Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə76/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   72   73   74   75   76   77   78   79   ...   97

163 
 
və  ona  qarşı  çıxan  qadınlar  barədə  kəskin  çıxışlar  edirdi.  O  deyirdi  ki,  “Bizim 
əcdadlarımız heç bir qadına, hətta onun şəxsi işində də mühafizəsiz davranmağa icazə 
vermirdi.  Onlar  istəyirdilər  ki,  bunu  da  qadınlar  atalarının,  qardaşlarının,  ərlərinin 
nəzarəti altında etsinlər”. Kişilərə müraciət edərək deyirdi ki, “Onlar sizinlə bərabər 
olmağa  başlayanda  sizdən  üstün  olacaqlar”,    sonra  davam  edirdi:  “Əgər  qanun 
arvadının  xərclərinə  məhdudiyyət  qoymağı  kəsirsə,  sən  heç  vaxt  bunu  bərpa  edə 
bilməyəcəksən”.  
İslam  dininin  beşiyi  başında  dayanan  Məhəmməd  peyğəmbər  də  sadə  həyat 
tərzinə  üstünlük  verdiyi  kimi,  dəbdəbənin  əleyhinə  idi.  Ona  görə  də  İslamın  ilk 
illərində müsəlmanlar arasında ipək paltar və qızıl bəzək şeylər yasaq sayılırdı.  
Onu da qeyd etmək lazımdır ki, antik dövrlərdə insan bədəninə münasibət də az 
əhəmiyyət  daşımırdı.  Yunanların  və  romalıların  çoxuna  görə  insan  bədəni  gözəllik, 
sevinc  və  həzz  mənbəyi  hesab  olunurdu.  Qədim  yunan  heykəllərində  və 
rəngkarlığında  qadın  və  kişi  bədəninin  mütənasibliyi,  hər  cinsin  özünə  məxsus 
cazibədar cizgiləri xüsusilə nəzərə çarpdırılırdı. İstər, “Miloşlu Venera”da və ya “Disk 
atan” heykəlində bədənin ilham mənbəyi olması aydın surətdə özünü büruzə verir.  
Sonralar  isə  xristian  dininin  təsiri  altında,  əlbəttə,  Renessansa  qədər,  bədənə 
münasibət  xeyli  dəyişikliyə  məruz  qaldı.  Xristianların  çoxu  bədənə,  ruhən  Allaha 
birləşmək  yolunda  bir  maneə  kimi  baxırdılar.  Onlar  elə  bil  ki,  məşhur  Orfeyin 
mahnısındakı  “Bədən  (soma)  ruh  üçün  qəbirdir  (sema-dır)”  sözlərinin  həyati  refren 
kimi  qəbul  etmişdilər.  Cinsi  yaxınlıqdan  imtina  isə  canın  istəkləri  üzərində  qələbə 
hesab olunurdu və beləliklə, müqəddəsliyə yol açılırdı. Qədim yunanlarda isə əksinə, 
intim  yaxınlıqdan  imtina  bir  cəza  növü  hesab  olunurdu.  Yunan  komediyasının  atası 
Aristofanın  (b.e.ə.  445-385-ci  illər)  “Lisistrata”  pyesində  Afina  qadınları  ərlərini 
müharibədən  çəkindirmək  üçün  sülh  bərpa  edilənə  qədər  onlarla  intim  yaxınlıqdan 
imtina etməyə söz vermişdilər.  
Eyş-işrət, əyləncə, kef ən  möhkəm  adamları da zəiflədir, onların  ruhuna xətər 
toxundurmamış  qalmır.  Bu  cəhət  nəzərə  alındıqda,  bəlkə  də  erkən  xristianların 
mövqeyinə o qədər də tənqidi yanaşmaq istəmirsən. İfrat rahatlığın, həzzlərə uymağın 
necə qorxulu olduğuna çoxlu misallar gətirmək olar. Hannibalın başçılığı altında Alp 
dağlarının  sıldırım  qayalarındakı  aşırımları  sərt  iqlim  şəraitində  keçən  Karfagen 
ordusunu  nə  ağır  əziyyətlər,  nə  böyük  məhrumiyyətlər,  nə  də  hətta  addımbaşı  ölüm 
təhlükəsi  belə  əyə  bilmədiyi  halda,  Kann  qələbəsindən  sonra  Kapuyada  qışı 
keçirərkən,  bu  dəfə  görmədikləri  və  onlar  üçün  yad  olmaqla,  dəbdəbə  xarakteri 
daşıyan  həzzlə  dolu  günlər,  bura  qadınların  iştirakı  ilə  olan  məclislər  də  daxil  idi, 
döyüşçülərin bədənini və ruhunu ciddi zəifləməyə məruz qoydu.  


164 
 
Qədim  Romanın  tarixi  isə  göstərdi  ki,  dövlət  özünün  qədim  nəcib  ənənələri, 
ləyaqətləri  və  dəyərləri  ilə  vidalaşdıqca,  ən  eybəcər  hisslər  və  ehtiraslar  adamların 
davranışına,  həyat  tərzinə  hakim  kəsilir.  Acgözlük,  tamahkarlıq,  sərvət  düşkünlüyü 
artıq  təkcə  adamların  deyil,  bütövlükdə  cəmiyyətin  və  dövlətin  tənəzzülünü 
sürətləndirirdi.  Romaya  öz  övladları  xəyanət  edir,  onun  respublika  adlanan  başını 
kəsməklə  cəsədinə  təcavüz  etmək  istəyirdilər.  Katilina  adlı  kübar,  ona  xidmət 
göstərən qandan, məkrdən, hiylədən istifadə edərək, özünün iyrənc taxt-tacını qurmaq 
istəyirdi.  O,  heç  bir  mənəvi,  əxlaqi  hədd  tanımırdı,  ləyaqəti  müdafiə  edənlərin 
hamısını  məhv  etməyə  hazır  idi.  Respublika  quruluşu  məhv  edildikdə  onun  bütün 
qanunları  da  toza  dönməli  idi.  Ölkədə  təvazökarlıq,  təmkinlilik,  mərdlik  əvəzinə 
həyasızlıq,  pulla  adamları  ələ  alma,  tamahkarlıq  yayılmağa  başladı.  Respublika 
quruluşuna  qəsd  hazırlayan  Katilina  həyasızlıqla  bəyan  edirdi  ki,  “ətrafımdakı 
gurlayan  alovu  mən  xarabalıqlar  altında  basdıracağam”.  Bu  vaxt  kasıb  adamlar 
mənəvi  cəhətdən  pozulduqlarından  ümumi  xeyir  haqqında  deyil,  öz  gözlədikləri 
şeylər  barədə  düşünür,  arzu  etdikləri  xoş  gələcəyə  ümid  bəsləyirdilər.  Onların  çoxu 
özlərinə  ziyan  dəyməmək  naminə  hətta  bütöv  dövlətin  dağılmasına  üstünlük 
verirdilər.  
Əxlaqın pozulması Romanı taqətdən salırdı, digər amillərlə birlikdə dövləti və 
cəmiyyəti  məhvə  sürükləyirdi.  Qədim  Romada  əxlaq  əcdadların  adətlərinə, 
qaydalarına  əsaslanırdı,  onları  bir  etalon  kimi  qəbul  edirdi.  Roma  dünya  dövlətinə 
çevrildiyindən onda alçaq ehtiraslar daha qızğınlıqla cövlan etməyə başladı, acgözlük 
xüsusi miqyasa yiyələndi. Bu dövrdə iki ehtiras – hakimiyyət hərisliyi və tamahkarlıq 
çox güclü idi. Bu iki qüsur bütün bəlaların mənbəyinə çevrildi, ilkin səbəbləri oldu. 
Cəmiyyət uzun bir pozulma yolunu keçməli oldu.  
Romanı  pozan,  dağıdan,  məhvə  sürükləyən  hakimiyyət  hərisliyi  –  ambitio  və 
pul düşkünlüyü – avaritia cəmiyyətə meydan oxuyurdu. Onlardan pul hərisliyi hər cür 
cinayətlərin və zorakılığın baş alıb getməsinə səbəb oldu. Bizim eranın I əsrinin və II 
əsrin son onilliklərindən Romanın süqutuna qədər olan dövrün tarixi daha çox dəhşətli 
cinayətlərin,  əxlaq  pozğunluqlarının,  harınlığın  və  eyş-işrətin  biabırçı  təsvirlərinin 
almanaxı idi.  
İmperatorlar  elə  bil  ki,  quduz  şəhvətdə  və  qəddarlıqda  bir-biri  ilə  yarışa 
girmişdilər.  Onların  pozğunluğu  bütün  cəmiyyətə  pozucu  təsir  göstərir,  sotsiumun 
bütün  hüceyrələrinə  yayılırdı.  “Nəcib  imperatorlar”ın  həyata  keçirdiyi  tədbirlər  bu 
xəstəliyin  şiddətini  zəiflətsə  də,  onu  sağalda  bilmədi,  sonra  gələnlərin  isə  bir  çoxu 
əvvəlki yola düşməklə iflas prosesini sürətləndirdilər. Eyş-işrətə qurşanma elə bil ki, 
nəsil  artırmağı  da  yaddan  çıxartdırmışdı.  Romanın  əhalisi  sürətlə  azalırdı,  paytaxtı 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə