Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   14   15   16   17   18   19   20   21   ...   171

36 
 
imkanlar  başqa  əllərə  düşməsin,  onların  öz  mülkiyyətlərində  qalmaqda  davam 
etsin. 
Sirr deyil ki, heç  bir azərbaycanlı Sarkisyana hüsn-rəğbətlə yanaşmır, onun 
keçmişi qanla ləkələnmişdir. Hətta o, bunun cəbhədə töküldüyünü and-aman etsə 
də. Lakin Ermənistan güclü iradəyə malik prezidentə möhtacdır. Bəlkə o, Qarabağ 
probleminin  Qordi  düyününü  kəsməyə  cəsarət  etdi.  Hansı  keçmişə  sahib 
olmasından  asılı  olmayaraq  çox  inanmaq  lazım  gəlir  ki,  Sarkisyan,  elə  prezident 
ola bilər ki, öz xalqını dinc həyatla sevindirsin, öz şərq qonşusu ilə az-çox normal 
münasibətlər  qursun.  O,  özünün  acı  tərcübəsinə  müraciət  edib,  öz  keçmişindəki 
qara  səhifələrdən  imtina  edə,  gerçəkliklə  üz-üzə  dayana  bilər,  çünki  bu  gerçəklik 
problemlər  toplusu  ilə  onu  hər  tərəfdən  sıxacaqdır.  Əgər  o,  dinc  dövrün 
məsələlərini araşdıra bilirsə, reallığın çağırışına cavab vermək istəyirsə, burada yol 
göstərən  mayak  yeganə  bir  istiqaməti  –  gecikmədən  sülh  müqaviləsinə  getməyi, 
işğal  edilmiş  torpaqlardan  və  ayıqlıqdan  uzaq  olan  iddialardan  əl  çəkməyi  nişan 
verir.  Ona  aydın  olmalıdır ki, hərbi gücü tətbiq  etməklə  olan vasitələr belə,  artıq 
keçmişdə  qalmışdır,  başqa  relslərə  keçmək  vaxtı  gəlib  çatmışdır,  hansılar  ki, 
mehriban  qonşuluq  münasibətlərinin  və  geniş  əməkdaşlığın  bərpasını  vəd  edir. 
Yalnız  yuxarıda  sadalanan  vasitələr  müharibənin  sağalmaz  yaralarını  sağalda, 
köhnə  inciklikləri  yaddan  çıxarmağa  kömək  edə  bilər.  Məhz  belə  prezident  öz 
xalqının  tarixinə  düşə  bilər.  Əgər  o,  tarixi  təjrübənin  diametral  əksi  olan  bu 
Rubikonu keçə bilsə, xalqını yeni müharibə qorxusudan və digər bədbəxtliklərdən 
xilas edən liderə çevrilə bilər. 
Tarixdə  buna  bənzər  nümunələr  olmuşdu.  Ərəblərlə  müharibənin  keçmiş 
qəhrəmanı  İsxak  Rabin  ölümündən  əvvəl  fələstinlilərlə  sülh  müqaviləsi 
imzalamağın,  onlara  öz  dövlətini  yaratmaq  hüququ  verilməsinin  qatı  tərəfdarına 
çevrilmişdi.  Əvvəllər  isə  o  tamam  başqa  cür  adam  idi.  4  iyun  1967-ci  ildə  İsrail 
qabaqlayıcı  müharibəyə  başladı, ilk  zərbələri Misir  aviasiyasına  vurdu.  Müharibə 
vur-tut  cəmi  6  gün  çəkdi  və  böyük  müvəffəqiyyət  bəxş  etdi.  Misir,İordaniya  və 
Suriya qoşunlarını darmadağın edirlər, misirinkilər isə sadəcə biabır oldular. İsrail 
Sinayı və Qərb sahilini işğal etdi. Suriyanın qalan yüksəklikləri, həmçinin 1948-ci 
ildən  ərəblərin  əlində  olan  Köhnə  İerusəlim,  Fəryad  divarı  və  müqəddəs  yerlərlə 
birlikdə  tutuldu.  Məlumatsızlığa  görə  çoxları  bu  qələbəni  İsrailin  müdafiə  naziri 
Moşe  Dayanın  adı  ilə  bağlayırdı.  Lakin  bu  təsəvvür  yalnış  idi,  general  həmin 
vəzifəyə  müharibə  başlanandan  bir  gün  əvvəl  təyin  olunmuşdu.  Bütün  əməliyyat 
isə  artıq  üç  il  ərzində  İsxak  Rabinin  başçılıq  etdiyi  Baş  Qərargah  tərəfindən 
hazırlanmış, strateji və taktiki plan israillilərə belə hay-küyü qələbə bəxş etmişdi. 
Həmin İsxak Rabin, 90-cı illərin əvvəllərində, dəqiq deyilsə 1992-ci ildə baş nazir 
olduqda  regionda  sülhün  bərpasının  təşəbbüsçüsü  oldu,  öz  iştirakı  və  səyləri  ilə 
qazanılan  çox  şeyin  itirilməsi  ilə  belə  razılaşdı.  Döyüş  generalı  əsl  sülh 
müdafiəçisinə  çevrildi,  bunu  isə  ona  qatı  millətçi  fanatiklər  bağışlamadılar  və 
onların əli ilə o, 1995-ci ildə qətlə yetirildi. Bu təkcə İsrail üçün deyil, bütün region 
üçün olduqca ağır itki idi, çünki onun köməyi ilə həmin dövrdə sülhün qələbəsinə 
ümid xeyli möhkəmlənmiş və xeyli irəli getmişdi.  
Bəlkə, Serj Sarkisyan da qorxmaz Rabinin izi ilə getmək istədi? Axı bəzən 


37 
 
illyuziya  da  həqiqətə  çevrilir,  həyata  keçir.  Bu  birinci  növbədə  onun  xalqına,  bir 
siyasi  xadim  kimi  isə  onun  özünə  lazımdır.  Böhrandan  çıxış  yolu  möhkəm 
iradədən  çox  asılıdır.  Sülhü  bərpa  edənin şücaəti insan  qanından  yoğrulmuş hərbi 
qələbələrdən  daha  yüksək  tutulacaqdır.  Bəlkə  də  bu  bir  qədər  xəyala  bənzəyir, 
gerçəklikdən çox uzaqdır, ona görə də ona ümid bəsləmək də asan məsələ deyildir. 
Ermənistandakı  seçkilər  həmin  xalqın  bilavasitə  daxili  işidir.  Lakin  bu 
hadisə region üçün də, bizim üçün də az əhəmiyyət kəsb etmir. Seçki seçkiliyində 
qalsın, əsas məsələ sülhün təntənəsidir, bunu hər iki xalq istəyir və anlayır ki, başa 
çatmamış  müharibədə  qalib  yoxdur.  Hər  şeyi  itirmiş  tərəflər  var.  Yaxşı  olar  ki, 
ermənilər bu həqiqətə inansınlar, onları düz yoldan yenidən yayındırma cəhdlərinə 
imkan  verməsinlər,  dərk  etsinlər  ki,  yalanda  yaşamaq  fayda  vermir,  kinsiz, 
nifrətsiz, başqalarına qarşı düşmənçilik hissi bəsləmədən yaşamaq daha yaxşıdır. 
Bütöv  ölkə  bir  qrup  adamın  marağı  və  biabırçı  şöhrəti  naminə  idarə  oluna 
bilməz,  onlar  öz  şəxsi  və  ya  korparativ  faydası  hesabına  hər  şeyi  qəsb  edə 
bilməzlər.  Bu  vaxt  xalq  onların  hiyləgərliklərindən  və  uzağı  görməyi 
bacarmamalarından  əziyyət  çəkir.  Xalqın  gözü  açıldıqda  özünü  layiqincə 
qiymətləndirərək, zəhləsini tökən bu yükü çiynindən atır, təbiətin və tarixin təlqin 
etdiyi  düzgün  yolu  seçir.  Bu  yol  onu  sakit  və  aramlı  həyata  aparır,  iri  miqyaslı 
faciəli hadisələri isə istisna edir.  
Arzu edərdik ki, seçki gələcək naminə belə dəyişikliklərin kandarı olsun, bu, 
regiona da çoxdan gözlənilən sülhü və əmin-amanlığı gətirə bilər. 
 
“525-ci qəzet”.13.02.2008 
 
 
 
Qatı millətçiliyin cəbbəxanasındakı «Damokl qılıncı»  
 
Qatı,  təcavüzkar  millətçilik  forması  olan  şovinizm  müxtəlif  qaydalarda 
təzahür  edir.  Ermənilərin  şovinizmi  digər  xalqların  ifrat  millətçiliyindən  həm  də 
başqa  tip  ifadə  tərzlərindən  istifadə  etməsi  ilə  fərqlənir.  Onlar  əndazədən  çıxan 
iddialarının  gerçəkləşməsi  üçün  mənsub  olduqları  milləti  əzilən,  daim  iztirablara 
məruz  qalan  kimi  qələmə  verməklə,  təkcə  özlərinə  qarşı  mərhəmət  hissi  oyatmaq 
cəhdləri  ilə  kifayətlənməyib,  eyni  zamanda  onlara  guya  qənim  kəsilən  bir  xalqa 
qarşı başqalarında, bəlkə də bütün sivilizasiyalı aləmdə nifrət yaratmaq məqsədini 
güdürlər. Bunun üçün istənilən məkrli vasitə kara gəlir. 
Erməni  marginalları  bu  xalqa  məxsus  olan  istənilən  şəraitə  uyğunlaşmaq 
sahəsindəki qeyri-adi qabiliyyətdən sui-istifadə edərək asanlıqla etimad qazanmağa 
müvəffəq olurlar, bəslənilən etibardan eyni uğurla sui-istifadə etməyi də bacarırlar. 
Onlar  buna  mimikriya  xüsusiyyətləri  kimi  yiyələnmişlər.  Çox  sayda  tarixi  faktlar 
bunu təsdiq edir. 
XVII  əsrin  əvvələlərində,  daha  dəqiq  deyilsə  1604-1605-ci  illərdə  Persiya 
şahı  I  Abbas  zorla  minlərlə  ermənini  Culfadan  İsfahana  köçürdükdə,  bu  ağır 
köçdən sağ qalanlar şəhərdəki Yeni Culfa  məhəlləsində məskunlaşmışdılar. Onlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə