Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə73/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   69   70   71   72   73   74   75   76   ...   97

157 
 
çoxları pulunun, sərvətinin qurbanı olurdu. Sulla bir şəhərdə yaşayan 12 min adamın 
hamısını bir yerə yığdırıb onları qırmağı əmr etmişdi.   
Sulla  istədiyi  adama  –  gözəl  qadınlara,  müğənnilərə,  mimik  aktyorlara  bütöv 
xalqların  torpaqlarını  və  şəhərlərin  bütün  gəlirlərini  bağışlayırdı.  Başqalarının 
arvadlarını yaxın adamlarına bəxşiş kimi verirdi. O, 40 senatoru və 1600 atlını (onlar 
yuxarı sinflərə mənsub olanlar idilər) ölüm cəzasına məhkum etmişdi. Onun apardığı 
müharibələrdə  isə  ölkənin  100  min  nəfərdən  artıq  ümid  verən  vətəndaşı  həlak 
olmuşdu. O, Roma tarixində ilk dəfə olaraq dövlət terrorunu həyata keçirmişdi. Sulla 
lənətinə gəlmiş Roma bu ağır xəstəlikdən sonralar da dəfələrlə əziyyət çəkməli oldu. 
Onun təcrübəsi bir daha göstərdi ki, despotiyanın fəsadları sağalmaz olur.  
Qay  Yuli  Sezar  b.e.ə.  49-cu  ilin  yanvarında  Sulla  qaydasında  ordusu  ilə 
Rubikon çayını keçməklə,  Qalliyadan  Roma ərazisinə ayaq basdıqda, özünə məxsus 
qaydada:  “Alea  jacta  est”  –  “Püşk  atılmışdır”  sözlərini  söyləmişdi.  O,  yaxşı  başa 
düşürdü  ki,  bu  hərəkəti  ilə  Romada  vətəndaş  müharibəsinə  start  verir,  çünki  o,  öz 
dövlətinin  qanunlarını  tapdalamaqla  bu  addımı  atmışdı.  Vətəndaş  müharibəsi  isə 
bütün müharibələr içərisində ən iyrəncidir, çünki qardaş qardaşı öldürməli olur, hamı 
üçün vahid olan vətən iki cəbhəyə bölünür. Bu dəfə də vətəndaş müharibəsi Romaya 
ağır başa gəldi. Çünki müharibədə adətən qanunlar susursa, vətəndaş müharibəsində 
əks tərəfə münasibətdə ümumiyyətlə heç bir qanun yada düşmür.  
Sezar  artıq  çar  olmaq  fikrinə  düşmüşdü,  onun  bütün  xüsusiyyətlərinə 
yiyələnmişdi, təkcə formal qaydada elan olunması qalırdı. B.e.ə. 44-cü ildə ömürlük 
diktator  elan  edilən  Sezara  qarşı  sui-qəsd  baş  tutdu  və  o,  senatda  öldürüldü,  cəsədi 
Pompeyin büstünün kürsüsünün yanına düşdü. 
Sezarın  qətli  gözlənilənin  tam  əksi  olan  bir  nəticəyə  gətirib  çıxardı,  yeni 
vətəndaş  müharibəsinin  başlanması  üçün  siqnal  rolunu  oynadı  və  Sezar  tərəfdarları 
Yunanıstandakı  Filippi  döyüşündə  sui-qəsdin  təşkilatçıları  olan  respublikaçılar 
ordusuna qalib gəldilər. Romada meydana gələn ikinci triumviratın törətdiyi qırğının 
qurbanlarının  sayı  isə  hesaba  gəlmirdi.  Tarixçilər  300  senatorun  və  20  min  atlının 
öldürüldüyunu xəbər verirlər. Ona görə də Tsisteronun Sezarın qətli barədə az sonra 
söylədiyi  sözlər  çox  müdrik  olmaqla,  həqiqəti  əks  etdirirdi:  “Mart  idiləri”  (Sezarın 
öldürüldüyü  15  mart  günü-  müəllif)  ilə  özünə  təskinlik  vermək  axmaqlıqdır,  axı  biz 
kişi  igidliyi  ilə  yanaşı,  ağıl  barədə  isə  əsl  uşaqlıq  göstərdik.  Ağac  kəsilmişdi,  lakin 
kökündən çıxarılmamışdı, ona görə də bilmirik ki, o hansı zoğlar verəcəkdir”. Onun 
sözləri  gerçəkliyə  çevrilməklə  təsdiqini  tapdı,  çoxlu  qurbanlarla  yanaşı,  böyük 
filosofun özünün də həyatına qətl vasitəsilə son qoyuldu.  


158 
 
Avqustdan  sonra  gələn  Roma  imperatorları  isə  böyük  dövlətin  başçılarından 
daha  çox  əcaib  klounları  xatırladıb,  karikatura  effekti  yaratmaqla  yanaşı,  elə  bil  ki, 
qəddarlıqda bir-birləri ilə yarışa girmişdilər. Roma imperatoru Tiberi (b.e.ə. 42 - b.e. 
37-ci  illər)  ömrünün  son  illərində  Kapridə  əylənmək  üçün  adamları  qayadan  dənizə 
atdırır,  orada  qayıqda  keşik  çəkənlər  onları  avarla  vurub  öldürürdülər.  O,  öz  varisi 
olacaq gələcək imperator Kaliqula (b.e.12-21-ci illəri) haqqında isə demişdi ki, “Mən 
Romanın döşündə gürzə bəslənmişəm”. Tezliklə Kaliqulanın qəddarlığı da üzə çıxdı, 
öz qardaşını edam etdirdi. Osmanlı imperatorları da kişi cinsindən olan öz yaxınları 
barədə  belə  iyrənc  irsi  davam  etdirirdilər.  Kaliqula  bəzi  senatorları  öz  arabasının 
dalınca  uzun  məsafələrə  qaçmağa  məcbur  edirdi.  Onun  vəhşiliyi  hədd  tanımırdı. 
Vəhşi  heyvanlara  verilən  ət  bahalaşanda  (qladiator  döyüşləri  üçün  çox  sayda  yırtıcı 
heyvan  saxlanırdı),  o,  cinayətkarları  diri-diri  onların  qabağına  atdırırdı.  Hörmətli 
adamları  qəfəsə  saldırıb,  heyvan  kimi  əllərinin  və  ayaqlarının  üstündə  dayanmağa 
məcbur edirdi. O, Homerin poemalarını məhv etməklə tanımadığı Şi Huan-dini təqlid 
etmək  istəyirdi.  Onun  ağılsız  idarəçiliyi  adamları  boğaza  yığdığından,  29  yaşında 
qətlə yetirilməklə həyatla vidalaşmalı oldu.  
Kaliqula  yalnız  insanlara  nifrət  edirdi,  heyvanları  isə  olduqca  xoş  münasibət 
bəsləyirdi. Atına mərmərdən tövlə, fil sümüyündən axur tikdirmişdi, öz ölümü mane 
olmasaydı atını konsul edəcəkdi (Roma respublikasında seçilən iki konsul dövlətin ən 
böyük icra hakimiyyəti idi).  
Neron  (37-68-ci  illər)  17  yaşında  imperator  səlahiyyətlərinə  yiyələndikdən 
sonra  həyasızlığı,  qəddarlığı  ilə  ad  çıxarmağa  başladı.  Bu  onun  təbiətindən  irəli 
gəlirdi.  O,  kimi  istəsə  edam  etdirirdi,  anasını  özünü  öldürməyə  məcbur  etmişdi, 
arvadlarını  qətlə  yetirirdi.  Müəllimi,  böyük  filosof  Senekanı,  özünü  intihar  etməyə 
vadar etmişdi. 64-cü ildə Romanı açıq şəkildə yandırtdı, altı gün davam edən yanğının 
dəhşətli  mənzərəsinə  imperator  tamaşa  edib,  həzz  alırdı.  Onu  öldürəcəklərindən 
qorxub,  68-ci  ildə  əlacsızlıqdan  qılıncı  boğazına  soxmaqla  özünü  öldürdü,  bu  vaxt 
onun 31 yaşı var idi.  
Atasından  və  qardaşından  sonra  imperator  olan  Domitsian  (51-96-cı  illər)  da 
çox tezliklə qəddarlığa və tamahkarlığa keçdi. Bir neçə konsulu və çox sayda senatoru 
ölümə  göndərdi.  Ona  qarşı  artan  nifrət  sui-qəsdlə  nəticələndi  və  15  illik 
hökmranlığından  sonra  onu  öldürdülər.  Bu  dövrdə  12  Sezardan  7-si  öz  ömürlərini 
təbii qaydada deyil, zorakılıq nəticəsində başa vurmuşdu.  
211-217-cu  illərdə  imperator  olan  Karakalla  öz  əli  ilə  kiçik  qardaşını 
öldürmüşdü. Onun özünü də Şərqə yürüş vaxtı öldürdülər. Ümumiyyətlə, Avqustdan 
sonra və nəcib imperatorlar istisna olmaqla, bu vəzifəni tutanlar çox tez-tez dəyişirdi, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə