Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə62/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

135 
 
edilmişdi. Onun 38 il davam edən çarlığı təbiətin müdaxiləsi ilə başa çatdıqdan sonra, 
çar  kürsüsünə  namizəd  məsələsi  sabinli  Numa  Pompilinin  üzərində  dayandı.  Bu 
müdrik və təvazökar insan çox etiraz etsə də, axırda təklifə razılıq verməli oldu.  
Numanın  dövründə  müharibələrə  son  qoyuldu,  bunun  əlaməti  kimi  şəhərdəki 
Yanus məbədinin qapıları həmişə bağlı saxlanırdı. Bu, hələlik yarım əsrlik tarixi olan 
dövlətin  xeyli  möhkəmlənməsinə  səbəb  olmuşdu.  Romalılar  və  sabinlilər  arasında 
ayrı-seçkiliyə  son  qoymaq  üçün  o,  əhalini  məşğuliyyət  növlərinə  görə  gildiyalara, 
sexlərə  böldü.  Torpaqları  kasıblara  payladı,  bununla  o,  həm  yoxsulluğun,  həm  də 
cinayətkarlığın  kökünü  kəsmək  istəyirdi,  axı  yoxsulluq  daim  cinayətkarlığı 
qidalandırır.  Numa  həm  də  əkinçi  əməyinə  yüksək  qiymət  verirdi.  Bir  qayda  olaraq 
əkinçi əməyi adamlara vətəni müdafiə etmək hissləri aşılayırdı. Sonralar Böyük Katon 
bu fikri təsdiq edərək deyirdi ki, ən yaxşı döyüşçülər məhz əkinçilər arasından çıxır. 
43 il ərzində çarlıq edən Numa Pompilinin adamlara sarsılmaz mənəvi dəyərlər təlqin 
etməsi və sülhsevərliyi ilə xatirələrdə yaşamaqda davam etdi. 
   B.e.ə.559-530-cu  illərdə  Persiya  çarı  olmuş  Böyük  Kir  geniş  ərazisi  olan  bir 
imperiya  yaratmışdı.  Əvvəlcə  Kiçik  Asiyadakı  yunan  şəhər-dövlətlərini,  İran 
yüksəkliyinin  şərq  sərhədlərini  işğal  etdikdən  sonra  b.e.ə.  539-cu  ildə 
Mesopotamiyaya  daxil  olaraq  Babili  işğal  etmişdi.  Onun  Babilistanla  davranışı  əsl 
təmkinlilik və müdriklik nümayiş idi. Bu ərazi Persiya satrapı tərəfindən idarə edilən 
əyalətə  çevrilsə  də,  əvvəlki  hökumət  qulluqçularının  çoxu  öz  vəzifələrini  saxladılar. 
O,  bu  ölkə  sakinlərinin  loyallığını  qazanmışdı.  Bir  qədər  əvvəl  sürgün  olunmaq 
qaydasında  Babilə  gətirilmiş  yəhudilərə  Yerusəlimə  qayıtmağa  və  orada  Solomon 
Məbədini bərpa etməyə icazə verən edikt imzaladı.  
    Müasirlərinin  düşüncəsində  Kir  özünün  adlandığı  “Böyük”  epitetinə  layiq  idi. 
Yunan tarixçisi Herodot yazır ki, persiyalılar ona “ata” kimi, “alicənab və onları hər 
cür mallarla təmin edən hökmdar” kimi baxırdılar. Həqiqətən də, Kir öz dövrü üçün 
qeyri-adi  hökmdar  idi,  imperiyasının  ərazi  işğallarında  və  onun  təşkilində  xeyli 
müdriklik  və  mərhəmətlilik  nümayiş  etdirirdi.  İşğal  etdiyi  ilk  dövlət  olan  Lidiyanın 
paytaxtı Sardını tutarkən, qədim dünyada varlılığı ilə məşhur olan məğrur çar Krezi 
edam  vaxtı,  tonqalda  yandırılanda  əvf  etmişdi.  Əvvəlki  Assuriya  hökmdarlarından 
fərqli  olaraq,  o,  mərhəmətli  çar  nüfuzu  qazanmışdı.  Midiyalılar,  babilistanlılar  və 
yəhudilər onu öz qanuni hökmdarları kimi qəbul edirdilər. Bir sıra xalqlar onu böyük 
lider  və  sülh  yaradan  kimi  təsvir  edirdilər.  Yəhudi  peyğəmbəri  onu  Allahın  özünün 
yağ  sürtdüyü  bir  çar  kimi  qiymətləndirirdi  və  Allahın  bu  sözlərini  misal  gətirirdi: 
“Mən Kir haqqında danışan Sahibəm (Allah adətən özünü belə adlandırırdı- müəllif). 
O,  mənim  çobanımdır  və  mənə  xoş  olan  hər  şeyi  edəcəkdir”.  Yəhudilərin  Allahının 


136 
 
yadelli, lakin onun xalqını zülmdən xilas edən hökmdara belə yüksək qiymət verməsi 
təsadüfi deyildi, əslində daha çox qədim yəhudilərin minnətdarlıq hissi ilə dolu olan 
real rəyini əks etdirirdi.  
Kir  öz  saraylarının  tikintisində  çox  sayda  xalqların  təcrübəsindən  istifadə 
etməklə də qədim sivilizasiyalara həqiqi hörmətlə yanaşdığını göstərirdi. O, inanırdı 
ki,  qədim  və  hörmət  bəslənən  ənənələrə  və  institutlara  malik  olan  xalqlardan  “yeni 
imperiya”  yaratmışdır.  Təsadüfi  deyildir  ki,  mifik  qəhrəmanlara  və  böyük 
şəxsiyyətlərə hörmətlə yanaşan Böyük Aleksandr Persiya imperiyasının banisi Böyük 
Kirin öz makedoniyalıları tərəfindən dağıdılmış sərdabəsini ona hörmət əlaməti olaraq 
bərpa  etmişdi,  bu  vaxt  Persiya  imperatorunun  həlak  olmasından  iki  əsrə  bərabər  bir 
vaxt keçmişdi. 
 
 
    Qədim yunanlarda və romalılarda ləyaqət nümunələri 
 
       Qədim yunanlara görə insan nəcib məxluq, özünü aparmağı bacaran, həyatdan və 
ölümdən  dəhşətə  gəlməyən,  qorxmaz,  həm  də  özünün  və  hissiyyatının  ağası  olmalı 
idi. Yunanlar ideal mülayimlik və “qızıl orta vəziyyət” dayaqları üzərində yaşamağı 
üstün  tuturdular.  Onlar  qaydanı,  tarazlığı,  simmetriyanı,  mərhəmətliliyi  və  nəzarəti 
qiymətləndirirdilər.  Yunan  filosofları  yunanların  özlərini  realizə  etmələri  naminə 
yaratdıqları  miflərin  toruna  tənqidi  yanaşırdılar.  Əsatirlərə  görə  qüdrətli  məxluqlar 
olan  allahlar  dağlar  üstündə,  uzaq  yerlərdə  yaşayırdılar,  aşağıda  isə  Yer  səthi  və  ya 
ölümlə nəticələnən həyatı qucağında saxlayan dünya var idi.  
Yunan  dilində  “yaxşı”  “aristoy”  kimi  tələffüz  olunurdu,  buradan  da 
“aristokratiya”  ifadəsi  yaranmışdır.  Homerin  anlamında  təbii  aristokrat  istənilən  adi 
adamdan  həm  əqli,  həm  də  fiziki  xüsusiyyətlərinə  görə  bir  baş  yuxarıda  dururdu. 
Aristokratlar  cəmiyyətdəki  imtiyazlı  vəziyyətlərini  guya  ilahi  mənşəyə  mənsub 
olmaları  ilə  əlaqələndirirdilər.  Ona  görə  də  Homer  onları  bəzən  “ilahiləşmiş”  və  ya 
“allaha bənzərlər” adlandırırdı.  
Yunan  polislərində  (şəhər-dövlətlərində)  yeni  dəyərlər  sisteminin  əsas 
parametrləri  yunan  idrak  rasionalizmindən,  insan  şəxsiyyətinin  qiymətini  dərk 
etməkdən,  təbiətlə  mübarizədə  insanın  fəallığını,  cəsarətini  və  qabiliyyətini 
şərəfləndirməkdən, vətəndaşla  polisin  qırılmaz  əlaqəsi hissindən,  azadlığı ən yüksək 
kateqoriya  kimi  anlamaqdan  ibarət  idi.  Bu  dövrdə  meydana  gələn  qədim  yunan 
mədəniyyəti də dərin orijinallığı ilə seçilirdi. Yunanların allahları da insana yaxın idi, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə