Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   17   18   19   20   21   22   23   24   ...   171

42 
 
varmadan  tarixi  hadisə  barədə  arbitr  rolunu  oynamaq  eşqinə  düşürlər.  Bununla 
onlar  erməni  millətçilərinin  dəyirmanına  su  töksələr  də,  əslində  heç  də  bu  xalqın 
ümdə mənafeyindən çıxış etmirlər, əksinə onun bu məsələ ilə əlaqədar beynəlxalq 
aləmdəki  olduqca  kövrək  mövqeyini  qərəzli  şəkildə  müdafiə  etməklə  birbaşa 
haqsızlığa yol verdiklərini nümayiş etdirirlər. 
Belə  himayədarlara  xatırlatmaq  heç  də  pis  olmazdı  ki,  Ermənistan  özünü 
qurban qismində qələmə versə də, XX əsrin sonunda bu «yazıq göyərçin» quzğuna 
çevrilib,  təcavüzkarlığa  qurşanaraq,  qonşusu  olan  suveren  Azərbaycan 
respublikasının torpaqlarını zəbt etməyə girişdi. Həmin ərazilər on altı ildən artıq 
bir 
müddətdə 
işğal  altında  saxlanmaqda  davam  edir.  Təcavüzkarın 
cəzalandırılmasına  çalışmamaq,  əslində  onu  həvəsləndirmək  məqsədini  güdür,  bu 
isə nüfuzlu dövlətlərə heç də hörmət gətirmir. 
Ermənistanın  militarist  rəhbərliyi  öz  xalqına  qarşı  elmi  və  obyektiv  tarixi 
tədqiqat  vasitəsinə  təsdiqini  tapmamış  «genosid»  şüarını  hinduizm  rituallarında 
istifadə edilən mantraya çevirdikləri halda, elə bu vaxt silahlı qüvvələrini müstəqil 
dövlətin  ərazilərini  zəbt  etməyə  göndərdikdə  çoxlu  qanlar  axıtdığını,  minlərlə 
ailələri dəhşətli 
faciələrlə üzləşdirdiklərini yaddan çıxarmamalıdır. Onlar Azərbaycanda dinc 
əhalinin qırğınını təşkil etməkdən də çəkinməmələri ilə yanaşı qanlı əllərini ən azı 
etirafla  yuyub  təmizləmək  qayğısına  da  qalmırlar.  1992-ci  ilin  fevralında  dinc 
Xocalı  şəhəri  erməni  silahlı  dəstələri  tərəfindən  xaincəsinə  edilən  hücuma  məruz 
qaldı, gecə vaxtı keçirilən bu quldurluq  əməliyyatında yüzlərlə qoca, qadın, uşaq 
həlak oldu. Deyəsən bu quldurlara da Yaponiyanın baş naziri Sudzukinin 1945-ci 
ildə amerikanlar barədə öz əsgərlərinə «sakit nifrətlə öldürün» sözləri kimi eybəcər 
bir əmr verilmişdi. Qaçıb həyatını hifz etməyə çalışanlar - uşaqlar və qadınlar əsir 
götürüldü.  Xocalı  qətliamı  XX  əsrin  sonunda  baş  verən  ən  ağır  faciələrdən  biri 
olmaqla, erməni quldurlarının insanlıq əleyhinə etdiyi cinayət hesab olunmalıdır. 
Ermənistan  silahlı  qüvvələri  Dağlıq  Qarabağda  və  bu  əyalətlə  qonşuluqda 
yerləşən,  azərbaycanlıların  yaşadığı  yeddi  rayonu  işğala  məruz  qoyduqda  onlarla 
şəhəri,  yüzlərlə  kəndi  xarabazara  çevirmişlər.  İndi  həmin  yaşayış  məntəqələrinin 
əksəriyyətində  canavarlar  ulayır,  bayquşlar  yuva  salmışlar.  Günahsız,  dinc 
azərbaycanlıların  qanını  axıdan  qatillər  özlərini  qəhrəman  qiyafəsində  görür. 
Ermənistan hökuməti də bu quldurlara xüsusi ehtiram nümayiş etdirir. 
Qatı erməni millətçilərinin rəmzə, bayrağa çevirdikləri, az qala müqəddəslik 
haləsinə bürüdükləri bir sıra qaniçənlər Azərbaycanın yaşayış məntəqələrini viran 
qoymaq,  dinc  əhalinin  həyatını  biçməkdə  şöhrət  tapmışlar.  Ermənilərin  milli 
qəhrəmanı  hesab  edilən  Adranik  Ozanyan  1918-1919-cu  illərdə  Naxçıvanda  və 
Zəngəzurda  kütləvi  qətllər,  zorakılıq  və  müsəlman  əhalisinə  münasibətdə  etnik 
təmizləmə  aparılmasının  təşkilatçısı  kimi  məsuliyyət  daşıyır.  1918-ci  ilin 
avqustunda  o,  Zəngəzurdakı  Zabux  dərəsində  Sultan  bəyin  başçılıq  etdiyi 
könüllülər dəstəsi tərəfindən biabırçı məğlubiyyətə uğradılıb mühasirəyə alındıqda, 
qaçıb  canını  qurtarmışdı.  Sonrakı  aylarda  o,  daha  dəhşətli  cinayətlərə  başçılıq 
etmişdi.  Noyabr  ayının  son  günlərində  Andranik  Zəngəzurda  və  Qarabağda  150 
müsəlman kəndini dağıtmış, oradan qaçqın düşənlər Ağdamda sığınacaq tapmışdı. 


43 
 
O  vaxtkı  məlumatlarda  bildirilirdi  ki,  dekabr  ayında  ingilislərin  və  fransızların 
tələbi  ilə  müsəlman  qoşunları  geri  çəkildikdə,  Andranik  qonşuluqdakı  müsəlman 
kəndlərinə  hücum  edib,  cinsinə  və  yaşına  məhəl  qoymadan  adamları  vəhşicəsinə 
öldürtdürdü. Bu vaxt qətlə yetirilənlərin cəsədləri də təhqir edilirdi. Həmin ayın 9-
da  12  kənd  yandırılmışdı.  Məhz  bu  vəhşiliklərə  görə  həmin  regionların 
azərbaycanlı əhalisinin sonrakı nəsilləri Andranikin xatirəsini lənətlə yad edirlər. 
1915-ci  ildə  Türkiyə  erməniləri  deportasiyanın  dəhşətlərini  öz  talelərində 
sınamışdılar.  Bu  bədbəxtliyi  yaşayan  xalq  digərləri  üzərində  həmin  məhvedici 
təcrübəni aparmaq kimi eybəcər fəaliyyətin məsuliyyətini üzərinə götürməyi özünə 
rəva  bilməməli  idi.  Lakin  yeddi  on  illiklərdən  sonra,  1988-ci  ilin  şaxtalı,  qanlı 
qışında  Andranik  ənənələrinin  davamı  kimi  Ermənistanda  yaşayan  yüzminlərlə 
əhali  öz  doğma  yurd-yuvalarından,  əcdadlarının  məskunlaşdığı  torpaqlardan 
qovulmuş,  bu  vaxt  qaçqınlar  yüksək  dağ  silsilələrini  aşmağa  məcbur  olduqda 
böyük itki vermiş, sağ qalanlar kütləsi isə öz mülkiyyətlərindən büsbütün məhrum 
edilməklə,  acınacaqlı  vəziyyətə  düşmüşdü.  Milli  ədavətin  qızışdırılmasına  hər 
vəchlə  can  atan  erməni  ideoloqları  Azərbaycanda  yaşayan  ermənilərin 
əksəriyyətinin  də  firavan  həyat  keçirdikləri  məskənlərindən  didərgin  düşməsinə 
şərait yaratmışdılar. Qatı millətçilərin yandırdığı bədbəxtlik tonqalının alovlarının 
dilləri bu adamları da qarsmaqdan yan keçməmişdi. 
Sonralar  isə  Ermənistan  silahlı  qüvvələri  Azərbaycan  ərazilərini  işğal 
etdikcə əlavə yüzminlərlə məcburi köçkünlər kütləsi meydana gəlmişdi və 1993-cü 
ildə qaçqınlarla birlikdə onların ümumi sayı bir milyon nəfərə yaxın idi. İlk illərdə 
onlar ağır həyat şəraiti ilə üzləşmiş, il boyu yaşamaq üçün yararsız olan çadırlarda 
və  dəmir  yol  vaqonlarında  yaşamağa  məcbur  olmuş,  tələbə  yataqxanalarında 
kommunal mənzillərdə olan kimi hər cür xəstəliyin yaranmasına şərait yaradan bir 
sıxlıqda  yerləşdirilmişdirlər.  «Əzabkeş»  bir  xalqın  ona  heç  bir  pisliyi  keçməmiş 
azərbaycanlılara bəxş etdiyi iztirab, bədbəxtlik «ərməğanı» belə dəhşətlərdən ibarət 
idi. 
Bütün  bu  əməllərinə  görə  indi  də  Ermənistanı  Qafqazın  «xəstə  adamı» 
adlandırmaq  olardı.  Axı,  doğrudan  da  özünü  qəddarlığın  qurbanı  hesab  edən,  öz 
qonşusu  olan  dinc  xalqa  qarşı  amansızlıq  nümayiş  etdirən,  nifrət  letargiyasından 
ayıla  bilməyən  qatı  millətçilərin  meydan  suladığı  bir  ölkəyə  düzgün  diaqnoz 
qoymaq məgər məqbul hesab edilməməlidirmi? Qoy bu adamlar tarixə saxtakarlıq 
prizmasından  baxmayıb,  obyektivlik  baxış  bucağından  yanaşsınlar,  özlərinə  qarşı 
olan haqsızlıqlara görə yanırlarsa, onu da etiraf etsinlər ki, əslində bu haqsızlığın 
meydana  gəlməsində  onlar  özləri  də  fitnəkarlıqları  ilə  az  rol  oynamamışlar. 
Görəsən  öz  qaniçənliyindən  əziyyət  çəkən  digərlərinin  hansı  Şekspir  faciələrini 
yaşadıqlarını  onlar  dərk  etmirlərmi?  Axı  özünə  ədalət  umanlar,  başqalarının  da 
bundan məhrum edilməsinə razı olmamalıdırlar.  
Tarix  düzgün,  obyektiv  araşdırıldıqda  həqiqət  bütün  çalarları  ilə  üzə  çıxır, 
qatı  millətçilikdən  kor  olmayanlar  bu  faktoru  nəzərə  almaq  əziyyətinə  azacıq 
qatlaşsalar,  ağılsız  iddialardan  düzəltdikləri  «Damokl  qılıncı»  ilə  başqa  xalqları 
hədələməkdən vaz keçməli olardılar. 
Lakin  şovinizm  «uğurları»  ilə  sevindikcə,  öz  fəaliyyət  və  ideologiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə