
cəhətlərinə böyük iftixar hissi ilə toxunur. O, qeyd edirdi ki, “Öz həyatımızda zülmün 
nə  olduğunu  tanımadığımızdan,  biz  ictimai  həyatda  qanunsuzluqlardan  dəhşətə 


138 
 
gəlməyi  bacarırıq”.  Deməli,  Afinada  demokratiya  qanunun  alililiyinə  əsaslanırdı.  O, 
öz xalqının zəhmətsevərliyindən cuşə gələrək qeyd edir ki, “Biz kasıblığımızı da etiraf 
etməkdən utanmırıq, ondan zəhmət vasitəsilə qurtulmamağa görə utanmaq lazımdır”. 
Şəhər-dövlətin  öz  imkanları  hesabına  güclənməsini  də  razılıqla  yada  salır:  “Biz  öz 
gücümüzlə müasirlərimiz və övladlarımız üçün heyrət mövzusu olacağıq”. O, hər şeyi 
peyğəmbərcəsinə  düzgün  görməyi  bacarırdı.  Həlak  olanların  tabutlarını  göstərərək 
Perikl deyir ki, “Mənə belə gəlir ki, kişi igidliyindən ötəri birinci əlamət və axırıncı 
təsdiq məhz belə sonluq olur. Çünki nöqsanları olan insan vətən uğrunda müharibədə 
onları namusla tarazlayır; burada xeyir vasitəsilə şər silinir, ümumi fayda isə hər kəsin 
ayrılıqda vurduğu ziyanı kölgədə qoyur”. Həlak olanları ehtiramla yad edərək, qeyd 
edir ki, “Onların hər biri özləri üçün köhnəlməyən tərif və ən şanlı qəbir qazandılar – 
özü  də  indi  uyuduqları  qəbirləri  deyil,  ən  başlıcası  o  qəbiri  ki,  onda  onun  şöhrəti 
yaddaşlardan  silinmədən  qalacaqdır  –  bu  gələcək  nəslin  sözü  və  işidir.  Məşhur 
adamlara qəbir – bütün Yer üzüdür”.  
Periklin həmin sözlərini birbaşa onun özünə də aid etmək olar. İki min beş yüz 
ildən  sonra  da  bəşəriyyətin  böyük  bir  hissəsi  onun  adını  azalmayan  bir  məhəbbətlə 
yad  edir,  çünki  o,  təkcə  qəbiri  ilə  deyil,  əməlləri  və  ideyaları  ilə  bütün  Yer  üzünə, 
bəşəriyyətə məxsusdur.  
Perikl  həlak  olanlar  barədə,  onların  həyatına  və  ölümünə  sitayiş  qaydasında 
deyir ki, “Axı bu da bir xoşbəxtlikdir ki, xoş həyata xoş da ölüm uyğun gəlir”. Həlak 
olan gənclər Afina üçün yaşamış və onun yolunda da həyatlarını qurban vermişdilər.  
Koloritli, maraqlı şəxsiyyətlərlə zəngin olan Qədim Roma iki böyük siyasətçisi 
və sərkərdəsi ilə öyünürdü. Onlardan biri b.e.ə. V əsrin ortalarında konsul və diktator 
olmuş (axırıncı vəzifə digər adəti diktatorlardan tam fərqli olmaqla, çətin hərbi şərait 
mövcud olduqda, qısa müddətə – 6 aylığa orduya komandanlıq etmək üçün verilirdi) 
Kvinkti  Tsinsinnat  idi.  O,  igidliyinə  və  vətəndaşlıq  borcuna  sədaqətinə  görə  ən 
məşhur  şəxsiyyətlər  qalereyasına  daxil  olmuşdu.  O,  Vatikandakı  dörd  yügerlik 
(müasir  ölçüdə  1  hektarlıq)  sahəsini  kotanla  becərməklə  məşğul  olanda,  müharibə 
başlanan  kimi  romalılar  onu  diktator  seçirdi.  Müharibəni  zəfərlə  başa  vurduqdan 
sonra  Tsinsinnat  könüllü  olaraq  diktatorluqdan  imtina  edib,  atasından  qalmış  həmin 
torpaq sahəsini yenidən becərməyə qayıdırdı. Amerikanlar ona ehtiram əlaməti olaraq 
şərqdəki şəhərlərindən birinə Tsinisinnati adını vermişlər.  
Bu  böyük  insanın  təvazökarlıq  ənənəsinə  tarixin  sonrakı  dövrlərində  də  rast 
gəlmək mümkündür. Roma imperatoru Diokletian bizim eranın 305-ci ilində könüllü 
olaraq  vəzifəsindən  istirahətə  yollanmış,  tərəvəz  becərməklə  məşğul  olmuşdu.  O, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə