TəMİZLƏNMƏ VƏ TƏRBİYƏ



Yüklə 260,83 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix04.11.2017
ölçüsü260,83 Kb.
#8332
1   2   3   4   5   6   7   8   9

 

9

   Beləliklə səhih hədislərə təbe olmaq prinsipi, və ya bunu imamlara tabeçilik adlandıraq, bizlərə Quran 



və Sünnəyə qayıdış yolunu açır.  

   Müxtəlif  şəriət  məktəblərinin,  fakultələrin  və  başqa  tədris  ocaqlarının  dərsliklərində  mövcud  olan 

materiallara dair bir neçə misal çəkək.

26

 



   Məzhəblərdən birində deyilir: “ nsan namaza durduqda, əllərini öz bədəni uzununa salmalı və üst-üstə 

tutmamalıdır”

.

27



    

   Axi niyə?! Çünki bu məzhəb rəyidir! 

   Hədis  alimləri,  peyğəmbər    -in  namaz  əsnasında  əllərini  üst-üstə  qoymadığına  dair  birdənə  də  olsa 

hədis,  hətta  zəif  və  ya  uydurma  hədis  axtararaq  səy  göstərmişlər.  Belə  hədis  yoxdur.  Məgər  bu  rəy 

slamdandır?  

   Sizlərdən bir kimsə deyə bilər: “Axı bu ikinci dərəcəli bir məsələdir”, başqası isə hətta “Bu xırdalıqdır” 

deməyə cürət edə bilər. Lakin mən əminəm ki, peyğəmbər   -dən dinə aid rəvayətlər xırdalıq ola bilməz. 

Biz  hesab  edirik  ki,  peyğəmbər    tərəfindən  din  haqqında  buyurulan  hər  bir  şeyi  biz  din  kimi  qəbul 

etməli və şəriət dəlilləri ilə hesablaşmalıyıq. Yəni vacib buyurulan bir şey – vacib, müstəhəb buyurulan 

isə  -  müstəhəbdir.  Dinə  aid  olan  bir  şeyi,  həmin  şeyin  müstəhəb  olduquna  görə  xırdalıq  adlandırmaq 

slam  nöqtəyi  nəzərindən  yolverilməzdir.  Bundan  savayı  bir  şeyin  qabıqını  saxlamamış  onun  məğzini 

qoruyub saxlamaq mümkün deyil. Mən bunu onların dedikləri ilə sadəcə şərti razılıq verərək deyirəm.

28

 

   Namaz  əsnasında  əllərin  bədən  uzununa  salınması  misalına  qayıdaq.  Axı  müsəlmanlar  niyə  bu  əmələ 



davam  edirlər?  Sünnə  kitablarında,  peyğəmbər 

-in  namaz  əsnasında  bir  əlini  o  biri  əlinin  üzərinə 

qoyması  haqda  bir  çox  hədislər  rəvayət  olunmuşdur.  Verdiyimiz  sualın  yalnız  bir  cavabı  var  –  bu  kor-

koranə  məzhəbə  tabe  olmaqdır  (təqlid)  və  məzhəb  imamlarının  “Səhih  hədis  mənim  məzhbimdir” 

sözlərinə zidd çıxaraq, haqqa qarşı inadkarlıqdır. 

   Bəzi  insanlar  üçün  bu  misal  kifayət  olmaya  bilər.  Biz  başqa  bir  misalda  çəkərik.  Fikh  kitablarında 

günümüzə qədər alkoholun iki növ olduquna dair rəylərə rast gəlirik: 

1 – Üzümdən istehsal olunan və çox və az miqdarda istifadəsi haram olan alkoqol; 

2  –  Arpa,  qarğıdalı,  xurma  və  sairə  bunlar  kimi  ərzaqlardan  alınan  alkoqol.  Bu  növ  alkoqol  (həmin 

kitablarda qeyd olunduqu kimi) tam haram deyil, lakin bu alkoqolu insanı sərxoş edici miqdarda istifadə 

etmək  haramdır.  Axı  niyə  bu  haqda  günümüzə  qədər  yazırlar?!  Bəzi  insanlar  yalnız  öz  imamlarının 

                                                      

26

 Məzhəbçilər tez-tez öz imamlarının sözlərini, bu sözlərin Sünnəyə müxalif olduqunu bilərək və gizlədərək, insanlara bəyan 



edirlər. Allah bizləri peyğəmbər  -in yolundan başqa bir yola tabe olmaqdan qorusun!   

27

  Bu  səhv  rəyin  tərəfdarları  deyirlər  ki,  namaz  əsnasında  ki  bu  hərəkət  Mədinə  əhlinin  hərəkətidir  və  hədisləri  nəsx  edir. 



Həqiqətən bu böyük bir zəlalətdir!  Axı Uca  Allah dini qorumaqı Özü Özünə vacib edib. Axı  necə olur  ki O,  ləğv /mənsux/ 

olunmuş  mətni qoruyub saxlamış, ləğv /nəsh/ edən  mətni isə saxlamamışdır?!    

28

 Şeyx günümüzdəki bir çox saxta  slam təbliğatçılarinin dediyi sözlərə işarə etməkdədir. Onlar dinin iki hissəyə, yəni əsas və 



xırdalıqlara bölündüyünü bildirirlər. Bu məntiqə əsasən yalnız dinin əsasını saxlamaq vacibdir. Onların xırdalıqlara aid etdiyi 

məsələlər isə, əhəmiyyətsizliyinə görə rədd oluna bilər. Lakin haqq olan odur ki, peyğəmbər   -dən rəvayət olunan hər bir şey 

qəbul olunaraq ciddi tətbiq olunmalıdır. Əgər o səhih olarsa, Uca Allahın  

 

“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”. (əl-Həşr, 7) 



kəlməsinə  əsaslanaraq,  həmin  hədisə  əməl  edilməlidir.  Uca  Allahın  şəriətində  əhəmiyyətsiz  heç  bir  şey  yoxdur.  Lakin 

birincidərəcəli məsələlər var və lazımsız bir məsələ mövcud deyil, hətta söhbət ayaqyoluna getmək ədəbindən getsə belə. Uca 

Allah buyurur: 

 “Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik”. 

Peyğəmbər 

  buyurmuşdur:  “Yaxşı  əməllərdən  heç  birinə  laqeyd  yanaşmayın,  hətta  qardaşını  gülərüz 

qarşılmaqada”. Muslim, 2626. 

    mam  əl- zz  ibn  Abdu-Ssalam  demişdir:  “Allahın  şəriətində  əhəmiyyətsiz  bir  şey  olduğunu  söyləmək  və  həmin  şeylərdə 



mövcud olan bir çox xeyr və neməti tərk etmək olmaz. Məgər itaət və imana dair əmr əhəmiyyətsiz ola bilərmi?! Bu cür ayırım 

yalnız səfeh, bədbəxt və əxlaqsız insan tərəfindən edilə bilər. Belə insanlara “Sənin şeyxinin şöhrəti əhəmiyyətsizdir” desək, 

onlar bu sözləri qəti sürətdə pisləyərlər, lakin özləri bu cür sözləri şəriətə dair işlədirlər! Şəriət yalnız Allahın Kitabı və Onun 

rəsulunun   Sünnəsidir. Belə sözləri  söyləyən cahilə isə onun etdiyi günaha müvafiq olaraq töhmət vermək gərəkdir”

. Bax 


“əl-Fataua”, 71-72. 

   Şeyx  bn  Bazdan  soruşdular:  “Saqqalın  qırxılması  və  geyimin  topuqdan  aşağı  düşməsi  əhəmiyyətsiz  və  mahiyyətsiz 

məsələlərdəndir” deyən kimsənin hökmü nədir?” Şeyx dedi: “Bu cür sözlər olduqça təhlükəli və münkər sözlərdəndir! Dində 

ə

həmiyyətsiz bir şey yoxdur. Dinin hər bir hökmü vacib və xeyrlidir. Bəli, dində birinci və ikinci dərəcəli məsələlər mövcuddur 



və saqqal və isbal məsələləri birinci dərəcəli məsələlərdən deyil. Lakin dinin hər hansı bir hökmünü əhəmiyyətsiz adlandırmaq 

caiz deyil. Biz narahatıq ki, bu insanın söylədikləri dinə istehza etməyə çevrilə bilər və bu səbəblə də o mürtəd ola bilər”

. Bax 


“Fataua uləma əl-baladi əl-haram”, 321.  


Yüklə 260,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə