Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə68/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   64   65   66   67   68   69   70   71   ...   97

147 
 
 
   Onlar cəmiyyətin bəzəyidir  
 
Ləyaqətli  şəxslər,  ümumiyyətlə,  cəmiyyətin,  sotsiumun  bəzəyinə  çevrilir, 
ləyaqət  nümayiş  etdirən  hökmdarlar  isə  onun  üzvlərini  əxlaqına,  mənəviyyatına  da 
ciddi təsir göstərməmiş qalmırlar. Onlar özlərindən əvvəlki və miras qalmış boğunuq, 
üfunətli havanı, nəcib əməlləri və davranışları ilə təmizləməyə müvəffəq olurlar. Bu 
isə  cəmiyyətə  bütünlükdə  şəfqətli  təsir  göstərir.  Ona  görə  də  onlar  haqqında  ağız 
dolusu danışmaq lazımdır ki, nəinki unudulmasınlar, həm də nəcib nümunələri ibrət 
götürmək mənbəyinə çevrilsin.  
Belə bir əhvalat mövcuddur ki, bir dəfə iki dost sözləşdikdə, biri o birinə sillə 
vurdu. Bir az sonra acıqları bir qədər soyuyanda, onlar dənizdə çimməyə yollandılar. 
Alçaldılmış dost suya girməmişdən əvvəl qum üzərində nəsə yazırdı, onu incidən bu 
yazıda əvvəlki pis hərəkətinin nəql edildiyini gördü. Dənizdə birdən sillə dəyən özünü 
pis hiss etməyə və batmağa başladı. Dostu böyük çətinliklə onu sahilə çıxara bildi. Bir 
qədər sonra özünə gələn bu adam indi də daşın üstünə nəsə yazmağa başladı və dostu 
maraqlananda  gördü  ki,  indi  də  özünün  xilas  edilməsini  ifadə  edir.  Əvvəlki  yazının 
nəyə  görə  qumda,  sonrakının  daşda  yazıldığı  ilə  maraqlandıqda,  yazıların  müəllifi 
dedi ki, kim nə vaxtsa bizim xətrimizə dəyirsə, onu qumda yazmalıyıq ki, küləklər bu 
yazını  silə  bilsin.  Lakin  kimsə  nə  vaxt  yaxşılıq  etmişdirsə,  biz  onu  daşda  nəqş 
etməliyik ki, heç bir külək həmin yazını silə bilməsin.  
Doğrudan  da  nəciblərə  belə  layiq  olduqları  münasibət  göstərilməlidir  ki, 
başqaları da onların mənəvi zənginliyindən hali olsun və nümunə götürsün.  
Böyük  italyan  filosofu,  “Cinayətlər  və  cəzalar  haqqında”  məşhur  əsərin 
müəllifi, ilk dəfə cəzanın cinayətə müvafiq olması ideyasını irəli sürən markiz Çezare 
Bekkariya (1738-1794-cü illər) yaxşı demişdi: “Əgər mən bir həyatı xilas etmək aləti 
olmağı  bacarsam,  onun  xeyir-duası  və  göz  yaşları,  hətta  bu  gün  bəşəriyyətin  nifrəti 
müqabilində belə, mənə kifayət dərəcədə bir təsəlli olardı”. Bəzən yüzlərlə, minlərlə 
adama  xoşbəxtlik  bəxş  edən,  onların  həyatını  məhrumiyyətlərdən  xilas  edən  nəcib 
adamlar üçün təsəlli payı daha böyükdür, ölçüyə sığmazdır. Yaxşı insan öz ətrafına, 
onu  əhatə  edənlərə  işıq,  hərarət  hədiyyəsi  verir,  bunlar  onun  özünə  qayıtmasa  da, 
başqalarına  çatır,  onlara  imdad  əlini  uzadır,  deməli,  birinci  başlanğıcdan  meydana 
çıxan xeyirxahlıq yerdə qalmır, hökmən öz davamını tapır. Ona görə də xeyirxahlıq, 
insanlara sevgi, nəciblik yüksək  qiymətləndirilməlidir, belə mükafatda isə yaxşılığın 
müəllifinin obrazı, az qala müqəddəslərə mənsub olan bir halə şəklində canlanmaqla, 
həm də gələcək nəsillərə çağırış vasitəsinə çevriləcəkdir.  


148 
 
 
Qəddarlıq ən nifrətəlayiq qüsurdur 
 
Qüsurlar  insan  xarakterinin  nöqsanlı  cəhətləri  olmaqla,  onun  sahibini  etibarsız 
edir,  şəxsiyyət  kimi  tanınan  adama  isə  ciddi  ziyan  vurmamış  ötüşmür.  Qüsurlardan 
bəziləri  onun  daşıyıcısının  əsəbinin,  ümumilikdə  sağlamlığının  əleyhinə  işlədiyi 
halda,  əksəriyyəti  isə  bilavasitə  əhatə  edənlərə  xətər  toxundurur.  Onu  görə  də  belə 
adamlara  yönələn  nifrət,  kin  uzun  müddət  nəinki  sıradan  çıxmır,  heç  zəifləmir  də. 
Qəddarlıq  adlanan  qüsur  adətən  başqasına  istiqamətlənir,  istənilən  hədəf  seçildikdə 
ona ağır zərbə vurmaqla da kifayətlənyməyib, bəzən həmin hədəfin məhvinə də səbəb 
olur.  
Qəddarlıq həm də möhkəm qorxu mühiti yaradır, hər kəs bu eybəcər zərbənin 
onu  haqlayacağından  qorxub,  qəddarlıq  mənbəyindən  çəkinməyə,  könüllü  surətdə, 
əlbəttə  ki,  əlacsızlıqdan  ona  dözməyə,  çarə  qalmayanda  isə  tabe  olmağa  başlayır. 
Stalin depressiyası dünyanın ən böyük ölkəsinin bütün ərazisinə xof toxumu səpmişdi. 
Acı təcrübə göstərir ki, böyük səlahiyyət sahibləri qəddar olduqda, bu cəmiyyətə ağır 
yaralar  vurur,  təqib  və  repressiyalar,  guya  qanın  adından  törədilən  qətllər  baş  alıb 
gedir.  
Tarix  adlanan  bəşər  yaddaşı  ləyaqətli  hökmdarlardan  yüz,  bəlkə  də  min 
dəfələrlə  çox  olan  qəddar  çarlara,  krallara,  imperatorlara,  şahlara,  sultanlara,  inqilab 
rəhbərlərinə  malik  olmuşdur.  Bir  qayda  olaraq  onlar  qətllərdən,  iri  miqyaslı 
qırğınlardan  həzz  alır,  insanlara  əzab,  işgəncə  və  dərd  payı  verməkdə  öz  taxt-
taclarının və ya vəzifə kürsülərinin qorunub saxlanmasının, guya əbədiləşməsinin ən 
səmərəli  vasitəsi  hesab  edirlər.  Canavar  əgər  xəstə,  zəif  heyvanları  yeməklə  fauna 
üçün  sanitar  rolunu  oynayırsa,  qəddar  hökmdar  əslində  qurbanlarının  tərkibinə  o 
qədər də əhəmiyyət vermir. Bəziləri isə cəmiyyətin nəcib adamlarının qəsdinə durur, 
özləri  üçün  onları  təhlükə  mənbəyi  hesab  etdiklərindən,  bu  sıranı  zəiflətmək  üçün 
istənilən  vasitəyə  əl  atmaqdan  da  çəkinmirlər.  XVI  əsrdə  Varfolomey  gecəsi 
qırğınından (1572-ci ilin avqustunda baş vermişdi) sonra, huqenotların ölkəni kütləvi 
surətdə  tərk  etməsi  ilə  Fransaya  ağır  iqtisadi  zərbə  vurulmuşdu.  Kral  XIV  Luinin 
kübarlara  vurduğu  başqa  zərbə  öz  ziyanlı  izini  sonralar  daha  dəhşətli  şəkildə 
göstərmiş,  Fransa  ilk  ən  böyük  dağıdıcı  inqilabla  üzləşmişdi.  İngiltərə  inqilabının 
başçısı  Oliver  Kromvel  irland  şəhəri  Droqhedanın  qarnizonlarını  qırğına  məruz 
qoymaqla, şəhəri bütünlüklə qan gölünə döndərmişdi.  
Qəddarlıq  ən  təsirli  vasitə  hesab  edildiyindən  tabe  etmək  alətinə  çevrilməklə 
eybəcər  ənənənin  meydana  gəlməsinə  səbəb  olur.  Ona  görə  də  qəddarlar 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə