TəMİZLƏNMƏ VƏ TƏRBİYƏ



Yüklə 260,83 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix04.11.2017
ölçüsü260,83 Kb.
#8332
1   2   3   4   5   6   7   8   9

 

7

   “Dininizə qayıtmayana qədər” sözlərini oxuyan və  ya bu sözləri eşidən insanlardan bir çoxu, dinə 



qayıtmağı  asan  bir  iş  sayırlar.

18

  Mənə  gəlkdikdə  isə,  mən  elə  hesab  edirəm  ki,  dinə  qayıdışın,  insanlar 



arasında  deyildiyi  kimi  “çiyinlərin  titrəməsinə”  ehtiyacı  var.  Hamımız  bilirik  ki,  bizim  dinimiz,  onun 

məqsədləri  cəhətindən  bir  çox  təhrif  edilmə  cəhdlərinə  məruz  qalmışdır.  Bəzi  məqamlarda  isə  bu 

həqiqətən  alınmışdır.  Bu  təhriflərin  bəzilərini  bir  çox  insanlar  bilir,  bəziləri  haqda  isə  çoxlarına  məlum 

deyil. Bundan savayı, bir çox əqidə məsələləri var ki, onları insanlar dinə aid edir, lakin onların din ilə 

heç  bir  əlaqəsi  yoxdur.  Buna  misal  zikr  etdiyimiz  hədisdir:  ““Əgər  siz  ticarətdə  ina  istifadə 

etsəniz...”. Axı hər bir insan bu növ ticarətin haram olduqunu bilmir. Bundan savayı islam ölkələrindəki 

bəzi alimlər bu növ ticarətin halal olması haqda fətvalar verir. Yəni sələmçiliyin qanuniləşdirilməsi üçün 

hiylə işlədərək ticarət etməyin halal olması. Bu da bir çox misallardan biridir və onlar haqda yalnız islam 

fikhinin tədqiqatçıları bilirlər. 

   Bu növ ticarətin haram olmasından əlavə, peyğəmbər   bu növ ticarətin tətbiq olunması müsəlmanların 

zəlilliyə  sürüklənmə  səbəbi  olduqunu  bildirmişdir.  Bu  da  yuxarıda  zikr  etdiyimiz  məsələlərdən  biri 

kimidir, yəni dini anlayışın Quran və Sünnəyə müvafiq olaraq yenidən yoxlanması.  

   Həmçinin, bir çox alimlərin peyğəmbər (s.a.v)-dən rəvayət olunan hədislərdə haram buyurduqu şeyləri 

halallaşdırmaları  haqda  danışdıqda,  biz  həmin  alimləri  təhqir  etmək  və  ləkələmək  məqsədini  daşımırıq. 

Bizim  istədiyimiz,  müsəlmanlara  qarşı  ixlaslı  olmaq  və  onlara  nəsihət  etməkdır.

19

  Biz,  insanların  öz 



dinlərini  səhv  və  təhrif  olunaraq  başa  düşmələrinin  düzəldilməsi  yolunda  hətta  alimlərlə  əməkdaşlıq 

əlaqələri  qurmaqa  da  hazırıq.  Bu  təklif  daha  çox  fikh  alimlərinə  aiddir  və  bu  səhvlərin  hansı  səbəblərə 

görə baş verməsi vacib deyil. Həmçinin aramızda: 

 “Əgər  bir  iş  barəsində  mübahisə  etsəniz,  Allaha  və  qiyamət  gününə  inanırsınızsa,  onu  Allaha  və 

Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”

20

 ayəsini hakim götürməyi 



təklif edirik.  

   Fikh  tədqiqatçıları  bilir  ki,  “ina”  ticarəti  haqda,  ticarətlə  əlaqədar  başqa  məsələlərdə  də  olduqu  kimi, 

alimlər arasında, nəyin ki günümüzdə, qədimdən bəri ixtilaflar mövcuddur. Axı bizim zamanın alimləri 

bu  məsələlərlə  üzləşdikdə  nə  edir?  Mənə  məlum  olduqu  kimi,  onların  əksər  hissəsi  ixtilafların  mövcud 

olduqu faktını qəbul edərək hər şeyi olduqu kimi tərk edir.  

   Məhz burada biz deyirik: axı müsəlmanlar öz dinlərinə necə qayıtsınlar? Məhz dinə qayıdış, peyğəmbər 

 buyurduqu kimi zəlilliyin əlacıdır və əgər müsəlmanlar dinlərinə qayıdarlarsa, Allah onların üzərindən 

zəlilliyi qaldırar, əks halda isə dinlərinə qayıtmayana qədər onlar zəlil olaraq qalarlar: 

“Əgər siz ticarətdə 

ina istifadə etsəniz və inək quyruğundan yapışsanız, və əkinlərinizlə qanə olsanız və cihadı tərk etsəniz, 

Allah sizləri zəlil edər və dininizə qayıtmayana qədər o zəlilliyi üstünüzdən götürməz”. 

  

                                                      



18

  Bəzi  insanlar  “dininizə  qayıtmayana  qədər”  sözlərini  yalnız  cihada  qayıdış  kimi,  məhdudlaşdıraraq  anlayır.  Məgər 

hədisdə  “cihada  qayıtmayana  qədər”  kəlməsi  işlənir?!  Məgər  din  yalnız  cihaddır?!  Din  kəlməsini  peyğəmbər  (s.a.v)  özü 

Cəbrayılın hədisində açıqlamışdır, o sahabilərdən islam, iman və ixsan haqqında soruşmuşdur. Həmin hədisin şərhində hafiz 

bn Rəcəb demişdir: “Bu hədis, bütün dini açıqlayan əzəmətli bir hədisdir. Çünki peyğəmbər   hədisin sonunda demişdir: “O 

Cəbrayıl idi və dininizi sizə öyrətmək üçün gəlmişdir”. Peyğəmbər   islam, iman və ixsan dərəcələrini zikr etdikdən sonra, 

bütün bunları din adlandırmışdır. (Bax “Camiul ilumi vəl hikam”, 1/43). 

   Bu zəlillyin səbəbi müsəlmanların özlərindədir. Bu haqda Uca Allah buyurur:  

 

“Sizə  üz  verən  hər  bir  müsibət  öz  əllərinizlə  qazandığınız  günahların  (etdiyiniz  əməllərin)  ucbatındandır! 



(Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”. (aş-Şura, 30). 

   Şeyxulislam  bn Teymiyya demişdir: Əgər müsəlmanlar zəifdirlərsə və onların düşmənlərinin onlar üzərində üstünlükləri 



varsa, bu yalnız müsəlmanların etdiyi günahların ucbatındandır”

. (Bax “Cauabu-ssahih”, 6/450). 

   Şeyx Muhammad-Amin aş-Şankıti müsəlmanların zəifliyi, az olduqları və hərbi hazırlıqılı olmadıqları haqda demişdir: “Uca 

Allah Öz Kitabında bildirmişdir ki, əgər  Onun qullarının qəlbləri ixlaslı olsa, O həmin qullarını onlardan qüvvətli kimsələ

üzərində hakim və izzət sahibi edər.  xlasın nəticəsi odur ki, O müsəlmanlara onların hakim olmadıqı insanlar üzərində hakim 

edər. Bu zəifliyin əlacı Allaha qarşı ixlas və imanın gücüdür!”

  (Bax “Əl- slam dinu kamil”, 33-34).  

19

 Şeyxulislam  bn Teymiyya demişdir: “Peyğəmbərlər günahdan və dində səhv etməkdən qorunmuşlar. Alimlər və hakimlər, 



onlardan fərqli olaraq bu şeylərdən qorunmamışlar. Bu səbəbdən, hətta alimlərin və hakimlərin səhvlərini biruzə vermək lazım 

olsada, tabe olunacaq  haqqı bəyan etmək caiz, hətta vacibdir”

. (Bax “Məcmu fataua”, 19/123). 

   Hafiz  bn  Rəcəb  demişdir:  “Allaha,  Onun  Kitabına  və  peyğəmbərinə 

 

qarşı  ixlaslı  olmaqa  (nasıha)  gəldikdə,  buraya 

alimlərin etdikləri daxildir. Onlar Quran və Sünnə vasitəsi ilə insanların zəlalətlərini inkar edir və açıqlayırlar. Alimlərin zəif 

rəylərinin rədd olunmasıda məhz bu qəbildəndir”

. (Bax “Camiul ilumi vəl hikam”, 96).  

20

 An-Nisa, 59. 




Yüklə 260,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə