Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə75/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   71   72   73   74   75   76   77   78   ...   97

161 
 
ölümünə  Aleksandr  öz  şəxsi  faciəsi  kimi  yanaşmışdı.  Spartada  isə  qadınlar  intim 
yaxınlıq məsələsində tam sərbəst idilər, gənc qızlar isə çılpaq şəkildə öz həmyaşıdları 
olan oğlanlarla birlikdə məşq edirdilər.  
Qədim  Romada  b.e.ə.  II  əsrindən  başlayaraq  əxlaq  pozğunluğu  “geniş  vüsət” 
aldı. Böyük Katon kimi əxlaq təmizliyi uğrunda mübarizə aparan fədailər bu məsələdə 
bütün günahları yunanların  mənfi  təsirində görürdülər.  Mədəniyyətcə xeyli yuxarıda 
dayanan  yunanlar  öz  sivilizasiya  nemətlərini  romalılara  ixrac  edirdilər  və  bu 
mübadilədə,  qəribə  də  görünsə,  əxlaqın  möhkəmliyinə  xələl  gətirən  cəhətlər  də  yer 
tutmamış  deyildi.  Roma  respublikasında  yüksək  vəzifəli  xadimlər  siyasi  ittifaqlar 
naminə  bir-birinə  hətta  uyğun  gəlməyən  qohumluq,  izdivac  əlaqələrinə  girirdilər, 
bundan fayda götürürdülər.Siyasətçilər, məsələn, Avqustun özü də bunu etmişdi, hətta 
başqasının arvadını boşatdırıb onunla evlənirdilər, ancaq bu əxlaqa zidd qayda nikah 
sferasından uzağa getmirdi.  
İmperatorların dövründə isə əxlaqsızlıq vakxanaliyası başlandı və getdikcə daha 
biabırçı  formalar  kəsb  etməyə  başladı.  Əvvəlki  şəhvət  macəralarına  baxmayaraq, 
əxlaqın  keşiyində  dayanması  ilə  öyünən  Avqustdan  sonra  imperator  Tiberi  qoca 
vaxtında Kapri  adasında əxlaqsızlıq yuvası  quraraq,  cavan qızlarla və oğlanlarla  kef 
edirdi.  Kaliqula  öz  bacıları  ilə,  Neron  öz  anası  ilə  intsest  –  qanqarışdırıcı  əlaqəyə 
girmişdi. Onlara qədər qan yaxınlığı əlaqələri və nikah yalnız qullara məxsus idi. Hər 
cür  məhrumiyyətlərin  acığına  onlar  bunun  fərqinə  varmırdılar  və  heç  olmazsa  bu 
sferadakı sərbəstliklərindən təsəlli tapırdılar.  
İmperator Klavdinin arvadı Messalina təkcə pozğunluq rəmzi olaraq qalmırdı, 
dövlətin qüvvədə olan qaydalarına ağır zərbə vurmaqdan da çəkinmirdi. O, başqa bir 
fahişə  qadınla  bir  sutka  ərzində  pozğunluq  marafonunda  yarışa  girməklə 
kifayətlənməyib,  imperator  əri  sağ  ola-ola,  yalnız  şəhərdən  kənarda  olmağına  görə, 
nümayişkaranə şəkildə Sili adlı qəşəng kübar oğlana ərə getmişdi. O, yəqin ki, imkan 
olsaydı  heç  qədim  yunan  mifologiyasındakı  Kritə  Minotavrı  doğub  bəxş  edən 
Pasifayanın  da  biabırçı  hərəkətinin  təqlidindən  çəkinməzdi.    Küt  Klavdi  isə  nə  baş 
verdiyini  anlamırdı,  axı  o,  ağıldan  zəif  idi.  Uşaq  vaxtı  onu  çirkin  hesab  edən  anası 
mübaliğəyə  yol  vermədən  demişdi  ki,  təbiət  onu  yaratmağa  başlasa  da,  bu  işi  başa 
çatdırmamışdı. Ona görə də səfeh imperator arvadı barədə bu xəbəri eşidəndə qorxuya 
düşərək, özünün hələ vəzifədə qalıb-qalmadığını da soruşmuşdu.  
Ərinin  razılığı  olmadan  Messalina  öldürüldükdən  sonra,  gənc  dul  qadın  olan 
Aqrippina  oğlu  Neronu  hakimiyyətə  gətirmək  üçün  öz  doğma  əmisi  olan  həmin 
imperatora ərə getməyə nail olmuşdu. Roma qanunları belə izdivacı qadağan etsə də, 
Aqrippinanın qurduğu tələ hesabına senatorlar iradəsiz Klavdini belə biabırçı nikaha 


162 
 
girməyə  məcbur  etmişdilər.  Messalinanın  açıq  fahişəliyinə  dözən  imperator  özü  də 
cavan qardaşı qızının məlahətindən və saraya gəlib tez-tez onu guya qardaşı qızı kimi 
öpməsindən, şirnikləndirməsindən yayına bilmirdi. Sonralar, yəqin ki, öz təzə arvadı 
Aqrippinanın  iştirakı  ilə  Klavdi  zəhərlənib  öldürüldükdə,  bu  qadının  planı  baş  tutdu 
və oğlu yeniyetmə Neron taxt-taca çıxdı.  
Neronun qısa ömrü əsl əxlaq  pozğunluğu müntəxəbatı hesab oluna bilərdi.  O, 
qıza evləndiyi kimi, cavan oğlana da ərə getmişdi. Ümumiyyətlə o, zinakarlıqda heç 
bir hədd tanımırdı.  
Mark  Avreli  kimi  nəcib  imperatorun  və  böyük  filosofun  oğlu  olan  Kommod 
(161-192-ci  illər)  taxt-taca  çıxdıqdan  sona  hər  cür  əllaməliklərlə  məşğul  olurdu,  öz 
bacısı  ilə  intim  yaxınlıq  edirdi.  Qladiator  döyüşlərində  bilavasitə  iştirak  edirdi.  O 
qədər həyasızlaşmışdı ki, Romanın adını dəyişib, şəhərə öz adını vermək istəyirdi.  
14 yaşında imperator olan Eloqobal (204-222-ci illər) daha çox öz pozğunluğu 
ilə  “şöhrət”  tapmışdı.  Bu  səfeh  yeniyetmə  dövlətin  pulunu  israf  edir,  əxlaqsızlıq 
orgiyaları təşkil edirdi. Sələfi Neron kimi qeyri-ənənəvi cinsi oriyentasiyasına görə ən 
eybəcər pozğunluqdan həzz alırdı.  
Bu həmin Roma idi ki, burada vaxtilə bir kübar qadının çarın oğlu tərəfindən 
zorlanmasına görə qiyam qalxmış, xalq qisas naminə təkcə çar Məğrur Tarkvinini və 
onun  ailəsini  şəhərdən  qovmaqla  kifayətlənməmiş,  həm  də  monarxiyanı  bütünlüklə 
ləğv etməklə etruskların ağalığına da (son üç Roma çarı etrusk idi) son qoymuşdu. Bu 
hadisə  b.e.ə.  510-cu  ildə  baş  vermişdi  və  bu  vaxt  Romada  hakimiyyətin  respublika 
forması  qurulmuşdu.  Zorlanan  qadın  Lukretsiya  nə  baş  verdiyini  atasına,  ərinə  və 
onların dostlarına söylədikdən sonra, digər ərli qadınlara qeyri-bakirəlik, namussuzluq 
nümunəsi  olmaqdansa,  özünü  intihar  etmək  yolunu  tutmuşdu.  Namuslu  bir  qadın 
kimi,  ləyaqətini  itirmiş  olmaqdansa,  öz  həyatına  qəsd  etməyi  seçən  Lukretsiya  bir 
təmiz və cəsarətli qadın modelinə, simvoluna çevrildi. Əxlaqsızlığa yol verən çar oğlu 
Sekst  isə  atası  ölkədən  qovulduqdan  sonra  öz  köhnə  düşmənləri  tərəfindən  qətlə 
yetirildi. Çarın devrilməsi və yeni quruluşun yaranması ilə Respublika erası meydana 
gəldi və onun ömrü beş əsr davam etdi.  
Roma respublikasında əxlaqsızlığa aparan xırda şlüzlərin də bağlanmasına fikir 
verilirdi, qadına qarşı ehtiras yaradan cəhətlər belə, diqqətdən yayınmırdı.  
Qadınların  zinətə,  dəbdəbəyə  marağını  zəiflətmək  üçün  də  bir  sıra  tədbirlər 
həyata keçirildi. İkinci Puniya müharibəsi dövründə (b.e.ə. 218-201-ci illər) romalılar 
Oppian  qanununu  qüvvəyə  mindirdilər.  Bu  qanunun  prinsiplərindən  əsas  məqsəd 
qadınların malik ola biləcəkləri bəzəklərin sayını məhdudlaşdırmaq və həm də onların 
paltarlarının sayını azaltmaq idi. Böyük Katon bu qanunun ləğv edilməsini tələb edən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə