Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   15   16   17   18   19   20   21   22   ...   171

38 
 
özlərini  itirməyib,  geniş  kommersiya  əlaqələri  qurmağa  başladılar.  Yeni  Culfanın 
erməni  tacirləri  Avropa  ilə,  əsasən  İngiltərə,  İspaniya  və  Rusiya  ilə,  həmçinin 
Şərqlə  intensivləşən  əlaqələrdə  vasitəçi  rolunu  oynamağa  başladılar.  Həmin  əsr 
ərzində onlar böyük var-dövlət topladılar, çox sayda möhtəşəm kilsə binaları və iri 
imarətlər tikdilər. Onlar xarici ölkələrə Persiya ipəyini ixrac edir, sakini olduqları 
ölkəyə  isə  şüşə,  saat,  çeşmək,  rəsm  əsərləri  və  digər  əmtəələrin  idxalını  həyata 
keçirirdilər.  Persiyalılar  arasında  bu  müəyyən  paxıllıq  hissləri  yaranmasına  səbəb 
olduğundan  Nadir  şah  onları  ifrat  vergilərlə  cəzalandırmağı  qərara  aldı  və  onun 
tədbiri həmin kommersiyanın tədricən tənəzzül etməsi ilə nəticələndi. 
XIX  əsrin  başlanğıcında  Rusiya  Qafqazın  içərilərinə  doğru  irəliləməyə 
başlayanda,  1828-ci  ildə  əhalisinin  əksəriyyətini  azərbaycanlıların  təşkil  etdiyi 
İrəvan xanlığını da persiyalıların əlindən aldı və o vaxtdan etibarən erməni əhalisi 
içərsində  rusların  təsiri  və  nüfuzu  gücləndi.  Tehran  sarayında  xidmət  edən 
ermənilər  Rusiya  ilə  Persiyanın  münasibətlərinin  yaxşı  məcraya  yönəlməsinə  yol 
verməmək üçün hər cür vasitəyə əl atırdılar. Saraydakı hərəmxanada xacəlik edən 
erməni  əsilli  Yaqub  Mirzə  qaçıb,  Rusiya  səfirliyində  gizləndikdən  sonra,  şahın 
hərəmləri  olan  erməni  qadınları  da  onun  təhriki  ilə  eyni  qaydada  rus  səfirliyi 
binasında  özlərinə  sığınacaq  tapmışdılar.  1829-cu  ildə  baş  verən  bu  hadisələr 
persiyalılar  tərəfindən  namus  məsələsi,  ağır  təhqir  kimi  qiymətləndirildi.  Kütlə 
səfirliyə  hücum  edib,  bu  vaxt  elçi  vəzifəsində  işləyən  görkəmli  rus  dramaturqu 
A.S.Qriboyedovu  qətlə  yetirdi.  Onun  cəsədi  at  quyruğuna  bağladılıb  şəhərin 
küçələrində  sürüdüldü.  Səfirin  öldürülməsi  kimi  fövqəladə  hadisənin  yaratdığı 
diplomatik  çətinlikləri  Persiya  şahı  taxt-tacın  vəliəhdi  vasitəsilə  Rusiya  çarı  I 
Nikolaya  Persiya  şahlarının  ən  böyük  sərvəti   olan  «Şah  almazı»  daxil  olmaqla, 
bahalı hədiyyələr verməklə yoluna qoya bilmişdi. 
Ümumiyyətlə, ermənilər XIX əsrdə Rusiya və Qərbi Avropa ilə sıx əlaqəyə 
girdikdə,  belə  əməkdaşlıq  onların  mədəni  inkişafına  böyük  təsir  göstərdi.  Rusiya 
ilə  Türkiyənin  silahlı  toqquşmaları  erməni  millətçilərinin  bu  vəziyyətdən  sui-
istifadə  etməsi  üçün  münbit  şərait  yaradırdı.  XVIII  və  XIX  əsrlərdə  Rusiya  ilə 
Türkiyə arasında qısa fasilələrlə çoxlu müharibələr getmişdi. 
Ermənilərin  Türkiyə  ərazisində  yaşamasına  gəldikdə  X  əsrin  sonunda  onlar 
burada,  Kilikiyada  məskunlaşmışdılar.  Səlcuqların  hakimiyyəti  dövründə 
Gürcüstana,  Polşaya  və  Qalisiyaya  mühacirət  edən  ermənilərdən  fərqli  olaraq  bir 
qrup  Kiçik  Asiyaya  üz  tutmuşdu.  1453-cü  ildə  Konstantinopol  şəhəri  Osmanlı 
türkləri  tərəfindən  tutulduqda  Bizans  dövlətinin  tarixdən  silinməsi  ilə  yanaşı 
qaliblər  şəhəri  öz  paytaxtlarına  çevirdilər.  Səkkiz  il  sonra  Bursadakı  erməni 
Yepiskopu buraya köçdü və erməni millətinin Osmanlı imperiyasındakı lideri təyin 
edildi.  Türkiyədə  ermənilərə  daim  yaxşı  münasibət  bəslənirdi,  bu  münasibət 
müsəlman  sakinlərə  göstəriləndən  bir  qədər  fərqli  olsa  da,  burada  onları  islam 
dininin qaydalarına uyğun olaraq zimmilər və ya «Kitab adamları» adlandırırdılar. 
Sərt təqib edilən bütpərəstlərə nisbətən bu qrupa daxil olan xalqlara xeyli dərəcədə 
yaxşı  şərait  yaradılırdı.  Məhz  belə  münasibət  nəticəsində  ermənilər  öz  işlərinin 
özləri  tərəfindən  idarə  olunması  hüququnu  qazanmışdılar.  Bu  əslində  burada 
sonralar Avropa dövlətlərinin təbəələrinə şamil edilən «Kapitulyasiya» hüququnun 


39 
 
müjdəsi  hesab  oluna  bilərdi.  Belə  şəraitdə  XVI  əsrin  başlanğıcından  erməni 
əhalisinin sayı artmağa başladı. 
Türkiyədə XIX əsrdə aparılan islahat tədbirlərindən digər əhali qrupları kimi 
ermənilər  də  faydalanmamış  qalmadılar.  1863-cü  ildə  Osmanlı  hökuməti  xüsusi 
Erməni  Konstitusiyasını  tanıdı.  Lakin  ölkədə  sosial  tərəqqinin  ləng  getməsi 
cəmiyyətin bütün hüceyrələrinə öz neqativ təsirini göstərdi. Tənəzzülə uğramaqda 
davam  edən  imperiya  ölkədə  sabitliyi  qorumaq  üçün  zorakılığa  əl  atmaqdan  da 
çəkinmirdi. Bu vaxt ermənilər də müəyyən təhqirlərə məruz qalırdı. 
1877-1878-ci  illər  Rusiya-Türkiyə  müharibəsindən  sonra,  bu  müharibə 
cəbhələrində  Rusiyanın  tərəfində  bu  ölkədə  yaşayan  ermənilər  də  iştirak  edirdi, 
Rusiya  San-Stefano  müqaviləsində  bir  şərt  kimi  təkid  etdi  ki,  sultan  erməni 
təbəələri içərisində islahatlar aparsın və kürdlərin zorakılığından onların mühafizə 
edilməsi  barədə  qarantiya  versin.  Bu  tələb  1878-ci  ildə  keçirilən  Berlin 
konfransında  yenidən  təkrar  olundu  və  beləliklə  «Erməni  məsələsi»  beynəlxalq 
siyasət   faktoruna  çevrildi.  Bu  məsələdə  Böyük  Britaniya  xüsusi  maraq  güdürdü. 
Konfransda iştirak edən baş nazir Bencamin Dizraeli təkcə Kipr adasını türklərin 
əlindən alıb Böyük Britaniyanın müstəmləkəsinə çevirməklə kifayətlənmədi, həm 
də  San-Stefano  müqaviləsi  vasitəsilə  Türkiyənin  mənafelərinin  ziddinə  Rusiyanın 
ələ keçirməyə  müvəffəq olduqlarının  demək  olar ki, hamısının  ləğvinə nail oldu. 
Qəribə  hal  orasında  idi  ki,  bütün  məsələlərdə  Rusiyanın  mənafelərinə  zərbə 
vurmağa  çalışan  Dizraeli  erməni  məsələsində  məhz  Rusiyanın  təklifini  müdafiə 
etmiş, Türkiyə mənafelərinə məhəl qoymamışdı. 
Qərbi  Avropa dövlətlərinin  Rusiyaya  qarşı  Osmanlı  imperiyasının dəfələrlə 
müdafiəsinə qalxmasına baxmayaraq, «Avropanın xəstə adamı» adlandırmaqla onu 
iflasa uğratmaq cəhdlərindən də əl çəkməməsi erməni millətçilərinin fəallaşmasına 
şərait yaradırdı. 1887-ci ildə əslində millətçilik ideologiyasından o qədər də uzağa 
getməyən  «Honçak»  («Əl  zəngi»)  partiyası,   1890-cı  ildə  isə  daha  çox  Daşnaklar 
adı  ilə  tanınan  millətçi  «Daşnaksütyun»  («Konfederasiya»)  partiyası  yaradıldı  və 
ermənilərin  daha  geniş  islahatlar  aparılması  barədəki  artan  tələbləri  qarşısında  bu 
dəfə Türkiyə və Rusiya hökumətlərinin hər ikisi onlara qarşı repressiv tədbirlərə əl 
atdılar.  1895-ci  ildə  sultan  II  Əbdülhəmid  islahatlar  aparmaq  barədə  Britaniyaya, 
Fransaya  və  Rusiyaya  vəd  verməyə  məcbur  edildikdən  sonra  əyalətlərdə  ardıcıl 
olaraq  iri  qırğınlar  baş  verdi.  1896-cı  ildə  Osmanlı  Bankının  26  gənc  daşnak 
tərəfindən  tutulmasının  ardınca  paytaxtda  da  qırğınlar  baş  verdi.  1897-ci  ildə 
Rusiyada  isə  çar  II  Nikolay   yüzlərlə  erməni  məktəbini,  kitabxanasını  və  qəzet 
redaksiyalarını  bağlatdı,  1903-cü  ildə  o,  erməni  kilsəsinin  mülkiyyətini  müsadirə 
etdi. 
Ermənilərin,  tarixdə  ən  böyük  bədbəxtlik  hesab  etdikləri  hadisə  isə  Birinci 
Dünya müharibəsi başlandıqdan sonra cərəyan etdi. Müharibə gedən vaxt, 1915-ci 
ildə, bundan  yeddi  il  əvvəl  sultanı  devirmiş  gənc  türk  hökuməti  loyallıq  barədəki 
vədinin əksinə, Dardanel kampaniyası başlananda öz düşmənləri arasında dostlara 
malik  olan  Türkiyə  ermənilərini  təhlükəli  xarici  element  hesab  etdi.  Şərq 
cəbhəsində  vuruşan  Rusiya  ordusu  sıralarında  olan  qohumları  ilə  də  Türkiyə 
ermənilərinin  əlaqələri  var  idi.  Britanika  Ensiklopediyasında  (1976-cı  il  nəşri) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə