Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   16   17   18   19   20   21   22   23   ...   171

40 
 
göstərildiyi  kimi  bu  vaxt  hökumət  qərara  aldı  ki,  ümumi  sayı  1.750  min  nəfərə 
yaxın  olan  bütün  erməni  əhalisini  Suriya  və  Mesopotamiyaya  deportasiya  etsin. 
Kembric  Ensiklopediyasında  (1997-ci  il  nəşri)  isə  Birinci  Dünya  müharibəsi 
illərində ümumi  erməni əhalisinin  üçdə  ikisinin türklərin  deportasiya  etməsi  qeyd 
olunur, bu isə deportasiya edilənlərin sayının 1,2 milyona yaxın olduğunu göstərir. 
Bu  deportasiya  cəzası  üçün  səbəb  də  tapılmışdı.  Erməni  millətçiləri  öz 
qəyyumları olan Rusiyanın və Böyük Britaniyanın xeyrinə fəaliyyət göstərirdi. Bu 
təhlükə  istənilən  əlverişli  şəraitdə  daha  geniş  və  real  cizgilər  almaya  bilməzdi. 
Müharibə aparan dövlətlərdə ədalətsizlikdən xəbər verən deportasiyaya əl atılması 
adi  hal  hesab  olunur.  Türkiyə,  Almaniya  və  Avstriya  –  Macarıstanla  birlikdə 
Antantaya – İngiltərə, Fransa və Rusiyanın ittifaqına qarşı vuruşurdu. Ermənilərin 
vuruşan  ölkə  daxilində,  müasir  dillə  desək,  «beşinci  kolonna»  təşkil  etməsi 
ehtimalının  gerçəkləşməsinə  imkan  verilməsi  Türkiyənin  vuruşan  qüvvələrinə 
arxadan  zərbə  vurmaq  xarakteri  daşımaqla,  onun  məğlub  olması  ehtimalını  xeyli 
artıra bilərdi. 
Milli  mənsubiyyətinə  görə  adamların  deportasiya  edilməsi  İkinci  Dünya 
müharibəsi ərzində də baş vermişdi. Sovet İttifaqında mövcud olan Alman Muxtar 
vilayəti  ləğv  edilərək,  onun  əhalisi  Volqaboyundan  Qazaxıstana  köçürülmüşdü. 
Azərbaycanda yaşayan dinc almanlar da Xəzərin o tayındakı uzaq ərazilərə sürgün 
edilmişdi.  Şimali  Qafqazda  yaşayan  çeçenlər,  inquşlar,  balkarlar,  qaraçaylar, 
Gürcüstanda yaşayan Mexseti türkləri, həmçinin kalmıklar işğalçı almanlara qarşı 
guya rəğbət bəslədiklərinə görə bütünlüklə Mərkəzi Asiyaya, Sibirə, Şimala sürgün 
edilmişdilər.  Hətta  ən  demokratik  ölkə  sayılan  Amerika  Birləşmiş  Ştatlarında 
yaşayan  mülki  yaponlar  elə  bir  əsas  olmadan,  Yaponiya  Pyorl-Harboru 
bombardman  etdikdən  sonra  ona  qarşı  elan  edilən  müharibə  gedişində  öz  yaşayış 
yerlərindən  köçürülməklə  məcburi  qaydada  nəzarətdə  saxlanmışdılar,  interner 
edilmişdilər.  Türkiyə  də  erməniləri  öz  imperiyasının,  bilavasitə  məğlubiyyətlə 
üzləşdiyi müharibə teatrından uzaqda yerləşən hissələrinə köçürmüşdü. 
Əlbəttə,  belə  sürgün,  məcburi  köçürülmə  əməliyyatı  həyata  keçirilərkən 
dəhşətli  haqsızlıqların,  birbaşa  cinayət  xarakterli  hadisələrin  baş  verməsini  inkar 
etmək  olmaz.  Bu  vaxt  günahsız  insanlar  məhkəmənin  hökmü  olmadan  hər  cür 
mənəvi və fiziki zərbələrə məruz qalır, yolda əzab çəkən və yeni ağır şəraitə dözə 
bilməyən  adamların  xeyli  hissəsi  öz  həyatları  ilə  vidalaşmalı  olur.  Beynəlxalq 
konvensiyaların  tələbinin  ziddinə  olaraq  mülki  dinc  əhaliyə  qarşı  milli 
mənsubiyyətinə görə internerin tətbiqi insan haqlarının kütləvi qaydada pozulması 
nümunəsi hesab edilməlidir. 
Ermənilərin  deportasiyası  da  amansızlıqla  müşayiət  olunan  bir  qaydada 
həyata  keçirilirdi.  İri  məsafələri  qət  edən  uşaqların,  qadınların,  qocaların  bu  ağır 
sınağa  dözə  bilməməsi  çox  sayda  ölümlə  nəticələnməyə  bilməzdi.  Yaşayışa 
yaramayan,  pis  hazırlanmış  səhra  regionlarında  adamların  sağ  qalma  şansı  da 
olduqca az idi. Ona görə də bu deportasiyanı çoxları ölüm hökmü, məsələnin «son 
həlli»  kimi  qiymətləndirirdilər.  Bu  vaxt  600  minə  yaxın  erməninin  ölümü  baş 
verdi,  onların  sürgün  marşrutunda  qırğına  məruz  qalması  və  səfər  vaxtı  aclıqdan 
ölməsi  faktları  var  idi.  Yol  boyu  sürgün  edilənlərə  kürdlərin  və  dini  fanatiklərin 


41 
 
həmlələri də baş verirdi. Sağ qalanlardan və ya qaçıb canını qurtaranrlardan çoxu 
Suriyada  məskunlaşdı  və  ya  Fransaya,  Birləşmiş  Ştatlara,  sonralar  isə  SSRİ-yə 
mühacirət etdi. 
Erməni  xalqının  bu  faciəni  yaşadığını  inkar  etmək  ədalətsiz  münasibət 
olmaqla,  ümumiyyətlə  mümkün  də  deyildir.  Lakin  erməni  millətçilərinin  həlak 
olanların  sayını  1,5  milyon  kimi  qələmə  verməsi  də  həqiqətə  uyğun  olmamaqla, 
qərəzsiz elmi mənbələr tərəfindən həqiqi miqyas göstərilməklə təkzib edilir. Faşist 
Almaniyasının yəhudilərə qarşı həyata keçirdiyi Holokost dəlillərlə təsdiq olunur, 
ölüm düşərgələri şəbəkəsi və yüz minlərin həyatına son qoyan qaz kameraları bu 
dəhşətli  cinayətin  maddi  sübutlarıdır.  Ermənilərin  1915-ci  ildəki  deportasiyasını 
Holokostla müqayisə etmək dəhşətin miqyasını şişirtmək məqsədini güddüyündən, 
çox sayda  şübhələrin  meydana  gəlməsinə səbəb  olur.  Əslində həqiqətdən  hansısa 
məqsədlər naminə yayınma, yüz minlərlə həlak olanların xatirəsinə heç də onların 
layiq olduqları hörmətin bəslənilməsindən xəbər vermir. Bu hadisə barədə verilən 
məlumatlarda iki əks tərəfin bir-birinə zidd olan məlumatları səslənir. Ona görə də 
bu  hadisə öz  mahiyyətindən daha  çox siyasi  möhtəkirlik  mövzusuna  çevrilmişdir. 
Ən  düzgün  yol,  1915-ci  ildə  baş  verən  hadisənin  hər  iki  tərəfin  tarixçilərindən 
təşkil edilmiş mötəbər komissiya vasitəsilə öyrənilib, onların bu barədə sənədlərə, 
həqiqətə  əsaslanan  rəyi  olardı.  Təəssüf  ki,  Ermənistan  rəhbərliyi  Türkiyə 
hökumətinin  bu  barədə  dəfələrlə  səsləndirdiyii  təkliflərinə,  onları  qulaq  ardına 
vurmaqla  cavab  verir.  Faciədən  hansısa  siyasi  məqsədlər  üçün  istifadə  edilməsi, 
yenidən  kin  və  düşmənçilik  toxumunun  səpilməsinə  xidmət  etməklə  yanaşı, 
ömrünü vaxtsız başa vuran günahsız insanların acı talelərindən sui-istifadə etmək 
cəhdlərindən başqa bir şey deyildir. 
Qatı  erməni  millətçiləri  stereotiplərə  böyük  aludəçilik  göstərir,  çox  vaxt 
özləri  də  onların  girovuna  çevrilirlər.  Rəqəmlərin  şişirdilməsi,  əzabkeş  xalq 
obrazının formalaşdırıması da belə köhnə klişelərdən biridir. «Genosid» məfhumu 
erməni  şovinistlərinin  ən  kəsərli  silahına  çevrilmişdir  və  bu,  xalqlar  arasındakı 
münasibətləri  normallaşdırmaq  cəhdləri  üçün  gilyotina  rolunu  oynayır.  Anbaan 
onlar bu silahı itiləyib sazlamaqla məşğul olurlar. Düşmən saydıqları millətin başı 
üzərində  belə  qeyri-adi  Damokl  qılıncını  asmaqla,  dünyanı  da  buna  inandırmağa 
çalışmaqla,  onlar  öz  qonşuları  olan  xalqlarla  kin,  nifrət  mühitində  yaşamağa, 
atmosferi qatı millətçilik dumanı ilə zəhərləməyə üstünlük verirlər. 
Daşnak  ideologiyasının  daşıyıcıları  və  onlara  ruporluq  edənlər  (ingilislər 
belələrini daha uğurlu ifadə kimi «mouthpiece» - «qəlyan muştuğu» adlandırırlar), 
beynəlxalq  aləmdəki fəaliyyətləri  az-çox  bəhrə verdikcə, daha  cəsarətli  addımlara 
keçirlər.  İyirmi  ölkədə  ermənilərə  qarşı  türklərin  genosid  həyata  keçirməsi 
versiyası  tanınmaqla,  məhkum  edilmişdir.  Onların  sırasına  Fransa,  Rusiya  kimi 
dövlətlər də daxildir. Həmin ölkələrin parlamentləri genosidin baş verməsi barədə 
qərarlar  qəbul  etmişlər.  Amerika  Birləşmiş  Ştatlarının  Konqresi  ilbəil  ermənilərin 
genosidə  uğradılması  məsələsini  gündəliyə  çıxarmaqla  NATO-nun  tərkibində  öz 
müttəfiqi  olan  Türkiyəyə  qarşı  həyata  keçirdiyi  təzyiqin  şiddətini  azaltmamağa 
çalışır.  Bu  məsələdən  öz  uzağa  gedən  məqsədləri  üçün  istifadə  edən  dövlətlər 
əslində  az  qala  bir  əsr  bundan  əvvəl  baş  vermiş  faciənin  mahiyyətinə  hərtərəfli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə