Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   20   21   22   23   24   25   26   27   ...   171

48 
 
üçün  ən iri  qoçu  baha  qiymətə  alıb,  onu üzdükləri gəminin göyərtəsindən dənizin 
sularına  atdıqda,  bütün  sürü  özünü  qoçun  arxasınca  tulladı  və  tacir  bir  andaca 
bütün sərvətini itirdi. Millətçi ideoloqlar öz arxasınca ardıcılarının hamısını suları 
zəhərdən  ibarət  olan  kin  dənizinə  atmaq  kimi  ağılsız  bir  iş  görürlər.  Millətçilik 
xəstəliyinə  tutulanlar,  doktor  Consonun  vaxtilə  ifrat  vətənpərvərlik  barədə  dediyi 
«əclaflıq 
sığınacağına»  qısılmaqda  rahatlıq  tapırlar.  Xalq  quzğunların 
caynaqlarından  xilas  olmaq  yolunu  aramalı,  öz  gələcəyinin  ziddiyətsiz  inkişaf 
istiqamətini tapmalıdır. 
Heç  kəs  hansı  bir  millətə  mənsub  olduğunu  gizlətmir,  valideynlərdən  əxz 
edilən  genlər,  mühüm  roy  oynayan  irsiyyət  xüsusiyyəti  həm  də  millətin  davam 
etməsində  və  sayca  böyüməsində  az  əhəmiyyət  kəsb  etmir.  Lakin  hər  bir 
sivilizasiyalı  adam  millətə  mənsubluqdan  başqa,  bəşəriyyətin  bir  hissəsi,  Allaha 
bənzər  və  onun  obrazında  dünyaya  gələn  insan  olduğunu  da  unutmamalıdır. 
Xeyirlə  şərin  mübarizəsində  adam  hansı  millətə  mənsub  olduğundan  daha  çox 
insan olduğunu, bəşər övladı olduğunu əsas götürməlidir, məhz insan kimi xeyirə 
xidmət  etməlidir.  Şərə  xidmət  isə  milli  mənafe  ibarələri  altında  gizlədilsə  belə, 
əslində  doğma  millətə  sədaqət  nümunəsi  olmayıb,  İblisə  sitayişdən  irəli  gəlir. 
Qədim  Romanın  nəcib  imperatorlarından  biri  olmuş,  böyük  filosof  Mark  Avreli 
yazırdı ki, o, bir Antonin kimi romalıdır, ancaq bir insan kimi dünya vətəndaşıdır, 
qədim  yunanlar  «dünya  vətəndaşlığını»  xüsusi  «kosmopolit»  sözü  ilə  ifadə 
edirdilər. Həqiqi  milli  hisslərə xələl gətirmədən biz dahi  filosofdan öyrənməliyik, 
hər şeyin ölçüsü hesab edilən insan adını yüksək tutmağı bacarmalıyıq. Millətçilik 
hissləri  ilə  möhtəkirlik  edənləri  isə  «filusoflar»  adlandırmaq  daha  düzgün  olardı, 
fransız dilində «filou» («filu») sözü fırıldaqçı, dələduz mənasını verir. Allah, qoy 
hər bir milləti onu belə şərə sürükləyənlərdən hifz etsin! 
İrqçiliyin,  millətçiliyin  acı  tarixi  təcrübəsi  onun  heç  vaxt  nəticə  etibarilə 
qalib  gələ  bilməyəcəyini  göstərir.  Ən  qatı  irqçilik,  millətçilik  ideologiyası  olan 
Natsizm  qısa  müddətdə  böyük  bir  xalqın  beynini  zəhərləyə  bildi,  onun  başladığı 
müharibə Avropanı qan dənizinə döndərdi, ancaq yarandığı ölkəni, doğma millətini 
də  böyük  fəlakətlərə  düçar  etdi.  Natsizm  insanlığa  qarşı  cinayət  kimi  məhkum 
edildi.  Başqa  xalqlara  nifrət  bəsləməkdən  qidalanan  qatı  millətçiliyin  bütün 
nümunələri gec-tez öz acı məğlubiyyətləri ilə üzləşəcək, onlar hansısa döyüşü uda 
bilərlər,  başladıqları  müharibə  onların  iflası  ilə  nəticələnəcəkdir.  Bu  ümid  təkcə 
tarixin ibrət dərslərinə deyil, həm də bu virusdan əziyyət çəkən millətlərin sağlam 
düşüncəyə  yiyələnib,  fəlakətli  yoldan  uzaqlaşacağına  əsaslanır.  Ümid  gözü  daha 
yaxşı görür, millətçilik və onun istifadə etdiyi məkr, yalan silahı da onu kor etməyə 
qadir deyildir. 
“525-ci qəzet”.1,2,3,4.04.2010  
  
 
 
 
Sürətli urbanizasiyanın bəlaları və radikal addım  
atmaq zərurəti 


49 
 
 
Son vaxtlar paytaxtımız artıq çıxılmaz görünən elə problemlərlə üzləşmişdir 
ki,  onların  həllinə  laqeyd  münasibət  və  bunun  ləngidilməsi  təkcə  Bakını  deyil, 
hətta  ölkəni  daha  arzuolunmaz  şəraitə  gətirib  çıxara  bilər.  Bu  gün  mövcud 
çətinliklərdən  gileylənməyə,  şikayətlənməyə  sərf  etdiyimiz  vaxt  da  öz  qiymətinə 
malik olmaqla, bizim ziyanımıza işləyir. Təəssüf ki, böhran ərəfəsində olduğumuz 
bir  dövrdə  şəhər  rəhbərliyi  cərəyan  edən  prosesin  dərinliyinə  adekvat  qiymət 
verməyi bacarmadığından çıxış yolu kimi palliativ xarakterli tədbirlər təklifini irəli 
sürür,  düzgün  təhlil  və  nəticə  çıxarmaq  əvəzinə,  əslində  gözdən  pərdə  asmağa 
yönəldilmiş və Manilovçuluğu xatırladan projektləri ortaya atır. 
Bakının  ən  böyük  bəlası  şəhərin  mərkəzi  perimetri  daxilində  əhalinin  ifrat 
sıxlığı,  tikintilərin  şaquli  qaydada  böyüməsi  ilə  meydana  gəlmə  ehtimalı  artan 
texnogen  problemlər,  nəqliyyatın  bolluğu  hesabına  kommunikasiyaların  az  qala 
yararsızlıqla  üzləşməsi  və  küçələrdə  avtomobillərin  hərəkətinin  olduqca 
çətinləşməsidir. Bunlara şəhər ərazisində atmosferin daha sürətlə çirklənməsi kimi 
daimi faktorla yanaşı ara-sıra özünü büruzə verən yer sürüşməsi faktlarını da əlavə 
etmək olar. Son otuz beş ildə paytaxtın əhalisi real olaraq 3–3,5 dəfə çoxalmışdır. 
XX əsrin 60-70-ci illərində bura istiqamətlənən güclü miqrasiya ciddi demoqrafik 
dəyişikliklər  əmələ  gətirmişdi.  Son  iki  onillikdə  isə  bu  proses  daha  da 
intensivləşdi.  1988-ci  ilin  məlum  hadisələrindən  sonra,  xüsusən  ölkənin  iri 
ərazilərinin  hərbi  təcavüz  nəticəsində  itirilməsi  ilə  əlaqədar  olaraq  Bakıya  axın 
daha  kütləvi  xarakter  almağa  başladı.  Digər  tərəfdən  də  minik  avtomobillərinin 
sayının  sürətlə  çoxalması  baş  verdi.  Onların  artımını  ancaq  on  dəfələr  nisbətində 
ifadə  etmək  mümkündür.  Təəssüf  ki,  bu  ifrat  yükün  meydana  gəlməsi  şəhər 
infrastrukturunun əsaslı inkişafı ilə müşayiət olunmadığından, şəhər əvvəllər ona o 
qədər  tanış  olmayan  “böyümə  xəstəliyinin”  ağrılarını  dadmalı  oldu.  Bu  sürətli 
böyümə  -  akselerasiya  şəhərin  mövcud  problemlərini  daha  da  çoxaltdı  və 
dərinləşdirdi,  ağır  böhran  qapını  döyməyə  başladı.  İngilislərin  zərb-məsəlində 
deyildiyi kimi: “A little more than enough breaks the hourses back” - “Qədərindən 
bir az artığı yükün, qırır belini atın”. Şəhərin əzələləri də azacıqdan çox-çox artıq 
olan ağırlığa davam gətirə bilmir. 
Bəs  çıxış  yolu  nədədir?  Bu  sual  yəqin  ki,  çoxlarını  düşündürür,  axı  Bakı 
artıq az qala hər ikinci azərbaycanlının yaşayış məskəninə çevrilmişdir, onların bu 
günü  və  gələcəyi  üçün  heç  də  kiçik  əhəmiyyət  kəsb  etmir.  Şəhərin  yaşamaq  və 
işləmək  mühitinin  keyfiyyəti  insanların  həyat  məsələlərinə  birbaşa  təsir  göstərir. 
Ona görə də bu yurd öz təyinatını unudub hansısa səbəblər ucbatından həyat üçün 
təhlükəli tələ, əzab-əziyyətlər mənbəyi rolunu oynamamalıdır. Məskunlaşmaq üçün 
paytaxta axın tendensiyasının davam  etməsi şəhəri və onun bilavasitə sahibi olan 
əhalini  daha  iri  və  mürəkkəb  çətinliklərlə  üzləşmək  kimi  xoşagəlməz  perspektiv 
qarşısında qoyur. Sakinlər bunun əlamətlərini artıq təşvişə səbəb olan qaydada hiss 
edirlər.  Şəhərin  ayrı-ayrı  yaşayış  massivlərinin  içməli  və  məişət  suyu  ilə 
təchizatındakı  fasilələr  heç  də  sirr  deyil.  Ayrı-ayrı  hissələrdə  sakinlər  qazın  qıt 
şəkildə verilməsindən şikayətlənir, evlərə isti su verilməsi və qışda isitmə ilə təmin 
edilməsi  dövrlərini  isə  adamlar  şirin  xatirə  kimi  əzizləyirlər.  İri  neft  emalı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə